Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

18-20 noyabr 2026-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun güləş zalında Nazirliyin qurumları arasında xidməti-tətbiqi idman növləri üzrə ilin son yarışı - sərbəst güləş üzrə çempionata yekun vurulub.

Çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 7 komandasından 50-yə yaxın əməkdaş iştirak edib.

Yarışın bağlanış mərasimində çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev sərbəst güləş yarışının keçirilməsindən, ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb, Nazirliyin idmançılarının ayrı-ayrı yarışlarda nümayiş etdirdikləri əzmkar mübarizədən, qazanılmış nailiyyətlərdən bəhs edib. Sonra isə çempionatda yer tutmuş əməkdaşları və komandaları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun olaraq 8 çəki dərəcəsi üzrə keçirilən yarışları İdman-sağlamlıq klubunun güləş üzrə hakim heyəti idarə edib.

Gərgin idman şəraitində keçən çempionatda aşağıdakı nəticələr qeydə alınıb:

57 kq çəkidə

I yer – Rəşid Sadıqov (XRXX)

II yer – Hüseyn İbrahimli (DYMX)

III yer – Rəhim Əliyev (DYMX)

III yer –Məhəmməd Rüstəmov (FHN Akademiya)

61 kq çəkidə

I yer – Həsən Carçıyev (DYMX)

II yer – Ramal Əhədli (DYMX)

III yer – Nicat Qardıyev (FHN Akademiyası)

III yer – Sənan Quluzadə (MMQ)

65 kq çəkidə

I yer – Ümidəli Musayev (DYMX)

II yer – Firdovsi Həsənov (XRXX)

III yer – Vaqif Musayev (MMQ)

III yer – Əli Həsənov (FHN Akademiyası)

70 kq çəkidə

I yer – Cəlal Süleymanov (XRXX)

II yer – Rəşid Rüstəmli (XRXX)

III yer – Coşqun Kəlbiyev (MMQ)

III yer – Hüseyn Əhmədov (DYMX)

74 kq çəkidə

I yer – Həsən Seyidov (DYMX)

II yer – Əhliman Quliyev (MMQ)

III yer – Zaur Kamalov (DYMX)

III yer – Yusif Süleymanov (MMQ)

86 kq çəkidə

I yer – Asif Nuriyev (DYMX)

II yer – Elçin İbrahimov ( FHN Akademiyası)

III yer – Emil Əliyev (XRXX)

III yer – Toğrul Sabirzadə (XRXX)

97 kq çəkidə

I yer – Elman Qasımov (DYMX)

II yer – Özcan Kərimov (FHN Akademiyası)

III yer – Azad Zahidov (XRXX)

III yer – Fariz Məmmədov (XRXX)

125 kq çəkidə

I yer- Seymur Musayev (DYMX)

II yer – Yaşar Zamanov (DYMX)

III yer – Rəşad Səfərov (XRXX)

III yer – Elçin İsmayılov (MMQ)

Xal hesabının nəticələrinə əsasən komanda üzrə 1-ci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin komandası, 2-ci yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası, 3-ci yerə isə FHN-in Akademiyasının komandası sahib olub.

Çempionatın əzmkar komandası adına Mülki müdafiə qoşunlarının komandası layiq görülüb. İdman-sağlamlıq klubunun güləş üzrə hakim heyəti obyektiv hakimlik xidmətlərinə görə, habelə Tibb Xidmətinin əməkdaşları fəxri fərmanlarla təltif olunublar.

Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.

Digər Məlumatlar

Qaynar xətt
Tibb Xidmeti
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu