

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2018-ci il 23 fevral tarixli 20/01-002 nömrəli Qərarı ilə təsdiq edilmiş “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”da dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN
QƏRARI
№ 20/01-025
Bakı şəhəri |
17 may 2023-cü il |
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2018-ci il 23 fevral tarixli 20/01-002 nömrəli Qərarı ilə təsdiq edilmiş “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”da dəyişiklik edilməsi barədə
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 695-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 fevral tarixli 2019 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 fevral tarixli 152s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.2.1-ci və 10.10.4-cü yarımbəndlərini rəhbər tutaraq
qərara alıram:
1. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2018-ci il 23 fevral tarixli 20/01-002 nömrəli Qərarı ilə təsdiq edilmiş “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”ın 1.5-ci bəndinə “nömrələrinin” sözündən sonra “, habelə rənginin” sözləri əlavə edilsin.
2. Hüquq idarəsi (İlhamə Turabova) qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi (Nailə Mürsəliyeva) qərarın surətinin Nazirliyin Hüquq idarəsinə və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinəçatdırılmasını təmin etsin.
Nazir |
Kəmaləddin Heydərov |