Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib (video, foto)

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Regional "ASAN Xidmət" mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda nəzəri-praktiki təlim keçirilib.

Təlimdə FHN-in Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, müəssisənin kollektivi və könüllülər iştirak ediblər.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması yolları barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

İnteraktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb.

Daha sonra davam etdirilən praktiki hissə çərçivəsində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan şərti fövqəladə hadisə barədə məlumat əsasında obyektin qüvvələri ilə birgə qarşılıqlı fəaliyyətdə işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, onlara təxirəsalınmaz ilkin yardımın göstərilməsi, “hadisə” yerində çevik kəşfiyyatın aparılması və “nəticələrinin aradan qaldırılması” əməliyyatları yerinə yetirilib.

Digər Məlumatlar

Qaynar xətt
Tibb Xidmeti
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu