Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN "Lənkaran Springs Wellness Resort" otelində təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən "Lənkaran Springs Wellness Resort" otelində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda təlim keçirilib.

Təlimin keçirilməsində məqsəd otel heyətinə mümkün fövqəladə hallar, o cümlədən yanğınlarla əlaqədar zəruri davranış qaydalarının aşılanması, habelə yanğın-xilasetmə qüvvələrinin peşəkar vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

Təlimə FHN-in yerli strukturlarının qüvvə və vasitələri və otelin əməkdaşları cəlb olunub.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hallar, o cümlədən yanğınların qarşısının alınması, bu zaman zəruri davranış qaydaları və təxliyə barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Praktiki hissə çərçivəsində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında otelin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin və qonaqların “təhlükəli ərazidən” təxliyə edilməsi, onlara “təxirəsalınmaz ilkin yardımın” göstərilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib.

Uğurla keçən təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Digər Məlumatlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu