

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


14 Mart, 2025
FHN Mətbuat xidmətinin məlumatı
Xəbər verildiyi kimi, Qusar rayonu, Zuxul kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən sıx meşə massivinə keçməsinə imkan verilmədən söndürülüb.