Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Fövqəladə hallar könüllülərinin növbəti təlim düşərgəsi keçirilib

Fövqəladə hallar könüllülərinin növbəti təlim düşərgəsi keçirilib

Fövqəladə Hallar Nazirliyinin, Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə Şamaxı şəhərində fövqəladə hallar könüllülərinin növbəti təlim düşərgəsi baş tutub.

Tədbirdə FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin rəisi polkovnik-leytenant Kənan Aşurov, Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev iştirak ediblər.

Əvvəlcə, tədbir işirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin gənclərə qayğısını və vətənpərvər nəslin yetişməsindəki xidmətlərini xüsusi vurğulayıblar. Qeyd olunub ki, bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə yüksək mənəviyyatlı və intellektual gənclik formalaşıb. Həmçinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın könüllülük hərəkatının inkişafındakı müstəsna rolu vurğulanıb.

Dörd gün davam edən düşərgə çərçivəsində fövqəladə hallar könüllüləri üçün fövqəladə hallar zamanı davranış qaydaları, psixoloji hazırlıq, komanda işi, böhran vəziyyətlərində fəaliyyət və digər müvafiq mövzularda təlimlər təşkil olunub, eyni zamanda könüllülər fövqəladə hallar zamanı tətbiq edilən bir sıra avadanlıqlarla yaxından tanış olaraq istifadə qaydalarını mənimsəmək imkanı əldə ediblər.

Digər Məlumatlar

Qaynar xətt
Tibb Xidmeti
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu