Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən müxtəlif vaxtlarda Naxçıvan şəhər Xətai məhəlləsi, Ordubad rayonunun Kotan və Xanağa kəndləri, Kəngərli rayonunun Yeni Kərki kəndi və “Sement zavodu” adlanan ərazilərində hərbi sursatların aşkar edilməsi barədə daxil olan məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerlərinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların ümumilikdə 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 1 ədəd 120 mm-lik top mərmisi, 3 ədəd 40 mm-lik RPQ-7V qumbaraatan mərmisi, 4 ədəd RPQ-7 qumbaraatanın aparıcı qüvvəsi və təlim üçün nəzərdə tutulmuş 1 ədəd RQD-5 olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.

Əlavə axtarışlar zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Digər Məlumatlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu