Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Xızı rayonunda yerləşən meşə massivləri və istirahət mərkəzlərində yanğınlarla bağlı maarifləndirmə tədbirləri keçirilib

Xızı rayonunda yerləşən meşə massivləri və istirahət mərkəzlərində yanğınlarla bağlı maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xızı rayonu ərazisində yerləşən meşə massivlərində və istirahət mərkəzlərində “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyəti yerli qurumlarının əməkdaşları, yerli icra və özünüidarə orqanlarının nümayəndələri, istirahət mərkəzlərində çalışan və istirahət edən vətəndaşlar, həmçinin kənd sakinləri iştirak ediblər.

Tədbirlərdə vətəndaşlara müxtəlif məkanlarda, xüsusilə də meşə zolaqları və istirahət zonalarında mümkün yanğınların qarşısının alınması üçün zəruri profilaktik tədbirlər barədə geniş məlumat verilib, yanğınlar baş verdikdə təhlükəsiz davranış qaydaları izah olunub.

Suallar cavablandırılıb, vətəndaşlara mövzuya aid yaddaş kitabçası və maarifləndirmə xarakterli müxtəlif təbliğat materialları təqdim edilib.

Digər Məlumatlar

Qaynar xətt
Tibb Xidmeti
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu