Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Fövqəladə hallar könüllüləri informasiya texnologiyaları sahəsində təlimlərə cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsi tərəfindən fövqəladə hallar könüllülərinə informasiya texnologiyaları üzrə biliklərin və rəqəmsal bacarıqların artırılması, onların bu sahədə maarifləndirilməsi, yaradıcı ideya və innovativ təşəbbüslərinin dəstəklənməsi, o cümlədən asudə vaxtlarının səmərəli təşkili məqsədilə informasiya texnologiyaları sahəsi üzrə təlimlər təşkil olunub.

Baş idarənin mütəxəssisləri tərəfindən keçirilən təlimlər “IT Texnologiyalar”, “Layihələrin vizual elementlərinin dizaynı və istifadəçi təcrübəsi (Uİ/UX)”, “Proqramlaşdırma”, “Elektron Xidmətlər Portalı”, “İnformasiya Texnologiyaları sahəsində layihələrin idarə edilməsi”, “Şəbəkə avadanlıqları, həmçinin serverlərin saxlanılması və mərkəzdən idarə edilməsi”, “Simsiz şəbəkələrə yönəlik nüfuzetmə testləri”, “Kompüter və istifadəçilərin mərkəzləşmiş idarəetmə sistemi (Active Directory)”, “Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin quruluşu” və “Biometrik sistemlər və onların təhlükəsizliyi” mövzularını əhatə edib.

Təlimlər zamanı qeyd olunan sahələr üzrə birgə müzakirələr aparılıb, könüllüləri maraqlandıran suallar cavablandırılıb.

Digər Məlumatlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu