Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in əməkdaşı kamandan oxatma yarışında qızıl medal qazanıb

29 iyun 2024-cü il tarixində Tofiq Bəhramov adına Respublika stadionunda Gənclər və İdman Nazirliyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışına yekun vurulub.

14 dövlət qurumundan 34 əməkdaş (18 kişi və 16 qadın) şəxsi yarışlarda əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin Katibliyinin əməkdaşı kapitan Əzizə Lalayeva yüksək nailiyyət əldə etməyi bacarıb. Belə ki, qadınlar arasında Əzizə Lalayeva 10 metrlik məsafədən hədəfi düzgün nişan alaraq bütün rəqiblərinə qalib gəlib və qızıl medalın sahibi olub.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.

2 iyul 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış əməkdaşla görüşərək, qazandığı nailiyyətə görə onu təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Digər Məlumatlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu