Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

“Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN

QƏRARI

№ 20/01-020

Bakı şəhəri 13 aprel 2023-cü il

“Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın təsdiq edilməsi barədə

“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 3-сü və 5-ci maddələrinə, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 iyun tarixli 357 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.2.1-ci və 10.10.4-cü yarımbəndlərini rəhbər tutaraq

 

qərara alıram:

1. Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq idarəsi (İlhamə Turabova) qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi (Nailə Mürsəliyeva) qərarın surətinin Hüquq idarəsinə və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə çatdırılmasını təmin etsin.

 

Nazir Kəmaləddin Heydərov

 

Azərbaycan Respublikası Fövqəladə

Hallar Nazirliyinin “13” aprel 2023-cü il tarixli

20/01-020 №-li Qərarı ilə

təsdiq edilmişdir

 

Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar magistral neft kəmərləri obyektlərində istismar və təmir zamanı texniki təhlükəsizlik tələblərini müəyyənləşdirir.

1.2. Bu Qaydaların tələbləri Azərbaycan Respublikasının ərazisində magistral neft kəmərləri obyektlərini istismar edən, həmçinin onların tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşməsi, konservasiyası və ləğvi işlərini həyata keçirən müəssisə və təşkilatlar üçün məcburidir.

1.3. Magistral neft kəmərlərinin, çənlər parkının, nasos stansiyalarının və s. layihələndirilməsi, tikilməsi, təmir edilməsi, genişləndirilməsi, avadanlıqların quraşdırılması, texniki cəhətdən yeniləşdirilməsi və istismarı Azərbaycan Respublikasında qüvvədə olan normativ hüquqi aktların və bu qaydaların tələblərinə uyğun olaraq həyata keçirilməlidir.

 

II. ƏSAS ANLAYIŞLAR

 

Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. Magistral neft kəməri (neft məhsulları kəməri) obyekti: magistral neft kəmərinin (neft məhsulları kəmərinin) müvafiq funksiyalarının təmin edilməsi üçün nəzərdə tutulmuş, binaların, tikililərin, avadanlığın, boru kəmərlərinin yerləşdiyi istehsalat ərazilərindən (meydançalarından) ibarət magistral neft kəmərinin (neft məhsulları kəmərinin) bir hissəsi olan texnoloji kompleksdir.

2.1.2. Neft və neft məhsulları üçün magistral boru kəməri: qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq tikilmiş, neftin (neft məhsulunun) qəbul məntəqələrindən alıcıya (istehlakçıya) təhvil vermə məntəqələrinə nəqli, başqa nəqliyyat növünə ötürülməsi və (və ya) saxlanması üçün nəzərdə tutulmuş, onun ayrılmaz texnoloji hissəsi olan qarşılıqlı əlaqəli obyektlərdən ibarət, texnoloji cəhətdən bölünməyən, mərkəzləşmiş qaydada idarə olunan əmlak istehsal kompleksidir.

2.1.3. Magistral neft kəmərinin (neft məhsulları kəmərinin) xətti hissəsi: boru kəmərlərindən, o cümlədən təbii və süni maneələrdən, keçidlərdən, bağlayıcı və digər armaturdan, korroziyadan elektrokimyəvi mühafizə qurğularından, tras boyu elektrik ötürmə xətlərindən, texnoloji rabitə tikililərindən, onun təhlükəsiz və etibarlı istismarını təmin edən digər qurğu və tikililərdən ibarət olan və magistral boru kəmərinin obyektləri arasında neftin (neft məhsulunun) vurulması üçün nəzərdə tutulmuş magistral boru kəməri obyektlərinin kompleksidir.

2.1.4. Texnoloji neft kəmərləri (neft məhsulları kəmərləri): vurucu stansiyaların, neft boşaltma terminallarının, təhvil-təslim məntəqələrinin girişində və çıxışında magistral neft kəmərinə (neft məhsulları kəmərinə) keçmə nöqtələri arasında meydançadaxili boru kəmərləri, o cümlədən giriş və çıxış armaturları, drenaj və nasos aqreqatlarından axın boru kəmərləri, palçıq filtrlərinin drenajı, təzyiq tənzimləyicilərin, neftin (neft məhsullarının) ölçü qovşaqlarının, qoruyucu klapanlardan təzyiqin azaldılmasının, təzyiq dalğalarının azaldılması sisteminin boru kəmərləri, zərbə dalğasının azaldılması və söndürülməsi qablarının bağlanması, qablardan yığılmış axıntıların boşaldılması, doldurma-boşaltma estakadalarının, dəniz terminallarının stenderlərinin boşaldılması və yüngül fraksiyaların tutulması sisteminin boru kəmərləri.

2.1.5. Qəza ehtiyatı: normativ sənədlərə müvafiq olaraq təyin edilmiş, nomenklaturasına və miqdarına görə magistral neft kəmərləri və ya neft məhsulları kəmərləri obyektlərində qəza və hadisələrdən sonra avadanlığın və tikililərin iş qabiliyyətinin bərpası və onların nəticələrinin aradan qaldırılması üçün kifayət edən texnoloji avadanlıq və materialların zəruri ehtiyatı.

2.1.6. Magistral neft kəmərində (neft məhsulları kəmərində) qəza: gözlənilmədən neftin (neft məhsullarının) axmasına və ya boşalmasına səbəb olmuş, aşağıdakı hadisələrdən biri və ya bir neçəsi ilə müşayiət olunan təhlükəli texnogen hadisə:

- neftin (neft məhsullarının) alışması və ya onun (onların) buxarlarının partlaması;

- istənilən su axınının, çayın, gölün, su anbarının və ya istənilən su hövzəsinin suyun keyfiyyətinə dair normativ hüquqi aktlarda müəyyən edilən həddən artıq çirklənərək, su səthinin və ya sahilin rənginin dəyişməsinə səbəb olması, su səviyyəsindən aşağıda emulsiyanın əmələ gəlməsinə, su dibində və ya sahillərdə çöküntülərin əmələ gəlməsinə gətirib çıxarması;

- 10 m3 və daha artıq həcmdə neft (neft məhsulu) itkisinin əmələ gəlməsi.

2.1.7. Vizual yoxlama: ilkin məlumatın görmə orqanları ilə bilavasitə və ya yoxlama-ölçü təyinatı olmayan optik cihazların istifadəsi ilə mənimsənildiyi dağıdıcı olmayan yoxlama növü.

2.1.8. Borudaxili diaqnostika: boru kəmərinin xüsusiyyətləri, boru kəmərinin əsas metalında və qaynaq tikişlərində qüsurların olması, onların xarakteri və yeri haqqında məlumatın əldə edilməsini təmin edən borudaxili yoxlama cihazlarının istifadəsi ilə texniki diaqnostikanın növü.

2.1.9. Borudaxili yoxlama cihazı: boru kəmərinin daxilində mühit axını ilə yerdəyişmə edən, yoxlama və boru kəmərinin əsas metalında və qaynaq tikişlərində qüsurların olması, onların xarakteri və yeri haqqında məlumatın qeydiyyatı vasitələri ilə təchiz edilmiş qurğu.

2.1.10. Yardımçı boru kəməri: magistral boru kəməri ilə neftin (neft məhsullarının) vurulmasında iştirak etməyən texnoloji boru kəməri.

2.1.11. Boru kəmərinin qüsuru: borunun metalının, birləşdirici hissəsinin və ya qaynaq tikişinin həndəsi və ya konstruktiv parametrlərinin, divar qalınlığının həmçinin keyfiyyət göstəricisinin qüvvədə olan normativ sənədlərin tələblərindən kənara çıxması.

2.1.12. Boru kəmərinin qüsurlu sahəsi: boru kəmərində boru materialının, birləşdirici hissəsinin və ya qaynaq tikişinin həndəsi parametrində, divar qalınlığında, həmçinin keyfiyyət göstricisində bir və ya bir neçə kənaraçıxmanın olduğu sahə.

2.1.13. Dispetçer əlaqəsi: neftin və ya neft məhsullarının nəqlini təşkil və müşayiət edən texniki-əməliyyat personalına təqdim edilən müxtəlif növ texniki vasitələr kompleksi.

2.1.14. Dispetçer xidməti: neftin nəqli üzrə texnoloji proseslərin, magistral neft kəməri və ya neft məhsulları kəməri ilə neftin və ya neft məhsullarının nəqlinin təşkili üçün əmtəə-kommersiya fəaliyyətinin operativ idarəetməsini icra edən texniki-əməliyyat heyəti.

2.1.15. Ölçü yoxlaması: ölçmələrin həndəsi göstəricilərinin ölçülməsi vasitələri ilə həyata keçirildiyi dağıdıcı olmayan yoxlama növü.

2.1.16. Magistral neft kəmərində (neft məhsulları kəmərində) hadisə: alışma, partlayış, su hövzələrinin çirklənməsi olmadan, 10 m3-dən az həcmdə neftin (neft məhsullarının) itkisi ilə hermetikliyin pozulması ilə müşayiət olunan, neft kəmərinin (neft məhsulları kəmərinin) xətti hissəsinin, avadanlığının və ya texniki qurğularının dayanması, zədələnməsi və ya müəyyən edilmiş istismar rejimindən kənara çıxması.

2.1.17. Borudaxili qurğuların qəbul kamerası: vurulan məhsulun axınında borudaxili təmizləyici, diaqnostik, ayırıcı və kipləşdirici qurğuların magistral neft kəmərindən və ya neft məhsulları kəmərindən qəbulunu təmin edən xüsusi qurğu.

2.1.18. Borudaxili qurğuların buraxma kamerası: vurulan məhsulun axınında borudaxili təmizləyici, diaqnostik, ayırıcı və kipləşdirici qurğuların magistral neft kəmərinə və ya neft məhsulları kəmərinə buraxılmasını təmin edən xüsusi qurğu.

2.1.19. Kompleks yoxlama: obyektdə quraşdırılmış və əvvəl fərdi sınaqlara məruz qalmış avadanlıq və sistemlərin işinin eyni zamanda yoxlanışı.

2.1.20. Nasos qurğusu: konstruksiyanın nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə daxilində nasosun və nasos aqreqatının quraşdırıldığı boru kəmərlərindən, dayaq hissələrindən, bünövrələrdən, idarəetmə bloklarından, ötürücülərdən və s. ibarət konstruksiya.

2.1.21 Əmtəə nefti: qüvvədə olan normativ sənədlərin tələblərinə müvafiq olaraq istehlakçıya tədarük edilmək üçün müəyyən edilmiş qaydada hazırlanmış neft.

2.1.22. Neft məhsulu (neft məhsulları): neftin, qaz-kondensat, karbohidrogen və kimyəvi xammalın emalı nəticəsində əldə edilmiş, normativ sənədlərin və texniki reqlamentlərin tələblərinə cavab verən hazır məhsul.

2.1.23. Normativ sənədlər: layihələndirmə, istehsal, təmir, yenidənqurma, quraşdırma, sazlama, texniki diaqnostika (defektoskopiya), istismarla bağlı qaydalar, texniki normativ hüquqi aktlar, beynəlxalq və dövlətlərarası standartlar, texniki şərtlər.

2.1.24. Texnoloji neft (neft məhsulları) itkisi normaları: istifadə olunan texnika və texnologiyanın, avadanlığın, texnoloji aparatların və qurğuların istismarı və xidmət göstərilməsi üzrə texniki reqlamentlərə, qaydalara və təlimatlara riayət olunması şəraitində ətraf mühitə neftin buraxıla bilən axıntı həddi və ya mənbələri üzrə bərpa olunmaz neft (neft məhsulları) itkilərinin miqdarı. İtkilərin miqdarı ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən neftin buraxıla bilən axıntı həddindən artıq olmasına yol verilmir.

2.1.25. Texnoloji neft (neft məhsulları) itkisi normativləri: ümumilikdə müəssisə (marşrut) üzrə, eləcə də nəql edilən neftin (neft məhsulunun) fiziki-kimyəvi xassələri ilə bağlı neftin (neft məhsullarının) ümumi əhəmiyyətli texnoloji itkilərini nəzərə alan və müəyyən edilmiş qaydada təsdiqlənmiş ümumiləşdirilmiş normalar. Onlar neft və neft məhsullarının nəqlinin əsas texnoloji proseslərinə və ilin dövrlərinə görə fərqlənə bilərlər.

2.1.26. Texnoloji neft (neft məhsulları) itkilərinin normalaşdırılması: texnoloji neft (neft məhsulları) itkilərinin ətraf mühitin mühafizəsi haqqında qanunvericilyə əsasən müəyyən edilməsi.

2.1.27. Nasos aqreqatı: transmissiya elementləri, dayaq lövhəsi və istənilən digər yardımçı avadanlıqla birlikdə nasosdan və ötürücüdən ibarət aqreqat.

2.1.28. Fərqləndirici nişan: obyekt və onun aid olduğu müəssisə haqqında qrafik məlumatı əks etdirən rəngli qrafik təsvir.

2.1.29. Neft kəmərinin (neft məhsulları kəmərinin) şaxələnməsi: neft kəmərinin (neft məhsulları kəmərinin) vurucu stansiyalarına malik olmayan və magistral neft kəmərini (neft məhsulları kəmərini) neftin (neft məhsullarının) çıxarılması, yığılması, istehlakı, bölgüsü və emalı müəssisələri ilə birləşdirən sahəsi.

2.1.30. Magistral neft kəmərinin (neft məhsulları kəmərinin) sıradan çıxması: magistral neft kəməri (neft məhsulları kəməri) obyektlərində tətbiq edilən texniki avadanlığın işlək vəziyyətinin pozulmasından ibarət hadisə, konstruktiv pozuntular, müəyyən edilmiş istismar və təmir prosesinə riayət edilməməsi nəticəsində köhnəlmə, zədələnmə, gizli nasazlıq.

2.1.31. Yükboşaltma terminalı: neftin (neft məhsulunun) qəbulu, yığılması, saxlanması, uçotu və başqa nəqliyyat növünə boşaldılması üçün nəzərdə tutulmuş obyekt.

2.1.32. Magistral neft kəmərinin (neft məhsulları kəmərinin) vurucu stansiyası: magistral neft kəmərinin (neft məhsulları kəmərinin) xətti hissəsində işlək təzyiqin yaradılması və saxlanması üçün nəzərdə tutulmuş obyekt.

2.1.33. Neftvurma: neftin və neft məhsullarının verilən sxem üzrə nasos aqreqatı vasitəsilə boru kəmərində hərəkəti.

2.1.34. Neft kəmərinin (neft məhsulları kəmərinin) keçidi: magistral neft kəmərinin (neft məhsulları kəmərinin) xətti hissəsinin süni və ya təbii maneə ilə kəsişmədə, konstruktiv icrasına görə xətti hissənin bitişik hissələrindən fərqlənən sahəsi.

2.1.35. Neft kəmərinin (neft məhsulları kəmərinin) sualtı keçidi: dənizin dibi səviyyəsindən aşağıda, suyun orta səviyyəsi üzrə 10 m enində və 1,5 m-dən artıq dərinliyində və ya suyun orta səviyyəsində dərinliyindən asılı olmayaraq 25 m və daha artıq endə gəmi işləyən su sədlərinin və ya gəmi işləməyən su sədlərinin üzərindən çəkilmiş neft kəmərinin (neft məhsulları kəmərinin) sahəsi.

2.1.36. Neft kəmərinin (neft məhsulları kəmərinin) yeraltı keçidi: neft kəmərinin (neft məhsulları kəmərinin) sualtı keçidi sahələr istisna olmaqla, yerin altında süni və ya təbii maneələrin üzərindən çəkilmiş neft kəmərinin (neft məhsulları kəmərinin) sahəsi.

2.1.37. Neft kəmərinin (neft məhsulları kəmərinin) sahəsinin əsaslı təmirdən sonra işə qəbulu: səlahiyyətli vəzifəli şəxslərin magistral boru kəmərinin qəbul edilən sahəsinin normativ sənədlərin tələblərinə və podrat müqaviləsinə uyğunluğunun təsdiqlənməsi ilə nəticələnən hüquqi hərəkət.

2.1.38. Neftin (neft məhsullarının) təhvil-təslim məntəqəsi: nefti təhvil alan və təhvil verən tərəfin bölmələri tərəfindən neftin təhvil-təslim əməliyyatlarının aparıldığı, neftin (neft məhsullarının) miqdarının qeydi və keyfiyyətinin qiymətləndirilməsi məntəqəsi.

2.1.39. Neftin (neft məhsullarının) təhvil-təslimi: müvafiq sənədlərin tərtib edilməsi ilə neftin (neft məhsullarının) kəmiyyət və keyfiyyətinin müəyyən edilməsi ilə müşayiət olunan, məsul vəzifəli şəxslər tərəfindən aparılan, neftin qəbulu və təhvil verilməsi üzrə əməliyyat.

2.1.40. Neftin qızdırılması məntəqəsi: magistral neft kəmərinin vurulan neftin qatılığının azaldılması məqsədilə onun qızdırılmasını təmin edən obyekti.

2.1.41. Neft kəmərinin (neft məhsulları kəmərinin) işlək vəziyyəti: neft kəmərinin (neft məhsulları kəmərinin) tələb olunan funksiyaları yerinə yetirə bildiyi vəziyyəti.

2.1.42. Çən: neftin (neft məhsullarının) qəbulu, saxlanması, həcminin ölçülməsi və təhvil verilməsi üçün nəzərdə tutulmuş tutum.

2.1.43. Çənlər parkı: magistral neft kəmərinin (neft məhsulları kəmərinin) xətti hissəsi ilə nəql edilən neftin (neft məhsullarının) qəbulu, saxlanması, hazırlanması, (və ya) qarışdırılması və vurulması üçün nəzərdə tutulmuş magistral neft kəmərinin (neft məhsulları kəmərinin) çənlərdən, digər qurğu və binalardan ibarət obyekti.

2.1.44. Neft kəmərinin (neft məhsulları kəmərinin) öz axımlı sahəsi: magistral neft kəmərinin (neft məhsulları kəmərinin) xətti hissəsinin, neftin (neft məhsullarının) təzyiqsiz axınının baş verdiyi, boşaltma nöqtəsindən neftin (neft məhsullarının) axını istiqamətində olan sahəsi, o cümlədən natamam kəsimli sahə.

2.1.45. Neftin (neft məhsullarının) miqdarının və keyfiyyət göstəricilərinin ölçülməsi sistemi: neftin (neft məhsullarının) kütləsinin, texnoloji və keyfiyyət parametrlərinin ölçülməsi, ölçmə işlərinin nəticələrinin göstərilməsi və qeydiyyatı üçün nəzərdə tutulmuş funksional cəhətdən birləşdirilmiş ölçü dəyişdiricilərinin, ölçü göstərici cihazların, məlumat emalı sistemlərinin, texnoloji avadanlığın məcmusu.

2.1.46. Elektrokimyəvi mühafizə sistemi: neft kəmərlərinin və ya neft məhsulları kəmərlərinin bütün uzunluğu boyu quraşdırılmış və onların korroziya zədələrindən qorunması üçün nəzərdə tutulmuş elektrokimyəvi mühafizə vasitələri kompleksi.

2.1.47. İxtisaslaşdırılmış təşkilat: qüvvədə olan qanunvericiliyə müvafiq olaraq zəruri təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsinə dair lisenziyaya malik olan və magistral neft kəmərləri (neft məhsulları kəmərləri) obyektlərində ayrı-ayrı podrat işlərinin görülməsi və xidmətlərin göstərilməsi üçün müəyyən olunmuş qaydada təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsinə icazə verilmiş təşkilat.

2.1.48. Orta təmir: normativ sənədlərdə müəyyən edilmiş həcmdə yerinə yetirilən məhdud nomenklaturaya malik tərkib hissələrinin dəyişdirilməsi və ya bərpası və tərkib hissələrinin texniki vəziyyətinə nəzarət etməklə, sazlığının bərpa edilməsi və məmulatların resursunun qismən bərpa edilməsi üçün yerinə yetirilən təmir.

2.1.49. Magistral neft kəmərinin (neft məhsulları kəmərinin) texniki dəhlizi: neft kəmərinin (neft məhsulları kəmərinin) keçdiyi ərazi və ya iki tərəfdən mühafizə zonaları ilə məhdudlaşdırılmış parallel yerləşmiş neft kəmərləri (neft məhsulları kəmərləri) və kommunikasiyalar sistemi.

2.1.50. Texniki vəziyyət: müəyyən zaman anında, müəyyən xarici mühit şəraitində normativ sənədlərin müəyyən etdiyi parametrlərin göstəriciləri ilə xarakterizə olunan vəziyyət.

2.1.51. Neftin (neft məhsullarının) faktiki texnoloji itkiləri (planlı itkilərdən fərqli olaraq): istehsal texnoloiyası pozulmadan itki mənbələrindən hazırki vaxtda itirilən neftin (neft məhsullarının) real miqdarı.

2.1.52. Magistral boru kəməri obyektlərində texnoloji neft (neft məhsulları) itkiləri: magistral boru kəməri ilə nəqlin texnoloji prosesləri, eləcə də nəql edilən neftin (neft məhsullarının) fiziki-kimyəvi xassələri ilə bağlı qaçılmaz və bərpaolunmaz neft (neft məhsulları) itkiləri.

2.1.53. Texnoloji sahə: iki qonşu çən parkı arasında, vahid hidravlik rejimdə işləyən magistral neft kəmərinin sahəsi.

2.1.54. Neftin və ya neft məhsullarının nəqli: başlanğıc təhvil-təslim məntəqəsində neftin və ya neft məhsullarının qəbulu, magistral neft kəməri və ya neft məhsulları kəməri sistemi ilə vurulması, son təhvil-təslim məntəqəsində təhvil verilməsi, boşaldılması, doldurulması və yüklənməsi üzrə əməliyyatların məcmusu.

2.1.55. Boru kəmərinin trası: ərazidə boru kəmərinin üfüqi və şaquli müstəvidə proyeksiyası ilə müəyyən edilən oxunun vəziyyəti.

2.1.56. Borudaxili qurğuların qəbulu qovşağı: borudaxili təmizləyici, diaqnostika, bölücü və hermetizasiya edici qurğuların qəbul edilməsi və çıxarılması üzrə texnoloji əməliyyatların aparılması üçün nəzərdə tutulmuş qarşılıqlı əlaqəli avadanlıq kompleksindən ibarət istehsalat meydançası.

2.1.57. Borudaxili qurğuların buraxılması qovşağı: magistral neft kəmərində və ya neft məhsulları kəmərində vurulan məhsulun axınında borudaxili təmizləyici, diaqnostika, bölücü və hermetizasiya edici qurğuların tədarük edilməsi və buraxılması üzrə texnoloji əməliyyatların aparılması üçün nəzərdə tutulmuş qarşılıqlı əlaqəli avadanlıq kompleksindən ibarət istehsalat meydançası.

2.1.58. Magistral neft kəmərinin müəyyən edilmiş iş rejimi: neft kəmərinin verilən səmərəliliyinin təmin edildiyi, magistral nasos aqreqatlarının, magistral nasos stansiyalarının, dirək nasos aqreqatlarının, dirək nasos stansiyalarının bütün zəruri işə salınması/dayandırılması, hərəkətli nasos aqreqatlarının (dirək nasos aqreqatlarının, dirək nasos qurğularının) işə salınması/dayandırılması, bir çəndən başqa çənə keçirilmə, lupinqlərin, neftin miqdarının və keyfiyyət göstəricilərinin ölçülməsi sistemlərinin qoşulması/söndürülməsi başa çatdıqdan sonra 10 dəqiqə ərzində təzyiq dəyişməsinin, neft emalı zavoduna atılma və “Yük göndərənlərdən” qəbul edilmə və s. həcmlərinin dəyişməsinin olmadığı iş rejimi.

2.1.59. İdarə edən dispetçer: neftin və neft məhsullarının magistral boru kəmərləri ilə nəqlinin başladılmasını, bir rejimdən başqa rejimə keçirilməsini, dayandırılmasını, eləcə də magistral neft kəmərlərinin və ya neft məhsulları kəmərlərinin obyektlərinin avadanlıqlarının texnoloji dəyişdirmələrini bilavasitə yerinə yetirən dispetçer.

2.1.60. Magistral neft kəmərinin (neft məhsulları kəmərinin) istismarı: magistral neft kəmərinin (neft məhsulları kəmərinin) layihə sənədlərində müəyyən edilmiş təyinatı üzrə istifadə edilməsi və qüvvədə olan normativ sənədlərə müvafiq olaraq onun işlək vəziyyətinin saxlanması.

2.1.61. Elektrometrik diaqnostika: boru kəmərinin metalının korroziyadan mühafizə sisteminin vəziyyətini və mühafizə olunma səviyyəsini səciyyələndirən, eləcə də neft kəmərini və ya neft məhsulları kəmərini əhatə edən mühitin korroziya təhlükəsi dərəcəsini səciyyələndirən elektrik parametrlərinin birbaşa və ya dolayı yolla ölçülməsi və qeydiyyatı yolu ilə neft kəmərinin və ya neft məhsulları kəmərinin texniki vəziyyəti haqqında məlumatın əldə edilməsini təmin edən texniki diaqnostika növü.

2.1.62. Magistral nasosxana – magistral nasos aqreqatlarının köməyi ilə magistral boru kəmərində təzyiqin qaldırılmasını magistral neft kəmərinin (neft məhsulları kəmərinin) vurucu stansiyası vasitəsilə təmin edən texnoloji avadanlıqlar kompleksidir.

2.1.63. Texniki qurğular – texnoloji avadanlıqlar, aqreqatlar, texniki sistemlər (komplekslər), aparatlar, cihazlar, onların qovşaqları və tərkib hissələri.

2.1.64. Mühafizə zonası – neft kəmərlərinin tras boyunca və onların texnoloji obyektlərinin ətrafında neft kəmərlərinin və obyektlərin təhlükəsiz istismarını təmin etmək üçün zəruri olan ərazi.

2.1.65. Minimum məsafə - təhlükəsizliyin təmin edilməsi məqsədilə MNK-dən obyektlərə, binalara, qurğulara və s. qədər qəbul edilmiş buraxılabilən ən az məsafə.

2.1.66. Yaşayış məskəni – insanlar ilə məskunlaşdırılmış və bir torpaq sahəsi çərçivəsində abadlaşdırılmış yer. Ölçülərinə və başqa xarakteristikalarına görə yaşayış məskəni bir neçə növə bölünür: şəhər, kənd, qəsəbə, və s.

2.1.67. Yaşayış kompleksi – bir xüsusi planlaşdırılmış ərazidə birləşdirilmiş və bir arxitektur üslubda tikilmiş bir neçə çoxmənzilli yaşayış evlərindən ibarət kompleksdir.

2.2. Bu Qaydalarda istifadə olunmuş digər anlayışlar “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

 

III. MAGİSTRAL NEFT KƏMƏRLƏRİ OBYEKTLƏRİNİN İSTİSMARINDA TƏHLÜKƏSİZLİK QAYDALARI

 

3.1. Magistral neft kəmərləri obyektlərinin təhlükəsizliyinin təmini üçün ümumi tələblər

 

3.1.1. Magistral neft kəmərləri (bundan sonra-MNK) obyektlərinin istismarı “Texniki Təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanunlarının, əməyin mühafizəsi üzrə texniki normativ sənədlərin tələblərinə uyğun, ərazinin və əhalinin baş verə biləcək fövqəladə hallardan müdafiəsini təmin etməklə və aşağıdakı tədbirlər nəzərə alınmaqla həyata keçirilməlidir:

- təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarətin təşkili və həyata keçirilməsi;

- texniki təhükəsizlik üzrə qaydaların, rəhbər sənədlərin, texnoloji reqlamentlərin, avadanlıqların və texniki sistemlərin istismar təlimatlarının tələblərinin yerinə yetirilməsi;

- MNK obyektlərinin müvafiq ixtisas tələblərinə uyğun olan işçilərlə təmin edilməsi;

- MNK obyektlərinin, avadanlıqlarının, qurğuların, bina və tikililərin texniki baxışdan və diaqnostik müayinədən keçirilməsi;

- MNK-də baş verə biləcək qəzaların və fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;

- MNK obyektlərində baş vermiş bədbəxt hadisələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən araşdırılması və bununla əlaqədar müvafiq qurumlara məlumatların verilməsi (Əlavə 1);

- MNK-nın mühafizə zonalarına olan tələblərin təmin edilməsi.

3.1.2. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa əsasən MNK obyektləri təhlükə potensiallı obyektlər olduğundan istismara verildikdən sonra qanunvericiliklə müəyyən edilmiş müddətlərdə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində (bundan sonra - Agentlik) reyestr qeydiyyatına alınmalıdır. Həmçinin, bu Qanuna uyğun olaraq MNK obyektlərinin texniki təhlükəsizlik bəyannamələri işlənib hazırlanmalı və texniki təhlükəsizlik ekspertizasından keçirilməlidir.

3.1.3. Bu Qaydaların və müvafiq normativ-texniki sənədlərin tələbləri əsasında, istehsalatın xüsusiyyəti nəzərə alınmaqla, iş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatları, avadanlıqların təhlükəsiz istismarı üzrə təlimatlar işlənib hazırlanmalıdır.

3.1.4. İşçilərə əməyin mühafizəsi üzrə təlimatların verilməsi, təhlükəsiz iş üsullarının öyrədilməsi və onların biliklərinin yoxlanılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 1999-cu il 26 avqust tarixli 19-3 nömrəli və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 1999-cu il 18 avqust tarixli 1262 saylı Qərarları ilə təsdiq edilmiş “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə uyğun aparılmalıdır. Bu işlərin həyata keçirilməsi üzrə məsuliyyət idarə (obyekt) rəhbərlərinin üzərinə düşür.

MNK rəhbər və mühəndis-texniki işçilərinin əməyin mühafizəsi üzrə biliklərinin yoxlanılması üçün müəssisə rəhbərinin əmri ilə xüsusi komissiya (bir və ya bir neçə) yaradılır. Komissiyaya əməyin mühafizəsi xidmətinin rəhbərləri və mütəxəssisləri, baş mütəxəssislər (texnoloq, mühəndis, energetik və s.), əməyin mühafizəsi üzrə dövlət əmək müfəttişləri (onlarla razılaşaraq), müvafiq seçkili həmkarlar orqanının nümayəndəsi, nəzarət orqanlarının, o cümlədən Agentliyin (onlarla razılaşmaqla) nümayəndələri daxil edilir.

3.1.5. MNK idarələrinin istehsalat obyektlərində “Əmək şəraitinin vəziyyətinin yoxlanılması” jurnalı olmalıdır (Əlavə 2). Bu jurnalda mühəndis texniki və rəhbər işçilər tərəfindən iş prosesində aşkar olunmuş pozuntular və çatışmazlıqlar, iş icraçılarının adı göstərilməklə qeyd olunmalı və aradan qaldırılması müddəti göstərilməlidir.

3.1.6. MNK obyektlərinin təhlükəsiz istismarına obyekt rəhbərləri cavabdehdirlər.

3.1.7. MNK obyektlərinin tikintisi, genişləndirilməsi və yenidən qurulması üzrə işlərə başlamazdan əvvəl bu obyektlərə dair layihə sənədləri Agentlikdə qeydiyyata alınmalıdır.

3.1.8. MNK obyektləri və orada quraşdırılan avadanlıqlar layihə sənədlərinə uyğun olmalıdır. Layihə sənədlərində edilən dəyişiklər layihəçi təşkilatla və Agentliklə razılaşdırıldıqdan sonra texniki sənədlərə daxil edilməlidir.

3.1.9. Layihə, icra sənədləri və sınaq aktları MNK obyektlərində bütün istismar dövrü ərzində saxlanılmalıdır.

3.1.10. Bütün texniki qurğular (istehsalat avadanlıqları), o cümlədən xaricdə istehsal olunan qurğu və avadanlıqlar uyğunluq sertifikatına malik olmalı, istismar prosesində texniki təhlükəsizlik ekspertizasından keçirilməli və onların istismar tələblərinə uyğunluğu qiymətləndirilməlidir.

3.1.11. Texniki qurğuların nasaz vəziyyətdə, həmçinin sınaq, texniki baxış, defektoskopik müayinədən keçirilmə müddəti başa çatdıqda istismarı qadağandır.

3.1.12. Texniki qurğuların (istehsalat avadanlıqlarının) istismarı müvafiq normativ və istismar sənədlərinin (passport, istismar təlimatı) tələblərinə uyğun aparılmalıdır.

3.1.13. Mümkün qəzaların və onların nəticələrinin aradan qaldırılması üçün MNK obyektlərini istismar edən təşkilatlar öz qəza-xilasetmə dəstələrini yaratmalı və ya bu işləri yerinə yetirmək üçün qəza-xilasetmə xidmətləri ilə müqavilə bağlamalıdır.

3.1.14. MNK-nin obyektlərində baş vermiş bədbəxt hadisələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun tədqiq olunmalıdır.

3.1.15. İstehsalat binaları və anbar otaqları partlayış-yanğın və yanğın təhlükəliliyinə görə təsnifatlandırılmalı, partlayış və yanğın təhlükəli zonaların, həmçinin açıq texnoloji qurğu və avadanlıqların sinfi təyin olunmalıdır. İstehsalat binalarının və anbar otaqlarının partlayış-yanğın və yanğın təhlükəliliyinə görə təsnifatlandırılması, partlayış və yanğın təhlükəli zonaların, həmçinin açıq texnoloji qurğu və avadanlıqların sinfi layihə sənədlərində öz əksini tapmalıdır.

3.1.16. Hər bir obyektdə texnoloji proseslərdə tətbiq olunan yanğın və partlayış təhlükəli maddə və materialların xarakteristikası olmalı, xidməti heyət onların yanğın təhlükəsi baxımından xassələrini bilməlidir. Bütün obyektlərdə həmin obyektin baş mühəndisi tərəfindən təsdiq edilmiş “Partlayış - yanğın təhlükəli və yanğın təhlükəli obyektlərin (qaz təhlükəli yerlərin) siyahısı” (Əlavə 3), “Partlayış-yanğın və yanğın təhlükəli işlərin siyahısı” (Əlavə 4) və “Qaz təhlükəli işlərin siyahısı” (Əlavə 5) və “Sərəncamla aparılan işlərin siyahısı” olmalıdır.

3.1.17. Qaz təhlükəli, partlayış-yanğın və yanğın təhlükəli obyektlərdə odlu və digər yüksək təhlükəli işlər tapşırıq-icazə (Əlavə 6 və 7) əsasında aparılmalıdır. Odlu işlər “Neft sənayesinin partlayış, partlayış-yanğın və yanğın təhlükəli obyektlərində qaynaq və digər odlu işlərin aparılması qaydaları üzrə nümunəvi Təlimat”ın tələblərinə uyğun aparılmalıdır.

3.1.18. Partlayış təhlükəli zonalarda istismar olunan elektrik avadanlıqları partlayışdan mühafizəli olmalıdır. Partlayışdan mühafizəli elektrik avadanlıqlarının partlayışdan mühafizə növü və səviyyəsi qeyd olunmalıdır, onların temperatur sinfi partlayış təhlükəli qarışıqların qrup və kateqoriyalarına və partlayış təhlükəli zonaların sinifinə uyğun olmalıdır.

3.1.19. MNK-nin neftin saxlanılması, doldurulması, boşaldılması və nəqli ilə bağlı hər bir texnoloji proses və obyekt üçün mümkün qəzaların ləğvi planları (QLP) olmalıdır.

3.1.20. İşçi heyətə qəza vəziyyətində praktiki hərəkət qaydalarının öyrədilməsi məqsədilə MNK-nin hər bir obyektində qəzanın qarşısının alınması və ləğvi üzrə təlim məşqləri keçirilməlidir. (Əlavə 17)

3.1.21. Qəza halları baş verdikdə (məsələn, neft sızması və yaxud neftin ətraf əraziyə dağılması) əvvəlcədən təsdiq olunmuş plana uyğun olaraq dərhal həmin ərazidən işçilərin təxliyyəsi, ərazi və binaların təmizlənməsi üzrə tədbirlər həyata keçirilməlidir.

3.1.22. MNK obyektlərinin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğvinə dair layihə sənədləri texniki təhlükəsizlik ekspertizasından keçirilməlidir. Müsbət ekspertiza rəyi olmayan layihə sənədləri əsasında işlərin aparılması yolverilməzdir.

3.1.23. İstismara qəbul edilən MNK-nin tərkibinə daxil olan avadanlığın, texniki sistemlərin və tikililərin siyahısı onun obyektin tikintisi, yenidənqurulması və s. üçün işlənib hazırlanmış layihə sənədləri ilə müəyyən edilməlidir.

3.1.24. Yeni tikilən, əsaslı təmir olunan, genişləndirilən və texniki cəhətdən yeniləşdirilən magistral neft kəmərləri obyektlərinin tikintisi qurtardıqdan sonra qəbul komissiyası tərəfindən istismara qəbul edilməlidirlər. Quraşdırma işləri qurtarmadan yaxud komissiya tərəfindən qəbul edilməyən obyektlərin istismara buraxılması qadağandır.

3.1.25. Obyektlərin istismara qəbul edilməsi AzDTN 1.6-1 “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış istismara qəbulu Qaydaları”na uyğun həyata keçirilməlidir.

3.1.26. Qəbul komissiyasının tərkibində Agentliyin nümayəndəsinin iştirakı təmin edilməlidir, komissiyanın işində iştirak üçün Agentliyə 5 gün əvvəl məlumat verilməlidir.

3.1.27. Obyekti qəbul etdikdə komissiya texniki sənədləri yoxlamalı, layihəyə uyğunluğu, quraşdırmada və tikintidə yolverilən çatışmazlıqları aşkar etmək üçün bütün neft kəmərləri obyektlərini nəzərdən keçirməlidir.

 

3.2. Mühafizə sistemləri və onların tətbiqi qaydaları

 

3.2.1. Xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri

 

3.2.1.1. İşçilər xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin olunmalıdırlar. Verilən xüsusi geyim və xüsusi ayaqqabı normativ sənədlərə uyğun olmalıdır.

3.2.1.2. Bütün müəssisələrdə xüsusi geyim və xüsusi ayaqqabıların yuyulması, kimyəvi təmizlənməsi, dezinfeksiyası təşkil olunmalıdır. Zərərli maddələrlə işləyən fəhlələrin xüsusi geyiminin saxlanılması, deqazasiyası, dezaktivasiyası, yuyulması və təmiri dövlət sanitariya nəzarətini həyata keçirən orqanın göstərişlərinə müvafiq həyata keçirilməlidir.

3.2.1.3. İstifadə olunmuş (işlədilmiş) xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri işçilərə yalnız yuyulduqdan, istehsalçı müəssisə tərəfindən verilmiş texniki sənədlərində nəzərdə tutulduğu təqdirdə və dezinfeksiya olunduqdan sonra verilə bilər.

3.2.1.4. Verilən xüsusi ayaqqabı və xüsusi geyim işçinin ayaq və bədən ölçüsünə uyğun olmalıdır. Xüsusi geyim iş vaxtı işçinin hərəkətlərini məhdudlaşdırmamalıdır.

3.2.1.5. İş vaxtı işçilər onlara verilmiş xüsusi geyim və xüsusi ayaqqabıdan istifadə etməlidirlər. Mexanizimlərə xidmət edən işçilər xüsusi geyimi düymələməlidirlər. Qadınlar saçlarını baş örtüyünün altına yığmalıdırlar.

İş vaxtı şərf və yaylıqların uclarını sallanmış vəziyyətdə saxlamaq qadağandır.

3.2.1.6. Yad cisimlərin gözə düşmə təhlükəsi olduğu halda işçilər qoruyucu eynəkdən istifadə etməlidirlər.

3.2.1.7. Bütün işçilər qoruyucu dəbilqədən istifadə etməlidirlər. Soyuq hava şəraitində isti altlıqlı dəbilqədən istifadə olunmalıdır.

3.2.1.8. Çirklənmiş (dezaktivasiya olunmamış), nasaz (zədələnmiş) və ya köhnəlmiş fərdi mühafizə vasitələrindən istifadə etmək qadağandır.

3.2.1.9. İşçi zonada qazın miqdarı buraxılabilən həddi aşdıqda, işçilər əleyhqazdan istifadə etməlidir.

3.2.1.10. İş aparılan zonanın havasında zərərli maddələrin miqdarı buraxılabilən həddən yüksək olduqda tənəffüs orqanlarının mühafizəsi üçün süzgəcli əleyhqazlardan istifadə olunmalıdır. (Əlavə 18)

3.2.1.11. Quyularda, qaz kəmərlərində, neft çənlərində və zərərli (təhlükəli) qaz yığılması ehtimal olunan digər yerlərdə işləyən fəhlələr şlanqlı əleyhqazlardan istifadə etməlidirlər.

3.2.1.12. İşçinin şlanqlı əleyhqazla fasiləsiz işləmə müddəti 30 dəqiqədən artıq olmamalıdır. Sonradan işçi təmiz havada 15 dəqiqədən az olmayaraq istirahət etməlidir. Hər bir konkret iş yerində, iş vaxtı, işlərin aparılmasına cavabdeh olan şəxs tərəfindən müəyyən edilməlidir.

3.2.1.13. Fəhlələrə təhkim olunmuş əleyhqazlar sexdə, imkan daxilində iş yerinə yaxın yerdə xüsusi dolablarda (şkaf) saxlanılmalıdır.

3.2.1.14. İzoledici tənəffüs aparatlarından, işlərin aparılmasının texnologiyasında nəzərdə tutulmuş hidrogen-sulfidin ayrılması ilə əlaqədar əməliyyatların yerinə yetirilməsi və qəza vəziyyətinin yarandığı halda təxirəsalınmaz tədbirlərin görülməsi zamanı istifadə edilməlidir.

3.2.1.15. Tənəffüs aparatları ölçülərə uyğun seçilməlidir. Hər bir aparatın pasportu olmalı və üzərinə işçinin adı, soyadı yazılmış etiket bərkidilməlidir. Pasportda tənəffüs aparatının sazlığı və növbəti sınaq müddəti barədə qeydlər olmalıdır.

3.2.1.16. Qazdan mühafizə vasitələri, istismar üzrə təlimata uyğun olaraq qaz xilasetmə xidmətinin laboratoriyasında yoxlanılmalıdır.

3.2.1.17. İş yerlərində mühafizə vasitələrinin istismarı, yoxlanılması və saxlanılması üzrə təlimat olmalıdır.

3.2.1.18. Qaz təhlükəli obyektdə qazdan mühafizə vasitələrinin ehtiyatı saxlanılmalıdır. Onların miqdarı və növü işləyənlərin sayı, obyektin uzaqlığı, görülən işlərin xüsusiyyəti nəzərə alınmaqla təyin olunmalı və qaz təhlükəsizliyi xidməti ilə razılaşdırılmalıdır.

3.2.1.19. Əleyhqazlar və tənəffüs orqanlarının digər fərdi mühafizə vasitələri üç aydan bir yoxlanılmalıdır. Süzgəcli əleyhqazlar onların texniki pasportlarında göstərilmiş qayda və müddətlərdə dəyişdirilməlidir.

3.2.1.20. Fəhlələr tozlu iş şəraitində toz əleyhinə respiratordan, qoruyucu eynək, kombinezondan istifadə etməlidirlər.

3.2.1.21 MNK-nın istehsalat obyektlərində, üzən vasitələrin və dəniz hidrotexniki qurğuların göyərtələrində qoruyucu dəbilqəsiz olmaq qadağandır.

3.2.1.22 İşçilər səs-küydən qorunmaq üçün fərdi mühafizə vasitələri ilə müəyyən edilmiş normalara uyğun təmin olunmalıdır. (Əlavə 19)

3.2.1.23 Səs-küyün səviyyəsi 80 dBA- dan yüksək olan işçi zonalar, normativ sənədlərin tələblərinə uyğun təhlükəsizlik nişanları ilə işarələnməlidirlər.

Həmçinin, yüksək səs olan zonalar DÜST 12.4.026–76 üzrə təhlükəsizlik nişanları ilə işarələnməlidir.

2.2.1.24 Əl ilə idarə olunan maşınların dəstəklərində və mexanizmlərin idarəetmə vasitələrində titrəyişin səviyyəsinə və ona nəzarət normativ sənədlərin tələblərinə uyğun olmalıdır.

3.2.1.25 Qaynaq işləri zamanı DÜST 12.3.003-86, boyama işləri zamanı DÜST 12.3.005-75 tələblərinə uyğun olaraq fərdi mühafizə vasitələri tətbiq edilməlidir.

3.2.1.26. Yer səthindən (döşəmədən) 1,8 m-dən hündürlükdə aparılan tikinti-quraşdırma və texnoloji işlər hündürlükdən yıxılmağa qarşı təhlükəsizlik sistemlərindən istifadə etməklə Fövqəladə Hallar Nazirliyinin 2016-cı il 24 oktyabr tarixli 20/01-005 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na uyğun olaraq yerinə yetirilməlidir.

3.2.1.27. Hündürlükdən yıxılmağa qarşı fərdi mühafizə vasitələri və birləşdirici elementlər istehsalçı müəssisənin təlimatına və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq istismar edilməlidir.

3.2.1.28. “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın tələblərinə əsasən hündürlükdən yıxılmağa qarşı fərdi mühafizə vasitələrinin istismar edildiyi müəssisələrdə ağırlaşdırılmış yüklə dinamik və ya statik sınaqlarının keçirilməsi qadağandır.

3.2.1.29. Üzən vasitələrin və dəniz hidrotexniki qurğuların göyərtəsində xilasedici jiletsiz işləmək qadağandır.

 

3.2.2. Qurğular, avadanlıqlar, mexanizmlər və alətlər

 

3.2.2.1. Qurğular, avadanlıqlar, mexanizmlər, alətlər, nəzarət ölçü cihazları istismar təlimatına uyğun istifadə edilməlidir. Xaricdə istehsal olunmuş qurğu, avadanlıq və alətlər uyğunluq sertifikatına malik olmalıdır.

3.2.2.2. Texnoloji sistemlər, onların ayrı-ayrı elementləri, avadanlıqlar təhlükəsiz istismarı təmin edən zəruri tənzimləmə vasitələri ilə və bloklayıcılarla təchiz edilməlidir.

3.2.2.3. Partlayış təhlükəli texnoloji əməliyyatların, bütün iş rejimlərində nəzərdə tutulmuş son yol verilən parametrlərdən kənaraçıxma hallarında partlayış təhlükəli mühitin və digər qəza hallarının yaranmasının qarşısını alan və prosesin təhlükəsiz dayandırılmasını və ya təhlükəsiz vəziyyətə keçirilməsini təmin edən avtomatik tənzimləmə və qəzaların qarşısını alan sistemləri olmalıdır.

3.2.2.4. Təhlükəli istehsalat obyektlərində istifadə olunan yükqaldırma maşın və mexanizmlərin görünən yerində (oxunan) yükqaldırma qabiliyyəti, növbəti, texniki yoxlamanın tarixi göstərilməlidir. Təzyiq altında işləyən avadanlıqlarda yol verilən təzyiq, növbəti texniki yoxlamanın tarixi və qeydiyyat nömrəsi göstərilməlidir.

3.2.2.5. Avadanlıqlar, onların normal işini təmin edən, istehsalçı zavodun layihəsinə və quraşdırma (istismar) üzrə təlimatların tələblərinə uyğun olaraq möhkəm özül üzərində qoyulmalıdır.

3.2.2.6. Partlayış-yanğın təhlükəli sistemlər üçün (istismar prosesində titrəyişə məruz qalan avadanlıqlar və boru kəmərləri) layihədə titrəyişi azaldan, avadanlıqların yerdəyişməsini (qəzaya səbəb ola biləcək), dağılmasını və hermetikliyinin pozulmasını istisna edən tədbirlər nəzərdə tutulmalıdır.

3.2.2.7. Yenidən quraşdırılmış, modernləşdirilmiş, əsaslı təmir edilmiş avadanlıqların istismara buraxılması müəssisənin əmrinə əsasən həyata keçirilməlidir. Modernləşdirilmiş avadanlığın istifadəsinə texniki təhlükəsizlik ekspertizasının müsbət rəyi olduqda yol verilir.

3.2.2.8. Quraşdırma, texniki yoxlama və ya istismar zamanı avadanlıqda texniki istismar və təhlükəsizlik qaydalarının tələblərinə uyğunsuzluq aşkar edilərsə, o, istismardan çıxarılmalıdır. Onun istismarına aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yol verilir.

3.2.2.9. İşləyənlər üçün təhlükə mənbəyi olan avadanlığın elementləri, tərtibatlar, hissələr, bəndlər, habelə çəpər və mühafizə qurğularının səthləri müvafiq siqnal rəngində olmalıdır.

3.2.2.10. Avadanlıqların (aparatlar, boru kəmərlərinin müvafiq hissələri və s.) işə salınması və dayandırılması zamanı texnoloji sistemdə partlayış təhlükəli qarışıqların, habelə hidrat əmələ gəlməsinin və ya mayelərin donmasının qarşısını almaq üçün tədbirlər (təsirsiz qazla üfürülmə, üfürülmənin səmərəli olmasına nəzarət və s.) nəzərdə tutulmalıdır.

3.2.2.11. Avadanlığın gərginlik altına düşməsi ehtimalı olan metal hissələrində mühafizə yerləbirləşdirilməsi üçün görünən konstruktiv element nəzərdə tutulmalıdır. Bu elementin yanında “Yerləbirləşdirmə” işarəsi təsvir edilməlidir.

3.2.2.12. Avadanlığın xarici səthinin və istilikdən izolə örtüyünün temperaturu, tətbiq olunan ən çox partlayış-yanğın təhlükəli məhsulun öz-özünə alışma temperaturundan yüksək olmamalıdır.

İstismar zamanı konstruksiyanın elementlərinin və boru kəmərlərinin səthlərinin temperaturu 450C-dən artıq olarsa, həmin yerlər çəpərlənməli və ya xidmət heyətinin təmasda olma ehtimalı olan səthlər istilikdən izolə olunmalıdır.

3.2.2.13. Nasos və ya kompressorların vurucu və sorucu boru kəmərlərində qoyulmuş bağlayıcı, kəsici (ayırıcı) və qoruyucu qurğular nasosa (kompressora) maksimum yaxınlaşdırılmalı, xidmət üçün rahat və təhlükəsiz zonada yerləşdirilməlidir.

3.2.2.14. Asan alışan və yanar mayelərin vurulması üçün istifadə edilən nasoslar xəbərdaredici (onların işçi parametrlərinin pozulması haqqında) siqnalverici vasitələrlə təchiz edilməlidir. İşçi parametrlərin təhlükəsiz qiyməti texnoloji reqlamentlərlə və avadanlıqların istismar təlimatları ilə müəyyən edilməlidir.

3.2.2.15. Bucurqadların, kranların və digər yükqaldırma mexanizmlərinin yükqaldırma məhdudlaşdırıcıları, habelə yükün və mexanizmin öz-özünə hərəkətinə qarşı etibarlı əyləc qurğuları olmalıdır. Bu tələblər əl talına (bucurqadına) şamil edilmir.

3.2.2.16. Avadanlıqların, mexanizmlərin dəstində işin rahatlığını və təhlükəsizliyini təmin edən, tez aşılanan, tez-tez dəyişdirilən hissələri və bəndləri yenisi ilə əvəz etmək üçün xüsusi tərtibat və ya qurğular nəzərdə tutulmalıdır.

3.2.2.17. Maşın və avadanlıqların bərkidici bənd və hissələrində öz-özünə açılma (boşalma) və ayrılmaların qarşısını alan tərtibatlar (əks qaykalar, pazlar və s.) olmalıdır.

3.2.2.18. Qurğular, avadanlıqlar, mexanizmlər, alətlər nasaz vəziyyətdə və ya təhlükəsizlik quruluşları (bloklayıcı, tənzimləyici, siqnalverici tərtibat və cihazlar) nasaz olduqda, habelə işçi parametrləri pasportda verilən parametrlərdən fərqli olduqda onların istismarı qadağandır.

3.2.2.19. Avadanlıqların təmiri yalnız elektrik şəbəkəsindən açıldıqdan, qalıq təzyiq endirildikdən, hərəkət edən hissələr dayandırıldıqdan və təsadüfən onları hərəkətə gətirən ağırlıq qüvvəsi və ya digər amillərə qarşı tədbirlər görüldükdən sonra aparılmalıdır. İşəsalma qurğusunda mütləq “İŞƏ SALMAYIN, ADAMLAR İŞLƏYİR!” lövhəsi asılmalıdır.

3.2.2.20. Avadanlıqların, alətlərin, nəzarət ölçü cihazlarının istismardan çıxarılması qərarı fiziki yeyilmə göstəricisi, korroziya və ya defektoskopiyanın nəticələri nəzərə alınmaqla qəbul edilməlidir. Avadanlıqların istismardan çıxarılma meyarı (ölçüsü) həmin avadanlıqla işləyən və ya istehsalçı müəssisə tərəfindən müəyyən edilməli və istismar üzrə təlimatda nəzərə alınmalıdır.

3.2.2.21. Texniki quruluşların, avadanlıqların və qurğuların təhlükəsiz istismar müddətinin uzadılmasının təyini üzrə işləri ekspert təşkilatı yerinə yetirməlidir.

3.2.2.22. Təhlükəli istehsalat obyektlərində istismar edilən qurğu və avadanlıqların sertifikatlaşdırılması “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilməlidir.

3.2.2.23. Lüklərin qapaqlarının kütləsi 20 kq-dan ağır olduqda qapaqları rahat açıb- bağlamaq üçün onlar qaldırıcı-çevrici və digər tərtibatla təchiz olunmalıdır.

 

3.2.3. Çəpərlər (örtüklər, sipərlər)

 

3.2.3.1. Avadanlıqların, aparatların, mexanizmlərin və alətlərin açıq, hərəkət edən, fırlanan hissələri çəpərlənməli və ya örtüklə bağlanmalıdır. Çəpər olmadıqda və ya avadanlıqlar açıq olduqda onların işə düşməsinin qarşısını alan bloklayıcı sistem nəzərdə tutulmalıdır.

3.2.3.2. Çəpər tez yığıla bilən və quraşdırma üçün rahat olmalıdır.

3.2.3.3. Çəpərin və ya örtüyün konstruksiyası və bərkidilməsi işçilərin təhlükəli hissələrə təsadüfən toxunmasını istisna etməlidir.

3.2.3.4. Məhəccərli çəpərin hündürlüyü 1,25 m-dən (intiqalı kəmərdən olan avadanlıqlar üçün 1,5 m-dən) az olmamalı, çəpərin aşağı kəmərinin (zolağının) hündürlüyü 0,15 m olmalı, ayrı-ayrı kəmərlər (zolaqlar) arasındakı məsafə 0,40 m-dən, dirəklər arasındakı məsafə isə 2,5 m-dən artıq olmamalıdır.

3.2.3.5. Əgər təhlükəli zonadan 0,35 m-dən artıq məsafədə çəpər qoymaq mümkündürsə, onda avadanlıq və mexanizmlərin hərəkət edən hissələrinə girişi bağlamaq üçün məhəccərli çəpərdən istifadə etməyə yol verilir.

3.2.3.6. Avadanlıqların hərəkət edən elementlərinin torşəkilli çəpərinin hündürlüyü 1,8 m-dən az olmamalıdır. Hündürlüyü 1,8 m-dən az olan mexanizmlər tam olaraq (üstdən də) çəpərlənməlidir. Torun gözcüklərinin ölçüləri 30x30 mm-dən artıq, məftilinin diametri isə 2 mm-dən az olmamalıdır. Torşəkilli çəpərin metal çərçivəsi (karkası) olmalıdır.

3.2.3.7. Kənarı, hərəkət edən və yaxud fırlanan detallardan 0,1 m aşağı və döşəmənin səviyyəsindən 0,5 m yuxarı olarsa, aşağı hissəsi açıq olan örtüklərdən istifadə etməyə yol verilir.

3.2.3.8. Qayış ötürməsinin çəpərinin hündürlüyü 1,5 m-dən az olmamalı və hər iki qasnağın xarici tərəfdən metal sipərləri olmalıdır.

3.2.3.9. Tez-tez nəzərdən keçirilməsi və xidmət göstərilməsi tələb olunan bəndlərin sökülə bilən çəpərləri və ya tez çıxarıla bilən lükləri olmalıdır.

3.2.3.10. Dişli və zəncirli ötürmələr rahat yığılıb-sökülən, çıxarılan hissələri və tərtibatları olan bütöv metal sipərlərlə (örtüklərlə) örtülməlidir.

3.2.3.11. Mexanizmlərin, aqreqatların hərəkət edən hissələrinin çıxıntılı detalları və hərəkət edən birləşmələri bütün hərəkəti boyu örtüklə bağlanmalıdır.

 

3.2.4. Pilləkənlər və meydançalar

 

3.2.4.1. Marş pilləkənlərinin mailliyi 600-dən çox (çənlərdə 500-dən) olmamalı, adi pilləkənlərin eni 0,65 m-dən, ağırlıq daşınan pilləkənlərin isə 1 m-dən az olmamalıdır.

Pillələr arasındakı hündürlük üzrə məsafə 0,25 m-dən çox olmamalıdır. Pillələrin içəriyə doğru mailliyi 2-50 olmalıdır.

Pillələrin hər iki tərəfinin hündürlüyü 0,15 m-dən az olmayan yan haşiyələri olmalıdır.

Pilləkənlərin hər iki tərəfdən 1 m hündürlükdə məhəccəri olmalıdır.

3.2.4.2. Marş pilləkənlərinin orta tamasası olmaqla iki tərəfli 1 m hündürlüklü məhəccəri olmalıdır. Dirəklər arasındakı məsafə 2 m-dən artıq olmamalıdır.

3.2.4.3. Marş pilləkənlərinin quruluşu, üstündə hərəkət edərkən onun əyilməsini və yerdəyişməsini istisna etməli və 200 kq yükə davam gətirməlidir.

3.2.4.4. Tunel tipli metaldan olan nərdivanların eni 0,60 m-dən az olmamalı, radiusu 0,35÷0,40 m olan qoruyucu qövsləri olmalı və onlar da öz növbəsində qoruyucu zolaqlarla bərkidilməlidir. Qövslər arasındakı məsafə 0,80 m-dən çox olmamalıdır. Qövsün pillələrdən ən aralı nöqtəsi 0,70÷0,80 m həddində olmalıdır.

Nərdivanlar şaquli üzrə bir-birindən 6 m-dən çox olmayan məsafədə quraşdırılmış aralıq meydançalarla təmin edilməlidir.

3.2.4.5. Tunel tipli söykəmə nərdivanların pillələri arasındakı məsafə 0,35 m-dən çox, eni isə 0,6 m-dən az olmamalıdır.

3.2.4.6. Tunel tipli nərdivanlar və pilləkənlər 250 kq yükə davam gətirməlidir.

3.2.4.7. Tunel tipli nərdivanların və pilləkənlərin yan hissələri, keçid meydançasına çıxış yerində onun üzərində 1 m hündürlüyündə məhəccərlə qurtarmalıdır. Məhəccərlər meydançaya tərəf əyilməli və ona möhkəm bərkidilməlidir.

3.2.4.8. Hündürlükdə yerləşən işçi meydançaların döşəmə səthi sürüşməni istisna edən metal təbəqədən və ya qalınlığı 40 mm-dən az olmayan taxtadan olmalı, hündürlüyü 1,25 m olan (bir-birindən 0,40 m-dən çox olmayan məsafədə yerləşən uzununa tamasalı) məhəccəri, döşəmədən 1 sm-dən çox olmayan hündürlükdə yerləşən hündürlüyü 0,15 m-dən az olmayan yan haşiyəsi (bortu) olmalıdır.

3.2.4.9. Keçid meydançaları pilləkənlərə sərbəst keçməyi təmin etməlidir. Onların sürüşməni istisna və atmosfer çöküntülərinin axıb getməsini təmin edən metal döşəmələri olmalıdır.

3.2.4.10. 1 m-dən artıq hündürlükdə yerləşən meydançaların hündürlüyü 1,1 m olan məhəccərli çəpəri olmalıdır. Məhəccərlərin dayaqları arasındakı məsafə 2 m-dən çox olmamalıdır. Dayaqlar, aralarındakı məsafə 0,4 m olan üfiqi tamasalarla bir-birinə birləşdirilməlidir.

Meydançanın çəpərinin 0,15 m-dən az olmayan və döşəmədən 1 sm qədər hündürlükdə yerləşən yan haşiyəsi olmalıdır.

3.2.4.11. Meydançalar və pilləkənlər müntəzəm olaraq qardan, buzdan və çirkdən təmizlənməlidir.

3.2.4.12. Yanğın və partlayış təhlükəli obyektlərdə taxta döşəməli meydançalardan istifadə etmək qadağandır.

3.2.4.13. İşçinin (xidmət üçün) 0,75 m-ə qədər hündürlüyə qalxması tələb olunan obyektlər (yerlər) pillələrlə, 0,75 m-dən artıq hündürlükdə isə məhəccərli pilləkənlərlə təchiz edilməlidir.

 

IV. ƏSAS İSTEHSALAT OBYEKTLƏRİNİN VƏ QURĞULARININ İSTİSMARI

 

4.1. Nasos aqreqatları (stansiyaları)

 

4.1.1. Neftvurma nasos stansiyalarının istismarında qüvvədə olan normativ-hüquqi aktların və bu Qaydaların tələbləri nəzərə alınmalıdır.

4.1.2. Nasos stansiyası otaqlarında nasosxananın texnoloji sxemi və yanğın təhlükəsizliyi üzrə təlimatlar asılmalıdır.

4.1.3. Nasos stansiyası telefon əlaqəsi, qəza haqqında xəbərdaredici səs və işıq siqnalizasiyası ilə təchiz olunmalıdır.

4.1.4. Nasos stansiyası otaqları aşağıdakı tələblərə cavab verməlidir:

- nasosxana binasına iki yerdən giriş və çıxış qapıları olmalıdır;

- döşəmələr və divarlar odadavamlı, qığılcım əmələ gətirməyən, neft və neft məhsulları hopdurmayan materiallardan olmalı;

- otaqların qapıları bayıra açılmalı və bağlayıcı qurğuları (kilidi) olmamalı;

- sürtkü materiallarının ehtiyatı bir sutkalıq tələbatdan artıq olmamalı;

- elektrik enerjisinin verilməsi qəflətən dayandırıldıqda nasoslar elektrik şəbəkəsindən açılmalıdır.

4.1.5. Nasos stansiyaları aşağıdakılarla təchiz olunmalıdır:

- axınlı-sorma ventilyasiya sistemi, qazanalizatorla əlaqələndirilmiş avtomatik qəza ventilyasiyası və isitmə sistemi ilə;

- stasionar və ya səyyar yükqaldırma qurğuları ilə;

- Tikinti norma və qaydalarının tələblərinə uyğun stasionar yanğınsöndürmə qurğuları ilə;

- ilkin yanğınsöndürmə vasitələri ilə;

- avtomatik köpüklə yanğınsöndürmə sistemi ilə;

- partlayış mühafizəli və mexaniki zədələnmədən qoruyucu örtüklə təchiz edilmiş işıqlandırma lampaları ilə;

- partlayış mühafizəli elektrik mühərrikləri ilə.

4.1.6. Nasos stansiyasının əsas və köməkçi avadanlıqlarının üzərində texnoloji sxemə uyğun nömrələri, “Diqqət! Aqreqat avtomatik işə düşür!” yazıları olan lövhə olmalıdır.

4.1.7. Nasosları işə salmazdan əvvəl axınlı-sorma ventilyasiyası işə salınmalı, nasosxananın havası dəyişdirilməlidir.

4.1.8. Nasos stansiyasının nasaz və ya işə salınmamış ventilyasiya və avtomatika sistemi ilə istismarı qadağandır.

4.1.9. Nasos stansiyasının maşın zalını elektrik avadanlıqları yerləşən otaqlardan ayıran divar və arakəsmələr hermetik və saz vəziyyətdə olmalı, onların hermetikliyi tüstü vermə üsulu ilə yoxlanılmalıdır.

4.1.10. Nasosxana ilə maşın zalı arasında ikitərəfli səs və telefon əlaqəsi olmalıdır.

4.1.11. Nasosxana otaqlarının girişlərini, nasosların arasındakı keçidləri əşyalarla və materiallarla qalaqlamaq qadağandır.

4.1.12. Bağlayıcı armaturlar texnoloji sxemdəki nömrələnməyə uyğun nömrələnməli, armaturların açıq və ya bağlı vəziyyətdə olmasını göstərən “açıq” və “bağlı” yazısı olan lövhələr asılmalıdır. Bağlayıcı-tənzimləyici armaturların elektrik intiqalları partlayışdan mühafizəli olmalıdır.

4.1.13. Nasosların hərəkət edən və fırlanan hissələri çəpərlənməli və üzərində mühafizə örtükləri olmalıdır. Mühafizə örtükləri və çəpərlənmələri olmayan nasosların işə salınması qadağandır.

4.1.14. Otaqda yerləşən nasosları neftlə doldurduqda qaz-hava qarışığı və maye fazası qapalı sistemlə kanalizasiyaya yönəldilməlidir.

4.1.15. Nasos aqreqatları işləyən zaman birləşmələri bərkitmək, detalları və təzyiq altında olan avadanlıqları təmir etmək, eləcə də fırlanan hissələrə toxunmaq qadağandır.

4.1.16. Nasos stansiyasının əsas və köməkçi avadanlıqlarının manometrsiz, həmçinin nasaz və texniki baxışdan keçirilməmiş manometrlə istismarı qadağandır.

4.1.17. Qəza vəziyyəti yarandıqda, nasos aqreqatının normal iş rejimini pozan və ya işçi heyətin həyatına və sağlamlığına təhlükə yaradan nasazlıq baş verdikdə nasos aqreqatı dayandırılmalı, giriş və çıxış borularının siyirtmələri bağlanmalıdır.

4.1.18. Qəza hallarında neftvurma nasoslarının işinin dayandırılmasını məsafədən yerinə yetirmək üçün nasosların idarəetmə pultundan kənarda, onları elektrik cərəyanından ayıran «Stop» düyməsi nəzərdə tutulmalıdır.

4.1.19. Nasosları izafi təzyiq altında olan boru kəmərlərindən ayıran zaman bağlayıcı siyirtmələrin təsadüfən açılmasının qarşısını almaq üçün onların elektrik intiqalı cərəyandan ayrılmalı və bağlayıcı quruluşlarla (zəncir,kilid) bağlanmalıdır.

4.1.20. Avadanlıqlara, boru kəmərlərinə və çəpərlənmələrə vurulan fərqləndirici rəng, xəbərdaredici və təhlükəsizlik nişanları normativ sənədlərin tələblərinə cavab verməlidir.

4.1.21. Nasosxana otaqlarında işləyən zaman qığılcım əmələ gətirməyən alətlərdən istifadə olunmalıdır. Nasos aqreqatlarının gövdəsi yerlə birləşdirilməlidir.

4.1.22. Yağa və neftə bulaşmış silgi materialları qapağı kip bağlanan metal qutularda saxlanılmalı, işin sonunda isə nasosxanadan kənara, xüsusi ayrılmış yerə çıxarılmalıdır.

4.1.23. Neftvurma nasosxanalarında asan alışan mayelərin saxlanılması qadağandır.

4.1.24. Nasoslar işləyən zaman nasos stansiyasında odlu və qaz təhlükəli işlərin aparılması qadağandır.

4.1.25. Səyyar işıqlandırma vasitəsi kimi partlayış mühafizəli akkumulyatorlu fənərlərdən istifadə edilməlidir. Fənərlər nasosxanadan xaricdə yandırılıb söndürülməlidir.

4.1.26. Partlayış mühafizəli olmayan səyyar rabitə vasitələri və mobil telefonlar nasosxanaya daxil olmazdan əvvəl söndürülməlidir.

4.1.27. Nasos stansiyasının bütün otaqları istehsalat kanalizasiyası sistemi ilə təchiz olunmalıdır, nasosxana binalarının kənarında nasoslardan sızan neftin mərkəzləşdirilmiş yığım sistemi quraşdırılmalıdır.

4.1.28. Neftvurma nasosxanalarının kanalizasiya xəttinə birləşdirilən yerlərində xüsusi quyularda hidravlik sürgülər quraşdırılmalıdır. Onların sazlığı ayda bir dəfədən az olmayaraq yoxlanılmalıdır.

4.1.29. Nasosxana otaqlarında döşəmələr, dağılmış neftin yığılması üçün qanovlar, çuxurlar, dəliklər təmiz saxlanılmalı, dağılmış neft dərhal təmizlənməlidir.

4.1.30. Boruların nasosxananın daxili divarlarından keçdiyi yerlərdə quraşdırılan kipləşdirici qurğular saz vəziyyətdə saxlanılmalı, onların hermetikliyi 6 ayda bir dəfədən az olmayaraq yoxlanılmalıdır.

 

4.2 Çənlər parkı

 

4.2.1. Çənlər parkının xidməti heyəti çənlərin bütün kommunikasiya sxemlərini dəqiq bilməli və istismar zamanı səhvə yol vermədən idarəetməni həyata keçirməlidir. Texnoloji sxemlər operatorun iş yerində divardan asılmalıdır.

Dərinləşdirilmiş çənlərin nömrələri xüsusi quraşdırılmış lövhələrdə göstərilməlidir.

4.2.2. Hər bir çən üçün texnoloji xəritə tərtib olunmalıdır. Xəritədə aşağıdakılar göstərilməlidir:

- çənin texnoloji sxemdəki nömrəsi;

- çənin maksimal tutumu və maksimal doldurulma səviyyəsi;

- çənin diametri;

- baza hündürlüyü;

- üzərindəki avadanlıqlar və onların buraxma qabiliyəti;

- çənin doldurulma-boşaldılma sürəti (m3/saat);

- minimal qalıq;

- çəndə mayenin maksimal yol verilə bilən qızdırılma temperaturu;

- qoruyucu və nəfəsalma klapanlarının növü, sayı və buraxma qabiliyyəti;

- buxar qızdırıcıları işləyən zaman buraxılabilən minimal və maksimal səviyyə (sm).

4.2.3. Çənin gövdəsinin üzərində sıra nömrəsi və “ODDAN TƏHLÜKƏLİDİR!” sözləri yazılmalıdır. Günəş şüalarının təsirindən mühafizə olunmaq məqsədilə çənlər günəş şüalarını əks etdirən açıq rəngli boya ilə rənglənməlidir.

4.2.4. Çənlər parkının ərazisi layihəyə uyğun planlaşdırılmalı və yağış sularının yığım kanalizasiya quyusuna axıdılması üçün maili olmalıdır. Yığım quyuları xüsusi məhəccərlərlə təchiz olunmalıdır.

4.2.5. Çənlərin çəpərləyici divarları və torpaq bəndləri layihəyə uyğun olmalıdır.

4.2.6. Çənlər parkının ərazisində hava mühitinə nəzarət olunmalıdır.

4.2.7. İstehsalat-yağış kanalizasiyasının boru kəmərlərinin çıxış xəttində (bəndin xaricində), həmçinin neft kanalizasiyası xəttində neft tutucularından əvvəl və sonra siyirtmələr quraşdırılmalıdır.

4.2.8. Həftədə bir dəfədən az olmayaraq istehsalat kanalizasiyası vaxtaşırı yuyulmalı, yığım quyuları təmizlənməli, qoruyucu qapaqların (xlopuşkaların) sazlığı yoxlanılmalı və müvafiq jurnalda qeyd olunmalıdır.

4.2.9. Çənlər parkının ərazisinə daxil olmaq üçün torpaq bəndlərinin və ya çəpər divarların hər iki tərəfində məhəccərli pilləkən – keçidlər quraşdırılmalıdır. Tək dayanan çən üçün pilləkən-keçidlərin sayı ikidən, qrup şəkilində olan çənlər üçün isə dörd ədəddən az olmamalıdır.

4.2.10. Çənlərin pilləkənləri, dam meydançaları təmiz saxlanılmalı, artıq əşyalarla qalaqlanmamalı, qış fəslində qardan və buzdan təmizlənməlidir.

4.2.11. Çənlərin yanında və çənlər parkının ərazisində açıq alovdan, işıq mənbələrindən istifadə etmək və siqaret çəkmək qadağandır. Çənlər parkının girişində və ərazisində bu barədə xəbərdaredici lövhələr və təhlükəsizlik nişanları qoyulmalıdır.

4.2.12. Nəqliyyat vasitələrinin çənlərin torpaq bəndlərlə əhatə olunmuş ərazisinə daxil olması müəssisə rəhbərliyi tərəfindən təsdiq olunmuş, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Agentlik və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmış tapşırıq-icazə vərəqəsi əsasında həyata keçirilməlidir. Çənlər parkının ərazisinə daxil olan nəqliyyat vasitələri qığılcımsöndürənlə təchiz edilməlidir. Avtonəqliyyat vasitələrinin istismar olunan çənlərə 20 m-dən az məsafəyə yaxınlaşmasına yol verilmir.

4.2.13. Çənlər parkı, həmçinin tək halda yerləşən çənlərin ərazisi tikinti norma və qaydalarının tələblərinə uyğun layihə ilə müəyyən olunmuş qaydada ilkin yanğınsöndürmə vasitələri və avtomatik köpüklə yanğınsöndürmə və soyutma sistemləri ilə təchiz olunmalıdır. Bütün yanğınsöndürmə vasitələri təyin olunmuş yerlərdə yerləşdirilməli və daim saz vəziyyətdə saxlanılmalıdır.

4.2.14. Çənlər parkının avtomatik yanğınsöndürmə sistemi daim növbətçi (gözləmə) iş rejimində saxlanılmalıdır. İstehsalat zərurəti ilə əlaqədar olaraq (planlı baxış, cari və ya əsaslı təmir və s.) iş rejiminin müvəqqəti olaraq dəyişdirilməsi (əl ilə və ya məsafədən idarəetmə iş rejiminin seçilməsi) yalnız cavabdeh şəxslərin icazəsi ilə yerinə yetirilə bilər. Bu barədə ərazi üzrə yanğın təhlükəsizliyi xidməti öncədən məlumatlandırılmalı və ərazidə sərəncamda olan bütün yanğınsöndürmə vasitələrini cəlb etməklə əlavə təhlükəsizlik tədbirləri görülməlidir. İstismar edilən avtomatik yanğınsöndürmə sistemi daim işlək vəziyyətdə saxlanılmalı, sistemə və onun qurğularına vaxtlı-vaxtında texniki xidmət göstərilməlidir.

4.2.15. Neft çənləri nəfəsalma klapanları ilə təchiz edilməlidir. Nəfəsalma klapanları qurğuların istismar pasportunun tələblərinə uyğun olaraq tənzimlənməli, vaxtlı-vaxtında texniki baxışdan keçirilməli və ilin soyuq fəsillərində avadanlığın elementlərinin donmasının qarşısının almaq üçün zəruri texniki tədbirlər görülməlidir (hərəkətdə olan hissələr mütəmadi olaraq təmizlənməli və şaxtaya davamlı yağla yağlanmalıdır).

4.2.16. Donmuş neft qalığının, çənlərin donmuş armaturlarının, həmçinin neftin saxlanılması, doldurulması və boşaldılması zamanı onun qızdırılmasına yalnız buxar və ya isti su ilə icazə verilir.

4.2.17. Çənlərin doldurulması və boşaldılması əməliyyatı yerinə yetirilən zaman çənlərin deformasiyasına yol verməmək üçün texnoloji rejimə ciddi riayət edilməlidir. Çənlərin doldurulma və boşaldılma sürətinin yol verilə bilən maksimal həddinin təyin edilməsi zamanı çənin tənəffüs klapanlarının istismar pasportunun göstəriciləri nəzərə alınmalıdır.

Üzən damlı çənlər elə doldurulub boşaldılmalıdır ki, üzən damın qaldırılma və ya endirlimə sürəti layihədə nəzərdə tutulan sürətdən yüksək olmasın, lakin sürəti 2,5 m/saat-ı aşmasın.

4.2.18. Qoruyucu və nəfəslik klapanları yerləşən meydança çənin pilləkən meydançası ilə eni 0,6 m-dən az olmayan və hündürlüyü 1,1 m məhəccərləri olan keçidlə birləşdirilməlidir.

4.2.19. Çənlərin avadanlıqları onların istismar qaydalarına uyğun olaraq mütəmadi yoxlanılmalıdır.

4.2.20. Çənlər parkı və tək yerləşən çənlər ildırımın zərbəsindən, elektrostatik və elektromaqnit induksiyadan ildırımötürücü qurğularla mühafizə olunmalıdır.

4.2.21. İldırımötürücü qurğuların əsaslı təmiri ilin şimşəksiz (sabit hava) dövründə aparılmalıdır.

4.2.22. Şimşək çaxan vaxtı ildırımötürücülərə 4 m-dən az məsafəyə yaxınlaşmaq qadağandır, ildırımötürücülərinin üzərində bu barədə xəbərdaredici yazıları olan lövhələr asılmalıdır.

4.2.23. Çənlər, avadanlıqlar, boru kəmərləri statik cərəyandan mühafizə olunmaq üçün yerlə birləşdirilməlidir. Yerləbirləşdirmə qurğularının müqaviməti ildə bir dəfədən az olmayaraq torpağın ən az keçiriciliyə malik olduğu dövrdə ölçülməlidir. Üzən damlı çənlər üçün statik elektrik cərəyanını dəf etmə xəttinin sazlığı ildə iki dəfədən az olmayaraq yoxlanılmalıdır.

4.2.24. Yerləbirləşdirmə qurğularının yerüstü hissələri qara rəngli yağlı boya ilə, eninə isə qırmızı zolaqlarla rənglənməlidir.

4.2.25. Yerləbirləşdirmə qurğularının mütəmadi yoxlanılmasına görə məsuliyyəti baş mühəndis və baş energetik, neftvurma və dispetçer stansiyalarında isə mühəndis-elektriklər daşıyır.

4.2.26. Çəndə statik elektrik yüklənməsinə şərait yaradan əşyalar olduqda çəni istismar etmək qadağandır.

4.2.27. Doldurma əməliyyatı zamanı statik elektrik yüklənməsi nəticəsində partlayışın baş verməməsi üçün çənə tökülən maye şırnaqla deyil, mayenin səviyyəsi altından doldurulmalıdır.

4.2.28. Çənin siyirtmələri xüsusi təhlükəsiz tərtibatlarından istifadə etməklə, rahat açılıb-bağlanmalıdır. Siyirtmələrin rahat açılması üçün onlar vaxtaşırı yağlanmalıdır. Bütün siyirtmələr (yerli və ya məsafədən idarə olunan) bağlayıcı qurğunun vəziyyətini (“açıqdır”, “bağlıdır”) göstərən işarələrlə təchiz olunmalıdır.

4.2.29. Avtomatlaşdırılmış parkın çənləri neftin son səviyyəyə çatması haqqında xəbərdaredici siqnalizasiya ilə və klapanların, siyirtmələrin işinin pozulmasını xəbərdar edən qəza siqnalizasiyası ilə təchiz olunmalıdırlar.

4.2.30. Fəaliyyətdə olan çənin işi yalnız yeni işə salınan çənin siyirtmələri tam açıldıqdan sonra dayandırılmalıdır.

Neft vurma zamanı bir çənin işini dayandırmaq və yeni çəni işə salmaq üçün siyirtmələri eyni zamanda açıb-bağlamaq qadağandır.

4.2.31. Avtomatik siyirtmələri olan çənlər parkındakı boru kəmərləri, siyirtmələrin düzgün qoşulmaması səbəbindən təzyiqin artmasına qarşı mühafizə olunmalıdır.

4.2.32. Qəbul və paylayıcı qurğuların istismarı zamanı flans birləşmələri hermetik olmalıdır.

4.2.33. Fəaliyyətdə olan çəndən neftin sızması aşkar olunduqda, idarəetmə kamerasının nəzarət borusunda və drenaj quyularında neft göründükdə çənin işi dərhal dayandırılmalı və içindəki neft boşaldılmalıdır.

4.2.34. Çəndən neft daşdıqda neft axını dərhal digər boş çənə yönəldilməli, axmış neft drenaj xəttinə vurulmalıdır. Neftə bulaşmış torpaq yığılmalı və parkın ərazisindən bunun üçün nəzərdə tutulmuş yanğın təhlükəsi olmayan xüsusi yerlərə daşınmalıdır.

4.2.35. Çənlərdən neftin altında yığılan su layihədə nəzərdə tutulan vasitələrlə boşaldılmalıdır. Neftaltı suyun boşaldılması zamanı neftin su ilə birlikdə axmasına yol verilməməlidir. Çəndən çöküntü suları və çirk (palçıq) boşaldılan zaman küləkdöyən istiqamətdə dayanmaq lazımdır.

4.2.36. Qaz bərabərləşdirici sistemə qoşulmuş çənin istismardan çıxarılması lazım gəldikdə o, qaz boru birləşmələrindən ayrılmalı, qaz kəmərindəki siyirtmələr bağlanmalı və tıxaclar qoyulmalıdır.

4.2.37. Qaz bərabərləşdirici sistemə qoşulmuş çənlərdə hermetikliyin pozulması aşkar olduqda çən dərhal qaz bərabərləşdirici sistemdən ayrılmalı və nasazlıqlar aradan qaldırılmalıdır.

4.2.38. Neftin səviyyəsinin ölçmək və neft nümunəsinin götürülmək üçün istifadə olunan cihazlar saz vəziyyətdə olmalıdır.

Qaz fazasında izafi təzyiq 200 Pa qədər olan üzən damlı və ya stasionar damlı çənlərdə neftin səviyyəsinin ölçülməsi və nümunələrin götürülməsi əl ilə yerinə yetirilə bilər.

4.2.39. Çənlərdə neftin səviyyəsi məsafədən idarə olunan vasitələrlə ölçülməlidir.

Ölçü lükündən əl ilə səviyyə ölçüldükdə və nümunə götürüldükdə statik elektrik cərəyanının boşalmasının və zərbə nəticəsində qığılcım əmələ gəlməsinin qarşısının alınması üçün qığılcım verməyən elastik burazdan istifadə edilməlidir.

Bununla yanaşı, temperaturun və neftin səviyyəsinin əl ilə ölçüldüyü, həmçinin nümunənin daşınan vasitələrin köməyi ilə götürüldüyü hallarda qığılcımın əmələ gəlməsinə qarşı aşağıdakı tədbirlər görülməlidir:

- işçilər qeyri-sintetik parçadan tikilmiş xüsusi geyimdə, polad altlığı və mismarı olmayan xüsusi ayaqqabıda işləməli;

- qığılcım əmələ gətirməyən materialdan hazırlanmış nümünəgötürən cihazdan və ölçü lentindən istifadə edilməli;

- nümünəgötürən cihaz yerlə birləşdirilməli;

-zərbədən qığılcım verməyən alətlərdən və tərtibatlardan istifadə edilməlidir.

4.2.40. Ölçü lükündən neft nümunəsinin götürülməsinə və səviyyənin ölçülməsinə neftvurma əməliyyatı başa çatdıqdan 2 saat sonra icazə verilir.

4.2.41. Yağışlı hava şəraitində, küləyin surəti 12,5 m/san-ni aşdıqda, həmçinin doldurma-boşaltma zamanı çənlərdə neftin səviyyəsinin əl ilə ölçülməsi və onlardan nümunənin götürülməsi qadağandır.

4.2.42. Neft nümunəsi götürülən və neftin səviyyəsi ölçülən zaman işçilər (sayı iki nəfərdən az olmamalıdır) arxası küləyə tərəf dayanmalı, qaz bərabərləşdirici sistemin qaz bağlayıcı armaturları isə bağlı vəziyyətdə olmalıdır.

Çəndən nümunə götürülən və neftin səviyyəsi ölçülən zaman açıq lükün içinə əleyhqazsız baxmaq və əyilmək qadağandır.

4.2.43. Çəndə neftin səviyyəsi yoxlanılarkən polad lentli dərinlik ölçən cihaz səlis endirilib qaldırılmalıdır. Polad lenti yalnız pambıq-kətan əski ilə silmək olar.

4.2.44. Ölçü lükünün qapağını ayaqla açmaq üçün pedalı olmalı, qapaq tam hermetik olmalıdır. Lükün qapağını bağlayan zaman zərbədən qığılcımın əmələ gəlməsinin qarşısını almaq məqsədilə qapağın altında qığılcım verməyən və ya rezindən hazırlanmış, saz vəziyyətdə olan araqatı olmalıdır.

4.2.45. Lükün deşiklərində ölçü lentinin hərəkəti zamanı qığılcımın əmələ gəlməsinə qarşı həlqə və ya xüsusi qəlib olmalıdır. Ölçü lükünün həlqəsi və dərinlik ölçü cihazının lenti saz vəziyyətdə olmalı və qığılcım verməyən materialdan olmalıdır.

4.2.46. Nümunə götürüldükdən və neftin səviyəsi ölçüldükdən sonra lükün qapağı bağlanmalıdır. Qapaq ehtiyatla bağlanmalı, onun əldən düşməsinə və lükün boğazına zərbə ilə dəyməsinə yol verilməməlidir.

4.2.47. Xam neft, çəndə quraşdırılan spiralvari borulara su buxarı verməklə qızdırılır. Spiralvari boruların üzərində neftin səviyyəsi 0,5 m-dən az olmayaraq saxlanılmalıdır.

4.2.48. Buxarın verilməsindən əvvəl spiralvari borular kondensatdan azad edilməlidir. Buxar verilən zaman siyirtmələr tədricən açılmalıdır. Qızdırıcıların hermetikliyinə boşaldılan kondensatın neftlə çirklənməsini təyin etməklə nəzarət olunmalıdır.

4.2.49. Neftin qızdırılma temperaturu onun qaynama temperaturundan az olmalıdır. Qızdırılma temperaturuna daim nəzarət olunmalı və növbə jurnalında qeyd olunmalıdır. Qızdırılacaq və ya uzun müddət saxlanılacaq nefti çənlərə dolduran zaman onun səviyyəsi çənin hündürlüyünün 95%-dən artıq olmamalıdır.

4.2.50. Qaz bərabərləşdirici sistemə qoşulmuş çənlərdə neft nümunələrinin götürülməsi və səviyyəsinin ölçülməsi avtomatik üsulla həyata keçirilməlidir.

4.2.51. Üzən damlı çənlərin istismarı zamanı üzən damlı çənlərin istismarı qaydalarının tələbləri nəzərə alınmalıdır.

4.2.52. Çənin divarı ilə çənin üzən dam arasındakı həlqəvari aralığın və istiqamətləndirici dirəyin cəftələri saz vəziyyətdə saxlanılmalı, həmçinin bu qovşaqlarla poladdan hazırlanmış hissələrin biri birinə sürtünməsinin qarşısı alınmalıdır.

4.2.53. İstismara qəbul edilən hər bir çənin texniki pasportu olmalıdır.

4.2.54. İstismar zamanı yeraltı çənlərin üzərində yerləşən lüklər ara qatı olan qapaqlarla, boltların köməyi ilə kip bağlanmalıdır. Təmir və təmizləmə işləri zamanı lüklərin qapaqları çənin havasının dəyişdirilməsi üçün açılmalıdır.

4.2.55. Bağlayıcı klapan (çən dibi klapan) və qəbuledici-paylayıcı qurğu partlayışdan mühafizəli olan elektrik intiqallı qaldırıcı mexanizmlə təchiz olunmalıdır.

4.2.56. Bağlayıcı klapanın (çən dibi klapanın) quruluşu çənin içində yerləşən qəbuledici-paylayıcı qurğunun qol borusunun tam bağlanmasını təmin etməlidir.

4.2.57. Yeraltı çənlərin kamera şaxtalarında yerləşən armaturlar məsafədən idarə olunmalıdır. Yeraltı çənə enmək üçün onlar çadır tipli məhəccərləri olan stasionar metal nərdivanlarla təchiz olunmalıdır.

4.2.58. Kameralar (şaxtalar) məcburi və ya təbii, deflektorlu ventilyasiya ilə təchiz olunmalıdır. Sorucu borunun hündürlüyü yerin səthindən deflektora qədər 4 metrdən az olmamalıdır.

4.2.59. Dərinləşdirilmiş şaxtaların və nasosxanaların işıqlandırılması üçün istifadə olunan çıraqlar partlayış mühafizəli olmalıdır.

4.2.60. Yeraltı çənlərə baxış keçirmək və təmir işləri aparmaq üçün işçilərin oraya enməsinə müvafiq hazırlıq işləri aparıldıqdan (çənin daxilinin təmizlənməsi, buxara verilməsi) sonra zərərli buxar və qazların olmaması hava mühitinin analizi və qaz detektoru ilə təsdiq edilmək şərti ilə yol verilir. Yeraltı çənə çadır tipli məhəccərləri olan stasionar metal nərdivanla enmək lazımdır. Nərdivan çənin dibinə qədər çatmalıdır. Tutumu 5000 m3 və ondan çox olan çənlər iki ədəd əks tərəflərdə quraşdırılmış nərdivanlarla təchiz olunmalıdır.

4.2.61. Çənin gövdəsində və tikişlərində çatlar əmələ gəldikdə çən dərhal boşaldılmalı və təmirə hazırlanmalıdır.

4.2.62. Yeraltı çənlərin pilləkən və nərdivan məhəccərlərinin, həmçinin yerüstü çənlərin dam çəpərlərinin möhkəmliyinə daimi nəzarət olunmalıdır.

4.2.63. Çənin üzərində quraşdırılmış nəfəslik klapanları ilin isti fəslində ayda iki dəfə, ilin soyuq fəslində isə həftədə bir dəfə yoxlamadan keçirilməlidir

 

4.3. Texnoloji boru kəmərləri

 

4.3.1. Çənlər parkında çənləri bir-biri ilə əlaqələndirən texnoloji boru kəmərləri elə quraşdırılmalıdır ki, hər hansı bir çəndə qəza və yaxud yanğın baş versə, neftin bir çəndən digər çənə vurulması mümkün olsun.

4.3.2. Bütün texnoloji boru kəmərlərinə texnoloji sxem tərtib olunmalıdır.

Texnoloji boru kəmərlərində avadanlıqların armaturlarının, cihazların və qurğuların yerləşdirilməsi texnoloji sxemə uyğun olmalıdır. Bağlayıcı armaturların üzərində “AÇIQDIR”, “BAĞLIDIR” sözləri yazılmış göstəriciləri olmalıdır.

4.3.3. Texnoloji boru kəmərlərinin kommunikasiyaları texnoloji əməliyyatların fasiləsiz yerinə yetirilməsini təmin etməlidir.

4.3.4. Xidməti heyət boru kəmərlərinin yerləşdirilməsi sxemini, siyirtmələrin yerini və təyinatını, siyirtmələrin açılıb-bağlanması qaydalarını (xüsusən, qəza və yanğın zamanı) bilməlidir.

4.3.5. Siyirtmələr, onların şəbəkələrində və boru kəmərlərində quraşdırılıan bağlayıcı armaturlar saz vəziyyətdə saxlanılmalı və lazım gəldikdə, boru kəmərlərinin müəyyən yerlərinə neft veriminin dayandırılmasını tez və etibarlı təmin etməlidir.

4.3.6. Boru kəmərlərinin və siyirtmələrin donmuş hissələrinin açıq alovla qızdırılması qadağandır. Bu məqsədlə buxar, isti su və ya qızdırlmış qumdan istifadə edilməlidir.

4.3.7. İşləməyən çənlərin siyirtmələrini açıq vəziyyətdə saxlamaq qadağandır. Bağlayıcı armaturların üzərində “AÇIQDIR”, “BAĞLIDIR” sözləri yazılmış göstəricilər olmalıdır. Boru kəmərlərinin üzərində mayenin nəqli istiqaməti göstərilməlidir.

4.3.8. Siyirtmələr, kranlar, ventillər hidravlik zərbədən baş verə biləcək qəzanın qarşısını almaq üçün səlis açılıb bağlanmalıdır. Neftvurma zamanı neft yeni istiqamətə yönəldilərkən boru kəmərlərindəki işlək siyirtmələr yeni istiqamətin siyirtmələri açıldıqdan sonra bağlanmalıdır.

4.3.9. Neftvurma prosesi zamanı boru kəmərlərinin və bağlayıcı armaturların təmiri qadağandır.

4.3.10. Armaturlar və boru kəmərləri normativ sənədlərin tələblərinə uyğun markalanmalı və rənglənməlidir.

4.3.11. Texnoloji boru kəmərlərinin yol verilən işçi təzyiqi hesabat əsasında müəyyənləşdirilməli və layihə sənədlərində öz əksini tapmalıdır. Texnoloji boru kəmərlərinin istismarı zamanı işçi təzyiq maksimal yol verilən təzyiqdən yüksək olmamalıdır.

4.3.12. Texniki baxışın nəticələrinə görə texnoloji boru kəmərlərinin buraxılış (ötürmə) qabiliyyətinin azalması aşkar olduqda, işçi təzyiq təhlükəsiz həddə qədər endirilməli və texnoloji boru kəmərlərinin zədəli hissələri təmir olunmalıdır.

4.3.13. Qəza və ya təmir işləri zamanı texnoloji boru kəmərlərindən neftin boşaldılması üçün stasionar və ya səyyar boşaldıcı vasitələrdən istifadə etmə imkanı nəzərdə tutulmalıdır.

4.3.14. Texnoloji boru kəmərlərinin “döngə” sahələrinə mütəmadi olaraq nəzarət olunmalıdır. Qış mövsümündə onların donmasına qarşı tədbirlər nəzərdə tutulmalıdır.

4.3.15. Şlam-tutucuların süzgəc sistemində bir ehtiyat şlam-tutucu süzgəc olmalıdır. Süzgəc sisteminin işlək vəziyyətinə süzgəcdə təzyiqin dəyişməsi üsulu ilə nəzarət edilməlidir.

4.3.16. Texnoloji boru kəmərlərində yerləşən qanovlar istehsalat kanalizasiyasına birləşdirilməli, yığılmış neft və tullantılar mütəmadi olaraq təmizlənməlidir.

4.3.17. Neftvurma stansiyasının ərazisindən elektrik dəmir yolları keçirsə və ya digər azan cərəyan mənbələri ehtimal olunursa, boru kəmərlərinin elektrokimyəvi mühafizəsi təmin olunmalıdır.

4.3.18. Texnoloji boru kəmərlərinin texniki vəziyyətinin müəyyən edilməsi məqsədilə onlarda yoxlamanın aparılması müddətləri texnoloji reqlamentə müvafiq olaraq təyin edilir.

 

4.4. Yaylı qoruyucu klapan və təzyiq dalğasını zəiflədən sistemlərin qovşaqları

 

4.4.1. Çənlər parkı olan neftvurma stansiyasında, çənlərdən neftin axmasına qarşı və çənlər parkının texnoloji boru kəmərlərinin təzyiqdən mühafizəsi üçün qoruyucu klapanlı və avtomatik açılan siyirtməsi olan qovşaqlar quraşdırılmalıdır.

4.4.2. Birinci qovşaqda avtomatik açılan siyirtməli yaylı qoruyucu klapan sistemi çənlər parkının qəbul boru kəmərlərinin üzərində, ikinci qovşaqda isə - yaylı qoruyucu klapan sistemi dayaq və nasosxanalar arasında quraşdırılmalıdır.

Qoruyucu qurğular birbaşa tutuma və ya boruya birləşdirilmiş borucuqlarda və ya boru xətlərində quraşdırılmalıdırlar. Tutum və ya boru ilə qoruyucu qurğu arasında, eləcə də onun arxasında bağlayıcı armaturun quraşdırılmasına icazə verilmir. Eyni nöqtəyə quraşdırılmış iki qoruyucu klapandan əvvəl və sonra ayırıcı siyirtmələr (üçgedişli siyirtmələr) quraşdırıla bilər, bu şərtlə ki, iki qoruyucu qurğunun və bloklayıcının qurulması onların eyni zamanda söndürülməsini (ayrılmasını) istisna etsin. Qoruyucu klapanlar əvvəlcədən təyin olunmuş təzyiqdə işləməlidir. Təyin olunmuş təzyiq neftvurma stansiyasının texnoloji xəritəsində göstərilməlidir.

4.4.3. Qoruyucu klapanın sökülməsi ayırıcı klapanın bağlanmasından və qoruyucu klapanda təzyiq atqısından sonra həyata keçirilməlidir.

4.4.4. Qoruyucu klapanlar işçi təzyiqə uyğun olaraq, müəyyənləşdirilmiş təzyiqə tənzimlənməli və möhürlənməlidir.

4.4.5. Təzyiq dalğasını zəiflətmə sistemlərinin işinin effektivliyinin yoxlanılması həyata keçirilərkən zərbə dalğasının atqı tutumu və drenaj tutumu neftdən azad edilməli və təzyiq dalğasını zəiflətmə sistemi açıq olmalıdır.

 

4.5. Qazbərabərləşdirici sistem

 

4.5.1. Qazbərabərləşdirici sistemlər oxşar fiziki-kimyəvi xassələri (hidrogen sulfidin tərkibi) olan neft çənlərini birləşdirməlidir.

4.5.2. Çənlərin qazbərabərləşdirici boru birləşmələrində quraşdırılmış odkəsici qurğular, bağlayıcı siyirtmələr, kompensatorlar saz vəziyyətdə saxlanılmalıdır.

Odkəsici qurğunun kasetinin oxu, korroziyadan əmələ gələn məhsullarla çirklənməməsi üçün üfüqi vəziyyətdə yerləşdirilməlidir.

4.5.3. Qazbərabərləşdirici boru birləşmələrində əl ilə açılıb-bağlanan siyirtmələr quraşdırılıbsa onlar havanın müsbət temperaturu olduğu vaxtlarda ayda iki dəfədən az olmayaraq, mənfi temperaturda isə həftədə bir dəfədən az olmayaraq yoxlanılmalıdır.

4.5.4. Qazbərabərləşdirici sistemlərdə təzyiq ayda bir dəfə ölçülməlidir.

4.5.5. Qazbərabərləşdirici sistemlərin dərinləşdirilmiş yerlərində quraşdırılan drenaj qurğuları (bağlayıcı siyirtmələr, tutumlar və nasos) saz vəziyyətdə saxlanılmalıdır. Qazbərabərləşdirici sistemin boru birləşmələrindən kondensat müntəzəm olaraq boşaldılmalıdır.

4.5.6. Payız-qış fəsillərində neftin donmasının qarşısını almaq üçün drenaj qurğuları isidici materiallarla qızdırılmalı, buzdan və qardan mühafizə olunmalıdır.

 

4.6. Dəmir yolu doldurma-boşaltma estakadaları

 

4.6.1. Estakadaların istismarı zamanı doldurma-boşaltma qurğuları, qatlanan körpülər, buxar boru kəmərləri və armaturlar saz vəziyyətdə saxlanılmalıdır. Estakadada buxar və ya isti su ehtiyatı daim saxlanılmalıdır.

4.6.2. Estakadanın ərazisi və dəmir yolu girişləri təmiz saxlanılmalı, qış vaxtı qardan və buzdan təmizlənməlidir.

4.6.3. Dəmir yolu üzərindəki keçidlər və yollar hər zaman açıq olmalı (yanğın avtomobilləri üçün) və döşəmələri rels başlıqları ilə eyni səviyyədə olmalıdır.

4.6.4. Estakadanın ərazisində qadağandır:

- qaynaq işlərinin aparılması;

- vaqon-sisternlərin təmiri və təmizlənməsi;

- şimşəkli (ildırımlı) hava şəraitində və küləyin sürəti 12 m/san-dən artıq olduqda doldurma-boşaltma əməliyyatlarının aparılması.

4.6.5. Estakada meydançaları perimetri boyu çəpərlənməli və döşəmələri su keçirməyən materialdan olmalıdır.

4.6.6. Doldurma-boşaltma estakadalarının və ya ayrı dayanan dayaqların hər iki tərəfindən 20 metr məsafədə lokomotivlərin hərəkətini qadağan edən təhlükəsizlik nişanları (və ya nəzarət sütunları) qoyulmalıdır.

4.6.7. Estakadalar yanmayan materialdan hazırlanmış nərdivanlarla təchiz edilməli, nərdivanlar estakada boyu biri-birindən 100 metrdən artıq olmayan məsafədə quraşdırılmalıdır. Estakadaların üzərində doldurma-boşaltma qurğularına xidmət etmək üçün məhəccərli meydançalar nəzərdə tutulmalıdır. Dolub bitdikdən sonra yığılıb açılan hissəsi kilidlənməlidir.

4.6.8. Estakadanın işıqlandırılması üçün partlayış təhlükəli zonadan kənarda yerləşən dorlarda projektorlar quraşdırılmalıdır və ya partlayışdan mühafizəli stasionar fənərlərdən istifadə edilməlidir.

4.6.9. Doldurma-boşaltma estakadalarının yanğından mühafizə xidməti, neftvurma stansiyasının operator otağı və dəmir yolu stansiyasının dispetçeri ilə etibarlı selektor və telefon rabitəsi olmalıdır.

4.6.10. Telefon aparatları pilləkənlərin yanında və doldurma-boşaltma şəbəkəsi yerləşən meydançada quraşdırılmalı və partlayışdan mühafizəli olmalıdır.

Telefonların arasındakı məsafə 100 metrdən artıq olmamalı, telefon aparatlarının sayı isə iki ədəddən az olmamalıdır.

4.6.11. Təzyiq və temperatur ölçü cihazları ümumi neftvurma kollektorunda quraşdırılmalı, göstəricilər isə operator lövhəsində əks olunmalıdır.

4.6.12. Neftin dolub daşmaması üçün vaqon-sisternlərdə neftin müəyyən olunan səviyyədən (həcminin 95% dən artıq) artıq doldurulmamasına nəzarət edilməlidir.

4.6.13. Estakadada dayaqlar, aşağı boşaltma qurğuları, şlanqlar, kipgəclər və texnoloji boru kəmərlərinin flans birləşmələri hermetik olmalı, dayaqlar nömrələnməlidir.

4.6.14. Estakadalar və meydançalar vaxtlı-vaxtında neft və neft məhsulları qalıqlarından təmizlənməli, isti su və ya buxarla yuyulmalıdır.

4.6.15. Vaqon-sisternlərə neft doldurulan zaman lüklər brezent örtüklə möhkəm bağlanmalıdır. Neftin vaqon-sisternlərə doldurulması zamanı mayenin sıçramaması üçün neft maye səviyyəsi altına, bərabər şırnaqla tökülməlidir, bunun üçün şlanqın və ya teleskopik borunun ucu sisternin dibinə qədər endirilməlidir. Sisterndə neft qalığı olmadıqda şırnağın sürəti başlanğıc mərhələdə yüksək olmamalıdır.

Şlanqların ucu qığılcım verməyən materialdan hazırlanmalıdır.

4.6.16. Doldurucu şlanq kimi polietilen və ya digər dielektrik materiallardan hazırlanmış borulardan istifadə etmək, eləcə də mövcud şlanqları bu borularla uzatmaq qadağandır.

4.6.17. Neftin doldurulması başa çatdıqdan sonra şlanqlar və teleskopik borular vaqon-sisternin lükündən yalnız onlardan neft qalığı tamamilə boşaldıqdan sonra çıxarılmalıdır.

4.6.18. Sisternlərin lüklərinin qapaqları səlis, zərbəsiz açılıb-bağlanmalıdır.

4.6.19. Özüllüyü yüksək olan neft 900C-yə qədər qızdırılmalıdır. Qızdırılma zamanı neftin boşaldılması qadağandır.

4.6.20. Neftin doldurulub-boşaldılması üçün estakada ərazisinə vaqon-sisternləri verən lokomotivlər maye yanacaqla işləməlidir. Lokomotivlərin tüstü borusu qığılcımsöndürənlə təchiz edilməlidir.

4.6.21. Neftlə dolu dəmir yolu sisternləri iki ədəd ikioxlu və ya bir ədəd dördoxlu boş və ya yanmayan yüklü platformalarla mühafizə edilmiş lokomotivlərlə, saatda 5 km-dən artıq olmayan sürətlə verilməli və ya çıxarılmalıdır.

4.6.22. Dəmir yolu sisternlərinin qoşulması və ayrılması neftin doldurulma məntəqəsindən kənarda həyata keçirilməlidir. Lokomativ estakadaya minimum 1 boş vaqonla girməlidir.

4.6.23. Dəmir yolu sisternləri saz vəziyyətdə olmalı və üzərində texniki baxışdan keçməsi haqqında nişanı olmalıdır. Nasaz vaqon-sisternlərə neftin doldurulması qadağandır.

4.6.24. Neftlə dolu və doldurulacaq vaqon-sisternlər estakadaya səlis, təkansız və zərbəsiz verilməlidir.

4.6.25. Estakada ərazisində dəmir yolu vaqon-sisternlərinin polad başmaqlarla əyləclənməsi qadağandır. Bu məqsədlə yalnız taxta altlıq və ya qığılcımdan mühafizəli başmaqlar istifadə edilməlidir.

4.6.26. Doldurma-boşaltma əməliyyatı zamanı sisternlərin estakadanın qonşu (paralel) dəmir yolu xəttinə verilməsi qadağandır. Lokomotivin estakadanın dəmir yolu ilə hərəkət etməsi qadağandır.

4.6.27. Estakadada qəza vəziyyəti yarandıqda doldurma-boşaltma əməliyyatları dərhal dayandırılmalı, vaqon-sisternlər estakadadan çıxarılmalıdır.

4.6.28. Doldurma-boşaltma estakadaları stasionar köpükəmələgətirici yanğınsöndürmə sistemi, dairəvi su kəməri şəbəkələri və lüləli lafet sistemi ilə təchiz edilməlidir.

4.6.29. Neftin doldurma-boşaltma əməliyyatı zamanı:

- odlu işlərin aparılması, siqaretin çəkilməsi, açıq qızdırıcı cihazların işə salınması;

- nasaz və partlayışdan mühafizəsi olmayan elektrik işıqlandırıcı cihazların istifadəsi;

- 70 0 C - dən yuxarı qızdırılmış neftin doldurulub-boşaldılması qadağandır.

4.6.30. Dəmir yol xətlərinin elektrikləşdirilmiş sahələrində kontakt elektrik naqillərindən gərginlik açılmadan vaqon-sisternin yuxarı meydançasına qalxmaq qadağandır.

4.6.31. Vaqon sisternlər və digər avadanlıqlar yerləbirləşdirmə qurğusu vasitəsilə etibarlı yerləbirləşdirilməlidir.

 

4.7. Doldurma-boşaltma körpüləri və sahil qurğuları

 

4.7.1. Neftin su nəqliyyatı ilə daşınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”na uyğun həyata keçirilməlidir.

4.7.2. Nefti körpüyə nəql edən boru kəmərlərində, körpüdən 30-50 metr məsafədə bağlayıcı siyirtmələr quraşdırılmalıdır.

4.7.3. Neftdaşıyan tankerləri körpüyə açıb-bağlayan yedəklər qığılcımsöndürənlərlə təchiz edilməlidir.

4.7.4. Neftdaşıyan tankeri bağlamaq və körpüyə bərkitmək üçün yalnız qeyri-metal burazlardan istifadə edilməlidir.

4.7.5. Neftdaşıyan tanker doldurma-boşaltma körpüsünə yan aldığı zaman orada (tankerin yaxınlığında) yanğın-xilasetmə və yedək tankerindən başqa heç bir üzən vasitə olmamalıdır.

4.7.6. Neftdaşıyan tankerə daxil olmağa yalnız trap (tanker nərdivanı) quraşdırıldıqdan sonra yol verilir. Sutkanın qaranlıq vaxtı traplar işıqlandırılmalıdır. Trap əvəzinə digər keçid vasitələrindən istiadə etmək qadağandır.

4.7.7. Körpülər, traplar, keçid körpücükləri hündürlüyü 1 m-dən az olmayan məhəccərlərlə təchiz edilməlidir.

4.7.8. Neftdaşıyan tanker neftvurma boruları ilə birləşdirilməzdən əvvəl yerlə birləşdirilməlidir. Yerləbirləşdirmə naqilləri doldurma əməliyyatı qurtardıqdan və boru kəmərləri ayrıldıqdan sonra çıxarılmalıdır.

4.7.9. Şlanq birləşmələrinin kipliyinin yoxlanılması məqsədilə neftin doldurulması nasosun veriminin azaldılması ilə başlamalıdır. Sızma aşkar olunduqda onun qarşısını almaq üçün tədbirlər görülməlidir.

4.7.10. Neftdaşıyan tankerə neft doldurulan zaman körpünün yaxınlığında yanğınsöndürmə vasitələri ilə təchiz edilmiş növbətçi tanker (yedək) olmalıdır.

4.7.11. Doldurma-boşaltma körpüləri ilkin yanğınsöndürmə vasitələri və tikinti norma və qaydalarının tələblərinə uyğun stasionar yanğınsöndürmə sistemləri ilə təchiz olunmalıdır.

4.7.12. Neftdoldurma şlanqlarının metal ucluqları diametri 2 mm-dən az olmayan, neftdoldurma qurğusunun metal-konstruksiyasına birləşdirilməklə şlanq boyu sarınan elastik mis naqil vasitəsilə yerlə birləşdirilməlidir.

4.7.13. Doldurma-boşaltma əməliyyatı zamanı neftdaşıyan tankerlərdə və körpülərdə təmir işlərinin aparılması qadağandır. Neftdaşıyan tankerdə fövqəladə hal yarandıqda doldurma-boşaltma əməliyyatı dayandırılmalı və neftdoldurma tankeri doldurma-boşaltma körpüsündən kənarlaşdırılmalıdır.

4.7.14. Neftaltı suyu tankerlərdən su akvatoriyasına buraxmaq, eləcə də 650 C-yə qədər qızdırılmış suyu qəbul etmək və boşaltmaq qadağandır.

4.7.15. Donan qatı neftləri buxarla qızdırmaq üçün sahil qazanxana qurğuları, eləcə də daxilində açıq alovla iş aparılan bina və tikililər körpü qurğularından və neftdaşıyan tankerlərin dayanacağından 100 m-dən az olmayan məsafədə olmalıdır.

 

4.8. Neftin qızdırılma məntəqələri

 

4.8.1. Neft və neft məhsullarının qızdırılması üçün nəzərdə tutulan sobaların və blokların yerləşdiyi meydançalar hündürlüyü 0,5m - dən az olmayan bütöv divar və ya torpaq bəndlə, borulu bloklu soba yerləşən meydançalar isə hündürlüyü 0,15 m –dən az olmayan bordyur daşı ilə hasarlanmalıdır.

4.8.2. Neftin qızdırılma sobası binadan kənarda yerləşdirildikdə maye və qaz yanacağı nəql edən boru kəmərlərindəki bağlayıcı siyirtmələr sobadan 10 metrdən az olmayan məsafədə yerləşdirilməlidir.

4.8.3. Neftin qızdırılma sobalarında aşağıdakı hallar üçün sobanın dayandırılmasını təmin edən avtomatik sistem nəzərdə tutulmalıdır:

- sobada neftin dövr etməsi pozulduqda;

- odluqlardan havanın çəkilməsi zəiflədikdə;

- odluqlarda havanın təzyiqi düşdükdə və ya artdıqda;

- odluqların birində alov söndükdə;

- odluqlarda qazın təzyiqi dəyişdikdə;

- ayrılan qazların temperaturu qalxdıqda;

- qızdırılan neftin temperaturu qalxdıqda;

- xammal dövr edən spiralvari borularda təzyiq düşdükdə;

- elektrik enerjisi kəsildikdə və ya ölçü vasitələrinin məsafədən və avtomatik idarəetmə qurğuları sıradan çıxdıqda;

- yanğın xəbərdaredici qurğuları işə düşdükdə.

4.8.4. Avtomatik mühafizə sistemləri nasaz vəziyyətdə olan qızdırılma sobalarının istismarı qadağandır.

4.8.5. Yanğınsöndürmə boru kəmərlərinin siyirtmələri neftin qızdırılma sobasından 10 metrdən az olmayan məsafədə, rahat əlçatan yerdə quraşdırılmalıdır.

4.8.6. Spiralvari borularda yanıq yerlər, tərləmə, qabarma olduqda, sobanın odadavamlı hörgüsü və istilik izolyasiyası dağıldıqda, boru barmaqlıqları qırıldıqda, tüstü bacası və onun şiberi nasaz vəziyyətdə olduqda sobaların istismarı qadağandır.

4.8.7. Sobanın spiralvari borusunda axma baş verdikdə, o, boru kəmərindən ayrılmalı, qəza atqı siyirtməsi açılmalı, spiralvari boru isə neftdən su buxarı ilə üfürülərək boşaldılmalıdır. Boşaldılan neft ehtiyat tutumuna yığılmalıdır.

4.8.8. Borulu sobalar, forsunkalarına verilən maye və ya qaz yanacağının kəsilməsini və təzyiqin normadan aşağı düşməsini xəbərdar edən siqnalizasiya ilə təchiz olunmalıdır.

4.8.9. Odluq qeyri-stabil işlədikdə və ya digər nasazlıqlar aşkar edildikdə sobanın istismarı dayandırılmalıdır.

4.8.10. Neftin borulu sobasının qəza boşaltma sistemi saz vəziyyətdə saxlanılmalıdır. Neftin dövr etməsi dayandıqda, borularda yanıq yerlər və ya zədələnmələr aşkar olunduqda spiralvari borunu boşaltmaq məqsədilə sobanın qəza boşaltma sistemi avtomatik işə salınmalıdır.

Qızdırılmış neft qəza tutumuna boşaldılan zaman neftin öz-özünə alışmasının qarşısını almaq məqsədilə tutuma su buxarı verilməlidir.

4.8.11. Sobanın forsunkası məşəllə və ya forsunka pəncərəsinin yanında dayanaraq piltə ilə yandırılmalıdır. Məşəl neftlə və ya mazutla hopdurulmalıdır. Bu məqsədlə asan alışan mayelər-benzin, ağ neft, liqroindən istifadə etmək qadağandır. Yanan məşəl qutuda saxlanılan qumla söndürülməlidir.

4.8.12. Sobanın odluğunu yandırmazdan əvvəl odluğa gedən yanacaq boru kəmərini qazla şama doğru üfürmək lazımdır. Yanacaq boru kəmərini sobanın odluğuna doğru üfürmək qadağandır.

4.8.13. Sobanın odluğunun buxarla üfürülməsi və ya ventilyasiyası 15 dəqiqə ərzində həyata keçirilməlildir, bu zaman tüstü bacasının qapağı tam açıq vəziyyətdə olmalıdır. Sobanın odluğu əvvəlcədən üfürülmədən forsunkaları yandırmaq qadağandır.

4.8.14. Panel odluqları yandırmaq üçün piltədən istifadə edilməlidir. Panel odluqların blokunu 2 (iki) nəfər yandırmalıdır.

4.8.15. Məşəlləri eyni ölçüdə olan forsunkaların yanmasını müşahidə edən zaman qoruyucu eynəklərdən istifadə etmək və yan tərəfdə dayanaraq müşahidə etmək lazımdır.

4.8.16. Forsunkaların qarşısındakı meydança bərk örtüklü olmalı və istehsalat kanalizasiyası ilə hidravlik cəftələrlə birləşdirilən qanova tərəf maili olmalıdır.

4.8.17. Soba işləyən zaman spiralvari borulara, boru asmalarına və sobanın hörgüsünə vizual müşahidə aparılmalı, nasazlıq aşkar olunduğu hallarda sobanın işi dayandırılmalıdır.

4.8.18. Sobanın istismarı zamanı odluqların paylayıcı kameralarının xarici divarlarının temperaturuna nəzarət edilməlidir, temperatur həddindən artıq səviyyəyə qalxdıqda odluq dərhal söndürülməlidir.

4.8.19. Sobaların yandırılmasına (işə salınmasına) icazəni onların istismarına cavabdeh şəxs verməlidir.

 

4.9. Texnoloji tunellər

 

4.9.1. Tunellərdə çəkilən neft kəmərlərinin istismarına, zərərli buxar və qazların qatılığı buraxılabilən həddən yuxarı olmadığı hallarda yol verilir.

4.9.2. Texnoloji tunellərdə hava mühitinin vəziyyətinə nəzarət fasiləsiz işləyən avtomatik cihazlarla həyata keçirilməlidir.

4.9.3. Texnoloji tunellərdə layihəyə uyğun olaraq süni ventilyasiya quraşdırılmalıdır.

4.9.4. Texnoloji tunellər istehsalat-yağış kanalizasiyası, yanğından mühafizə siqnalizasiya sistemi və qazlılığa nəzarət vasitələri ilə təchiz olunmalıdır.

4.9.5. Texnoloji tunellərə hava axınının hərəkəti, yanğınaqarşı avadanlıqların və ventilyasiya qurğularının yeri göstərilməklə ventilyasiya planı tərtib edilməlidir.

4.9.6. Tuneldəki neft kəmərlərində işləyən işçilər üçün iki ədəddən az olmayaraq 10% miqdarında izoləedici əleyhqaz ehtiyatı nəzərdə tutulmalıdır.

4.9.7. Tunellərdə çəkilən neft kəmərlərini istismar edən məntəqə ikitərəfli rabitə ilə təchiz edilməlidir.

4.9.8. Texnoloji tunellərdə kabellər divar boyu, onların mexaniki zədələnməsini istisna edən hündürlükdə çəkilməlidir.

4.9.9. Tuneldə qəza, mazutdan təmizlənmə və sızmanı aradan qaldırma işlərinin yerinə yetirilməsinə, tunelin havasında yanar qaz və buxarların partlayış təhlükəli qatılığının aşağı qatılıq həddinin 5% - dən çox olmadığı hallarda yol verilir.

4.9.10. Tunellərdə təmir-sazlama işlərinin aparılmasına yalnız obyektin rəhbərinin yazılı icazəsi ilə yol verilir.

4.9.11. Tuneldə istifadə olunan əsas və köməkçi elektrik avadanlıqları, nəzarət ölçü cihazları, avtomatika vasitələri, rabitə sistemləri, işıqlandırıcı cihazlar partlayışdan mühafizəli olmalıdır.

4.9.12. Obyektin rəhbərliyi tuneldəki neft kəmərlərinin vəziyyətinə sistematik nəzarəti, ildə bir dəfə boruların divarlarının vəziyyətini və onların yeyilmə dərəcəsinin yoxlanılmasını təşkil etməlidir.

4.9.13. Texnoloji tunellərdə baş verə biləcək qəzaların və yanğınların ləğvi planı hər il, müəssisənin yanğın təhlükəsizliyi xidməti nümayəndələrini cəlb etməklə işlənilməlidir.

4.9.14. Tuneldə təmir və odlu işlər aparılan yerlər yanğınsöndürmə vasitələri və daimi ventilyasiya ilə təmin olunmalıdır. Bu işlərlə əlaqəsi olmayan işçilər və digər şəxslər tuneldən çıxarılmalıdırlar.

4.9.15. Tuneldə işləyərkən ancaq gündəlik iş tələbatına uyğun lazımi materiallar və ləvazimatlar saxlanılmalıdır.

4.9.16. İş gününün sonunda və ya məcburi fasilə zərurəti yarandıqda tunel tikinti materiallarından, alət və ləvazimatlardan azad olunmalı, qapı boşluqları bağlanmalıdır.

 

4.10. Sulfidli neftlə işləyərkən əlavə təhlükəsizlik tələbləri

 

4.10.1. Ümumi tələblər

 

4.10.1.1. Müəssisənin əmri ilə hidrogen sülfidin yığılması mümkün olan obyektlərin sıyahısı təyin edilməli və DÜST 12.4.026-76 üzrə təhlükəsizlik nişanları ilə işarələnməlidir.

4.10.1.2. Tərkibində hidrogen sulfid olan neftin nəqli ilə məşğul olan bütün işçilər hidrogen sulfid qazından zəhərlənmədə ilk tibbi yardımın göstərilməsi üzrə mütləq qaydada təlimatlandırılmalıdırlar.

4.10.1.3. Hidrogen sulfidin yığılması ehtimal olunan yerlərdə onun buraxılabilən qatılıq həddinə mütəmadi olaraq nəzarət təşkil edilməlidir:

- açıq havada - sutkada bir dəfədən az olmayaraq;

- bağlı yerlərdə (otaqlarda) - növbədə bir dəfədən az olmayaraq;

- qanovlarda, çalalarda və digər dərinləşdirilmiş yerlərdə - hər dəfə işə başlamazdan əvvəl.

Analizin nəticələri və ölçü qiymətləri Əlavə 8-ə uyğun hazırlanmış hava mühitinə nəzarət jurnalına yazılmalıdır.

4.10.1.4. Dərinləşdirilmiş yerlərdə (tunnellərdə, quyularda, qanovlarda), eləcə də çənlərdə və sisternlərin içində işə başlamazdan əvvəl onların daxili hava mühitinin tərkibində hidrogen sulfidin analizi aparılmalıdır.

Bununla yanaşı, qanunvericiliklə müəyyən edilən “Sulfidli neft və qazların çıxarılması və nəqli zamanı pirofor çöküntülərin yanğınının və partlayışının qarşısının alınması üzrə Təlimat”ın tələbləri nəzərə alınmalıdır.

4.10.1.5. Quyularda qoyulmuş bağlayıcı qurğular məsafədən idarə olunan ötürücülərlə təchiz olunmalıdır ki, onların açılıb bağlanması quyuların içinə girmədən, yerin səthindən həyata keçirilsin.

4.10.1.6. Flans birləşmələrinin, armaturların və nasos aqreqatlarının kipgəc birləşmələrinin, avadanlıqların sökülən hissələrinin, çənlərin və sisternlərin lüklərinin hermetikliyi 2% - li qurğuşun asetat məhlulu hopdurulmuş indikator kağızı ilə yoxlanılmalıdır.

4.10.1.7. Siyirtmələrin flans birləşmələrindən, nasosların kipgəclərindən və digər yerlərdən sulfidli neftin sızması aşkar olunduqda dərhal nasazlıq aradan qaldırılmalıdır.

 

4.10.2. Çənlər parkına tələblər

 

4.10.2.1. İçərisində hidrogen sulfid tərkibli neft saxlanılan çənlər üçün onların pirofor çöküntülərindən təmizlənməsi, gövdəsinin təmiri və armaturlarının dəyişdirilməsi üzrə planlı işlərin cədvəli tutulmalıdır.

4.10.2.2. Hidrogen sulfid tərkibli neft saxlanılan çənlər hermetik olmalı, qaz boru birləşmələri ilə təchiz edilməli və hidrogen sulfid korroziyasından etibarlı mühafizə olunmalıdır.

4.10.2.3. Çənlər parkının sahəsinə daxil olduqda süzgəcli əleyhqazdan istifadə edilməlidir. Çənlər parkının girişində xəbərdaredici işarələr quraşdırılmalıdır.

4.10.2.4. Hidrogen sulfid tərkibli neft saxlanılan çənlər ölçü lükündən nümunənin götürülməsini və səviyyə ölçən cihazlarla təchiz olunmalıdır. Məsafədən idarə olunan cihazlar işləmədiyi halda ölçü lükündən əl ilə səviyyənin ölçülməsi və nümunənin götürülməsi zamanı fəhlələr (iki nəfərdən az olmamaq şərti ilə) süzgəcli əleyhqaz geyinməli və küləkdöyən istiqamətdə dayanmalıdırlar.

4.10.2.5. Çəndəki neftaltı suyun boşaldılması avtomatlaşdırılmalıdır. Neftaltı su sənaye kanalizasiyasına axıdılmazdan əvvəl hidrogen sulfiddən təmizlənməlidir.

4.10.2.6. Baxışın keçirilməsinə və təmirə hazırlanmazdan əvvəl çənlər boşaldılmalı, divarlarında yığılan pirofor çöküntülərin alışmaması üçün su ilə doldurulmalıdır.

4.10.2.7. Buxar çənə elə intensivlikdə verilməlidir ki, çənin daxilində olan təzyiq atmosfer təzyiqindən bir az yüksək olsun (buxarın tənəffüs klapanlarından və çənin damındakı qapaqdan çıxmasını vizual müşahidə etməklə nəzarət olunmalıdır).

4.10.2.8. Çənin aşağı lükü bağlı vəziyyətdə saxlanılmaqla çənə buxar verilməli, kondensat isə buraxıcı borudan kanalizasiyaya axıdılmalıdır.

4.10.2.9. Əgər dozalaşdırıcı qurğudan istifadə olunursa, çənin buxara verilməsi zamanı pirofor çöküntülərin zəif oksidləşməsi üçün az miqdarda havanın verilməsi məsləhət görülür.

4.10.2.10. Dozalaşdırıcı qurğu olmadıqda buxara verilmə prosesi başa çatdırıldıqdan sonra çən ağzına qədər su ilə doldurulmalıdır. Suyun səviyyəsi, çöküntülərin qurumasından asılı olaraq, tədricən 0,5-1,0 m/saat sürətlə aşağı salınmalıdır.

4.10.2.11. Çəndən suyu boşaltdıqdan sonra hava nümunəsində karbohidrogen və hidrogen sulfid buxarlarının miqdarı təyin olunmalıdır.

4.10.2.12. Pirofor çöküntülərin öz-özünə alışmasının qarşısını almaq üçün çənlərin daxili səthləri mütəmadi olaraq korroziya məhsullarından təmizlənməlidir. Çənlərin daxili səthi təmizlənən zaman oraya fasiləsiz suyun verilməsi (daxili səthlərin su ilə isladılması) vacibdir.

4.10.2.13. Çənin təmizlənməsi nəticəsində oradan çıxarılan hidrogen sulfid tərkibli çirk və çöküntülər neftvurma stansiyası ərazisindən çıxarılana qədər yanğından mühafizə xidməti ilə razılaşdırılmış xüsusi ayrılmış yerdə daim nəm vəziyyətdə saxlanılmalıdır.

 

4.10.3. Dəmiryol sisternlərinə tələblər

 

4.10.3.1. Hidrogen sulfid tərkibli neftin dəmiryol sistemlərinə doldurulub-boşaldılması zamanı hər qrup, vaqon-sisternə azı iki nəfər işçi xidmət etməlidir.

Sisternlər tam boşaldıldıqdan sonra bağlanmalıdır.

4.10.3.2. Sisternlərin lüklərinin qapaqlarını açarkən küləkdöyən istiqamətdə dayanmalı və əleyhqazdan istifadə edilməlidir. Sisternlərin lüklərinin qapaqları ehtiyatla, zərbəsiz açılıb-bağlanmalıdır.

4.10.3.3. Doldurma-boşaltma prosesinə ilk növbədə küləkdöyən istiqamətdə yerləşən sisternlərdən başlamaq lazımdır ki, ayrılan zəhərli buxarlar işləyənlərə təsir etməsin.

 

4.10.4 Nasosxanalar

 

4.10.4.1. Hidrogen sulfid qazının ayrılması mümkün olan otaqlarda daimi axınlı-sorucu ventilyasiya işləməlidir.

4.10.4.2. Ventilyasiya işləmədikdə işçilər əleyhqaz geyinməli və növbə üzrə cavabdeh şəxsə bu barədə məlumat verməlidirlər, o, isə öz növbəsində, nasazlığı aradan qaldırmaq üçün tədbirlər görməli, lazım gəldikdə isə insanları otaqdan çıxarmalıdır.

4.10.4.3. Hidrogen sulfid qazının ayrılması mümkün olan yerlərdə müvafiq təhlükəsizlik nişanları qoyulmalıdır.

4.10.4.4. İşləyən nasosxanalarda təmir işləri əleyhqazda, müşahidəçinin iştirakı ilə aparılmalıdır.

 

V. ÇƏNLƏRİN, MEXANİKİ-TEXNOLOJİ AVADANLIQLARIN TEXNİKİ DİAQNOSTİKASI VƏ İSTEHSALAT BİNA VƏ QURĞULARINA TEXNİKİ BAXIŞ

 

5.1. Çənlərin texniki diaqnostikası

 

5.1.1. Çənlərin texniki diaqnostikası üzrə işlər MNK-nin müvafiq obyektləri ilə orada iş görən təşkilatların birgə əmri əsasında aparılmalı və işlərin yerinə yetirilməsi zamanı əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlər görülməlidir.

5.1.2. Çənlərin diaqnostikası saz alət, tərtibat, cihazların tətbiq edilməsi ilə və yoxlanılmış ölçü vasitələri ilə həyata keçirilməlidir.

5.1.3. Çənlərin texniki diaqnostikası dağıdıcı olmayan üsullarla yerinə yetirilməli, zəruri hallarda bu üsullarla birgə dağıdıcı üsullar da tətbiq edilməlidir.

5.1.4. Diaqnostika işlərini yerinə yetirən və nəticələrini qiymətləndirib rəy verən şəxslər, normativ sənədlərin tələblərinə uyğun olaraq, bu sahə üzrə müvafiq səviyyə sertifikatlarına malik ixtisaslı mütəxəssislər olmalıdır.

5.1.5. Diaqnostika işləri təsdiqlənmiş və razılaşdırılmış təlimatlar əsasında yerinə yetirilməlidir.

5.1.6. Diaqnostika işləri aparılan çənə rahat yanaşma imkanı təmin olunmalıdır.

5.1.7. Çənlərin qismən texniki diaqnostikasının aparılması üçün aşağıdakı tədbirlər görülməlidir:

- çənin istismarı dayandırılmalı;

- çənin bağlayıcı siyirtmələri bağlanmalı, elektrik dövrəsinin idarəetmə avtomatları söndürülməli;

- idarəetmə dövrəsinin qoruyucusu çıxarılmalıdır;

- işlər saz alət, tərtibat, cihazlarla aparılmalı və fərdi mühafizə vasitələrindən istifadə olunmalıdır;

- cihazların elektrik qida naqillərinin mexaniki zədələnmədən mühafizəsi təmin edilməlidir.

- 42 V-dan artıq gərginlik altında olan elektrik qida mənbələrinin və blokların xarici elementlərinin işləməsi zamanı təsadüfən toxunmadan mühafizəsi təmin olunmalıdır.

5.1.8. Çənlərin tam texniki diaqnostikasının aparılması üçün aşağıdakı tədbirlər görülməlidir:

- bu Qaydaların 5.1.7-ci bəndində qeyd olunan tədbirlər görülməli;

- çəndən neft tam boşaldılmalı;

- çəni boru kəmərlərindən ayıran siyirtmələrə qapayıcılar qoyulmalı;

- çənin dibi çöküntülərdən təmizlənməli;

- çənin daxili səthləri təmizlənməli və deqazasiya olunmalı;

- ölçü vasitələri ilə ölçmənin aparılması üçün ayaqaltılar quraşdırılmalıdır.

5.1.9. Bütün tətbiq olunan elektrik cihazları partlayışdan mühafizəli olmalıdır.

5.1.10. Diaqnostika işləri aparılarkən çənin daxili səthləri normativ sənədlərin tələblərinə uyğun şəkildə işıqlandırılmalıdır.

5.1.11. Əmtəə nefti saxlanılan çənlərdə yoxlamaların dövriliyi aşağıdakı kimidir:

 

Çənin istismarda olduğu müddət İstismarı dayandırılmaqla

tam yoxlama İstismarı dayandırılmamaqla qismən yoxlama

25 ildən az

25 ildən artıq 5 ildə bir dəfə

3 ildə bir dəfə 2,5 ildə bir dəfə

İldə bir dəfə

 

5.2. Mexaniki-texnoloji avadanlıqların texniki diaqnostikası

 

5.2.1. Diaqnostika üzrə işlər dağıdıcı olmayan üsullarla yerinə yetirilməlidir, zəruri hallarda bu üsullarla birgə dağıdıcı üsullar da tətbiq edilməlidir.

5.2.2. Bütün tətbiq olunan elektrik cihazları partlayışdan mühafizəli olmalıdır.

5.2.3. Diaqnostika üzrə işlər aparılan zaman partlayış təhlükəli otaqlarda axınlı-sorma ventilyasiya sistemi işləməlidir.

5.2.4. Avadanlıqların texniki diaqnostikası saz alət, tərtibat, aparatlar, sınaqdan keçirilmiş ölçü vasitələrinin tətbiqi ilə keçirilməli və fərdi mühafizə vasitələrindən istifadə olunmalıdır.

5.2.5. Diaqnostika işlərini yerinə yetirən və nəticələrini qiymətləndirib rəy verən şəxslər, normativ sənədlərin tələblərinə uyğun olaraq, bu sahə üzrə müvafiq səviyyə sertifikatlarına malik ixtisaslı mütəxəssislər olmalıdır.

5.2.6. Diaqnostika işləri təsdiqlənmiş və razılaşdırılmış təlimatlar əsasında yerinə yetirilməlidir.

5.2.7. Diaqnostika işləri bina, tikili və qapalı sahələr daxilində yerinə yetirilərkən iş yerinin işıqlandırılması normativ sənədlərin tələblərinə uyğun olmalıdır.

 

5.3. İstehsalat bina və tikililərinə texniki baxış

 

5.3.1. İstehsalat bina və tikililərinin texniki vəziyyəti ildə iki dəfə keçirilən texniki baxış zamanı: yazda və payız-qış mövsümünə hazırlıq zamanı cari ilin 31 avqust tarixinədək təyin edilməlidir. Ağır yükqaldırıcı kranlar qurulmuş binalara texniki baxış hər ay keçirilməlidir.

5.3.2. İstehsalat bina və tikililərinin texniki baxışı saz alət, tərtibat, aparatlar və sınaqdan keçirilmiş ölçü vasitələri ilə keçirilməlidir.

5.3.3. Texniki komissiyanın qərarına əsasən və yaxud konstruksiyalarda qüsur aşkarlanan hallarda, istismarın davametmə mümkünlüyünü və ya tikinti konstruksiyalarının təmiri və gücləndirilməsi işlərinin həcminin müəyyən edilməsi üçün bina və tikililərdə ixtisaslaşdırılmış təşkilat tərəfindən əlavə yoxlamalar aparılmalıdır.

5.3.4. Bina və tikililərin istismarı zamanı bünövrənin (özülün) texniki vəziyyəti yoxlanılmalı və normativ sənədlərin tələblərinə uyğun olaraq çökmə dərəcəsi təyin edilməlidir.

5.3.5. Bina və tikililərin növbədənkənar baxışları təbii fəlakətlərdən (yanğınlardan, qasırğa küləklərdən, güclü leysan yağışlarından və qar yağıntılarından, zəlzələlərdən), qəzalardan və hadisələrdən sonra aparılmalıdır.

5.3.6. Qruntların qabarması (şişməsi) halı olduğu zaman VS-də avadanlığın və mühəndis tikililərinin hündürlük qeydlərinin illik yoxlanışı aparılmalıdır. Obyektin tikintisinə dair layihə sənədində göstərilən deformasiyanın yol verilən qiyməti aşıldıqda qrunt qabarmasının nasosların qol borularının, boru kəmərlərinin elementlərinin, bünövrələrin və s. gərgin-deformasiya olunmuş vəziyyətinə təsirinin azaldılması və ya kompensasiyası üçün tədbirlər görülməlidir.

5.3.7. Nasos aqreqatlarının, bağlayıcı armaturların qovşaqlarının çöküntüsü aşkarlandığı zaman, nasosların və armaturların qol borularına əlavə yüklənmələrin qiymətləndirilməsi üzrə hesablamalar aparılmalı və yolverilən qiymətləri aşdığı zaman onların azaldlıması üzrə tədbirlər görülməlidir (boru kəmərlərinin kiçik sahələrinin kəsilməsi və keçid çarxlarının quraşdırılması, kompensatorların tətbiqi, bünövrənin tökülməsi və s).

5.3.8. Avadanlığın və mühəndis tikililərinin deformasiyalarının (qalxma, çökmə və əyilmələr) yolverilən qiyməti avadanlığın istehsalçısının tələblərinə görə mühəndis tikililərinin davamlılığının və möhkəmliyinin təmin edilməsi və normal istismar şərtlərinə əsasən layihə sənədlərində müəyyən edilir.

 

VI. MAGİSTRAL NEFT KƏMƏRLƏRİNİN XƏTTİ HİSSƏSİNİN İSTİSMARI ZAMANI TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ

 

6.1. Magistral neft kəmərlərinin mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları

 

6.1.1. MNK-nin istismarı üçün şərait yaratmaq və onların çəkiliş üsulundan asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir:

• MNK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır;

• kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır;

• çoxxətli MNK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır;

• kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır;

• su altından keçən boru kəmərinin oxu boyunca - sahilin hər iki tərəfindən 25 metr, çoxxətli boru kəmərlərinin boyunca kənar kəmərlərin oxlarından hər tərəfə 100 metrlik məsafədə, su səthindən suyun dibinə qədər mühafizə sahəsi təşkil edilir;

• fövqəladə hallarda içərisinə neftin, neft məhsullarının buraxılması üçün xüsusi anbarların ətrafı - bu obyektlərin sərhədlərindən hər tərəfə 50 metrlik məsafədə yerləşən torpaq sahəsi şərti xətlə məhdudlaşdırılır;

• əsas və aralıq vurma, doldurma stansiyalarının, çənlər parklarının, doldurma və boşaltma estakadalarının və körpülərinin, neftin və neft məhsullarının qızdırılması məntəqələrinin ətrafında göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 metrlik məsafədə yerləşən torpaq sahəsi şərti xətlə məhdudlaşdırılır.

 

6.2. Magistral neft kəmərlərinin mühafizə zonasında işlərin aparılması

 

6.2.1. “Mühafizə Zonası"nda Azərbaycan Respublikasının Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) razılığı olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır:

- bina və qurğuların tikintisi;

- ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu, eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi;

- boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi;

- meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi;

- hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi.

Sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər.

6.2.2. “Mühafizə Zonası"nda bu Qaydaların 6.2.1-ci bəndində göstərilmiş işlərin aparılması üçün fiziki və hüquqi şəxslər bu işləri boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə riayət etməklə, həmin bəndin ikinci abzasında göstərilmiş işlərin aparılması aidiyyəti üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə, üçüncü abzasında göstərilmiş işlərin aparılması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, dördüncü abzasında göstərilmiş işlərin aparılması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Agentlik ilə, beşinci abzasında göstərilmiş işlərin aparılması Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə, altıncı abzasında göstərilmiş işlərin aparılması isə aidiyyəti üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Agentlik, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırma əsasında həyata keçirməlidirlər. Bu şərtlər Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilir.

"Mühafizə Zonası"nda partlayış işləri Agentliklə razılaşdırıldıqdan sonra həyata keçirilə bilər.

6.2.3. “Mühafizə Zonası”nda boru kəmərlərinin istismarına xələl gətirəcək aşağıdakı işlərin həyata keçirilməsi qadağan olunur:

- tanınma və siqnal işarələrinin, nəzarət-ölçü cihazlarının yerini dəyişmək, sındırmaq və ya onların üstünü torpaqla örtmək;

- xidmət edilməyən gücləndirici kabel rabitəsi məntəqələrinin, xətti armatur avadanlıqları qovşaqlarının, katod və drenaj mühafizəsi stansiyalarının, xətti və baxış quyularının və başqa xətti qurğuların lüklərinin qapılarını, çəpərlərini açmaq, rabitə və enerji təchizatı vasitələrini və boru kəmərlərinin telemexanika vasitələrini işə salmaq və ya söndürmək;

- zibilxanaların yaradılması, turşu, duz və qələvi maddələrinin tökülməsi;

- boru kəmərlərini zədələnmədən və neftin ətraf mühitə yayılmasından qoruyan sahil bərkitmə tikililərini sıradan çıxarmaq;

-lövbər atmaq, lövbər, zəncir, lot, tor və tral salaraq keçmək, dibdərinləşdirmə və yerqazma işləri görmək;

- od yandırmaq və hər hansı açıq və bağlı od mənbələri yerləşdirmək.

6.2.4. MNK-ni istismar edən müəssisələrə (təşkilatlara) yol verilir:

- torpaq mülkiyyətçiləri, istifadəçiləri və ya yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış giriş yolları sxeminə uyğun olaraq, xidmət və təmir işləri aparmaq üçün avtomobil nəqliyyatı və digər texniki vasitələrin boru kəmərlərinə və onların obyektlərinə yaxınlaşmasına (əgər boru kəmərləri qadağan olunmuş və ya xüsusi obyektlərin ərazisindən keçirsə, müvafiq təşkilatlar boru kəmərlərinə xidmət edən işçilərə sutkanın istənilən vaxtında baxış keçirmək və təmir işləri aparmaq üçün buraxılış vərəqəsi verməlidirlər);

- boru kəmərlərini istismar etmək məqsədilə həmin boru kəmərlərinin izolyasiyasının keyfiyyətinin və onların elektro-kimyəvi mühafizə vasitələrinin vəziyyətinin yoxlanılması üçün bu barədə torpaq istifadəçilərinə qabaqcadan bildirməklə (işlərin başlanmasına ən azı 5 gün qalmış), mühafizə zonası daxilində şurfların açılmasına və digər torpaq işlərinin aparılmasına;

- meşə massivlərindən keçən boru kəmərlərində qəza baş verdikdə, ağacların kəsilməsinə;

- 1 ay müddətində qanunvericiliklə müəyyən olunmuş qaydada meşəqırma biletləri rəsmiləşdirilməli və qırma yerləri ağac qalıqlarından təmizlənməli, sonra meşəbərpa işləri aparılmalıdır.

6.2.5. “Mühafizə Zonası”nın dəmir yolları və ya avtomobil yolları üçün ayrılmış dəhlizlərlə, yüksək gərginlikli elektrik xətlərinin və başqa obyektlərin mühafizə zonaları ilə üst-üstə düşdüyü hallarda həmin ortaq sahələrdə bu obyektlərin istismarı ilə əlaqədar işlər müvafiq tərəflərin qarşılıqlı razılaşması əsasında həyata keçirilir.

6.2.6. MNK-da qəza nəticəsində bədbəxt hadisə baş verdikdə istismarçı müəssisə və təşkilatların məsul şəxsləri hadisənin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölməsinə (və ya birbaşa Dövlət Əmək Müfəttişliyi Xidmətinin aparatına) və Agentliyə Əlavə 16-ya uyğun məlumat verməyə borcludurlar. Eyni zamanda Azərbaycan Respublikasının Energetika Nazirliyinə və Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Bütün qurumlara məlumat verilməsi ilə yanaşı dərhal qəzanın ləğvi üzrə işlərə də başlanılmalıdır.

6.2.7. MNK-nın keçdiyi ərazidən hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) müraciəti əsasında ayrılması nəzərdə tutulmuş torpaq sahələri istismarçı təşkilatla razılaşdırılmaldır.

6.2.8. MNK-nin yerləşdiyi rayonda yaşayış obyektlərin, binaların və qurğuların tikintisinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş AzDTN 2.9-2 “Magistral boru kəmərləri. Layihələndirilmə normaları”ı Cədvəl 4-də verilmiş məsafələr gözlənilməklə icazə verilir.

MNK-nin sinfindən asılı olaraq kəmərin mərkəzi oxundan, yaşayış kompleksinin ən yaxın binalarının kənara çıxan hissələrinə qədər olan məsafələr aşağıdakı kimi qəbul edilməlidir.

 

Kəmərin sinfi II IV III II I

Şərti diametr Dş, mm 300 və aşağı 300-dən yuxarı 300 və aşağı 300-dən 500-dək 500-dən 1000-dək 1000-dən 1400-dək

Oxdan minimum məsafə, m 75 125 75 100 150 200

 

MNK-i çəkilərkən bu məsafələr 30%-dən artıq olmamaqla azaldılmasına yalnız borunun hesabi qalınlığı məsafənin artırıldığı faiz qədər artırılmaqla və qaynaq tikişləri 100% rentgenoskopik yoxlamadan keçirilməklə icazə verilir.

MNK-i yaşayış kompleksindən səviyyələr fərqinə görə aşağıda yerləşdiyi halda məsafələr 25% -ə qədər azaldıla bilər.

6.2.9. MNK-nin mühafizə zonalarında işlərin aparılması və təşkil olunması qaydaları, işlərin aparılması üçün sənədlərin, işə buraxılışın rəsmiləşdirilməsinə olan tələblər, MNK-nin mühafizə zonalarında işlərin aparılmasına nəzarətin həyata keçirilmə ardıcıllığı bu Qaydaların 10.1.1-10.1.3-cü bölmələrində göstərilmişdir.

 

6.3. Magistral neft kəmərlərinin xətti hissəsi

 

6.3.1 Ümumi tələblər

 

6.3.1.1. MNK-nin istismarı prosesində MNK-nın mühafizə zonalarına olan tələblərə riayət edilməlidir.

6.3.1.2. MNK-nin orta oxundan hər tərəfdən eni ən azı 3 m məsafədə torpaq zolağı təmizlənmiş (ağaclardan, kollardan) vəziyyətdə saxlanılmalıdır.

6.3.1.3. MNK-nin trası normativ sənədlərin tələblərinə uyğun olaraq birbaşa görünmə hüdudlarında, lakin ən azı hər 500 m-dən bir olmaqla, eləcə də döngələrdə və digər MNK-ləri və kommunikasiyalarla kəsişmə yerlərində hündürlüyü 1,5-2 m olan məlumat nişanları ilə təchiz edilməlidir. Məlumat nişanlarına fərqləndirici, xəbərdarlıq və qadağanedici nişanlar aiddir:

- havadan keşik çəkmə zamanı havadan oxunması üçün sipəri olan “MNK-NİN MÜHAFİZƏ ZONASI” kilometrlik fərqləndirici nişanı;

- “MÜHAFİZƏ ZONASI” fərqləndirici nişanı;

- “DÖNGƏ GÖSTƏRİCISİ” fərqləndirici nişanı;

- “KOMMUNİKASİYALARIN KƏSİŞMƏSİ” fərqləndirici nişanı;

- “QONŞU SAHƏLƏRƏ XİDMƏT EDƏN BÖLMƏLƏRİN MƏSULİYYƏT ZONALARININ HÜDUDLARI” fərqləndirici nişanı;

- “DIQQƏT NEFT KƏMƏRİ! KEÇİD BURDANDIR!” xəbərdarlıq nişanı;

- “YANĞIN TƏHLÜKƏSI VAR. TEZALIŞAN MADDƏLƏR” xəbərdarlıq nişanı;

- “NEFT KƏMƏRİ. ODDAN TƏHLÜKƏLİDİR!” xəbərdarlıq nişanı;

- “DİQQƏT NEFT KƏMƏRİ (NEFT MƏHSULLARI KƏMƏRİ)! TEXNIKANIN HƏRƏKƏTİ QADAĞANDIR!” qadağanedici nişanı;

- “KEÇİD QADAĞANDIR!” ” qadağanedici nişan;

- “LÖVBƏR ATMAQ OLMAZ!” qadağanedici nişan;

- “ELEKTRİK KABELİ. QAZMAQ OLMAZ!” qadağanedici nişan;

- Avtomobil yolları ilə kəsişdiyi yerlərdə “DAYANMA QADAĞANDIR!” qadağanedici yol nişanı;

- “SUALTI KEÇİD” xəbərdarlıq nişanı.

Qeyd: MNK-i çay və kanallarla kəsişdikdə, sahillərdə quraşdırılan xəbərdarlıq nişanları istismarçı tərəfindən respublikanın su təchizatı ilə məşğul olan orqanlar ilə razılaşdırılmalıdır.

6.3.1.4. Nişanların növləri, ölçüləri, rəng sxemi, nişanlar üzərindəki yazıların məzmunu və onların quraşdırılması qaydaları DÜST 12.4.026 -nın tələblərinə cavab verməlidir.

6.3.1.5. trasın planlı baxışları zamanı MNK və onların obyektlərində quraşdırılmış məlumat nişanlarına baxış keçirilməlidir.

6.3.1.6. Neft kəmərinin xəttində kəmərin dayaz yatımlı yerləri П-şəkilli nişanlarla qeyd olunmalıdır.

6.3.1.7. Neftin axıb yayılmasına qarşı mühafizə qurğuları (bəndlər, çalalar və neft tutucuları) saz vəziyyətdə saxlanılmalı, vaxtında təmir olunmalı və neftdən, zibildən, lildən təmizlənməlidir.

6.3.1.8. Neft kəmərinin xətti hissəsinin bütün qurğu və tikililəri, həmçinin kabel və hava rabitə xətti texniki cəhətdən saz vəziyyətdə olmalıdır.

6.3.1.9. Neft kəmərinin yer altından yer üstünə keçən hissələrinin əvvəlində və sonunda daimi çəpərlər quraşdırılmalıdır.

6.3.1.10. Neft kəmərlərinin üzərindəki bağlayıcı armaturların texnoloji nömrəsi, siyirtmənin vəziyyət göstəricisi olmalı, həmin yerlər xəbərdaredici nişanlarla qeyd olunmalıdır.

6.3.1.11. Siyirtmələrin yivli oxu çıxarılıb-taxılan qapaqla təchiz olunmalı, kipləndirici kamera bağlı olmalı, siyirtmənin nazimçarxında fırlanma istiqamətini (“AÇIQDIR”, “BAĞLIDIR”) göstərən işarə olmalıdır.

6.3.1.12. Siyirtmələrin intiqalları, təmizləmə və diaqnostika vasitələrinin keçid xəbərdarediciləri, ayrıca yerləşdirilmiş vantuzlar, təzyiqin endirmə qovşaqları və digər açıq havada quraşdırılmış avadanlıqlar qıfıllı yaxud xüsusi qapayıcı qoruyucu örtüklərlə təchiz edilməlidir.

6.3.1.13. Neft kəmərlərinin çaydan keçən yerlərində və ya 700 m-dən az məsafədə yaşayış məntəqələrindən və sənaye müəssisələrindən qəbul olunmuş normadan yuxarı səviyyədə keçdiyi yerlərdə neft kəmərlərində quraşdırılan bağlayıcı armaturlar məsafədən idarə olunan qurğularla təchiz edilməli və ətrafına bəndlər çəkilməlidir.

6.3.1.14. MNK-nın xətti hissəsinin bağlayıcı armatur qovşaqları çəpərlənməlidir.

6.3.1.15. Xətti siyirtmələrin yer səthindən 1,5 m-dən çox hündürlükdə yerləşən hissələrinə xidmət etmək üçün onlar xidməti meydançalar ilə təchiz olunmalıdırlar.

6.3.1.16. İdarəetmə qovşaqlarına, bağlayıcı armaturun sürgüsünün vəziyyət göstəricilərinə xidməti heyətin maneəsiz yaxınlaşması təmin olunmalıdır.

6.3.1.17. Giriş yolları, neft kəməri üzərindən keçidlər, neft kəməri xətti boyu yollar (neft kəmərindən 10 metrdən az olmayan məsafədə olan) və helikopter meydançaları saz vəziyyətdə saxlanılmalı və texnoloji sxemlərdə qeyd olunmalıdırlar.

6.3.1.18. Neft kəmərinin xəttinə baxış keçirən xətti hissənin xidməti heyəti qəza təhlükəli sahələrin yerlərdə işarələnməsi üçün daşınan xəbərdaredici nişanlarla, neftin çıxdığı zonanın çəpərlənməsi üçün siqnal lenti ilə, daşınan qazanalizatorla və əleyhqazlarla, partlayışdan mühafizəli daşınma fənərlərlə və rabitə vasitələri ilə təmin edilməlidir. Süzgəcli əleyhqazların xarakteristikası Əlavə 9-da verilmişdir.

6.3.1.19. MNK idarəsinin obyektləri müntəzəm olaraq neft kəmərinin keçdiyi yerlər və təhlükəsizlik qaydaları haqqında kütləvi informasiya vasitələri ilə əhalini xəbərdar etməli və neft kəmərinin keçdiyi meşə və torpaqların istifadəçilərinə yazılı xəbərdarlıq etməlidir.

 

6.3.2. Yerüstü və yeraltı kommunikasiyalarla eyni texniki dəhlizdən keçən və onlarla

kəsişən yerlərdə neft kəmərlərinin istismar xüsusiyyətləri

 

6.3.2.1. Eyni texniki dəhlizdən keçən kommunikasiyaların fiziki şəxslərə mənsub olan müəssisələrində texniki dəhlizdən keçən kommunikasiyalara olan tələblərə və onlara birgə nəzarətin həyata keçirilməsinə dair təlimat olmalı, eləcə də kommunikasiyaların zədələnməsi və yaxud mühafizə zonalarına şamil olunmuş tələblərin pozulması halları aşkar edildikdə həmin müəssisələr bir-birini bu barədə məlumatlandırmalıdırlar.

6.3.2.2. Eyni texniki dəhlizdən keçən kommunikasiyaların fiziki şəxslərə mənsub olan müəssisələrində texniki dəhlizin qonşu obyektlərində baş verən qəzaların qarşısının alınması üzrə zəruri tədbirləri nəzərdə tutan plan olmalıdır. Həmin plan eyni dəhlizdən keçən kommunikasiyaları istismar edən bütün müəssisələrlə razılaşdırılmalı və qəza-bərpa işlərində onların birgə iştirakını nəzərdə tutmalıdır.

6.3.2.3. Paralel və kəsişən kommunikasiyaların mühafizə zonalarında aparılan işlər texniki dəhlizin kommunikasiyalarının sahibkar müəssisələri ilə razılaşdırmalı və mühafizə zonasında işlər aparılan kommunikasiya sahiblərinin nəzarəti altında həyata keçirilməlidir.

6.3.2.4. Eyni texniki dəhlizdən keçən kommunikasiyaların sahibkar müəssisələri üçün işlərin aparılması və təşkili qaydaları, işlərin aparılması üzrə sənədlərin rəsmiləşdirilməsinə olan tələblər, işə buraxılışın verilməsi qaydası, işlərin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi qaydaları bu Qaydaların 10-cu bölməsində verilmişdir.

 

6.4. Magistral neft kəmərlərinin sualtı və havadan keçən hissələri

 

6.4.1. "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli Qərarına əsasən çay keçidlərinin yuxarı və aşağı axarları üçün 3 kilometrlik məsləhətləşmə zonası nəzərdə tutulmalıdır. Bu zona daxilində çay yatağında çay axarına təsir edəcək və eroziya ilə nəticələnə biləcək hər hansı fəaliyyətin aparılması, bənd və maneələrin tikilməsi üçün icazə verilməmişdən əvvəl istismarçı təşkilat xəbərdar edilməlidir. İstismarçı təşkilat öz növbəsində çay keçidi üzrə belə fəaliyyətlərin nəticələri haqqında dövlət təşkilatlarına məlumat və məsləhət verməlidir.

6.4.2. MNK- nin sualtı keçidlərinin mühafizə zonalarının sərhədlərində məhdudlaşdırıcı nişanlar qoyulmalıdır.

6.4.3. MNK- nin sualtı keçidləri daimi geodeziya nişanları ilə (reperlərlə) təchiz olunmalıdır.

6.4.4. Təmizləmə və diaqnostika vasitələrinin buraxma-qəbul kameralarının hissələri, sahil siyirtmələri və vantuz quyuları çəpərlənməlidir.

6.4.5. Təmizləmə və diaqnostika vasitələrinin buraxma-qəbul kameralarının hissələrinin və sahil siyirtmələrinin çəpərləri mühafizə siqnalizasiyası ilə təchiz edilməlidir.

6.4.6. Siyirtmələrin intiqalları, meydançalardakı qaldırıcı mexanizmlər, təmizləmə və diaqnostika vasitələrinin buraxma-qəbul kameralarının sürgüləri, təmizləmə və diaqnostika vasitələrinin keçdiyi siqnalizatorlar, ayrıca yerləşmiş vantuzlar, təzyiq ölçmə qovşaqları, neft sızması üçün yığım tutumları, bəndlərdə quraşdırılan drenaj siyirtmələri və açıq havada yerləşdirilmiş digər avadanlıqlar qıfıllı qoruyucu örtüklərlə bağlanmalıdır və ya xüsusi bloklayıcı qurğularla təchiz edilməlidir.

6.4.7. Neft kəmərlərinin su maneələrinin üzərində quraşdırılan keçidlərində istismar müddəti keçmiş armaturların qoyulması qadağandır.

6.4.8. Əsas və ehtiyat su keçidlərində “A” sinifli hermetik sürgüsü olan şiber siyirtmələri quraşdırılmalıdır.

6.4.9. Təmizləmə və diaqnostika vasitələrinin buraxma-qəbul kameralarının hissələri və bağlayıcı armaturların qovşaqları işıqlandırılmalıdır.

6.4.10. Neft kəmərlərinin sualtı keçidlərində siyirtmələrin elektrik təchizatında fasilələrə yol verilməməlidir.

6.4.11. MNK-nin yeni tikilən sualtı keçidləri sızmanı aşkar edən sistemlə təchiz olunmalıdır. “Boru içərisində boru” tipli keçidlər boru arası fəzada təzyiqə nəzarət sistemləri ilə təchiz edilməlidir.

6.4.12. Taxtadan hazırlanmış bütün hava keçidləri çəpərlərlə təchiz edilməlidir.

6.4.13. Dalğıc enişləri və daxili gəmiçilik yolları hüdudlarında (çay, göl, kanal və su anbarı) işlərə başlamazdan əvvəl xəbərdaredici nişanlar qaldırılıb- endirilməlidir.

6.4.14. Suyun üzərindən sualtı neft kəmərinin təhqiqatının aparılması ən azı üç nəfərdən ibarət qrup tərəfindən, kiçik həcmli və ya motorlu gəmilərdən istifadə etməklə həyata keçirilməlidir.

6.4.15. Suda işləyən bütün işçilər xilasedici jilet geyinməli, suda batan insanın xilas edilməsi və zərərçəkənə həkim gələnə qədər ilk tibbi yardımın göstərilməsi üsullarını mükəmməl bilməlidir.

6.4.16. Gəmidə xəbərdaredici bayraqlar (nişan, üzən nişan (buy) və s.) və xilasedici dəstlər olmalıdır.

6.4.17. Qış aylarında buz üzərində işlərə başlamazdan əvvəl, buzun vəziyyəti (möhkəmliyi) dəqiq yoxlanılmalıdır.

 

6.5. Magistral neft kəmərlərinin avtomobil və dəmir yollarından keçidləri

 

6.5.1. MNK-nın dəmir yollarından və bütün kateqoriyalı avtomobil yollarından keçən sahələrində boru kəməri dəmir-beton tunelə və ya polad borulardan hazırlanmış qoruyucu futlyarlara salınmalıdır.

6.5.2. Neft kəmərlərinin avtomobil və dəmir yolları ilə kəsişmə sahələrində DÜST 34182-nin tələblərinə uyğun təhlükəsizlik nişanları quraşdırılmalıdır.

6.5.3. MNK-nin dəmir yolu və bütün kateqoriyalı avtomobil yolu ilə kəsişməsi 900-ə bucaq təşkil etməlidir.

 

6.6. Magistral neft kəmərlərinin xətti hissəsinin təmizlənməsi və diaqnostikası

 

6.6.1. Ümumi tələblər

 

6.6.1.1. MNK-nın xətti hissəsinin təmizlənməsi və diaqnostikası üzrə işlər saz alətlərin, tərtibatların, cihazların və yoxlanılmış ölçü vasitələrinin tətbiqi ilə aparılmalıdır.

6.6.1.2. Təmizləmə və diaqnostika vasitələrinin buraxma-qəbul kameralarının konstruktiv ölçüləri təmizləmə qurğularının və borudaxili yoxlama cihazlarının təhlükəsiz işə salınması və qəbulunu təmin etməlidir.

6.6.1.3. Təmizləmə və diaqnostika vasitələrinin daxil edilməsi, işə salınması, qəbulu və çıxarılması ilə əlaqədar bütün işlər MNK-nın müvafiq obyekti üzrə təyin olunmuş mütəxəssisin rəhbəliyi altında, diaqnostika aparılan zaman isə diaqnostika işlərini aparan müəssisənin mütəxəssisinin nəzarəti altında görülməlidir.

6.6.1.4. Boru kəmərlərinin daxili səthinin təmizlənməsində və diaqnostikasında istifadə olunan avadanlıqların aşağıdakı sənədləri olmalıdır:

- avadanlığın pasportu;

- istifadə edilən elektrik avadanlıqlarının və cihazların partlayış mühafizəli olması haqda şəhadətnamələri (sertifikatları);

- istifadə edilən cihazların elektrik qurğularının partlayış təhlükəlilik sertifikatı (şəhadətnaməsi);

- istismar təlimatı.

6.6.1.5. Boru daxili cihazlar (qurğular) işə salınarkən heyətlə dispetçer, işin aparılmasına məsul şəxs və müşayiət qrupları arasında mobil radio və yaxud telefon əlaqəsi təmin edilməlidir.

6.6.1.6. Təmizləmə və diaqnostika vasitələrində verici-siqnalizatorun quraşdırılması (çıxarılması) partlayış təhlükəli zonadan kənarda həyata keçirilməlidir.

6.6.1.7. Borudaxili yoxlayıcı cihazın proqramlaşdırılması partlayış təhlükəli zonadan kənarda, buraxma kamerası bağlı vəziyyətdə yerinə yetirilməlidir.

6.6.1.8. Təmizləmə və diaqnostika vasitələrinin magistral neft kəmərinə daxil edilməsi zamanı buraxma kamerası, qəbul kamerası, yeraltı drenaj tutumu və texnoloji sarğıların boru xətləri neftdən azad olunmalıdır.

 

6.6.2. Təmizləmə və diaqnostika vasitələrinin buraxma-qəbul kameralarında diaqnostik yoxlama cihazının daxil edilməsi üzrə işlərin aparılması zamanı təhlükəsizlik tədbirləri

 

6.6.2.1. Təmizləmə qurğularının və boru daxili yoxlama cihazlarının Təmizləmə və diaqnostika vasitələrinin buraxma kamerasına daxil edilməsi bunun üçün nəzərdə tutulmuş xüsusi daxiledici qurğunun köməyi ilə aparılmalıdır.

Təmizləmə və diaqnostika vasitələrinin daxil edilməsi və çıxarılması zamanı istifadə edilən yükqaldırıcı mexanizmlər və ləvazimatlar texniki yoxlamadan keçməlidir.

6.6.2.2. Buraxma kamerasını açmazdan əvvəl daxiledici qurğu onunla yerləbirləşdirmə kabeli vasitəsilə etibarlı birləşdirilməlidir.

6.6.2.3. Buraxma kamerasından neftin boşaldılması, havanın buraxılması üçün qurğuların açıq vəziyyətində yerinə yetirilməlidir.

6.6.2.4. Təmizləyici qurğu və borudaxili yoxlama cihazları səlis və tədricən kameraya daxil edilməlidir.

6.6.2.5. Təmizləmə və diaqnostika vasitələrinin buraxma kamerasının qapağını bağladıqdan sonra və kamerada təzyiq olduqda, onun açılmasının qarşısını alan qoruyucu qurğu quraşdırılmalıdır.

6.6.2.6. Təmizləmə və diaqnostika vasitələrinin buraxma kamerası neftlə doldurulan zaman onun daxilindəki qaz-hava qarışığı iki ədəd qol boru vasitəsilə boşaldılmalıdır.

 

6.6.3. Təmizləmə və diaqnostika vasitələrinin buraxma-qəbul kameralarında diaqnostik yoxlama cihazının çıxarılması üzrə işlərin aparılması zamanı təhlükəsizlik tədbirləri

 

6.6.3.1. Təmizləmə və diaqnostika vasitələrinin qəbul kamerasında təzyiq endirildikdən sonra, cihazın özünün partlayış təhlükəsizliyinin təmin edilməsi məqsədilə avtomatik açılması üçün o, bağlı kamerada ən azı 40 dəqiqə saxlanılmalıdır.

6.6.3.2. Təmizləmə və diaqnostika vasitələrinin qəbul kamerasına cihazın daxil olmasından və orada təzyiq düşgüsündən 40 dəqiqə sonra partlayış təhlükəsizliyini xəbərdar edən səs siqnalı işə düşmədikdə, cihazın litium batareyalarının boşalmasını işçi gərginlikdən minimum aşağı səviyyəyədək düşməsini gözləmək lazımdır ki, bundan sonra partlayış təhlükəsizliyini xəbərdar edən səs siqnalı işə düşsün.

6.6.3.3. Təmizləmə və diaqnostika vasitələrinin qəbul kamerası açılmazdan əvvəl qəbul novu kamera ilə yerləbirləşdirmə kabeli vasitəsilə etibarlı birləşdirilməlidir. Kamera bağlanmamış yerləbirləşdirmə kabelini açmaq qadağandır.

6.6.3.4. Təmizləmə və diaqnostika vasitələrinin qəbul kamerasından neftin boşaldılması zamanı kameraya havanın daxil ola bilməsi üçün nəzərdə tutulmuş qurğu açıq vəziyyətdə saxlanılmalıdır.

6.6.3.5. Təmizləmə qurğuları və boru daxili nəzarət cihazları qəbul kamerasından bucurğad vasitəsilə, kəskin hərəkətə yol vermədən səlis şəkildə çıxarılmalıdır.

6.6.3.6. Təmizləmə və diaqnostika vasitələrinin buraxma kamerasının qapağının bağlanmasından sonra, kamerada təzyiq olduqda onun açılmasının qarşısını alan qoruyucu qurğu quraşdırılmalıdır.

 

6.7. Magistral neft kəmərlərinin sınaqdan keçirilməsi

 

6.7.1. Texniki şərtlərə əsasən yeni tikilən, əsaslı təmir olunan, genişləndirilən və texniki cəhətdən yeniləşdirilən MNK istifadəyə verilməzdən əvvəl möhkəmli və kipli sınanmalıdır. Boru kəmərlərinin sınaq işləri Sahə tikinti normaları 011-88 normativ sənədinin tələbləri nəzərə alınmaqla aparılmalıdır.

6.7.2. Neft boru kəmərlərinin möhkəmliyə sınaqdan keçirilməsi haqqında qərar ətraf mühitin mühafizəsi problemləri ilə bağlı tədbirlərlə əlaqədar, qəza halında olub-olmaması haqqında təhlilin və boruların diaqnostik müayinəsinin nəticələri əsasında, həmçinin, neftvurma rejiminin və sxeminin dəyişdirilməsi ilə bağlı qəbul edilməlidir.

6.7.3. MNK-nın sınaqdan keçirilməsi tikinti-quraşdırma idarəsi və təşkil olunmuş komissiyanın rəhbərliyi altında aparılır. Komissiyanın tərkibinə sifarişçi və quraşdırma təşkilatlarının, həmçinin Agentliyin nümayəndəsi daxil edilir.

6.7.4. Sınaq komissiyası baş podratçı və sifarişçi təşkilatların birgə hazırladığı əmrlə təyin edilir.

6.7.5. Sınaq işləri xüsusi hazırlanmış təlimat üzrə aparılır. Təlimatda texniki təhlükəsizlik, yanğın və elektrik təhlükəsizliyi tələbləri öz əksini tapmalıdır.

6.7.6. MNK-nin sınaqdan keçirilməsi üzrə təlimat Agentliklə razılaşdırılmalıdır.

6.7.7. Sınaq komissiyasının üzvləri və mühəndis-texniki işçilər boru kəmərlərinin sınağından əvvəl texniki təhlükəsizlik tələbləri ilə tanış olmalıdır.

6.7.8 MNK-nin sınağı üzrə bütün məlumatlar sınaq komissiyasının sədri tərəfindən verilir.

6.7.9. Neft kəmərlərinin möhkəmliyə və kipliyə yoxlanılması zamanı mühafizə zonası saxlanmalıdır. Mühafizə zonası boru kəmərlərinin diametrindən asılı olaraq təyin olunur.

6.7.10. Neft kəmərləri hava və su ilə təmizlənən zaman diametrlərdən asılı olmayaraq mühafizə zonası hər tərəfə 25 m təyin olunur. Pistonun (porşen) çıxma istiqamətində isə 100 metrdən az olmamalıdır.

6.7.11. Boruların hidravlik sınağı zamanı mühafizə zonası hər tərəfə 50 m olmalıdır.

6.7.12. Neft boru kəmərləri yer səthində quraşdırıldıqda mühafizə zonası iki dəfə artırılmalıdır.

6.7.13. İşçilər, mexanizmlər və avadanlıqlar mühafizə zonasından kənarlaşdırılmalıdır.

6.7.14. Mühafizə zonası yalnız komissiya sədrinin göstərişi ilə ləğv edilməlidir.

6.7.15. Magistral və texnoloji boru kəmərlərinin sınağı yalnız bütün boru kəmərləri boyu etibarlı rabitə əlaqəsi yaradıldıqdan sonra aparılmalıdır.

6.7.16. Boru kəmərlərinin mühafizə zonasından kənarda yerləşən bağlayıcı kranlar, siyirtmələr arasında telefon əlaqəsi və radio əlaqə postları yaradılmalı və onlara xidmət edən işçilər boruların sınaq təlimatları ilə tanış olmalıdır.

6.7.17. Əlaqə postlarındakı növbətçilər daim yerlərində olmalı, rəhbərliyin icazəsi olmadan iş yerlərini tərk etməməlidirlər.

6.7.18. Neft kəmərləri dəmir və avtomobil yolları ilə kəsişdiyi və yaxud onların yaxınlığından keçdiyi hallarda, komissiya həmin təşkilata qabaqcadan xəbər verməli və onu təhlükəsizlik tədbirləri ilə tanış etməlidir.

6.7.19. Neft kəmərləri avtomobil yollarının və yaşayış yerlərinin yaxınlığından keçirsə, mühafizə zonasının kənarlarında mühafizə postu və xəbərdaredici nişanlar qoyulmalıdır.

6.7.20. Magistral və texnoloji boru kəmərlərinin sınağına başlamazdan əvvəl komissiyanın qeyd etdiyi yerlərdə qəza-təmir, rabitə və növbətçi postları yerləşdirilməlidir. Komissiyanın sədri yalnız bütün tədbirlərin həyata keçirildiyini dəqiqləşdirdikdən sonra sınaq işinin aparılmasına göstəriş verməlidir.

6.7.21. Sınaqdan keçirilən boru kəmərləri digər borulardan mövcud üsullarla təcrid edilməlidir. Sınağın parametrlərinin ölçülməsi mühafizə zonasından kənarda aparılmalıdır.

6.7.22. Sınaq göstəriciləri mühafizə zonasından kənarda, məsafədən idarə olunan ölçü cihazları ilə həyata keçirilməlidir.

6.7.23. Boru kəmərlərini hava ilə sınaqdan keçirdikdə sınaq təzyiqi 30 kPa (0,3 kq.q/sm2) qədər və 2,0 MPa (20kq.q/sm2) - dən artıq olmamaq şərtilə tədricən qaldırılır. Sonra havanın verilməsi dayandırılır və boru kəmərlərinin sınağının birinci yoxlanmasına yol verilir.

6.7.24. Neft kəmərlərinə baxış keçirildikdən və bütün nöqsanlar aradan qaldırıldıqdan sonra sınaq təzyiqinə qədər havanın verilməsi davam etdirilir.

6.7.25. Neft kəmərlərinə baxış yoxlama təzyiqi işçi təzyiqə (Piş) endirildikdən sonra kəmərlərin xətti boyu yoxlamanın aparılmasına yol verilir.

6.7.26. Əgər sınaq vaxtı sınaq təzyiqi dəyişməz qalırsa, işçi təzyiq rejimində sızma baş vermirsə, boru kəmərlərinin möhkəmliyə və kipliyə sınanması başa çatmış hesab edilir.

6.7.27. Sınaq vaxtı magistral və texnoloji boru kəmərlərində nasazlıqlar aşkar olunduqda sınaq işləri dərhal dayandırılmalı və bütün nasazlıqlar aradan qaldırılmalıdır.

6.7.28. Neft boru kəmərinin sınağının nəticələri onların pasportuna daxil edilməlidir.

6.7.29. MNK-nin sınağa məruz qalan hissəsinin uzunluğu 40 km-dən artıq olmamalıdır.

 

VII. KÖMƏKÇİ OBYEKTLƏRİN, TİKİLİLƏRİN, QURĞULARIN VƏ AVADANLIQLARIN İSTİSMARINDA TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ

 

7.1. Laboratoriyalar

 

7.1.1. Analitik kimya laboratoriyaları

 

7.1.1.1. Laboratoriyada yanğın, elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına laboratoriyanın müdiri cavabdehdir. Laboratoriya müdiri və işçilər kimya laboratoriyasında işlərin təhlükəsiz görülməsinə dair sahə təlimatınının tələblərinə uyğun olaraq laboratoriyada əməyin mühafizəsinə dair təlimat işləyib hazırlayır.

7.1.1.2. Hər bir laboratoriyada yanğın təhlükəsizliyinə cavabdeh şəxsin soyadı və adı yazılan lövhə asılmalıdır.

7.1.1.3. Laboratoriyanın işçi otaqları axın-sorma ventilyasiya sistemləri ilə təchiz olunmalı, otaqlarda sorucu şkaflar quraşdırılmalıdır.

7.1.1.4. Şüşəsi sınıq və ventilyasiyası nasaz olan sorucu şkaflarda işləmək qadağandır.

7.1.1.5. Hidrogen sülfidli neftlərlə işlər aparılan otaqlarda ventilyasiya sistemləri fərdi, digər otaqların ventilyasiya sistemi ilə əlaqəli olmamalıdır.

7.1.1.6. Sorucu şkaflar və qab yuma otaqları partlayışdan mühafizəli çıraqlarla işıqlandırılmalıdır. Elektrik açarları və ştepsel rozetkaları sorucu şkaflardan kənarda quraşdırılmalıdır.

7.1.1.7. Yanğın-partlayış təhlükəli maddələrlə işləmək üçün kimyəvi iş masaları və sorucu şkaflar yanmayan materialdan olan örtüklərlə, turşularla, qələvilərlə və digər kimyəvi aktiv materiallarla işləyərkən onların təsirinə davamlı örtüklərlə təchiz olunmalıdır. Masaların ətrafında hündürlüyü 1 sm az olmayan bortlar quraşdırılmalıdır.

7.1.1.8. Partlayış təhlükəli buxarların və qazların ayrılması ilə bağlı işlər sorucu şkaflarda, axınlı-sorucu ventilyasiya sistemləri işləyən zaman həyata keçirilməlidir.

7.1.1.9. Sorucu şkaflara aparılacaq işlərlə bağlı olmayan kimyəvi qablar, laboratoriya cihazları yığmaq qadağandır.

7.1.1.10. Laboratoriya otaqlarında iş üçün lazım olan neft məhsullarının və kimyəvi reaktivlərin miqdarı sutka tələbatından artıq olmamalıdır. Bir- biri ilə kimyəvi reaksiyaya girməsi nəticəsində yanğına və partlayışa gətirib çıxıra bilən maddələrin bir yerdə saxlanılmasına yol verilməməlidir. Kimyəvi maddələrin bir yerdə saxlanılması qaydaları Əlavə 10-da verilmişdir.

7.1.1.11. İçərisində təhlükəli kimyəvi maddələr saxlanılan şüşə qablar dibinə və divarlarına keçə yaxud qabların sınmasının qarşısını alan digər uyğun material döşənmiş səbətin içində daşınmalıdır.

7.1.1.12. Bütün kimyəvi maddələr və materiallar qıfılla bağlanan xüsusi şkaflarda saxlanılmalı, reaktivlər saz ventilyasiya sistemi ilə təchiz olunmuş xüsusi otaqlarda saxlanılmalıdır.

7.1.1.13. Laboratoriyanın qaz şəbəkəsi iş yerlərində ventil və kranlardan əlavə otaqdan kənarda, əl çatan yerdə quraşdırılmış bağlayıcı ventillə təchiz olunmalıdır.

7.1.1.14. Sıxılmış maye yanar qazlar saxlanılan balonlar ölçülərindən asılı olmayaraq otaqdan kənarda yerləşən metal şkaflarda saxlanılmalıdır. Şkaflarda havanın dəyişməsi üçün barmaqlıqlar və yaxud deşiklər olmalıdır.

7.1.1.15. İş günü başa çatdıqdan sonra daxili elektrik şəbəkəsini açmaq üçün laboratoriya otağından kənarda ümumi elektrik açarı quraşdırılmalıdır.

7.1.1.16. Laboratoriyada iş qurtardıqdan sonra texniki təhlükəsizlik və yanğın təhlükəsizliyinə cavabdeh şəxs aşağıdakıları yoxlamalıdır:

- su və qaz kranlarının və ümumi ventilin bağlı olmasını;

- lampalar, odluqlar və digər od təhlükəli cihazların söndürülməsini;

- elektrik qəbuledicilərinin (işıq, ventilyasia və s.) şəbəkəsinin açılmasını.

7.1.1.17. Laboratoriyada iş ən azı 2 nəfərin iştirakı ilə həyata keçirilməlidir.

 

7.2. Qaynaq birləşmələrinin və neft kəmərlərinin izolyasiyasının keyfiyyətinə dağıdıcı olmayan üsulla nəzarət laboratoriyası

 

7.2.1. Radioqrafik üsulla nəzarəti həyata keçirən laboratoriyanın radiasiya-gigiyenik pasportu olmalıdır.

7.2.2. MNK idarəsinin və kənar təşkilatların defektoskopiya xidmətinin mütəxəssisləri attestasiyadan keçməli, tətbiq olunan dağıdıcı olmayan defektoskopiya üsulları üzrə ixtisasları II dərəcədən aşağı olmamalıdır.

7.2.3. Boruların qaynaq birləşmələrinin dağıdıcı olmayan radioqrafik, ultrasəs, burulğanlı-cərəyan, maqnit-toz, mayenin hopdurulması üsulları ilə defektoskopiyanın aparılmasında istehsalçı-zavodun təlimatlarının tələbləri nəzərə alınmalıdır.

7.2.4. Defektoskopiyada istifadə olunan aparatların yoxlama haqqında şəhadətnaməsi və istismar təlimatı olmalı, saz vəziyyətdə tətbiq edilməli, bütün cihazların uyğunluq sertifikatı olmalıdır.

7.2.5. Bütün elektrik avadanlıqlarının metal gövdələri yerlə birləşdirilməlidir (sıfırlanmalıdır).

7.2.6. Defektoskopiya işləri azı iki nəfərdən ibarət briqada tərəfindən aparılmalıdır.

7.2.7. İzolyasiyanın keyfiyyətini yoxlamaq üçün tətbiq olunan defektoskopla, qalınlıq ölçən cihazla işləməyə təhlükəsizlik qaydalarını bilən və yüksək gərginlik altında (1000V-dan yuxarı) olan avadanlıqlarla işləməyə icazəsi olan şəxslər buraxılır. Bu halda işçilərin birinin elektrik təhlükəsizliyi üzrə ən azı IV qrupu olmalıdır.

7.2.8. Tufanlı hava şəraitində açıq meydançalarda defektoskopiya işləri görmək qadağandır.

7.2.9. Qəza şəraiti yarandıqda defektoskopiya işləri görən heyət aparatları söndürməli, təhlükəli zonanı tərk etməlidir.

7.2.10. Defektoskopiya işləri “Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi” üçün müvafiq lisenziyaya malik hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməlidir.

 

7.3. Elektrik sınaq laboratoriyaları

 

7.3.1. Elektrik sınaq laboratoriyaları Agentlikdə dövlət reyestr qeydiyyatından keçirilməlidir.

7.3.2. Elektrik sınaq laboratoriyasının operator yeri 1000 V-dan yüksək olan elektrik qurğularından ayrı olmalıdır. 1000 V-dan yüksək olan qurğunun otağına açılan qapı sınaq sxeminin elektrik qidalanmasını açan bloklama qurğusu ilə təmin olunmalıdır ki, qapılar açıq olduqda qidalanmanı qoşmaq mümkün olmasın.

7.3.3 Operatorun iş yerində 1000 V və ondan yüksək gərginliyin qoşulması barədə işıq siqnalizasiya və sınaq gərginliyinin verilməsi barədə səs siqnalizasiyası olmalıdır.

7.3.4. Sınaq gərginliyinin verilməsi vaxtı operator izoləedici altlığın (və ya xalçanın) üstündə dayanmalıdır.

7.3.5. Səyyar sınaq qurğuları sınaq gərginliyinin qoşulması barədə qısa müddətli səs siqnalizasiyası ilə və sınaq qurğusunun girişində gərginlik olduqda avtomatik qoşulan işıq və səs siqnalizasiyası ilə təchiz olunmalıdır

7.3.6. Sınaqdan keçirilən avadanlıq, sınaq qurğusu, həmçinin onları birləşdirən naqillər xəbərdaredici lövhələrlə, burazlarla və s. çəpərlənməlidir.

7.3.7. Sınaq qurğusuna gərginlik verilən andan səyyar laboratoriyaya daxil olmaq və ya oranı tərk etmək, torpaqda dayanmaqla qurğunun gövdəsinə və səyyar laboratoriyanın kuzovuna əl ilə toxunmaq qadağandır.

 

7.4. Boru kəmərlərinin elektrokimyəvi mühafizəsi, istismar qaydaları

 

7.4.1. Elektrokimyəvi mühafizə quruluşları ayrıca yerləbirləşdirmə quruluşu ilə təchiz olunmalıdır.

7.4.2. Heyətə elektrokimyəvi mühafizə vasitələrinin cihazlarından göstəriciləri götürmək üçün təkbaşına elektrik qurğularının şkaflarında işləmək, dirəkdə yerləşən transformator yarımstansiyalarının dayaqlarına dırmaşmaq, boşaldıcı və başqa cərəyandaşıyıcı hissələrə toxunmaq qadağandır.

7.4.3. Katod və drenaj mühafizəsi qurğularının hasarları, xəbərdaredici nişanları olmalı, həmçinin qıfılla bağlanmalıdır.

7.4.4. Katod polyarizasiyası üsulu ilə izolyasiyanı yoxladıqda generator və ya başqa elektrik qida mənbəyi ancaq sxemin bütövlükdə yığılmasından sonra qoşulmalıdır. Sxemin sökülməsi yalnız qida mənbəyi açıldıqdan sonra yerinə yetirilməlidir.

7.4.5. Polad boru kəmərlərini torpaq korroziyasından və azmış cərəyanın təsirindən mühafizə üzrə yerinə yetirilən işlər DÜST 25812-83, tikinti norma və qaydaları III-42-80* və 2.03.11-85 sənədlərinin tələblərinə əsaslanmalıdır.

7.4.6. Metal boru kəmərləri səthlərinə korroziyaya qarşı təbəqəni cəkməklə (passiv mühafizə) və elektromühafizə qurğularının (aktiv mühafizə) tətbiqi ilə korroziyadan mühafizə olunur. Boruları torpağın elektrokimyəvi korroziyasından qorumaq üçün katod stansiyaları və protektorlardan, elektrikləşmiş dəmir yollarını azmış cərəyanların təsirindən qorumaq üçün isə polyarlaşmış drenaj qurğularından istifadə olunur.

7.4.7. Boru və yeraltı metal qurğuların korroziyaya qarşı izolyasiyasının vəziyyətinə nəzarət xidməti aşağıdakı işləri yerinə yetirir:

- boru kəmərlərinin və yeraltı metal kommunikasiyaların korroziyadan mühafizəsini;

- elektrokimyəvi mühafizə qurğularının qaydalara və idarə təlimatlarına uyğun olaraq istismarını;

- elektrometrik ölçmələr aparmaq yolu ilə antikorroziya izolyasiyasının vəziyyətinə vaxtlı-vaxtında nəzarəti;

- yeni elektrokimyəvi mühafizə cihaz və avadanlıqlarının sınağını və tətbiqini, daha da mükəmməl mühafizə texnologiyalarının istifadəsini;

- elektrikləşmiş dəmir yollarının, dartı yarımstansiyalarının, sabit cərəyan elektrik veriliş xətlərinin azmış cərəyan mənbələrinin yoxlanılmasını.

7.4.8. Yeraltı boru kəmərlərinin elektrik mühafizə qurğularının parametrlərinə nəzarət ücün nəzarət-ölcü boruları (katod çıxımları) quraşdırılmalıdır:

- hər kilometrdən bir boru kəmərlərinin trası boyunca kilometr nişanı ilə birlikdə;

- elektrik mühafizənin qoşulduğu yerlərdə;

- izolyasiya səthinin tipinin dəyişdiyi yerlərdə;

- izoləedici qoymaların və ötürmələrin qoşulduğu yerlərdə;

- avtomobil və dəmir yolları altından kecən yerlərdə (boru kəmərinin sərbəst çıxımı və futlyar ilə);

- su səthinin üstündən kecidlərdə;

- metal boru kəmərləri və elektrik xətləri ilə kəsişmələrdə.

7.4.9. Elektrokimyəvi mühafizə qurğularının bütün yeraltı kontakt birləşmələrinin uzunmüddətli etibarlı izolyasiyası olmalıdır.

7.4.10. Elektrokimyəvi mühafizə qurğularının naqillərini və nəzarət çıxımlarını boru kəmərlərinə yalnız termit və ya elektrik qövsü ilə qaynaq etmək lazımdır.

7.4.11. Elektrikləşmiş dəmiryol hissələrinə drenaj kabellərinin və naqillərin qoşulması və yerləbirləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”na uyğun və dəmiryolunun müvafiq xidmətinin nümayəndəsinin iştirakı ilə aparılmalıdır.

7.4.12. Elekrokimyəvi mühafizə qurğularının sazlanması elektrokimyəvi mühafizə xidmətinin istismar heyəti tərəfindən yerinə yetirilməlidir.

7.4.13. Quraşdırma işləri başa çatdıqda mühafizə anod yerləbirləşdirməsinə ölçü cihazı vasitəsilə nəzarət edilməlidir.

Mühafizə yerləbirləşdirməsinin sızmaya qarşı müqavimətə nəzarət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın tələblərinə uyğun aparılmalıdır. Anod yerləbirləşdirməsinin sızmaya qarşı müqavimətinin qiyməti layihə sənədinə uyğun yoxlanılır.

7.4.14. Gərginlik altında olan cərəyandaşıyan hissələrdə hər hansı işlərin görülməsi qadağandır. Bu tələb protektorlu mühafizə qurğularına aid deyil.

7.4.15. Katod stansiyasının girişində kommutasiya aparatı quraşdırılmalıdır (kəsici açar, paket açarı, avtomat).

7.4.16. Katod stansiyasiyalarında və drenaj qurğularında çəpərlər, xəbərdaredici yazılar, lövhələr, sıra nömrələri olmalı və qıfılla bağlanmalıdır.

7.4.17. 1000 V-a qədər və 1000 V-dan yüksək gərginliklə işləyən elektrokimyəvi mühafizə qurğularına xidmət edən işçinin müvafiq olaraq ən azı elektrik təhlükəsizlik üzrə III və IV qrupu olmalıdır.

7.4.18. Dəmir yollarının relslərində gərginliyin ölçülməsini iki işçi aparmalıdır; onlardan biri nəqliyyatın hərəkətinə nəzarət etməlidir.

7.4.19. Şimşəkli yağışlı hava şəraiti proqnozlaşdırıldığı gün elektrokimyəvi mühafizə qurğularında iş aparmaq qadağandır.

7.4.20. Partlayış təhlükəli otaqlarda, həmçinin quyularda, bağlayıcı armaturlu köşklərdə izoləedici flansların qurulması qadağandır.

7.4.21. Boru kəmərlərini kəsib araladıqda müvəqqəti olaraq yaxınlıqdakı elektrokimyəvi mühafizə vasitələrini cərəyandan açmalı, azmış cərəyanın qığılcım yaradan təsirinin qarşısını almaq üçün en kəsiyi 25 mm2 (mis naqil) olan tağ qoyulmalıdır.

 

7.5. Elektrotexniki qurğular. Elektrik təhlükəsizliyi

 

7.5.1. Ümumi tələblər

 

7.5.1.1. Elektrik qurğularının istismarını xüsusi hazırlanmış elektrotexniki (elektrotexnoloji) heyət aparmalıdır.

7.5.1.2. Elektrik qurğularına xidmət edən heyətin biliyi ildə bir dəfə yoxlanılmalı, elektrik təhlükəsizliyi üzrə müvafiq qrupu və müəyyən olunmuş formada bu haqda vəsiqəsi olmalıdır. Bu halda elektrik təsərrüfatına cavabdeh olan şəxsin (baş energetik) qrupu olmalıdır: V - əgər xidmət edilən elektrik qurğularının gərginliyi 1000 V-dan yüksəkdirsə və IV - həmin qurğuların gərginliyi 1000 V-a qədərdirsə.

7.5.1.3. Müəssisənin elektrik qurğuları, elektrik avadanlığının istismarı və təmiri, işlərin düzgün və təhlükəsiz təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”na görə yerinə yetirilməlidir.

7.5.1.4 Elektrik qurğularının yerləşdiyi otağın, kameraların, lövhələrin, quraşdırmaların qapıları (iş görülən otaqlardan başqa) qıfılla bağlanmalıdır.

7.5.1.5. Elektrik qurğularının otaqlarının açarlarının verilməsi və saxlanılması qaydaları MNK-nın müvafiq struktur bölmələrinin rəhbərliyi tərəfindən müəyyən olunur. Açarlar nömrələnməli, qıfıllanan yeşikdə saxlanılmalı və operativ heyətin uçotunda olmalıdır. Bir dəst açar ehtiyatda qalmalıdır.

7.5.1.6. Elektrik qurğularının texniki xidmətini və təmir işlərini nərdivanla ən azı iki nəfər aparmalıdır, bu halda işçilərdən biri aşağıda olmalıdır.

7.5.1.7. Elektrik qurğularında xidmət edən personal onun işinin təhlükəsizliyini təmin edən bütün lazımi mühafizə vasitələri ilə təchiz olunmalıdır.

7.5.1.8. Elektrik qurğularına xidmət edən zaman başqa təhlükəsizlik tədbirləri ilə yanaşı, elektrik mühafizə vasitələrindən də istifadə etmək mütləq lazımdır.

7.5.1.9 Mühafizə vasitələri onların sazlığını və istifadəyə yararlığını təmin edən bağlı otaqlarda saxlanılmalıdır. Mühafizə vasitələri müəyyən olunmuş müddətdə sınaqdan keçirilməlidir.

7.5.1.10. Sınaqdan keçmiş mühafizə vasitələrinə aşağıdakı yazıları olan, təyin olunmuş formalı ştamp vurulmalıdır: sıra nömrəsi, hansı gərginliyə qədər tətbiqi yol veriləndir, növbəti sınaq tarixi.

7.5.1.11. Mühafizə vasitələrindən istifadə etməzdən əvvəl heyət onun sazlığını, xarici zədələnmələrin olmadığını yoxlamalı, tozdan təmizləməli və etibarlıq müddətini ştamp üzrə yoxlamalıdır.

Dielektrik əlcəklərdən istifadədən əvvəl barmaqlara tərəf burma yolu ilə deşiklərin olmadığını yoxlamaq lazımdır.

İstismar müddəti keçmiş mühafizə vasitələrindən istifadə etmək qadağandır.

 

7.5.2. Elektrik təchizatı

 

7.5.2.1. MNK-nın elektrik təchizatı sisteminə, hava elektrik ötürücü xətləri, kabel xətləri, transformator yarımstansiyaları və stasionar elektrik stansiyaları daxildir.

7.5.2.2. MNK-nın xətti hissəsinin elektrik təchizatı hava xətti vasitəsilə yerinə yetirilir. Kənar qonşu ölkənin elektrik qidalanma xəttinə qoşulması MDB arası müvafiq qanunla tənzimlənir.

7.5.2.3. MNK-nın elektrik təchizatı sxemi, elektrik işlədicilərinin etibarlıq kateqoriyasının tələblərinə uyğun olmalıdır.

7.5.2.4. MNK I kateqoriyalı elektrik təchizatı sahələrində, qida mənbəyi kimi müstəqil elektrik stansiyasından və ya müvafiq gücdə akkumulyator batareyasından istifadə edilə bilər. Üçüncü müstəqil qida mənbəyindən istifadəyə ehtiyac yarandıqda qoşulma avtomatik yerinə yetirilməlidir.

7.5.2.5. Müstəqil elektrik stansiyasının, avtomatik qoşulması və gərginliyin istehlakçıya avtomatik verilməsi ildə iki dəfə yoxlanılmalıdır. Müstəqil elektrik stansiyasının işə buraxılmaya hazır olması haqda, normativ sənədə əsasən müvafiq texniki xidmət tərəfindən yoxlama dövrülüyü müəyyən edilir və bu haqda texniki sənədlərdə müvafiq qeydiyyat aparılır.

 

7.5.3. Mühafizə yerləbirləşdirməsi

 

7.5.3.1. Elektrik maşınlarının, aparatlarının və cihazlarının metal gövdələri aşağıdakı hallarda yerləbirləşdirilməlidir: 380 V və ondan yüksək dəyişən cərəyanlı gərginlikdə, 440 V və ondan yüksək sabit cərəyanlı gərginlikdə qidalandırılan - bütün elektrik qurğularında; 42 V və ondan yüksək dəyişən cərəyanlı gərginlikdə (lakin 380 V-dan aşağı), 110 V və ondan yüksək sabit cərəyanlı gərginlikdə (lakin 440 V-dan aşağı) qidalandırılan - təhlükə artımı olan və xüsusi təhlükəli otaqlarda, bütün xarici elektrik qurğularında; ümumi metal konstruksiyalarda (ümumi borularda, qutularda və s.) quraşdırılmış 42 V dəyişən cərəyanlı gərginlikdə və 110 V-a qədər sabit cərəyanlı gərginlikdə yoxlama və güc kabellərinin metal zirehləri, qabıqları və başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nda nəzərdə tutulmuş hallarda (7.5.3.2-ci bənddə göstərilən tələb istisna təşkil edir).

7.5.3.2. Partlayış təhlükəli obyektlərdə qidalandırma gərginliyindən asılı olmayaraq bütün hallarda yerləbirləşdirmə yerinə yetirilir.

7.5.3.3. Yerləbirləşdirməsi və sıfırlanması tələb olunan elektrik qurğularının hər birinin gövdəsi ayrı-ayrılıqda yerləbirləşdirmə və sıfırlanma dövrəsinə qoşulmalıdırlar.

7.5.3.4. Yerləbirləşdirmə və sıfırlanma mühafizə keçici xətləri (naqilləri) birləşdirilməlidir:

Qaynaq ilə - tikinti profillərindən tikilmiş magistrallarda;

Bolt birləşmələri ilə - elektrik quraşdırma konstruksiyaları ilə tikilmiş magistrallarda;

Bolt birləşmələri və ya qaynaqla - elektrik avadanlığına birləşmələrdə;

Lehimləmə və ya təzyiqlə sıxmaqla - kabellərin sonluq işləmələrində və birləşdirici muftalarında. Birləşmə yerləri qaynaq edildikdən sonra rənglənməlidir.

7.5.3.5. Yerləbirləşdirmə və sıfırlama mühafizə keçirici xətləri (naqilləri) işçi layihədə verilmiş müvafiq göstərişlərə əsasən kimyəvi təsirlərdən və mexaniki zədələnmələrdən qorunmalıdır.

 

7.5.4. Elektrik qurğularına və orada görülən müxtəlif işlərə olan tələblər

 

7.5.4.1. Partlayış təhlükəli zonalarda partlayışdan mühafizənin markalanması, zavod istehsalı olmayan, eləcə də, mühafizə və bloklama vasitələrinin, idarəetmə sxemlərinin və mühafizənin nasazlığı olduqda elektrik avadanlığının istismarı qadağandır.

7.5.4.2. Partlayış təhlükəli zonada partlayış mühafizəli avadanlığın təmiri qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun aparılmalıdır. Partlayış mühafizəli elektrik avadanlığının təmirinə ancaq xüsusi təlim və bilik yoxlanılmasından keçmiş mütəxəssislər buraxıla bilər.

7.5.4.3. Mühərrikin və onun işlətdiyi mexanizmlərin fırlanan hissələrindən hasarlanmaların götürülməsi qadağandır.

7.5.4.4. Güc transformatorlarına baxış ya yerdən, ya da məhəccəri olan stasionar nərdivanların üstündən keçirilməlidir. İşləyən və ya ehtiyatda olan transformatorların baxış meydançalarına giriş xəbərdaredici lövhələrlə bağlanmalıdır.

7.5.4.5. Transformator yağını qəbul edən qəza tutumları saz vəziyyətdə olmalıdır. Hər bir transformator kamerasında qumla dolu yeşik olmalıdır. Transformator kameralarının qapılarında təyin olunmuş qaydaya uyğun lövhələr və transformatorun nömrəsi bərkidilməlidir.

7.5.4.6. Vakuum açarları ilə təchiz olunmuş paylaşdırıcı qurğularda (PQ-da) qövssöndürücü kameraların artırılmış gərginliyin amplitud qiyməti 20 kV-dan çox olmaqla sınağın keçirilməsi zamanı yaranan rentgen şüalarından heyəti qorumaq üçün xüsusi ekrandan istifadə edilməlidir.

7.5.4.7. Hava elektrik ötürücü xətlərinin (HEÖX-nin) vaxtaşırı baxışları qrafikə uyğun aparılmalıdır. Naqillərdə və burazlarda sırsıra yarandıqda, buz axınında, çayların daşmasında, HX-nin tras zonasında yanğın baş verdikdə, tufan, qasırğa və başqa təbii fəlakətlərdən sonra, eləcə də HX-nin rele mühafizəsinin açılması və təkrar müvəffəqiyyətsiz qoşulmasından sonra HX-nə növbədən kənar baxış keçirilməlidir.

7.5.4.8. HEÖX-nə baxış və nəzər yetirdikdə hər hansı təmir və ya bərpa işləri görmək, həmçinin dirəyə və onun konstruksiya elementlərinə qalxmaq qadağandır.

7.5.4.9. HEÖX-nin sahə heyəti xüsusi geyim, xüsusi ayaqqabı, elektrik mühafizə vasitələri ilə təmin olunmalıdır. Bütün işlər dəbilqədə yerinə yetirilməlidir.

7.5.4.10. Gərginlik altında olan HEÖX-də, dumanda, yağışda və şimşəkli yağışda, qar yağdıqda, sutkanın qaranlıq vaxtında, həmçinin dirəklərdə işləri çətinləşdirən küləkdə işləmək qadağandır.

7.5.4.11. Dirəyə qalxıb işləməyə, yalnız dirəyin, xüsusən onun bünövrəsinin dayanıqlığına və möhkəmliyinə əmin olduqdan sonra yol verilir.

7.5.4.12. İçərisində yanar məhlullar və ya yanar partlayıcı qazlar olan texnoloji və köməkçi boru xətlərindən yerləbirləşdirici və yerləbirləşdirilən naqillər kimi istifadə etmək qadağandır.

7.5.4.13. Partlayış təhlükəli zonalarda kontakt birləşmələrinin keçid müqavimətinin yoxlanılması partlayış mühafizəli cihazlarla aparılmalıdır.

7.5.4.14. Partlayış mühafizəli elektrik avadanlığında pasport göstəricilərinin lövhəciklərini rəngləmək qadağandır.

7.5.4.15. Partlayış təhlükəli zonalardakı otaqlarda və otaqlardan xaricdə yerləşən qurğularda qadağandır:

- elektrik qurğularını nasaz mühafizə yerləbirləşdirmə (sıfırlama), nasaz bloklama quruluşu olduqda və qabığın partlayışdan mühafizə xüsusiyyətləri pozulduqda işə qoşmaq;

- partlayış mühafizəli elektrik avadanlığının cərəyandaşıyıcı hissələri gərginlik altında olduqda qapağı açmaq;

- elektrik qurğuları mühafizə aparatları ilə avtomatik açıldıqda səbəbi araşdırılıb aradan götürülmədən onları qoşmaq ;

- qısaqapanmadan və ifrat yüklənmə cərəyanlarından mühafizə olmadıqda elektrik qurğularını işə qoşmaq;

- elektrik qoruyucularının, əriyən qoymaları və istilik relelərinin qızdırıcı elementləri kalibrlənməmiş olduqda tətbiq etmək;

- partlayış mühafizənin tələblərinə cavab verməyən daşınma çıraqları tətbiq etmək;

- qığılcım təhlükəli cihazların qida mənbələrinə onların komplektinə daxil olmayan cihaz və aparatları qoşmaq;

- elektrik naqilləşdirilməsi üçün polad boruların və elektrik kabellərinin üst qabığı zədələnmiş olduqda kabelləri istismar etmək.

7.5.4.16. Partlayış təhlükəli zonalarda partlayış mühafizənin nişanları olmayan elektrik avadanlığının istismarı qadağandır.

7.5.4.17. Partlayış təhlükəli zonalarda birləşdirici və ya budaqlanma kabel muftalarını quraşdırmaq qadağandır.

 

7.6. İldırımın və statik elektrikləşmənin təzahürü ilə mübarizə

 

7.6.1. Magistral neft boru kəmərlərinin bütün qurğuları şimşəyin birbaşa zərbəsindən, onun ikinci təzahüründən və neftin axma prosesində yaranan statik elektrikləşmədən texniki normativ hüquqi aklara uyğun mühafizə olunmalıdırlar.

7.6.2. Obyekt üzrə ildırımdan mühafizə və statik elektrikləşməyə qarşı mühafizə qurğularının vəziyyətinə cavabdehliyi obyektin (sahənin, sexin) rəisi, müəssisə üzrə isə baş energetik və ya elektrik təsərrüfatına cavabdeh şəxs daşıyır. Baş energetik və ya elektrik təsərrüfatına cavabdeh şəxs müəssisədə mühafizə qurğularının istismarının düzgün təşkilini və nəzarəti təmin etməli, həmin qurğuların istismarına dair sex rəisləri tərəfindən tərtib olunmuş təlimatları təsdiq etməlidir. Sex rəisi baş energetikin və ya elektrik təsərrüfatına cavabdeh şəxsin təsdiq etdiyi qrafikə uyğun olaraq mühafizə vasitələrinin sazlığını, vaxtlı-vaxtında yoxlanılmasını və təmirini, eləcə də texniki sənədləşdirmənin aparılmasını təmin etməlidir.

7.6.3. İldırımın təkrar təsiri və statik elektrikləşmənin təzahürü ilə mübarizə üçün otaqda, eləcə də otaqdan xaricdə yerləşən, daxilində asan alışan mayelər və YM dövr edən texnoloji avadanlıqların (metal aparatlar, çənlər, neft kəmərləri, doldurma-boşalma qurğuları və s.) bütün elektrikötürücü hissələri statik elektrikləşməyə qarşı digər tədbirlərin tətbiqindən asılı olmayaraq yerləbirləşdirilməlidir.

7.6.4. Sexdə və sex xarici qurğularda, estakadalarda və kanallarda yerləşən avadanlıqlar və boru kəmərləri bütün xətt boyu bütöv dövrə təşkil etməli və yerləbirləşdirici qurğulara qoşulmalıdırlar.

7.6.5. Texnoloji avadanlığın kontakt birləşmələrindəki keçid müqaviməti – bir kontakt üçün 0,03 Om-dan çox olmamalıdır.

7.6.6. Kontakt birləşmələrinin keçid müqaviməti partlayışdan mühafizəli cihazlarla ölçülməlidir.

7.6.7. Müqavimətin qiyməti normaya uyğun deyilsə və kontaktın kipliyinin təmini mümkün olmadıqda birləşmə yerlərində metal tağlar bərkitmək (qaynaq etmək) lazımdır.

7.6.8. Heyətin sənaye tezlikli elektrik cərəyanından və ya şimşəkdən mühafizəsi üçün nəzərdə tutulan yerləbirləşdirici quruluşlar statik elekltrikləşmənin yüklərinin ötürülməsi üçün istifadə edilə bilər.

7.6.9. Yerləbirləşdirici quruluş, yalnız statik elektrikləşmənin yüklərinin ötürülməsi üçün nəzərdə tutulubsa, onun müqaviməti 100 Om-dan çox olmamalıdır.

7.6.10. Ayrıca qurulan çənlərin, aparatların, qurğu və aqreqatların müstəqil yerləbirləşdiriciləri olmalı və ya ayrıca budaqlanma yolu ilə aparatın yaxınlığında yerləşən yerləbirləşdirici magistralına qoşulmalıdır.

Yerləbirləşdirici şinə (naqilə) yerləbirləşdirilən bir neçə aparatın, aqreqatın və ya boru kəmərlərinin ardıcıl qoşulması yolverilməzdir.

7.6.11. Avtosisternlər, vaqon sisternləri, həmçinin maye daşıyan gəmilər asan alışan mayelər və YM ilə doldurulub-boşaldılmazdan əvvəl və yaxud doldurma-boşaltma əməliyyatı müddətinə yerləbirləşdirici qurğulara qoşulmalıdırlar. Yerləbirləşdirici kimi en kəsiyi 16 mm2 –dən az olmayan çoxdamarlı elastik mis naqildən istifadə etmək lazımdır.

7.6.12. Asan alışan mayelərin çənlərə və taralara şırnaqla sərbəst axması qəti qadağandır.

7.6.13. Çənlərin buxarlanması üçün rezin şlanqların metal ucluqları şlanqın daxili və ya üst səthinə dolanmış elastik (çoxdamarlı) mis naqillərin vasitəsilə yerləbirləşdirilməlidir, hansı ki, o biri ucu ilə neft kəmərinin metal hissələrinə birləşdirilməlidir. Şlanqın ucluqları zərbədən qığılcım verməyən materiallardan (tuncdan, misdən, plastik materialdan) hazırlanmalıdır.

7.6.14. Mühafizə qurğularına baxış və cari təmir bütün texnoloji avadanlığa və elektrik naqilləşməsinə baxış və cari təmirlə eyni vaxtda yerinə yetirilməlidir. Cihazlar vasitəsilə yerləbirləşdirmənin yoxlanılmasını ildə bir dəfədən az olmayaraq torpağın yayda - ən quraqlıq və ya qışda - ən çox donmuş vaxtı və avadanlığın hər təmirindən sonra keçirmək lazımdır.

7.6.15. Şimşəkdən (ildırımdan) mühafizə qurğularının istismarı zamanı cari və qabaqlayıcı təmirlə bərabər aşağıdakı məqsədlərlə vaxtaşırı baxış (təftiş) keçirilir:

-cərəyandaşıyıcı elementlər arasındakı elektrik əlaqəsinin etibarlılığının yoxlanılması (qaynaq, bolt və başqa birləşmə yerləri);

-şimşəkdən mühafizə qurğularının mexaniki zədə nəticəsində dəyişdirilməsi və ya gücləndirilməsi tələb olunan elementlərinin aşkar edilməsi;

-şimşəkdən mühafizə qurğularının ayrı-ayrı elementlərinin korroziyaya uğrama səviyyəsinin təyin edilməsi, antikorroziya mühafizəsinin və korroziyaya uğramış elementlərin gücləndirilməsi tədbirlərini görmək;

-şimşəkdən mühafizə qurğularının binaya və ya qurğuya (texnoloji prosesin, bina və tikililərin konstruksiya planlaşmasının xüsusiyətlərinin dəyişdirilməsi və s.) uyğunluğunun yoxlanılması.

7.6.16. Şimşəkdən mühafizə qurğularının təftişi ilə məşğul olan işçilər aşkar olunan zədə və ya nasazlığı göstərməklə baxış və yoxlama aktı tərtib etməlidirlər. Şimşəkdən mühafizə qurğusunun təftişinin, yerləbirləşdirmə quruluşunun sınaq yoxlamasının və təmirin nəticələri xüsusi jurnalda yazılmalıdır.

7.6.17. Şimşək vaxtı qəti qadağandır:

-neft və qaz buxarlarını qazötürən borularla atmosferə buraxmaq;

-istehsalat və məişət otaqlarının qapı və pəncərələrini açıq saxlamaq.

7.6.18. Yüksək potensialın xarici yeraltı kommunikasiyalarla daxil olmasından mühafizə, onları elektrik qurğularının yerləbirləşdirmə quruluşlarına və ya şimşəyin birbaşa təsirindən mühafizə sistemlərinin yerləbirləşdirmə quruluşuna qoşmaq yolu ilə yerinə yetirilməlidir.

7.6.19. Yüksək potensialın yerüstü metal kommunikasiyalarla daxil olmasından mühafizə, onların çənlərin girişində şimşəyin birbaşa zərbələrindən mühafizə üçün yerləbirləşdirmə quruluşuna, girişə yaxın kommunikasiya dayaqlarında isə - dayağın armaturuna və ya dəmir-beton bünövrəyə birləşdirilməsi ilə əldə edilməlidir.

7.6.20. İldırımqəbuledicinin yerləbirləşdirici endirmələrlə, həmçinin yerləbirləşdiricilərin bir-biri ilə və yerləbirləşdirici naqillərlə (yerləbirləşdirici endirmələrlə) birləşdirilməsi qaynaqla olmalıdır. Yerləbirləşdiricinin müqavimətinin qiymətini yoxlamaq üçün yerləbirləşdiriciyə birləşdirilən yerləbirləşdirən naqillərdə “birləşdirici” tipli birləşmələr nəzərdə tutulmalıdır.

7.6.21. Binalarda, tikililərdə, dəmir-beton dirəklərdə ildırımötürücünün yerləbirləşdirmə quruluşu ilə birləşən yerləbirləşdirici endirmələri görünən olmalıdır.

7.6..22. Hər il, şimşək mövsümündən əvvəl şimşəkdən mühafizə quruluşunun yerüstü elementlərinin vəziyyəti (ildırımqəbuledicilər, yerləbirləşdirici endirmələr) baxışdan keçirilməlidir.

7.6.23. Çənlər parkları və ayrıca quraşdırılan çənlər şimşəyin birbaşa zərbələrindən, elektrostatik və elektromaqnit induksiyadan, şimşəkdən mühafizə quruluşları ilə yüksək potensialın daxil olmasından qorunmalıdır.

7.6.24. Şimşəkdən mühafizə quruluşlarının əsaslı təmiri ilin şimşəksiz vaxtı keçirilməlidir.

7.6.25. Statik elektrikləşmədən mühafizə üçün avadanlıqlar, çənlər və boru kəmərləri yerləbirləşdirilməlidir.

 

7.7. Avtomatika, telemexanika və avtomatik idarəetmə sistemləri qurğuları

 

7.7.1. MNK obyektlərinin avtomatlaşdırılması aşağıdakı prosesləri təmin etməlidir:

- çənlər parkının, neftvurma stansiyalarının və neft kəmərlərinin xətti hissəsinin avadanlıqlarının avtomatik mühafizəsini;

- MNK-da təzyiqin avtomatik tənzimlənməsini;

- MNK-da istismar olunan avadanlıqların işləməsi haqqında məlumatın toplanmasını və təqdim edilməsini;

- MNK-nın avadanlıqlarına nəzarəti və idarə etməni operator otağından, yerli dispetçer məntəqəsindən, rayon dispetçer məntəqəsindən və ərazi dispetçer məntəqəsindən həyata keçirilməsini;

-digər avtomatika sistemləri ilə əlaqənin təmin edilməsini.

7.7.2. Nasos aqreqatlarının avtomatlaşdırılması və telemexanizasiyası aşağıdakıları təmin etməlidir:

- magistral nasos aqreqatlarının avtomatik idarə edilməsini;

- avtomatik yanğınsöndürməni;

- bütün və ya bir aqreqatın avtomatik mühafizə açılmasını, nasazlığın xarakterindən asılı olaraq qəza parametrlərinin siqnalizasiyasını;

- xəbərdaredici və qəza siqnalizasiyasının operator otağında işə düşməsini;

- dayanmanın səbəblərini aşkar və ləğv edəndən sonra nasos aqreqatlarının təkrar işə düşməsinin təmin edilməsini;

- neft sənayesinin müəssisələrinin istehsalat otaqlarında stasionar qazanalizatorların və səs xəbərvericilərinin quraşdırılması üzrə tələblərə (rəhbərlik üçün sənəd 39-2-434-80) uyğun olaraq partlayış təhlükəli və zərərli zonaların yarana biləcəyi otaqlarda həddi qazlılığın siqnalizasiyası;

- qazlılığın səviyyəsinin ayrı-ayrılıqda müəyyən edilməsi: qazlılığın aşağı alışma həddi 50%-ə çatdıqda qəza vəziyyətinin, qazlılığın səviyyəsi 30% çatdıqda isə - aşağı alışma həddinin müəyyən edilməsi;

- karbohidrogenlərin buraxıla bilən həddi artdıqda ventilyasiyanın qəza sistemlərinin avtomatik qoşulmasını;

- çənlərdən neftin daşmasına (axmasına) qarşı və çənlərin yol verilən doldurulma - boşaltma sürətini keçməsinə qarşı avtomatik mühafizə vasitələrinin etibarlı işini;

- neft kəmərlərində təzyiqin yol verilən qiymətdən yuxarı artmasına qarşı avtomatik mühafizəni.

7.7.3. Bütün neftvurma stansiyaları ümumstansiya və aqreqat mühafizəsi ilə təchiz olunmalıdır.

7.7.4. MNK-nın nasos stansiyalarında avtomatik köpüklə yanğınsöndürmə sistemi nəzərdə tutulmalıdır.

7.7.5. MNK-nın mühafizə sistemləri neft kəmərlərinin qəzadan mühafizəli istismarını və göstəricilərin müəyyən olunmuş qiyməti aşması zamanı onun istismarının dayandırılmasını təmin etməlidir.

7.7.6. Avtomatik mühafizə vasitələrinin lövhələrində nəzarət-ölçü və avtomatika cihazlarının təyinatını göstərən yazılar olmalı, cihazların şkalalarında isə göstəricilərin buraxılabilən qiymətləri göstərilməlidir.

7.7.7. Xəbərdaredici və qəzadan mühafizə sistemlərinin işə düşməsi operator otağında və rayon dispetçer məntəqəsində görməklə (vizual) və səs siqnalizasiyası ilə müşayiət olunmalıdır.

7.7.8. Partlayış təhlükəli zonalarda istifadə olunan avadanlıqların uyğunluq sertifikatı olmalı və zonanın sinfinə uyğun partlayışdan mühafizəli olmalıdır.

7.7.9. Partlayış təhlükəli zonalarda istismar və təmir vaxtı aşağıdakılar qadağandır:

- gərginlik altında olan avtomatika və telemexanika sistemlərinin avadanlıqlarını təmir edilməsi;

- cərəyandaşıyıcı hissələri gərginlik altında olan elektrik avadanlıqlarının örtüklərinin (qabıqlarının) bütövlüyünü pozmaq (yarmaq);

- qısaqapanma zamanı avtomatik açılmış avadanlığı açılmanın səbəbini araşdırmadan qoşmaq;

7.7.10. Məsrəflərin, temperaturun, təzyiqin ölçülməsi üçün tətbiq olunan ölçü cihazları normativ sənədlərin tələblərinə cavab verməli, ölçülən parametrlərin həddinə və dəqiqlik sinfinə uyğun olmalıdır.

7.7.11. Avtomatik mühafizə, siqnalizasiya, NÖC və A sistemləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”na uyğun olmalıdır.

7.7.12. Avtomatik mühafizə, təhlükəsizlik və NÖC və A vasitələrinin elektrik sistemlərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının texniki istismarı Qaydası” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”na uyğun olaraq xidmət edilməlidir.

7.7.13. Lövhələr (şitlər), keçid və klem qutuları, klem birləşmələri nömrələnməli və hər birinin markalanması olmalıdır.

7.7.14. Kabel məmulatlarının, impuls xətlərinin üzərində onların markasını və təyinatını göstərən nişanlar olmalıdır.

7.7.15. Tətbiq olunan elektrik avtomatik mühafizə, siqnalizasiya, nəzarət-ölçü cihazları və avtomatik mühafizə sistemləri Tikinti norma və qaydaları 2.09.02-85 və DÜST 12.1.005-76 üzrə işçi zonaların yanğın-partlayış təhlükəlilik kateqoriyalarına uyğun olmalıdır.

7.7.16. Ölçü cihazları olan bütün avtomatik mühafizə sistemləri və avtomatik mühafizə sistemləri Tikinti norma və qaydaları 2.09.02-85 və DÜST 8.002-86 tələblərinə uyğun yoxlanılmalıdır.

7.7.17. Nəzarət-ölçü cihazları və avtomatik mühafizə sistemlərinə texniki xidmət göstərən və təmiri ilə məşğul olan işçilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”na uyğun olaraq elektrik qurğularında işə buraxılışı və ixtisas qrupu olmalıdır.

7.7.18. Bütün vericilərin (datçiklərin) üzərində təyinatını göstərən yazılar olmalıdır.

7.7.19. İstilik izolə edən və istilik keçirən səthlərin üstü ilə və ya onların bilavasitə yaxınlığında kabellərin çəkilməsi qadağandır.

7.7.20. Partlayış təhlükəli otaqlarda qığılcımdan mühafizəli olmayan cihazlarla parametrlərin ölçülməsi, cihazların tənzimlənməsi qadağandır.

7.7.21. Neftvurma stansiyasının nasosxana otaqlarının xaricində, girişdən 6 m-dən artıq olmayan məsafədə nasos aqreqatlarının dayandırmaq və yanğınsöndürmə sistemini işə salmaq üçün düymələr quraşdırılmalıdır.

7.7.22. Partlayış təhlükəli zonalarda və otaqlarda partlayışdan mühafizəsi olmayan radiostansiyaların və radiotelefonların (mobil əlaqə vasitələrinin) istifadəsi qadağandır.

7.7.23. Radioaktiv izotoplu cihazlar “Radioaktiv maddələrlə və ionlaşdırıcı şüa mənbələri ilə işləmə üzrə sanitar qaydalar”a uyğun istismar edilməli və saxlanılmalıdır.

7.7.24. Civəli cihazlarla iş (doldurma-boşaltma, yığma və sökmə, təmir) havanın 0,7 m/san-dən az olmayan sürətdə, yerli sorma olan xüsusi şkaflarla təchiz edilmiş ayrıca otaqlarda aparılmalıdır. Sahəsi 1 m2 olan sorucu şkafda sorulan havanın həcmi 460 m3/saat-dan az olmamalıdır.

7.7.25. Açıq civə ilə iş zamanı sorucu şkafın ventilyasiyası 10-15 dəqiqə əvvəl işə salınmalı, iş qurtardıqdan sonra isə 30 dəqiqə ərzində işləməlidir.

7.7.26. Bloklama və avtomatik mühafizə sistemləri qurğularının işə düşməsi üzrə yoxlamalar baş mühəndis tərəfindən təsdiq edildmiş cədvələ uyğun aparılmalı, jurnalda bu barədə qeyd aparılmalıdır.

 

7.8. Qazanxanalar

 

7.8.1. Qazanxanaların həcmli planlamaları və konustruktiv qərarları qüvvədə olan tikinti norma və qaydaların AzDTN 2.12-1 “Qazanxana qurğuları. Layihələndirmə normaları” tələblərinə uyğun olmalıdır.

7.8.2. Qazanxaların istismarında buxar və suqızdırıcı qazanların təhlükəsiz istismar qaydalarının tələblərinə riayət olunmalıdır.

7.8.3. Qazanxanaların qızdırma və ventilyasiya sistemi qüvvədə olan tikinti norma və qaydalarının AzDTN 2.12-2 “İsitmə, ventilyasiya, havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları” normativ sənədinin tələblərinə uyğun olmalıdır.

7.8.4.Qazanxanaların işıqlandırma sistemi qüvvədə olan tikinti norma və qaydaların Dövlətlərarası tikinti normaları 2.04-05-95 “Təbii süni işıqlandırma” normativ sənədinin tələblərinə uyğun olmalıdır.

7.8.5. İşçi işıqlandırmadan başqa qazanxanada, qazanxananın ümumi elektrik şəbəkəsindən asılı olmayan, müstəqil mənbədən təchiz olunan qəza işıqlandırma sistemi olmalıdır.

Aşağıdakı yerlər mütləq qəza işıqlandırma sistemi ilə təchiz edilməlidirlər:

- qazanların sıraları, eləcə də qazanlar arasındakı keçidlər, qazanxanaların arxası və üst hissəsi;

- idarəetmə pultları və istilik şitləri;

- sugöstərən və ölçü cihazları;

- kül otaqları;

- ventilyator meydançası;

- tüstü soran meydança;

- deaerator və çənlər üçün otaqlar;

- qazanların nərdivanları və meydançaları;

- nasos otaqları;

7.8.6. Qazan qurğusunun üzərində olan xəbərdaredici siqnal rəngi və təhlükəsizlik nişanları, normativ sənədlərə uyğun olmalıdır. Boya elektrik cərəyanı keçən və yüksək temperatur olan hissələrə çəkilməlidir. Qazanların, qazanxana qurğularının, köməkçi qurğuların və boru kəmərlərinin rəngləri normativ sənədlərə DÜST 12.4.026-76 “Xəbərdarlıq rəngləri və təhlükəsizlik nişanları”na uyğun olmalıdır.

7.8.7. Qazanzxana avadanlıqlarının qapaqlarının və digər açılıb-bağlanan lüklərinin, baxış zamanı istifadə olunan müxtəlif qurğularını və hissələrini qazanxananın sazlanması və təmiri zamanı boya və lak ilə kipləşdirilməsinə yol verilmir.

7.8.8. Qazanxananın birinci mərtəbəsinin döşəməsi, qazanxananın binasına bitişik ərazinin səviyyəsindən aşağı olmamalıdır.

7.8.9. Qazanxananın çıxış qapıları bayıra açılmalıdır və içəridən kilidlənməməlidir.

7.8.10.Qazanxana avadanlığının konustruksiyası bütün xidmət müddəti ərzində quraşdırma, sınaq, təmir və istismar zamanı təhlükəsizliyi təmin etməlidir. Çəpərləmənin qapıları və qapaqları bağlı vəziyyətdə olduğu zaman, onları fiksə edən qurğularla təchiz olunmalıdır.

7.8.11. Qazandakı suyun səviyyəsini göstərən cihazlar birbaşa təsir edən olmalı və şaquli vəziyyətdə quraşdırmalıdır.

7.8.12. Qazanda ümumi buraxma qabiliyyəti qazanın saatlıq məhsuldarlığından az olmayan ikidən az olmayaraq qoruyucu buxar klapanları quraşdırılmalıdır.

7.8.13. Qazan işləyən zaman işçilərin qoruyucu klapanlara toxunmasının qarşısını almaq üçün onların üzəri çəpərlənməlidir. Qapaqlar istiyə davamlı boyalarla, örtüklər isə normativ sənədlərə uyğun olaraq idarəedici qırmızı rənglə boyanmalıdır.

7.8.14. Tezalışan yanacaq mayeləri ilə dolu olan çənləri, eləcə də yanan sürtgü materiallarının (YSM) ehtiyatlarını qazanlar quraşdırılan yerlərə yerləşdirmək qadağandır.

7.8.15. Maye yanacaq yandırılarkən qazanxananın döşəməsinə düşməməsi məqsədilə forsunkalardan axan yanacağı kənarlaşdırmaq üçün çıxış nəzərdə tutulmalıdır.

7.8.16. Zərurət yarandıqda qazanlara yanacağın verilməsinin qarşısını almaq üçün maye yanacaq borularında bağlayıcı ventillər quraşdırılmalıdır.

7.8.17. Qazanxanada saat, həmçinin fövqəladə hallarda rəhbərliyin nüməyəndələrini çağırmaq və buxar istifadə olunan yerlərlə əlaqə saxlamaq üçün telefon olmalıdır.

7.8.18. İşlək qazanlarla ümumi boru kəmərləri ilə birləşmiş qazanın barabanının, kamerasının və ya kollektorunun daxilində işlərə, həmçinin təzyiq altında işləyən hissələrinin təmirinə və baxışına başlamazdan əvvəl işçilərin buxarla yanma təhlükəsinin olduğundan qazan bütün boru kəmərlərindən tıxaclarla ayrılmalıdır və ya açılmalıdır.

7.8.19. İşçilərin qazanın daxilinə buraxılması 600C-dən çox olmayan temperaturda, yalnız təyin edilmiş qaydada naryad-buraxılışla həyata keçirilməlidir.

7.8.20. Söndürülmüş odluqlarda işçilərin işləməsinə 600 C-dən çox olmayan temperaturda yalnız iş yeri ventilyasiya edildikdən, qaz və tozun işləyən qazanlardan ora daxil olmasının qarşısı etibarlı alındıqdan sonra icazə verilir. İşçilərin 50-600 C temperturda odluqlarda qalmaları 20 dəqiqəni keçməməlidir.

7.8.21. Boru, buxar və qaz kəmərlərində, eləcə də odluqların tüstü sorucu qurğularında, üfürücü ventilyatorlarda və yanacaq qidalandırıcılarda işlərin görülməsi üçün uyğun hissələri ayıran siyirtmələr və qapaqlar bağlanmalıdır, siyirtmələrdə və qapaqlarda “İŞƏ SALMAQ OLMAZ! ADAMLAR İŞLƏYİR!” lövhələri asılmalıdır. Qazanxananın qaz kəmərinin binanın xaricində əlçatan yerdə ventili (kran) olmalıdır.

7.8.22. Qazanlarla və ekonomayzerlərlə bir yerdə bilavasitə onların təmirinə və buxar əldə etmə texnologiyasına aid olmayan maşın və cihazların quraşdırılması qadağandır.

7.8.23. Qazanlar işləyərkən aşağıdakılara yol verilmir:

- odluqda yanma başa çatmayana və təzyiqin atmosfer təzyiqinə enməsinə qədər qazanı nəzarətsiz qoymağa;

- təzyiq altında olan qazan elementlərində hər hansı təmir işlərini aparmağa;

- növbədə olduğu zaman, qazan işləyərkən operatora (ocaqçı) təlimatda nəzərdə tutulmayan hər hansı bir başqa işləri tapşırmağa.

7.8.24. Armaturu, cihazları, avtomatikası, qəzaya qarşı mühafizə vasitələri və siqnalizasiyası nasaz olduqda qazanın işləməsinə və işə salınmasına yol verilmir.

7.8.25. Qazan dayandırılarkən dərhal yanacağın və havanın odluğa verilməsi və havanın çəkilməsini dayandırmaq, tüstü sorucularını və ventilyatorları saxlamaq, hava və qaz qapaqlarını tam bağlamaq lazımdır.

7.8.26. Qazanların üfürülməsi məsul şəxsin iştirakı ilə, qrafik üzrə müəyyən edilmiş müddətdə həyata keçirilməlidir.

7.8.27. Qazanxanada yanğın baş verərsə, dərhal yanğından mühafizə xidmətini çağırmaq və yanğının söndürülməsi üçün tədbirlər görmək lazmdır. Qaz yanacağı ilə işləyən qazanxanalarda yanğın baş verərsə, dərhal qazanxanın qaz kəmərinin binanın xaricindəki ventilini (kran) bağlamaq lazımdır. Əgər yanğın qazanlar üçün təhlükə yaradarsa qazanların işini qəza qaydasında saxlamaq, səylə onları su ilə təchiz etmək və buxarı atmosferə buraxmaq lazımdır.

7.8.28. Agentlikdə təhlükə potensiallı obyektlərin dövlət reyestr qeydiyyatından keçmiş qazanların, buxar qızdırıcılarının və ekonomayzerlərin mütəmadi olaraq yoxlanılması, həmin Agentlik tərəfindən aşağıdakı müddətlərdə həyata keçirilməlidir:

Daxili baxış - 4 ildə bir dəfədən az olmayaraq;

Hidravlik sınaq - 8 ildən bir dəfədən az olmayaraq.

Hidravlik sınaqdan əvvəl mütləq qaydada daxili baxış aparılmalıdır.

7.8.29. Müəssisə rəhbərləri aşağıdakı hallarda qazanları, buxar qızdırıcılarını və ekonomayzerləri özləri yoxlamağa borcludurlar:

- daxili baxış - daxili səthin hər dəfə təmizlənməsindən və ya elementlərin təmirindən sonra lakin, 12 aydan gec olmayaraq;

- xarici baxış - bilavasitə qazanı, qazan nəzarəti müfəttişinə yoxlamaya təqdim etməzdən əvvəl ;

-işçi təzyiqlə hidravlik sınaq - qazanın, buxar qızdırıcılarının və ekonomayzerlərin daxili səthlərinin hər dəfə təmizlənməsindən və ya elementlərinin təmirindən sonra.

7.8.30. Qazanxanalarda avadanlığın, armaturun, nəzarət və təmizləyici cihazların cari təmiri üçün təmir sahələri və yaxud otaqlar nəzərdə tutulmalıdır.

7.8.31. Qazanxana binasında xidməti heyət üçün sanitar norma və qaydalarının tələblərinə uyğun avadanlıqla təchiz edilmiş məişət otaqları olmalıdır.

7.8.32. Qazanların və qazanxana avadanlıqlarının istismarına heç bir aidiyyatı olmayan kənar şəxslərin qazanxanaya girişi qadağandır.

7.8.33. Qazanların və qazan avadanlıqlarının, su göstərici cihazların, su səviyyəsinin buraxılabilən hədlərinin siqnalizatorlarının, manometrlərin, qoruyucu klapanların, qidalandırıcı cihazların, avtomatika vasitələrinin yoxlanılması zamanı aşkar edilən nasazlıqlar barədə qeydləri aparmaq üçün qazanxanada rəhbərlik tərəfindən müəyyən edilmiş formada növbə jurnalı olmalıdır.

Növbənin təhvil-qəbulu jurnalda növbə üzrə məsul şəxslərin imzası ilə qeyd olunmalıdır.

Jurnalı hər gün qazanların təhlükəsiz istismarına məsul şəxs yoxlamalıdır və imzalamalıdır.

 

7.9. Ağac emalı və mexaniki emalatxanalar

 

7.9.1. Qaldırma-endirmə əməliyyatlarını yerinə yetirmək üçün istehsalat binaları kiçik mexanizasiya vasitələri ilə təchiz olunmalıdır.

7.9.2. Dəzgah masaları, rəflər möhkəm, dayanıqlı olmalı, döşəməyə möhkəm bərkidilməli, işi rahat görmək üçün hündürlüyü münasib, səthi tilişkənsiz, hamar və çatsız olmalıdır. Dəzgah masaları polad təbəqədən hazırlanmış örtüklü və alətləri yığmaq üçün siyirməsi olmalıdır.

7.9.3. Dəzgahlarda detalları emal edən zaman qanunvericiliklə müəyyən edilən “Metalların soyuq üsulla emalında sanitariya və təhlükəsizlik texnikası Qaydaları”nın tələblərinə riayət edilməlidir.

7.9.4. Ağac emalı emalatxanalarında qadağandır:

- meşə materiallarının gündəlik tələbatdan artıq miqdarda saxlanılması;

- emaldan sonra qalan yonqarın, ağac tozunun, yağların, lakların, yapışqanların və digər yanar maddə və materialların saxlanılması;

- elektrik avadanlıqlarının işlək vəziyyətdə saxlanılması.

7.9.5. Ağac emalı otaqlarındakı texnoloji avadanlıqlar ağac tozundan və yonqardan növbə ərzində ən azı bir dəfə, tikinti konstruksiyaları və fənərlər isə iki həftədə bir dəfədən az olmayaraq təmizlənməlidir.

Ağac emalı dəzgahlarından toz yerli sorma vasitələri ilə təmizlənməlidir.

7.9.6. Dəzgah və mexanizmlər qoruyucu və çəpərləyici vasitələrlə təchiz olunmalıdır.

7.9.7. Partlayışdan mühafizəli olmasını göstərən nişanları olmayan elektrik avadanlığının istismarı qadağandır.

7.9.8. Partlayış təhlükəli zonalarda birləşdirici və ya budaqlanma kabel muftalarını quraşdırmaq qadağandır.

 

VIII. İSTEHSALAT SANİTARİYASI VƏ GİGİYENASI

 

8.1. Ümumi tələblər

 

8.1.1. İstehsalat obyektlərinin layihə sənədlərinin işlənməsi zamanı xidməti heyət üçün zərərli istehsalat amillərinin təsirindən müdafiə tədbirləri nəzərdə tutulmalıdır.

8.1.2. Layihə sənədlərində iş yerlərində titrəyişin və səs-küyün gözlənilən səviyyəsi göstərilməlidir.

8.1.3. İstehsalat sahələri (otaqları) qüvvədə olan müvafiq qanunların, qaydaların, normaların tələblərinə uyğun qurulmalıdır (təchiz olunmalıdır).

8.1.4. MNK obyektlərində hava mühiti insanların sağlamlığının qorunmasına və əməyin mühafizəsi haqqında mövcud qanunvericiliyə uyğun olmalıdır.

8.1.5. Yaşayış yerlərinin yaxınlığında MNK obyektləri üçün sanitar-mühafizə zonaları normativ hüquqi aktlarda müəyyən edilmiş tələblərə müvafiq təyin edilməlidir.

8.1.6. İstismar edilən maşınlar, avadanlıqlar, mexanikləşdirilmiş alətlər və nəqliyyat vasitələri təmirdən sonra zərərli amillərə görə (səs-küy, titrəyiş və s.) qüvvədə olan sanitariya norma və qaydalarına və pasport məlumatlarına uyğun olaraq yoxlanılmalıdır.

8.1.7. MNK obyektlərinin istehsalat binalarının layihələri qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə cavab verməlidir.

8.1.8. Yüksək təhlükəli və zərərli istehsalat amilləri olan əmək şəraitində işləyən işçilərin işinin təşkili, istirahəti və əmək rejimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənaye müəssisələrinin fəhlələrinin nümunəvi növbədaxili və əmək istirahəti rejiminə uyğun olmalıdır.

İstehsalat otaqları, iş yerləri, həmçinin pəncərələr təmiz saxlanılmalıdır.

8.1.9. Kompüter istifadəçilərinin işinin təşkili və iş yerləri “Kompüter və digər elektromaqnit şüalanma yaradan aparatların istismarı zamanı təhlükəsizlik” Qaydalarının tələblərinə cavab verməlidir.

8.1.10. Radiorabitə avadanlıqları ilə iş zamanı DÜST 12.1.006-84 tələblərinə riayət olunmalıdır.

8.1.11. Döşəmə təmizləmək və yumaq üçün rahat olmalıdır.

8.1.12. Meydançalar və pilləkənlər mütəmadi olaraq çirkdən, qardan və buzdan təmizlənməlidir.

8.1.13. Zibilin yığılması üçün yeşiklər və zibil qabları qoyulmalıdır. Yağlı əskilər və başqa tez alışan, zəhərli tullantılar üçün ayrıca qapaqlı dəmir yeşiklər qoyulmalıdır.

8.1.14. İstehsalat və xidmət otaqlarında, işçi meydançalarında və işçi heyətin təxliyyə yollarında qüvvədə olan normalara uyğun qəza işıqlandırılması (çıraqlar) nəzərdə tutulmalıdır.

8.1.15. Çıraqlar kvartalda bir dəfədən az olmayaraq təmizlənməli və təmizlənərkən cərəyandan açılmalıdır.

8.1.16. Neft nasosxanalarında və başqa istehsalat otaqlarında havada qazların miqdarı tələb olunan normadan yüksək olmamalıdır və onlar daima nəzarətdə saxlanılmalıdır.

8.1.17. Yaşayış rayonları üçün sanitar-mühafizə zonasının eni qüvvədə olan sanitar normalarına müvafiq olaraq müəyyənləşdirilir.

8.1.18. İstehsalat otaqları havanın dəyişilməsi (sirkulyasiyası) üçün müvafiq şəkildə təchiz olunmalı və qurulmalıdır.

8.1.19. İstehsalat otaqları və iş yerləri təmiz saxlanılmalıdır. Döşəmə rahat təmizlənməli və təmiri təmin etmək üçün düz olmalıdır. Döşəmədən və novlardan nefti və çirki yumaq üçün istehsalat sahələrində su kranları olmalıdır. Su kranı (kəməri) olmadıqda otağın yığışdırılması quru üsulla aparılmalıdır (əski, silgi materialları və s. ilə).

8.1.20. Yaşayış ərazisi ilə istehsalat obyekti arasındakı sanitar-mühafizə zonasında zərərlik dərəcəsi bu obyektin zərərlilik dərəcəsindən kiçik olan digər obyektin yerləşdirilməsinə o şərtlə yol verilir ki, yaşayış rayonu ilə yerləşdirilən obyekt arasında da sanitar-mühafizə zonası saxlanılsın. Sanitar-mühafizə zonasının ərazisi abadlaşdırılmalı və yaşıllaşdırılmalıdır.

8.1.21. Sanitar-mühafizə zonası sərhədlərinə atmosferin yerüstü qatında havanın çirklənmə səviyyəsi həmin obyektin texnoloji prossesinin hər bir zərərli amili üzrə yaşayış sahəsi üçün buraxıla bilən həddi aşmamalıdır.

8.1.22. Yerli şəraitə, layihəyə, qüvvədə olan normativ sənədlərə və torpaq haqqında qanunvericiliyə əsasən, hər bir konkret hal üçün sənaye tullantılarının, çirkab suların və digər tullantıların istifadə edilməsi sistemi yaradılmalıdır.

8.1.23. İşə başlamazdan əvvəl işçi özü üçün təyin edilmiş avadanlığın, alətlərin sazlığını, materialları, fərdi mühafizə vasitələrini yoxlamalıdır. Əgər nasazlıq aşkar edilərsə onları aradan qaldırmaq üçün tədbirlər görülməlidir.

8.1.24. Keçidlər, çıxışlar, pilləkən meydançaları, dəhlizlər, ehtiyat çıxışları və qəza anbarları əşyalarla, material və avadanlıqlarla qalaqlanmamalıdır. Pilləkənlərin altında anbarların, emalatxanaların yerləşdirilməsinə yol verilmir. Ehtiyat avadanlıqlar, materiallar və digər qiymətli avadanlıqlar anbarlarda, xüsusi ayrılmış yerlərdə saxlanılmalıdır.

8.1.25. Otaqların qapıları çıxışa tərəf açılmalıdır.

8.1.26. İstehsalat və məişət binalarının, əsas və köməkçi sexlərin və xidmətlərin ərazisində təmizliyə və səliqəyə riayət edilməlidir.

8.1.27. Pəncərələr və nəfəsliklər rahat açılıb-bağlanmaq üçün müvafiq qurğularla təchiz olunmalıdır. İstehsalat otaqlarının fənərləri məsafədən idarə olunan avadanlıqlarla və ya xidmət pilləkənləri ilə təchiz olunmalıdır.

8.1.28. MNK obyektlərində quraşdırılan texnoloji avadanlıqlar xassələrinə görə qüvvədə olan Tikinti normaları 245-71 və digər müvafiq qaydada təsdiq edilmiş sanitar normaların tələblərinə cavab verməlidir.

8.1.29. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanının və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır.

8.1.30. Attestasiyanın keçirlməsi müddəti 5 ildə bir dəfədən az olmayaraq, əməyin xarakterinin və şəraitinin dəyişməsindən asılı olaraq müəssisənin özü tərəfindən müəyyən olunur.

8.1.31. Təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsini, əmək proseslərinin ağırlıq və gərginlik göstəricilərinin müəyyən olunmasını müəssisənin laboratoriyası həyata keçirir. Bunun üçün müəssisədə lazımi texniki vasitələr və normativlər sorğu bazası olmadıqda bu sahədə göstərilən ölçülərin aparılması hüququna malik olan digər laboratoriyalar cəlb olunurlar. İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirlməsi müəssisələr tərəfindən müstəqil həyata keçirilir.

8.1.32. İstehsalat binalarında boru kəmərləri və cihazlar elə yerləşdirilməlidir ki, onların təmiri, onlara nəzarətin və xidmətin təhlükəsizliyi təmin olunsun.

8.1.33. İstehsalat binasına zərərli maddələrin daxil olmasının və işçi sahədə yayılmasının qarşısını almaq üçün obyektləri səmərəli yerləşdirmək, istehsalat prossesini təşkil etmək lazımdır.

8.1.34 Əgər obyektlərdə zərərli, yol verilə bilən sanitar-normalardan çox olan zərərli istehsalat mənbəyi hesab edilən avadanlıqlar mövcuddursa, həmin yerlərdə işçilərə təsir edən amilləri yol verilə bilən normaya qədər azaldan mühafizə vasitələri olmalıdır.

8.1.35 Əmək şəraitinin yaxşılaşdırılması və zərərli istehsalat amillərinin təsirinin azaldılması pasport tərtib edilərkən aşkar olunmalı, əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılması sanitar-sağlamıq tədbirlərinin illik kompleks planının uyğun bölmələrinə daxil edilməlidir.

8.1.36. Sanitar-məişət otaqları hər gün təmizlənməli, havası dəyişdirilməlidir. Soyunub geyinmə otağı, duş otağı və digər sanitar-məişət otaqları daim dezinfeksiya olunmalıdır.

 

8.2. Sanitar-məişət otaqları

 

8.2.1. Sanitar-məişət otaqları bu qaydaların tələblərinə, qüvvədə olan tikinti norma və qaydalarının və sanitariya norma və qaydalarına cavab verməlidir.

8.2.2. İstehsalatın xüsusiyyətindən asılı olaraq sexlər, sahələr, obyektlər üçün sanitar-məişət otaqları nəzərdə tutulmalı, çöl şəraitində işləyən heyət üçün isə köməkçi və sanitar-məişət otaqları səyyar şəkildə quraşdırılmalıdır.

8.2.3. İşçilərin istirahəti üçün təyin olunmuş otaqlarda içməli su çəlləkləri, ilk tibbi yardım göstərmək üçün dərman peraparatları və tibbi ləvazimat olan dərman qutusu, masa və stullar olmalıdır.

8.2.4. Sanitar-məişət otaqları hər gün yığışdırılmalı və onların havası dəyişdirlməlidir.

8.2.5. Paltar saxlanılan yer, duşxanalar və başqa sanitar-məişət otaqları və qurğular vaxtaşırı dezinfeksiya olunmalıdır.

8.2.6. Kişi və qadın paltarları üçün şkaflar ayrı-ayrı otaqlarda yerləşdirilməlidir.

8.2.7. İstehsalat obyektlərində işçilər üçün istirahət otaqları nəzərdə tutulmalıdır.

8.2.8. Xüsusi geyimlərin və dəyişiklərin yuyulması, qurudulması, ütülənməsi, təmizlənməsi və təmiri üçün mexanikləşdirilmiş camaşırxanalar olmalıdır.

8.2.9. Çöl şəraitində işləyən heyət üçün bilavastə iş yerlərində səyyar yeməkxanalar təşkil olunmalıdır. Kiçik səyyar vaqonlardan yeməkxana kimi istifadə etməyə, əsas yeməkxanadan iş yerlərinə yeməyin gətirilməsinə yol verilir.

8.2.10. Müəssisə ilə yeməkxana arasında məsafə 300 m-dən artıq olmamalı, fasiləsiz texnoloji prosesi olan və nahar fasiləsinin vaxtı müəyyən olunmayan müəssisələrdə isə bu məsafə 75 m - dən artıq olmamalıdır.

8.2.11. Obyektin ərazisində (sahədə, sexdə) işləyənlərin içməli su ilə təmin edilməsi üçün su avtomatları, bağlı su çəlləkləri və digər içməli su qurğuları olmalıdır.

8.2.12. İçməli su qurğuları istehsalat otaqlarının keçidlərində, istirahət yerlərində və binadan kənarda yerləşən texnoloji qurğuların yanında quraşdırılmalıdır.

8.2.13. Xüsusi geyim qarderoblarının, duş otaqlarının, əlüzyuyanların, sanitar qovşaqlarının, xüsusi geyim və ayaqqabıların qurudulması və qadınların şəxsi gigiyenası üçün sahələrin divar və arakəsmələrinə elə materiallardan üzlük çəkilməlidir ki, onların yüngül təmizlənməsi, yuyucu vasitələrlə və isti su ilə yuyulması mümkün olsun.

8.2.14. Duş otaqlarında, əlüzyuyanlarda (beş və artıq əlüzyuyanlarla), sanitar qovşaqlarda və başqa yaş təmizlənməsi tələb olunan sahələrdə ayaqaltı rezin xalçalar nəzərdə tutulmalıdır.

8.2.15. İşçilərə müəyyən edilmiş normalara uyğun sabun verilməlidir. Dəriyə zəhərli maddələrin təsiri mümkün olan işlərdə işçilərə müəyyən edilmiş normalara uyğun yuyucu və zərərsizləşdirici vasitələr verilməlidir.

8.2.16. Şəxsi istifadə üçün sabundan başqa, işin sonunda yuyunmaq üçün əlüzyuyanlarda bir işçiyə ayda 200 q-dan az olmayan miqdarda sabun verilməlidir.

8.2.17. İşçilərin istirahəti və qızınması üçün otaqlarda içməli su təminatı nəzərdə tutulmalıdır.

8.2.18. Xüsusi geyim və xusisi ayaqqabıları, şəxsi geyimlərdən izolə edilmiş xüsusi şkaflarda saxlamaq lazımdır.

8.2.19. İstehsalat sahələrində qidalanmaq qadağandır. Qida xüsusi ayrılmış otaqlarda qəbul edilməlidir.

 

8.3. Ventilyasiya, kondisiyalaşdırma və isitmə sistemləri

 

8.3.1. Ventilyasiya və isitmə sistemləri hazırki qaydaların və qüvvədə olan AzDTN 2.12-2 “İsitmə, ventilyasiya, havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları”-nın tələblərinə uyğun olmalıdırlar.

8.3.2. İstehsalat binaları işçilərin olduğu zonalarda hava mühitinin vəziyyətini bu qaydaların və sənaye müəssisələrinin layihələndirilməsi zamanı sanitar normaların tələblərinə uyğun olmasını təmin edən ventilyasiya ilə təchiz edilməlidir.

8.3.3. İstehsalat binalarının ventilyasiyası iş yerlərində və iş zonalarında əsas və köməkçi təmir işlərin görülməsi zamanı tələb edilən parametrlərin (temperaturun,nisbi rütubətin, havanın hərəkət sürətinin, həmçinin havadakı zərərli maddələrin) miqdarının DÜST 1.005-88 tələblərinə uyğun aşağı salınmasını təmin etməlidir.

8.3.4. Ventilyasiya qurğuları işə salınmamış partlayış təhlükəli sahələrdə işləmək qadağandır.

8.3.5. İstehsalat sahələrinin axıcı-sorucu ventilyasiya sistemi müəyyən edilmiş formada tələb olunan hava dəyişməsini təmin etməlidir.

8.3.6. Müəyyən edilmiş formada razılaşdırılmış və təsdiqlənmiş normativ sənədlərdə göstərilmiş hallar istisna olunmaqla, ventilyasiya üçün hava həcminin mübadiləsi əmsalına görə təyin edilməsinə yol verilmir.

8.3.7. Avtomatik qazanalizatorlar ilə təchiz edilmiş otaqlarda ventilyasiya sistemlərinə avtomatik iş rejimi tətbiq edilir və avtomatik iş rejimi neft məhsulları buxarlarının hava ilə partlayış təhlükəli qarışığının miqdarı aşağı partlayış həddinin 20%-dən çox olunmasını təmin etməlidir.

8.3.8. Avtomatlaşdırılmış idarəetmə olmadıqda, ventilyasiya sistemi daimi işləməlidir.

8.3.9. Avtomatik qazanalizatorlar ilə təchiz edilmiş ventilyasiya sistemləri qurulmuş sahələrdə, buxar və qazların qatılığının yol verilə bilən həddinin ötməsini və ya aşağı partlayış həddinin 20%-ə çatmasını xəbərdar edən işıq və səs siqnalizasiyası olmalıdır.

8.3.10. İstehsalat binalarında ventilyasiya sistemləri, texnoloji əməliyyatların yerinə yetirilməsi ilə əlaqəli avadanlıqları işə salmazdan və ya bu binalarda işlərin görülməsindən 15 dəqiqə əvvəl işə salınır. Əl ilə idarə edilən ventilyasiya sistemlərinin işəsalma qurğuları binanın girişində yerləşdirilməlidir.

8.3.11. Ventilyasiya sistemləri və qurğuları saz vəziyyətdə saxlanılmalı, otaqların və işçi zonaların hava mühitinin parametrləri (temperatur, rütubət, qazlanma, hava axının sürəti, hava mübadiləsi və s.) sanitar normalara və texnoloji tələblərə uyğun olmalıdır.

8.3.12. Ventilyasiya sistemlərinin qurğularının təmiri, texniki xidməti və sınağı plan-qrafik əsasında həyata keçirilməli, texniki aktlarla rəsmiləşdirilməli və ya pasportlarında qeyd olunmalıdır. Sınaq işləri ildə 1 dəfədən gec olmayaraq aparılmalıdır.

8.3.13. Ventilyasiya avadanlıqlarının istismar vəziyyətinin qeyd edilməsi üçün pasport və ya jurnal açılmalıdır. Hər növbədə 1 dəfədən az olmayaraq qurğuların sazlığı yoxlanılmalı və nəticələr jurnalda qeyd olunmalıdır. Nasazlıq aşkar edildikdə dərhal aradan qaldırılmalı, sex rəisinə və dispetçerə bu barədə məlumat verilməlidir.

8.3.14. Partlayış təhlükəli otaqlarda, işçi heyətin orada olub-olmamasından asılı olmayaraq, ventilyasiya sistemi, qəza halları istisna olmaqla daim işləməlidir.

8.3.15. Sorucu qəza ventilyasiyası havanın tərkibində (alışmanın aşağı qatılıq həddi) 15 - 20% -ə qədər yanar maddələr olduqda avtomatik işə düşməlidir. Onun əl ilə işə salınması üçün otağın xaricində, əsas girişə yaxın yerdə işəsalma qurğusu olmalıdır.

8.3.16. Sorucu sistemin sərinkeşi işləmədikdə xəbərdaredici siqnalizasiya işə düşməli və təyin olunan otaqda səs və işıq siqnalları verilməlidir.

8.3.17. Səs-küyü və titrəyişi azaltmaq üçün ventilyasiya avadanlıqları xüsusi özül üzərində quraşdırılmalıdır.

8.3.18. 1-ci və 2-ci dərəcəli təhlükəli zərərli maddələrdə (məsələn, civə) iş aparılan otaqların ayrıca ventilyasiya sistemi olmalıdır.

8.3.19. Bir neçə partlayış təhlükəli otağın hava sorucuları ilə birləşdirilməsi qəti qadağandır.

8.3.20. Ventilyasiya və isitmə sistemlərinin elektrik avadanlıqları partlayışdan mühafizənin şərtlərinə görə partlayış təhlükəli zonanın, avadanlıqların örtüyünün minumum mühafizə səviyyəsi isə yanğın təhlükəli zonanın şərtlərinə uyğun olmalıdır.

8.3.21. Zavod istehsalı olmayan elektrik qızdırıcılarının istifadəsi, eləcə də açıq alovlu qızdırıcı cihazların tətbiqi qadağandır.

8.3.22. İsitmə cihazlarına asan yanaşma imkanı təmin olunmalıdır.

8.3.23. Metal hava boruları, boru kəmərləri və isitmə-ventilyasiya sisteminin digər avadanlığı yerləbirləşdirilməlidir.

8.3.24. İstehsalat, inzibati və məişət otaqları təbii və mexaniki ventilyasiya sistemləri ilə təchiz olunmalıdır.

8.3.25. Hər bir ventilyasiya qurğusunun pasportu olmalıdır (Əlavə 11).

8.3.26. Ventilyasiya qurğuları ildə iki dəfədən az olmayaraq (qış və yay mövsümündə) yoxlanılmalı və sınaqdan keçirilməlidir. Baxışın və sınağın nəticələri qurğunun pasportunda qeyd olunmalıdır.

8.3.27. Ventilyasiya sistemlərinin işi ildə bir dəfədən az olmayaraq, hər dəfə yenidənqurma və əsaslı təmir işlərindən sonra yoxlanılmalıdır.

8.3.28. Hər yeni işə salınan ventilyasiya qurğusu sınaqdan keçirilməli, tənzimlənməli və istismara saz vəziyyətdə, müvafiq sənədləşdirmə ilə təhvil verilməlidir.

8.3.29. Yerli ventilyasiya sistemləri texnoloji avadanlıqlar işləyən müddətdə işə salınmalıdır.

8.3.30. Ventilyasiya qurğularının xidmətinə aidiyyatı olmayan işçilərin ventilyasiya və kalorifer kameralarına daxil olması qadağandır. Qeyd olunan yerləri artıq əşyalarla qalaqlamaq və yaxud anbar kimi istifadə etmək qadağandır.

8.3.31. Nasosxanada havada zəhərli maddələrin buraxılabilən qatılıq həddini aşdığı hallar üçün axınlı-sorma ventilyasiya sisteminin hava sərfini artıran qurğularla təchiz olunmuş avtomatik qaz analizatorları quraşdırılmalıdır.

8.3.32. Neftvurma stansiyalarının istehsalat otaqlarında quraşdırılmış ventilyasiya sistemlərinin sazlığına nəzarət, düzgün istismarı və xidmətinin təşkil olunması müəssisə üzrə əmrlə təyin olunmuş mühəndis-mexanikin və mühəndis-elektrikin üzərinə düşür.

8.3.33. İstehsalat otaqlarının ventilyasiya sistemləri avtomatik və məsafədən idarəedilən icrada olmalıdır.

 

8.4. Su təchizatı və kanalizasiya

 

8.4.1. Qida məhsulları qida təhlükəsizliyi haqqında qanunvericiliyin tələblərinə uyğun olmalıdır.

8.4.2. Su təchizatı MNK istehsalat, içməli-təsərrüfat və yanğından mühafizə üçün su tələbatı normalara uyğun təmin etməlidir.

8.4.3. MNK obyektərinə su təchizatı, içməli su təsərrüfatı və yanğına qarşı ayrı-ayrı su kəmərləri sistemi ilə yerinə yetirilməlidir.

8.4.4. Şəhər su kəmərlərindən qidalanan içməli su təsərrüfatı kəmərlərinin başqa mənbələrdən qidalanan su kəmərləri ilə əlaqəsi olmamalıdır.

8.4.5. Yanğına qarşı su təchizatı sistemi, su təchizatı və tullantı suları, yanğın təhlükəsizliyi və şəhərsalma və tikinti qanunvericiliyin tələblərinə uyğun olmalıdır.

8.4.6. Sugötürücü qurğuların, quyuların, bağlı və açıq su tutumlarının sutəmizləyici torların vəziyyətinə sistematik nəzarət edilməli, hər il yay vaxtı diqqətlə yoxlanılmalı, zibildən və lildən təmizlənilməlidir.

8.4.7. İş yerlərinə içməli su daimi olaraq hər gün verilməlidir (gətirilməlidir). Suyun gətirilməsi zamanı o çirklənmədən etibarlı qorunmalıdır.

8.4.8. İçməli suyun temperaturu +8 - +200C arasında olmalıdır.

8.4.9. İçməli su qurğularına (kranlara) olan məsafə 75 m-dən çox olmamalıdır.

8.4.10. İşçilərin daşınıb gətirilən içməli su ilə təmin edilməsi şəraitində istehsalat müəssisələri içməli su stansiyalarına malik olmalıdır. Bu stansiyalarda yuyulması və dezinfeksiyası mümkün olan suyu daşımaq və saxlamaq üçün çənlər olmalıdır.

8.4.11. İşçiləri daşınıb su ilə təmin edilən istehsalat müəssisələri suyun keyfiyyətinə vaxtaşırı nəzarət etməlidirlər.

8.4.12. İçməli suya xidmət edən işçilər altı aydan bir tibbi müayinədən keçməlidirlər.

8.4.13. Sanitar qovşaqları sanitariya normalarına uyğun olmalıdır. Kanalizasiya olmayan sahələrdə quraşdırılan stasionar tipli əlahiddə (kənarda) sanitar qovşaqlar torpağı və içməli su quyularını çirkləndirməməlidir.

8.4.14. Məişət və çirkli istehsalat sularının axıdılması üçün kanalizasiya qurğuları nəzərdə tutulmalıdır.

8.4.15. Uducu quyulara və qazma quyularına məişət və çirkli istehsalat sularının axıdılmasına yol verilmir.

8.4.16. İstehsalat obyektlərinin ərazisində məhdud istifadə üçün torpağı çirkləndirməyən çalaların istifadəsinə icazə verilir.

8.4.17. İstehsalat obyektlərinin kanalizasiya sistemləri AzDTN 2.11-2 “Kanalizasiya. Xarici şəbəkə və qurğuları” tələblərinə cavab verməlidir.

8.4.18. Kanalizasiya sistemləri və avadanlıqları sınaqdan keçirilməli və müvafiq qaydada istismara qəbul edilməlidir.

8.4.19. İstehsalat, yağış və məişət sularının axıdılması üçün normativ texniki sənədlərin tələblərinə uyğun kanalizasiya sistemi nəzərdə tutulmalıdır.

8.4.20. İstehsalat, yağış kanalizasiya şəbəkələrində quyular və hidravik sürgülər olmalıdır.

8.4.21. İstehsalat kanalizasiyası quyuları bağlı saxlanılmalı və daim nizamlanmalıdır.

8.4.22. İstehsalat binaları daxilində su xətlərini şəbəkənin yanar maye nəql edən boru kəmərləri ilə ümumi kanalda yerləşdirilməsi qadağandır.

8.4.23. İstehsalat binalarının və obyektlərin ərazisində qapalı məişət və istehsalat kanalizasiyası sistemi quraşdırılmalıdır.

8.4.24. Kanalizasiya boru kəmərlərinin çənlər parkının torpaq bəndləri hüdudlarında və yaxud neftvurma stansiyaları binalarının altından çəkilməsi, həmçinin istehsalat kanalizasiyasının məişət kanalizasiya şəbəkəsinə birləşdirilməsi qadağandır.

8.4.25. Özü axımlı istehsalat-yağış suları kanalizasiyası şəbəkələrində quraşdırılan quyularda hidravlik sürgülər olmalıdır.

8.4.26. Tərkibində neft olan çirkab suların yanmasının və alovun yayılmasının qarşısını almaq məqsədilə kanalizasiya şəbəkələrində xüsusi quyularda hidravlik sürgülər quraşdırılmalıdır. Hər bir hidravlik sürgüdə su qatının hündürlüyü 0,25m - dən az olmamalıdır.

8.4.27. Təmizləyici qurğuları nasaz vəziyyətdə olan kanalizasiya sisteminin istismarı qadağandır.

8.4.28. Təmizləyici qurğular yerləşən bütün partlayış təhlükəli istehsalat otaqlarında istifadə edilən cihazlar partlayışdan mühafizəli olmalıdır.

8.4.29. Təmizləyici qurğular və suburaxıcı yerləşən ərazilər təmiz saxlanılmalıdır.

8.4.30. Neft tutucularının baxış lükləri barmaqlıqlar və yaxud kiçik sipərlərlə bağlanmalıdır.

8.4.31. Təmizləmə qurğularının nasos stansiyası otaqlarında stansiyanın nasos, elektrik və digər avadanlıqlarının, boru xətlərinin ümumi sxemi asılmalı, bundan əlavə bütün aqreqatların və bağlayıcı-tənzimləyici armaturların nömrələri göstərilməklə qoşulma ardıcıllığını göstərən sxem asılmalıdır.

8.4.32. Yığıcı və durulducuların ətrafındakı giriş və mümkün keçid yerlərində qadağanedici lövhələr quraşdırılmalıdır.

8.4.33. Yığıcı və durulducuların ərazisində kənar şəxslərin olması, suyun təsərrüfat-içmə məqsədilə istifadəsi və heyvanların sudan içməsi qadağandır.

8.4.34. Təmizləmə qurğularının obyektləri rabitə və siqnalizasiya vasitələri ilə təchiz edilməlidir.

8.4.35. İstehsalat və yağış suları kanalizasiyalarının baxış quyularının qapaqları daima bağlı olmalı və obyektlərin mühəndis kommunikasiyalarının sxeminə uyğun olaraq işarələnmləlidir.

 

8.5. İstehsalat obyektlərinin və iş yerlərinin işıqlandırılması

 

8.5.1. Elektrik işıqlandırma quruluşları (çıraqlar, projektorlar) qüvvədə olan süni işıqlandırma normalarının tələblərinə cavab verməlidir.

8.5.2. İş yerləri, qurğular və onların giriş-çıxış yolları, dəhlizlər, pilləkənlər və s. sutkanın qaranlıq vaxtı işıqlandırılmalıdırlar (işçi işıqlandırma). Bu halda işıqlıq bərabər olmalı və oradakı işçilərin gözlərinə gözqamaşdırma təsiri etməməlidir.

Həmin obyektlərin təyinatından asılı olaraq yuxarıda adı çəkilən normalarda nəzərdə tutulan hallarda qəza, təxliyyə və mühafizə işiqlandırma növləri tətbiq edilməlidir.

8.5.3. İşıqlandırma sisteminə xidmət üzrə işlərin təhlükəsizliyi gərginliyin açılması və işlər aparılan sahəyə gərginlik verilməsinə mane olan tədbirlərin görülməsi hesabına təmin edilməlidir.

8.5.4. Qəza işıqlandırma çıraqları müstəqil qida mənbəyinə birləşdirilməli və işçi işıqlandırma sıradan çıxdıqda, avtomatik həmin qidalandırma mənbəyinə qoşulmalıdırlar. Bu çıraqlar üstünə çəkilmiş xüsusi nişanlarla və ya rənglənməsi ilə işçi çıraqlardan fərqlənməlidirlər.

8.5.5. Partlayış-yanğın təhlükəli otaqların və binaların xaricində yerləşən qurğuların işıqlandırılması üçün tətbiq edilən çıraqlar (projektorlar) partlayış mühafizəli olmalıdırlar. Partlayış mühafizə nişanları, plombları və ya konstruksiyasında nəzərdə tutulan ayrı-ayrı detalları olmayan çıraqların istifadəsi qadağandır.

8.5.6. Daşınma çıraqlar (o cümlədən, akkumulyator fənərləri) partlayış mühafizəli olmalıdırlar, onları partlayış təhlükəli otaqlardan (xüsusilə nasosxanalardan) kənarda yandırıb-söndürmək lazımdır.

8.5.7. Çənlər parklarının işıqlandırılması üçün istifadə olunan projektorlar və çıraqlar torpaq yığımlarından və ya partlayış təhlükəli zonalardan kənarda yerləşdirilməlidir. Onları bənd çəkilən yerlərdə və ya partlayış təhlükəli zonaların hüdudlarında quraşdırmaq lazım gəldikdə onlar partlayış mühafizəli olmalıdır.

8.5.8. Çənlərin içində aparılan təmir işləri (qumla emalı, qaynaq, odla olan işlərdə, defektoskopiya) zamanı işıqlandırma üçün 12 V-dan çox olmayan gərginlikli daşınma çıraqlardan istifadə olunmalıdır.

8.5.9. Doldurma-boşaltma estakadaları ya partlayış təhlükəli zonalardan kənarda yerləşən projektorlarla və ya partlayış mühafizəli çıraqlarla işıqlandırılmalıdır.

8.5.10. Səyyar nasos aqreqatların üzərində yerləşən köməkçi nasosların iş yeri sutkanın qaranlıq vaxtında işıqlandırılmalıdır.

8.5.11. Bütün vaqon-evciklər işıqlandırılmalıdır və girişdə növbətçi işıqlandırma olmalıdır.

8.5.12. Gecə vaxtı çöl şəhərciyinin ərazisi növbətçi işıqlandırma çıraqları ilə işıqlandırılmalıdır.

8.5.13. Çöl şəhərciyinin ərazisində xüsusi ayrılmış yerdə ayaqyolu tikilməli və ora gedən yol gecə vaxtı işıqlandırılmalıdır.

8.5.14. Kamerada işıqlandırmanın və avadanlığın elektrik qida mənbəyi üst səthdə yerləşməlidir. Hermetikləşdirici kameranın işıqlandırılması 12 V gərginlikli çıraqlarla olmalıdır.

 

8.6. Daşınma çıraqlar və daşınma elektrik alətləri ilə işləmək qaydaları

 

8.6.1. İnventar daşınma elektrik alətləri və çıraqları onların vəziyyəti üçün cavabdeh olan xüsusi işçi tərəfindən verilir.

8.6.2. Daşınma elektrik maşınları, elektrik alətləri, çıraqlar, bölücü transformatorlar və digər köməkçi avadanlıqlar - texniki reqlamentlərin, normativ sənədlərin və bu Qaydaların tələblərinə cavab verməlidir.

8.6.3. Daşınma elektrik alətləri və elektrik maşınları ilə işləməyə ən azı ll qrupu olan işçilər buraxılmalıdır.

Köməkçi avadanlıqların (transformatorların, tezlik düzləndiricilərinin, mühafizə açılma qurğularının) elektrik şəbəkəsinə qoşulması (açılması), bu elektrik şəbəkəsini istismar edən və ən azı lll qrupu olan elektrotexniki personal tərəfindən yerinə yetirilməlidir.

8.6.4. Daşınma elektrik alətləri və elektrik maşınlarının sinif otağın kateqoriyasına və istehsalat şəraitinə uyğun olmalıdır və ayrı-ayrı hallarda elektrik mühafizə vasitələrinin tətbiqi ilə yerinə yetirilməlidir.

8.6.5. Elektrik aləti elektrik şəbəkəsindən tez açılmalı və qoşulmalıdır.

8.6.6. Elektrik alətlərinin, əl elektrik maşınlarının, daşınma çıraqların kabel və naqilləri asılı vəziyyətdə istifadə olunmalıdır.

8.6.7. Daşınma elektrik maşınları, elektrik alətləri və çıraqlarla işə başlamazdan əvvəl:

- maşın və ya alətin pasport üzrə sinfini müəyyənləşdirmək;

- detalların etibarlı bərkidilməsini və dəstin tamlığını yoxlamaq;

- xarici baxış ilə kabelin (şnurun), onun mühafizə borucuğu və ştepsel çəngəlinin, gövdənin izolyasiya hissəsinin tamlığının, qol və fırçatutucunun qoruyucu örtüyünün yararlılığına əmin olmaq;

- açarın işləmə dəqiqliyini yoxlamaq;

- lazım olarsa mühafizə açılma quruluşunu testdən keçirmək;

- elektrik alət və ya maşınını yüksüz iş rejimində yoxlamaq;

- l sinif maşınların yerləbirləşdirmə dövrəsinin yararlılığını yoxlamaq (maşının gövdəsi, ştepsel çəngəlinin yerləbirləşdirmə kontaktı) lazimdır.

8.6.8. Daşınma elektrik maşınlarının, elektrik alətlərininin, çıraqların və onlara məxsus köməkçi avadanlıqların qüsuru olarsa və dövrü yoxlamadan (sınaqdan) keçməyiblərsə, işdə istifadəsinə icazə verilmir.

8.6.9. Elektrik alətləri aşağıdakı siniflər üzrə buraxılır:

I sinif - elektrik alətləri, hansılarda ki, gərginlik altında olan bütün detallarının izolyasiyası olmaqla, ştepsel çəngəlinin yerləbirləşdirici kontaktı var;

II sinif - elektrik alətləri, hansılarda ki, gərginlik altında olan bütün detallarının ikiqat və ya gücləndirilmiş izolyasiyası var. Bu alətlər üçün yerləbirləşdirmə nəzərdə tutulmayıb və tələb olunmur;

I və II sinif elektrik alətlərinin nominal gərginliyi çox olmamalıdır: 220 V - sabit cərəyanlı elektrik alətləri üçün, 380 V - dəyişən cərəyanlı elektrik alətləri üçün.

III sinif - nominal gərginliyi 42 V-dan çox olmayan elektrik alətləri. Bu elektrik alətləri müstəqil cərəyan mənbəyindən və ya ümumi şəbəkədən izoləedici transformator (yaxud çevirici) vasitəsilə qidalandırılmaq üçün təyin olunmuşdur.

8.6.10. Elektrik cərəyanından zədələnmə təhlükəsinə görə otaqların dərəcəsindən asılı olaraq elektrik alətləri aşağıdakı siniflər üzrə tətbiq olunmalıdır:

I sinif - istehsalat şəraitində istismar üçün (tikinti-montaj işlərinə hazırlıq və bu işlərin yerinə yetirilməsi istisna olmaqla).

I sinif elektrik alətləri ilə işləyərkən fərdi mühafizə vasitələrinin (dielektrik əlcəklər, qaloşlar, xalçalar və s.) tətbiqi vacibdir, aşağıdakı hallar istisna olunmaqla:

- yalnız bir elektrik aləti bölücü transformatordan qidalanır;

- elektrik aləti müstəqil mühərrik-generator qurğusundan və ya bölücü dolaqları olan tezlik çeviricisindən qidalanır;

- elektrik aləti mühafizə-açılma quruluşu vasitəsilə qidalanır.

II və III sinif - istehsalat şəraitində istismar üçün bütün hallarda, həmçinin tikinti - montaj işlərinə hazırlıq və bu işləri yerinə yetirdikdə.

Tikinti - montaj işlərinə hazırlıq və bu işləri yerinə yetirdikdə, həmçinin xüsusi əlverişsiz iş şəraiti (qazanlarda, çənlərdə və s.) olduqda II və III sinif elektrik alətlərindən, yalnız fərdi mühafizə vasitələrinin tətbiqi ilə istifadə etməyə yol verilir.

8.6.11. Elektrik alətinin qidalanma gərginliyi aşağıdakı kimi olmalıdır:

- sabit cərəyanlı gərginlikdə 220 V-dan, dəyişən cərəyanlı gərginlikdə 380 V-dan yüksək olmayaraq - təhlükə artımı olmayan otaqlarda

- 42 V-dan yüksək olmayaraq - təhlükə artımı olan otaqlarda və otaqlar xaricində.

Əlverişsiz şəraiti olan yerlərdə (qazanlarda, çənlərdə və s.) və xüsusi təhlükəli otaqlarda mühafizə vasitələrindən (dielektrik əlcəklər, rezin xalçalar və s.) mütləq istifadə etməklə gərginliyi 42 V-dan yüksək olmayan elektrik aləti ilə işləmək olar.

Qeyd: otaqların təsnifatı və müxtəlif sinifli elektrik alətlərinin və əl elektrik maşınlarının işdə tətbiqi şərtləri müvafiq olaraq Əlavə 12 və Əlavə 13 verilmişdir.

8.6.12. Daşınma çıraqların gərginliyi aşağıdakı kimi olmalıdır:

- təhlükə artımı olmayan otaqlarda - 220 V-dan yüksək olmayaraq;

- təhlükə artımı olan otaqlarda - 42 V-dan yüksək olmayaraq;

- xüsusi təhlükəli otaqlarda və xarici qurğularda - 12 V-dan yüksək olmayaraq.

8.6.13. Daşınma elektrik alətlərindən istifadə edən şəxslərə aşağıdakıları etmək qadağandır:

a) şəbəkəyə qoşulmuş elektrik alətlərini nəzarətsiz qoymaq, həmçinin onlarla işləməyə icazəsi olmayan şəxslərə vermək;

b) elektrik alətlərini müddətindən asılı olmayaraq başqa şəxslərə vermək;

c) elektrik alətlərini sökmək və hər hansı bir təmir etmək (həm elektrik alətini, eləcə də ştepsel birləşmələrinin naqillərini);

ç) elektrik alətinin naqilindən tutmaq və ya alətin fırlanan kəsici hissəsinə toxunmaq;

d) söykəmə nərdivanlarla işləmək.

e) metal çənlərin və qazanların içərisində daşınma transformator və tezlik çeviricilərindən istifadə etmək;

ə) elektrik alətini nəzarətsiz qoymaq və elektrik şəbəkəsinə qoşulu vəziyyətdə saxlamaq.

 

8.7. Sənaye tullantılarının zərərsizləşdirilməsi və utilizasiyası üçün obyektlər

 

8.7.1. Gələcəkdə müəssisədə istifadəsi mümkün olmayan sənaye tullantıları utilizasiya olunmalı, qanunvericiliklə müəyyən edilən qadada xüsusi yerlərdə saxlanılmalıdır.

8.7.2. Tərkibində yanar və partlayış təhlükəli maddələr olan bərk və yumuşaq halda olan tullantıların, eləcə də bərk halda olan məişət tullantılarının zərərsizləşdirilməsi və basdırılması xüsusi poliqonlarda həyata keçirilməlidir.

8.7.3. Maye məişət tullantıları neftvurma stansiyalarının təmizləyici qurğularında utilizasiya olunmalıdır, təmizləyici qurğular olmadığı halda ixtisaslaşdırılmış təşkilatlara təhvil verilməlidir.

8.7.4. Ətraf mühitin mühafizəsi üzrə səlahiyyətli orqanların razılığı olmadan hər hansı növ tullantıların özbaşına utilizə olunması, boşaldılması, yerləşdirilməsi və basdırılması qadağandır.

8.7.5. Bütün növ tullantıların xüsusi ayrılmış yerlərdən kənarda yandırılma üsulu ilə utilizasiya edilməsi qadağandır.

8.7.6. Magistral neft kəmərlərinin obyektlərinin istismarı prosesində əmələ gələn istehsalat və məişət tullantılarına aiddir:

- istehsalat prosesi zamanı əmələ gəlmiş və öz istehlak xassələrini bütöv və ya qismən itirmiş xammal qalıqları, materiallar, yarımfabrikatlar;

- su, mexaniki qarışıqlar və üzvi kamponentlərlə çirklənmiş işlənmiş motor yağları;

- motor yağları və benzin fraksiyalarının saxlanıldığı çənlərin təmizlənməsi nəticəsində əmələ gəlmiş şlam;

- bioloji təmizlənmə qurğularından ötürülən izafi aktiv (tərkibində aerob bakteriyalar və sadə mikroorqanizmlər olan amorf suspenziya);

- kanalizasiya təmizləyici qurğulardan axıntı sularının qalıqları;

- tikinti tullantıları və metal qırıntıları;

8.7.7. İnsan sağlamlığına və ətraf mühitə təhlükəlilik dərəcəsinə görə müəssisə istehsalat tullantıları I, II, III və IV təhlükəlilik sinfinə aiddir.

8.7.8. Müəssisədə olan bütün istehsalat tullantılarının mövcudluğunun, əmələ gəlməsinin, istifadəsinin və yerləşdirilməsinin qeydiyyatı aparılmalıdır.

8.7.9. MNK obyektinin ətraf mühitin mühafizəsi xidməti bilavasitə aşağıdakı tədbirlərin həyata keçirilməsində iştirak edir:

- tullantıların azaldılmasına yönəldilmiş işlər;

- az və tam tullantısız texnologiyaların tətbiq edilməsi.

8.7.10. Müəssisənin məişət və istehsalat tullantıları ləğv olunmalıdır, yəni utilizasiya olunmalı, zərərsizləşdirilməli, müvafiq yerlərə uyğun yığılmalı və ya basdırılmalıdır.

8.7.11. Tullantıların ləğv olunması normativ sənədlərə, istehsalat və məişət tullantılarının müasir utilizasiya texnologiyaları və üsullarına uyğun, onların sənaye meydançalarında yığılmasına və atmosfer havasının, yeraltı suların və yerin təkinin çirklənməsinə yol verməmək şərti ilə aparılmalıdır. Yerin relyefinə hər hansı növ tullantıları axıtmaq, tullantılardan zibillik, komalamaq yaratmaq qadağandır.

8.7.12. MNK obyektinin ətraf mühitin mühafizəsi xidməti tullantıların növündən və həcmindən asılı olaraq, onların ləğv edilməsi üçün optimal üsullar müəyyən etməlidir:

- yığılmış və gələcəkdə nəql üçün və digər müəssisələrdə emala yararlı olan tullantıların səmərəli istifadəsi;

- anbarlarda və şlamyığıcı qurğularda tullantıların saxlanılması üçün elə şərait yaradılmalıdır ki, ekstremal hallarda belə çirkləndirici maddələrin su hövzələrinə və litosferə düşməsi istisna olunsun;

- tullantıların növündən asılı olaraq, onların müvafiq poliqonlarda yığılması, zərərsizləşdirilməsi və basdırılması.

 

8.8. Magistral neft kəmərləri obyektlərinin hava mühitinin yoxlanılması

 

8.8.1. Bu bölmə iş zonasının havasına şamil olunur və istehsalat obyektlərində olan iş zonasının havasında olan fiziki və kimyəvi zərərli maddələrin (ZM) - qaz, buxar və aerozolların qatılığının ölçmələrinin aparılmasına, bu ölçmələrin nəticələrinin təhlili və tərtibi metodlarına işçilərin əmək şəraitinin qiymətləndirilməsinə olan tələbləri özündə əks etdirir.

8.8.2. Hava mühitinin analizinin aparılması üçün partlayışdan mühafizəli və texniki baxışdan keçmiş qazanalizatorlar istifadə edilməlidir.

8.8.3. Dövlət yoxlamasından keçməyən, yaxud yoxlama müddəti keçmiş və pasportu (sertifikatı) olmayan qazanalizatorlardan istifadə edilməsinə yol verilmir.

8.8.4. Hər bir obyektdə qaz təhlükəli yerlərin siyahısı və hava mühitinin dövri yoxlanılması cədvəli tərtib olunmalıdır.

8.8.5. Hər bir MNK obyektlərində, istehsalat otaqlarında və xarici qurğuların işçi zonalarında ayrıla bilən zərərli və yanğın-partlayış təhlükəli maddələrin siyahısı tərtib olunmalıdır.

8.8.6. Obyektlərdə hava mühitinin dövri yoxlanılmasını həyata keçirmək üçün hava mühitinin yoxlanılması üzrə plan-cədvəl tərtib olunmalıdır. Hava mühitinin yoxlanılması jurnalının forması Əlavə 8-də verilib.

8.8.7. Plan-cədvələ obyektin hava mühitinin yoxlanılma nöqtələri qeyd olunmuş plan-xəritə əlavə olunmalıdır. Plan-xəritədə hər bir nöqtə nömrələnməli, yerlərdə nümunə götürülən nöqtələrin nömrələri plan-cədvələ uyğun olaraq işarələnməlidir.

8.8.8. Analizin nəticələrinə görə hava mühitinin göstəriciləri sanitar normalara uyğun olmadıqda (buraxılabilən həddi keçdikdə) sahə rəisinə dərhal məlumat verilməlidir.

8.8.9. Plan-cədvəldə təyin olunmuş vaxtaşırlıqdan asılı olmayaraq hava mühitinin yoxlanılması xidməti heyətin ilk tələbinə əsasən aparılmalıdır.

8.8.10. Qazanxana otaqlarının hava mühitinin tərkibində karbon-oksidin (CO) olmasına stasionar yoxlama sistemləri vasitəsilə fasiləsiz nəzarət olunmalıdır.

8.8.11. Hidrogen sulfid qazının yığılması mümkün olan istehsalat otaqlarında müvafiq qazanalizatorlarla əlavə olaraq hidrogen sulfidin qatılığına nəzarət təşkil edilməlidir.

8.8.12. Neftvurma stansiyasının nasosxanalarında və digər partlayış təhlükəli otaqlarda hava mühitinin qazlılığının daşınan qazanalizatorlarla dövri yoxlanmasından əlavə hava mühiti stasionar yoxlama sistemləri ilə fasiləsiz rejimdə yoxlanılmalı və onların vericiləri (datçikləri) istismar təlimatına uyğun quraşdırılmalıdır.

8.8.13. Çənlər parkında daşınan qazanalizatorlarla hava mühitinin yoxlanılması torpaq bəndin ətrafından 5 - 10 m məsafədə, küləktutmayan tərəfdən, çənlərin orta ox xətləri istiqamətində dayanaraq aparılmalı, eləcə də xidməti meydançalarda və hər bir çənin karesindəki nərdivanda həyata keçirilməlidir.

8.8.14. Xarici qurğuların xidmət meydançalarında hava mühitinin yoxlanılması işçi zonada, küləktutmayan tərəfdən, nasoslardan, siyirtmə və digər avadanlıqdan 2-3 m məsafədə həyata keçirilməlidir.

8.8.15. Doldurma estakadalarında texnoloji əməliyyat zamanı işçi zonada hava mühitinin yoxlanılması estakadanın uzunluğu boyu azı üç nöqtədə, doldurma əməliyyatı yerinə yetirən işçinin nəfəsalma səviyyəsində həyata keçirilməlidir.

8.8.16. Dövri xidmət aparılan xarici qurğularda hava mühitinin yoxlanılması işə başlamazdan əvvəl yerinə yetirilməlidir.

8.8.17. Buxar və qazların yayılmasını pisləşdirən əlverişsiz hava şəraitində (havanın yüksək temperaturu, küləksiz hava) həmçinin, görünmə dərəcəsi az olduqda (duman, qar, güclü yağış və s.) hava mühitini yoxlayan işçinin yanında müşahidəçi (əvəzedici) olmalıdır.

8.8.18. Sutkanın qaranlıq vaxtı hava mühitinin yoxlanılması zərurəti olduqda, gərginliyi 12 V-dan yüksək olmayan partlayışdan mühafizəli əl fənərindən istifadə edilməli və hava mühitinin yoxlanılması müşahidəçinin (əvəzedicinin) iştirakı ilə aparılmalıdır.

8.8.19. Çənlərin, boru kəmərlərinin daxilində hava mühitinin yoxlanılması üçün hava nümunəsi aşağıdakı qaydada götürülməlidir:

- neft çənlərində - çənin dibindən 0,3 m-dən çox olmayaraq və çənin yuxarı sahəsindən;

- üzən qapaqlı çənlərdə - üzən qapağın altından və üstündən;

- boru kəmərlərində - flans birləşmələri olan yerlərdən.

8.8.20. Tutumu 50 000 m3 olan çənlərin istismarı zamanı aşağıdakılar vacibdir:

- mütəmadi olaraq üzən qapağın vəziyyətinə nəzarət edilməli, neftlə çirklənməsinə yol verilməməli;

- üzən qapağın üzərində yığılmış su vaxtlı-vaxtında drenaj üsulu ilə buraxılmalı;

- üzən qapağın üzərində qar örtüyünün hündürlüyü 0,5 m-dən çox olmasına yol verilməməli;

- neftin səviyyəsi çənlərin istismarı üzrə texnoloji xəritədə nəzərdə tutulmuş səviyyədə saxlanılmalıdır.

8.8.21. Hava mühiti nümunəsinin götürülməsi və analizi xüsusi hazırlıq keçmiş, bu işlərin yerinə yetirilməsinə buraxılışı olan şəxslər tərəfindən həyata keçirilməlidir.

8.8.22. İş zonasının havasında olan zərərli maddələrin miqdarının yol verilən hədlərinə olan tələblər, yerləşməsindən asılı olmayaraq bütün iş yerlərinə şamil edilir.

8.8.23. Texnoloji proseslərin təşkili zamanı iş zonasının havasında zərərli buxarların, qazların və aerozolların ayrılmalarını minimuma endirmək lazımdır.

8.8.24. İş zonasının havasında olan zərərli maddələrin miqdarının ölçmələrini, tədbiq edilən ölçmə vasitələrinin istismar üzrə təlimatına və DÜST 12.1.005-88 tələblərinə müvafiq aparmaq lazımdır

8.8.25. MNK obyektlərinin istismarı zamanı atmosfer havası müxtəlif mənbələrdən çirkləndirilir:

- Qazvurma aqreqatlardan, qazanxanalardan, qızdırıcı qurğulardan xaric olunan yanma məhsulları ilə;

- Texnoloji avadanlıqlardan, kommunikasiyalardan, təbii qazdan və s.

8.8.26. Hava mühitinin mühafizəsi üzrə tədbirlər hər bir çirkləndirici maddənin tullantılarının maksimal dərəcədə aşağı salınmasına yönəldilməlidir.

8.8.27. İş yerlərinin attestasiyası üçün iş zonasının havasında olan zərərli istehsalat amillərinin qatılığının ölçülməsi zamanı:

- Müəssisə, onun məhsulu, orada tədbiq edilən texnologiya, iş və istirahət rejimi, əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyəti ilə tanış olmaq;

- Ölçmə avadanlığını və ölçmələrin aparılması üçün avadanlığın istismar təlimatına uyğun olaraq hazırlamaq lazımdır.

8.8.28. Hər bir istehsalat və iş zonası üçün qabaqcadan havaya xaric ola bilən zərərli istehsalat amilləri müəyyən edilməlidir.

8.8.29. Tətbiq edilən ölçmə vasitələri saz vəziyyətdə olmalı, DÜST 12.1.005-88 tələblərinə cavab verməli və qüvvədə olan dövlət yoxlamasından keçirilmə haqqında DÜST 8.002-86 üzrə şəhadətnamələri olmalıdır.

8.8.30. MNK obyektlərinin iş yerlərində DÜST 12.1.005-88-ə uyğun olaraq normallaşdırılmış (optimal və icazə verilən) hava parametrləri (temperatur, nisbi rütübət, havanın hərəkət sürəti) ilin dövrünə və iş kateqoriyasına görə müəyyənləşdirilir (yüngül I a, b; orta II a, b; ağır III).

8.8.31. Qaz təhlükəli işləri yerinə yetirmək üçün briqadaların tərkibi üç nəfərdən artıq olmamalıdır. Briqadanın hər bir üzvü fərdi mühafizə vasitələri, o cümlədən xüsusi geyim, ayaqqabı, alətlərlə, cihazlarla və köməkçi materiallarla təmin edilməlidir.

8.8.32. Qaz təhlükəli işlərin görülməsi qəza halları istisna olmaqla ancaq günün işıqlı vaxtlarında aparılmalıdır.

8.8.33. Qaz təhlükəli işlərin yerinə yetirilməsinə aşağıdakı şəxslər cəlb oluna bilər:

- Qaz təhlükəli işlərin yerinə yetirilməsini öyrənmiş və bu işlərin aparılmasına icazə verən ixtisas vəsiqəsi olan;

- Tənəffüs orqanlarının fərdi mühafizə vasitələrində işləməyə hazırlığı olan;

- İşlərin aparıldığı yerlərdə maddələrin xassələrini bilən;

- Zərərçəkənləri xilas etmək və ilk tibbi yardım göstərmək səriştəsi olan.

8.8.34. Hər bir qaz təhlükəli iş iki mərhələdən ibarətdir:

- Obyekti işin aparılmasına hazırlanması;

- Qaz təhlükəli işlərin biləvasitə aparılması

 

8.9. Tibbi xidmət və qadın əməyinin mühafizəsi

 

8.9.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısı”na əsasən işçilər hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməlidirlər.

8.9.2. Zərərli istehsalat amilləri (zərərli maddələrin ayrılması, titrəyiş, səs-küy) mövcud olan iş yerlərində işləyənlərin ilkin və vaxtaşırı tibbi müayinədən keçməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 2014-cü il 15 may tarixli 24/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi müayinələrin keçirilməsi Qaydası”na uyğun həyata keçirilməlidir.

8.9.3. Profilaktik tibbi müayinələrin nəticələrinin təhlili və bununla əlaqədar müəssəsinin tibb xidmətinin fəaliyyəti, peşə xəstəliklərinin qeydiyyatı (uçotu) və araşdırılması aparılmalıdır.

8.9.4. İstehsalat otaqlarının iş yerləri ilk tibbi yardımın göstərilməsi üçün dərman qutuları ilə təmin olunmalıdır.

8.9.5. Hər bir işçi ilk tibbi yardım göstərməyi bacarmalı, yanğından, zəhərlənmədən və digər bədbəxt hadisələrdən xəsarətalana ilk tibbi yardım göstərməli və baş vermiş bədbəxt hadisə barədə dərhal müəssisənin vəzifəli şəxslərinə məlumat verməlidir.

8.9.6. Hamilə və üç yaşınadək uşağı olan qadınların gecə vaxtı görülən işlərə cəlb olunması qadağandır.

8.9.7. Səhhətinə və fizioloji vəziyyətinə (əlillik, hamiləlik), habelə xroniki xəstəliyinə görə qadının və ya onun ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə və həmçinin on dörd yaşına çatmamış və yaxud on altı yaşınadək əlil uşağı olan qadınlara (ərizələri əsasında) işəgötürən natamam iş vaxtı müəyyən etməlidir.

8.9.8. İşçilər müvafiq tələblərə uyğun tibbi xidmətlə təmin olunmalıdır.

8.9.9. Yadda saxlamaq lazımdır ki:

a) İlk tibbi yardımın gecikdirilməsi və ya düzgün aparılmaması xəsarət almış şəxsin ölümünə və ya orqanizmində bərpaolunmaz dəyişikliyə səbəb ola bilər;

b) Zərərçəkən şəxsə təcili olaraq imkan daxilində zədə aldığı yerdə ilk tibbi yardım göstərilməlidir (zəhərli qazla zəhərlənmədən başqa).

8.9.10. İlk tibbi yardımın göstərilməsi üzrə təlimləri (məşğələləri) tibbi heyətlə müəssisənin səlahiyyətli mühəndis-texniki işçiləri vaxtaşırı olaraq birlikdə aparmalıdırlar.

8.9.11. Müəssisədə (obyektdə) ilk tibbi yardım üzrə təlimlərin (məşğələlərin) təşkili, müəssisənin rəhbərliyinin, sahə və sex rəislərinin (digər cavabdeh şəxslərin) üzərinə düşür.

8.9.12. İlk tibbi yardımın vaxtında və keyfiyyətli aparılması üçün iş yerlərində aşağıdakılar olmalıdır:

- bütün istehsalat briqadaları, sexləri, şöbələri və s. üçün tibbi ləvazimat və dərman qutusu;

- müəssisənin (obyektin) ərazisində olan ilk tibbi yardım üçün tibbi ləvazimatlar və dərman qutusunun və həmçinin tibb məntəqəsinin yerini göstərən göstərici nişanlar olmalıdır;

- bədbəxt hadisə zamanı zərərçəkən şəxsə ilk tibbi yardım göstərilməsi qaydasını əks etdirən, gözəçarpan yerdən asılmış lövhələr;

- müəssisədə 1000 nəfərdən çox işçi olduqda sənaye-sanitariya laboratoriyası təşkil olunmalı, habelə əməyin gigiyenası üzrə həkim vəzifəsi təsis edilməlidir.

8.9.13. Müəssisənin (obyektin) ərazisində kənar təşkilatın işçiləri işləyirsə, ya buraya ezam olunmuşlarsa, onlara dərman qutusunun və tibb məntəqəsinin yerləri göstərilməlidir.

8.9.14. Hər bir müəssisədə, obyektdə, sexdə, sahədə və s. ilk tibbi yardım üçün lazimi tibbi ləvazimatın və dərman qutusunun vəziyyətini (çatışmazlığını) yoxlayan və onları tələb olunan qaydada saxlayan şəxs olmalıdır.

8.9.15. Qadınların əməyinin mühafizəsinə dair digər məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq bölmələrində əks olunmuşdur.

 

8.10. İş yerlərinin attestasiyası

 

8.10.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq iş yerlərinin attestasiyası həyata keçirilməlidir.

8.10.2. İş yerlərinin attestasiyasının normativ əsaslarını Azərbaycan Respublikasının Əmək Məcəlləsi və onun müddəalarına uyğun müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş normativ hüquqi aktlar, əmək təhlükəsizliyinin standartlar sistemi, sanitar qaydalar, normalar və gigiyena normativləri təşkil edilir.

8.10.3. İş yerlərinin attestasiyası zamanı cihazların və avadanlıqların zədə təhlükəsizliyi və əmək şəraiti qiymətləndirilir. Bununla yanaşı, işçilərin fərdi və kollektiv mühafizə vasitələri ilə təmin olunması, eyni zamanda bu vasitələrin təhlükəsizliyin təmin edilməsində effektivliyi nəzərə alınır.

8.10.4. Hər bir iş yeri üçün və ya görülən işlərin xüsusiyyətləri və əmək şəraitinin oxşarlığına görə iş yerlərinin attestasiya xəritəsi tərtib edilir.

8.10.5. İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin faktiki göstəriciləri müəyyən edilməlidir.

8.10.6. Əmək şəraiti üzrə iş yerlərinin attestasiyası zamanı bütün təhlükəli və zərərli istehsalat amilləri, əməyin ağırlığı və gərginliyi qiymətləndirilməlidir.

8.10.7. İş yerlərinin attestasiyadan keçirilməsi üzrə komissiyanın tərkibi müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətləri və əməyin təşkili üzrə mütəxəssislərdən ibarət olmalıdır.

8.10.8. İş yerlərinin attestasiyadan keçirilməsi müddəti 5 ildə bir dəfədən az olmayaraq, əməyin xarakterinin və şəraitinin dəyişməsindən asılı olaraq müəyyənləşdirilir. İş yerlərinin attestasiyası zamanı hər bir iş yeri üzrə işçilərin müvafiq normalara uyğun fərdi mühafizə vasitələri ilə təmin edilməsi və onların səmərəliliyi də müəyyən edilməlidir.

8.10.9. Müəssisənin attestasiya komissiyasının işinin nəticələri əmək şəraiti üzrə iş yerlərinin attestasiya protokolu ilə rəsmləşdirilir.

8.10.10. İş yerlərinin attestasiyasının nəticələri əsasında müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planı işlənib hazırlanmalıdır. Plan bütün iş yerlərinin əməyin mühafizəsi üzrə tələblərə uyğunlaşdırılmasını nəzərdə tutmalıdır.

8.10.11. İstehsalat obyektlərinin təkcə iş yerlərindən ibarət olmadığını (ərazilər, infrastruktur və s.) və iş yerlərinin attestasiyası zamanı yalnız iş yerlərinin əmək şəraitinin yoxlanıldığını nəzərə alaraq, müəssisələrdə obyektlərin əmək şəraiti pasportlaşdırılması da aparılmalıdır.

8.10.12. Təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsini, əmək proseslərinin ağırlıq və gərginlik göstəricilərinin müəyyən olunmasını müəssisənin laboratoriyası həyata keçirir. Bu sahədə lazımi ölçülərin aparılması hüququna malik olan digər laboratoriyalar da cəlb olunurlar. Laboratoriyanın iş yerlərinin attestasiyasında ölçmə aparmaq hüququ İSO/İEC 17026 -2015 və İSO 9001-2015 uyğun olmalıdır.

8.10.13. Təhlükəli və zərərli istehsalat amillərinin dərəcələri aləti ölçülər əsasında müəyyən olunur. İstehsal prosesində istifadə olunan fərdi və kollektiv mühafizə vasitələrinin saz vəziyyətdə olması və effektivliyi texniki reqlamentə uyğun olaraq yoxlanılmalıdır.

8.10.14. Səs-küyün işçiyə təsirini qiymətləndirmək üçün İSO 9612-2016 tələblərini rəhbər tutmaq lazımdır.

8.10.15. Təhlükəli istehsalat amillərinin ölçülməsini normativ sənədlərdə göstərilən ölçü üsulları ilə və ölçü vasitələrindən istifadə etməklə aparılmalıdır. İstifadə olunan ölçü vasitələri metroloji cəhətdən attestasiyadan və təyin olunmuş müddətdə dövlət yoxlamasından keçməlidirlər.

8.10.16. İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsi.

8.10.17. İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması, fəhlələrə və qulluqçulara pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsi normativ sənədlərə əsasən aparılır.

 

IX. ƏRAZİYƏ, İSTEHSALAT OTAQLARINA VƏ AVADANLIQLARA OLAN TƏLƏBLƏR

 

9.1. Magistral neft kəmərləri obyektlərinin istehsalat obyektlərinin ərazisinə olan tələblər

 

9.1.1. MNK obyektlərinin ərazisi təmiz saxlanılmalı, neft və neft məhsulları ilə çirklənməsinə yol verilməməlidir.

9.1.2. MNK obyektlərinin ərazisinin girişində ərazi boyu hərəkətin sxemi, partlayış-yanğın təhlükəli obyektlərin və qaz təhlükəli yerlərin siyahısı, avtonəqliyyatın hərəkət sürətini 5 km/saat-a qədər məhdudlaşdıran işarələr qoyulmalıdır.

9.1.3. MNK istehsalat obyektlərinin ərazisi perimetr boyu yanmayan materialla çəpərlənməli və texniki mühafizə vasitələri ilə təchiz edilməlidir.

9.1.4. İstehsalat meydançalarının ərazisi planlaşdırılmalı, daşqın və qrunt suları ilə subasmadan mühafizə olunmalıdır. Binalardan su ötürücü qanovlara və ya kanalizasiyaların su qəbuledicilərinə maillik dərəcəsi 0,01-dən az olmamalıdır.

9.1.5. Giriş yolları, yanğın keçidləri, su mənbələrinə girişlər, ümumi istifadə yollarına çıxışlar, həmçinin meydançaların ərazilərinə gedən yollar, piyada yolları saz vəziyyətdə saxlanılmalı, boş olmalı və təhlükəsiz hərəkəti təmin etməlidir.

9.1.6. İstehsalat meydançaları ərazilərindəki yollar və piyada yolları bərk örtüklü olmalı, çirkab suların səviyyəsindən yuxarı olmalı və su ilə dolmamalıdır. Yollar, nəqliyyat vasitələrinin hərəkət qaydalarını nizamlayan müvafiq yol nişanları ilə təchiz edilməlidir.

9.1.7. Avtonəqliyyat vasitələri sxemə uyğun olan keçid və yollarla hərəkət etməlidir. Partlayış-yanğın təhlükəli obyektlərə və qaz təhlükəli yerlərə nəqliyyat vasitələrinin girişi rəsmiləşdirilmiş tapşırıq-icazə əsasında həyata keçirilməlidir.

9.1.8. Avtomaşınların, traktorların, motosikletlərin girişi qadağan olunduğu neftvurma stansiyaları, neftdoldurma məntəqələri, çənlər parkı ərazilərində nəqliyyyatın hərəkətini məhdudlaşdıran nişanlar və yazılı lövhələr qoyulmalıdır.

9.1.9. Neftvurma stansiyasının istehsalat meydançalarına tüstü borularında qığılcımsöndürən olmayan nəqliyyat vasitələrinin girişi qadağandır.

9.1.10. Dəmir yollarının piyada keçidləri və yollarla kəsişmə yerlərində rels başlıqları ilə eyni səviyyədə döşəmə vurulmalı və həmçinin mühafizə çəpərləri tikilməlidir.

9.1.11. Yeraltı kommunikasiyalar ərazi boyu göstəricilərlə işarələnməlidir.

9.1.12. Yeraltı kommunikasiyaların quyuları kip qapaqlarla bağlanmalı, enmək üçün dəmir bəndi yaxud nərdivanı olmalı və onlar göstərici işarələrlə qeyd olunmalıdır.

9.1.13. İstehsalat meydançalarının zibillə, tullantılarla, neftlə və digər yanğın təhlükəli maddələrlə çirkləndirilməsi qadağandır.

9.1.14. Yay vaxtı ərazidə bitən ot biçilməli və yaş halda oradan çıxarılmalıdır.

9.1.15. Qış mövsümündə avtomobil və piyada yollarından, istehsalat əməliyyatlarına mane ola biləcək sahələrdən qar vaxtlı- vaxtında təmizlənməlidir.

9.1.16. Ərazi ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır. (Əlavə 14)

9.1.17. İstehsalat meydançalarındakı qəza və yanğın xəbərdarlıq sistemi saz vəziyyətdə olmalıdır.

9.1.18. İstehsalat obyektlərinin ərazisində siqaret çəkməyə yalnız xüsusi ayrılmış və su ilə dolu qablar quraşdırılmış yerlərdə yol verilir.

Bu yerlər yanğından mühafizə xidməti ilə razılaşdırılmalı, müəssisə üzrə əmrlə təyin edilməli və “Siqaret çəkmək üçün yer” yazısı ilə qeyd olunmalıdır.

9.1.19. Ərazinin sərhəddi boyu tələb olunan işıqlandırma normalara uyğun təmin olunmalıdır.

9.1.20. Sahələrin və iş aparılan ərazilərin işıqlandırılması süni işıqlandırma üzrə qüvvədə olan sahə normalarına uyğun olmalıdır.

9.1.21. MNK-nın bütün obyektləri etibarlı telefon və radio rabitə vasitələri ilə təchiz olunmalıdır.

 

9.2. Əsas və köməkçi avadanlıqlara olan tələblər

 

9.2.1. Avadanlıqların istismarı istehsalçı-zavodun təlimatlarına və qüvvədə olan norma, qayda və reqlamentlər nəzərə alınmaqla istismarçı təşkilatın təlimatlarına uyğun olaraq həyata keçirilməlidir.

9.2.2. İstismar müddəti başa çatmış avadanlıq yenidən texniki baxışdan və tam deffektoskopik müayinədən keçirilməlidir. Onun istismarına baxış və müayinənin nəticələri qənaətbəxş olduğu təqdirdə yol verilir.

9.2.3. Avadanlıqların hərəkət edən və fırlanan hissələrinin qoruyucu çəpərləri saz vəziyyətdə olmalıdır.

9.2.4. Tez-tez texniki baxışdan keçirilən avadanlıqların məhəccərləri tez sökülən və ya taxılıb-çıxarılan olmalıdır. Avadanlıqların məhəccərləri və qoruyucu örtükləri çıxarılmış halda istismarı qadağandır.

9.2.5. İşləyən üçün avadanlıqların təhlükə mənbəyi ola biləcək hissələrinin, detallarının, tərtibatlarının və elementlərinin fərqləndirici və siqnal rəngləri, həmçinin xəbərdaredici nişanlarının, çəpərləyici və mühafizə qurğularının səthinin rəngi DÜST 12.4.026 uyğun olmalıdır.

9.2.6. İstismar zamanı temperaturu 450C-dən yuxarı olan avadanlıq və boru kəmərləri hissələrinin səthləri yanmayan istilik izolyasiyası və ya məhəccərlə mühafizə olunmalıdır.

9.2.7. İşçinin xidmət etmək üçün 0,75 m-dək hündürlüyə qalxmalı olduğu avadanlıq pilləkənlərlə, 0,75 m-dən yuxarı olduqda isə məhəccərli və meydançalı nərdivanlarla təchiz edilməlidir.

9.2.8. Avadanlıqların təhlükəsiz istismarını təmin edən tənzimləmə və qapayıcı vasitələr saz vəziyyətdə olmalıdır.

9.2.9. Avadanlıq layihəyə uyğun icra olunmuş möhkəm özül üzərində quraşdırılmalıdır.

9.2.10. Nasaz vəziyyətdə avadanlığın istismarı qadağandır.

 

9.3. İstehsalat otaqlarına olan tələblər

 

9.3.1. İstehsalat sahəsinin planlanması və avadanlıqların yerləşdirilməsi layihə tələblərinə uyğun olmalıdır.

9.3.2. Təsdiqlənmiş layihə olmadan istehsalat sahəsinin yenidən planlanması qadağandır.

9.3.3. Texnoloji avadanlıqlar yerləşən otaqlarda yaxşı görünən yerlərdə texnoloji sxemlər asılmalıdır.

9.3.4. Hər bir istehsalat otağının qapılarının bayır tərəfində istehsalatın partlayış-yanğın və yanğın təhlükəliliyi üzrə kateqoriyasını, həmçinin partlayış təhlükəli və yanğın təhlükəli zonaların siniflərini, obyektin yanğına qarşı vəziyyətinə məsul şəxsin adı, soyadı və atasının adı yazılan lövhə asılmalıdır.

9.3.5. İstehsalat otaqlarının havasının dəyişdirilməsi üçün pəncərələrdə açılan pəncərə layları olmalı və bununla yanaşı, pəncərələrdə nəfəsliklər nəzərdə tutulmalıdır. Açılan layların və nəfəsliklərin sayı layihədə nəzərdə tutulmalıdır.

9.3.6. İstehsalat binalarının daşıyıcı və çəpərləyici konstruksiyalarının texniki vəziyyətinə mütəmadi olaraq nəzarət edilməlidir.

9.3.7. Texnoloji proses nəticəsində neft məhsullarının buxarlarının ayrılması mümkün olan otağın hər iki tərəfində (başında və sonunda) azı iki çıxış olmalıdır. Bu otaqlarda pəncərə layları və bütün qapılar bayıra açılmalıdır.

9.3.8. Qazın ayrılması mümkün olan otaqlarda dövri olaraq işçi zonanın havasında zərərli qazların qatılığı yoxlanılmalıdır. Bu otaqlarda müvafiq xəbərdaredici yazı olan lövhələr asılmalıdır.

9.3.9. İstehsalat binalarında olan çuxurlar, qanovlar və digər çalalar asan sökülən, odadavamlı plitələrlə örtülməli, daim təmiz saxlanılmalı və müntəzəm olaraq su ilə yuyulmalıdır.

9.3.10. İstehsalat otaqlarının döşəmələrinin örtüyü sanitar - gigiyeniya və istismar tələblərinə cavab verməlidir; səthi hamar olmalı, sürüşkən və çatlı olmamalı, qanovlara mailli olmalıdır.

9.3.11. Döşəmələri və avadanlıqları yanar və asan alışan mayelərlə yumaq qadağandır.

9.3.12. Neftin dağılmasına qarşı quraşdırılan bortlar, panduslar, qanovlar saz vəziyyətdə olmalıdır.

9.3.13. Köməkçi, məişət, inzibati-təsərrüfat otaqlarından, elektrik avadanlıqları yerləşən otaqlardan, ventilyasiya kamerasından, paylayıcı qurğulardan zəhərli, yanğın-partlayış təhlükəli maddələrin nəqli üçün boru xətlərinin çəkilməsi qadağandır.

9.3.14. Kənar şəxslərin daxil olması qadağan olunan istehsalat otaqlarının qapısında “Kənar şəxslərə giriş qadağandır” lövhəciyi asılmalıdır.

9.3.15. Keçidləri, çıxışları, dəhlizləri, tamburları, pilləkən qəfəsələrini, ehtiyat (təxliyyə) çıxışlarını hər hansı əşyalarla, materiallarla və avadanlıqla qalaqlamaq, həmçinin pilləkənlərin altında anbar, emalatxana və s. yerləşdirmək qadağandır.

9.3.16. İstehsalat otaqlarında yağa bulaşmış silgi materialları və digər istehsalat tullantıları saxlamaq qadağandır.

9.3.17. Partlayış-yanğın təhlükəli otaqların ventilyasiya sistemi və yaxud onun avtomatika və bloklama sistemləri nasaz vəziyətdə olduqda texnoloji avadanlığın istismarı qadağandır.

9.3.18. İstehsalat və köməkçi otaqlar “Neft, qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi Qaydaları”na əsasən ilkin yanğın söndürmə vasitələri ilə təmin olunmalıdır.

9.3.19. Buxar boru kəmərləri üzərindəki bağlayıcı armaturlar (ventillər, siyirtmələr, kranlar) istehsalat otaqlarından kənarda, asan əlçatan yerlərdə quraşdırılmalı və sutkanın qaranlıq vaxtı işıqlandırılmalıdır.

9.3.20. İstehsalat otaqları etibarlı telefon və radio rabitə ilə təmin olunmalıdır. Hər telefon aparatının yanında yanğından mühafizə xidmətinin və təcili tibbi yardım xidmətinin nömrəsi asılmalıdır.

9.3.21. İstehsalat otaqlarında aşağıdakılar qadağandır:

- boru kəmərinin və avadanlığın yanar səthi üzərində paltar asmaq, hər hansı yanar material saxlamaq;

- istehsalata aid olmayan müxtəlif əşyalar saxlamaq.

9.3.22. İşçilərin həyat və sağlamlığına təhlükə yaranan yerlərdə müvafiq xəbərdaredici yazılar və lövhələr asılmalıdır.

9.3.23. İş yerlərində titrəyişə nəzarət aşağıdakı hallarda həyata keçirilməlidir:

- iş yerlərinin attestasiyası zamanı;

- sanitar-texniki pasportlaşdırma zamanı;

- sanitarya xidmətinin tələbləri əsasında.

 

X. MAGİSTRAL NEFT KƏMƏRLƏRİ OBYEKTLƏRİNİN TƏMİRİ ZAMANI TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ

 

10.1. Təmir işlərinin təşkili

 

10.1.1. Ümumi tələblər

 

10.1.1.1. Təmir işləri normativ sənədlərə və bu Qaydaların tələblərinə uyğun aparılmalıdır. Müvafiq buraxılış sənədləri rəsmiləşdirilmədən təmir işlərinin aparılması qadağandır.

10.1.1.2. İstismarçı təşkilat təmir işlərinə başlamazdan 5 gün əvvəl aşağıda göstərilən tədbirləri yerinə yetirməyə borcludur:

- yeraltı neft kəmərinin keçdiyi yerləri, yeraltı neft kəmərinin faktiki dərinliyini, bina və qurğuları, onların yeraltı kommunikasiyalarla, süni və təbii maneələrlə kəsişdiyi yerləri dəqiqləşdirməli və işarələrlə qeyd etməli;

- trasın (meydaçanın) təhkim olunması haqqında akt tərtib etməli;

- neft kəməri sahəsinin (meydançaların) təhvil aktını tərtib etməli və podratçıya təhvil verməli;

- podratçı ilə birgə buraxılış aktını tərtib etməli;

- işlərin yerinə yetirilməsi üzrə layihəni razılaşdırmalı;

- tikintiyə icazəni rəsmiləşdirməli;

- işlərin mühəndis kommunikasiyalarının mühafizə zonasında yerinə yetirilməsinə razılıq verməlidir.

10.1.1.3. Podratçı təşkilat işə başlamazdan ən azı 10 gün əvvəl aşağıdakıları tərtib edib razılaşdırmaq üçün istismarçı təşkilata təqdim etməlidir:

- işlərin yerinə yetirilmə planını;

- işlərin təşkilinə və təhlükəsiz aparılmasına cavabdeh şəxslərin təyin edilməsi haqqında əmri;

- işlərin yerinə yetirilməsində iştirak edən şəxslərin siyahısını;

- mühəndis-texniki heyətin və fəhlələrin ixstisaslarını təsdiq edən sənədləri;

- podratçının yüksək təhlükəli işlərin yerinə yetirilməsinə hazırlığını təsdiq edən sənədləri;

- iş zamanı istifadə edilən maşın və mexanizmlərin sazlığını və onların texniki yoxlamadan keçməsini təsdiq edən sənədləri.

10.1.1.4. Razılığı rəsmiləşdirən zaman istismarçı təşkilat fəaliyyətdə olan MNK, onun qurğularının mühafizəsini və işlərin təhlükəsiz aparılmasını təmin edən tədbirləri işləyib hazırlamalıdır.

10.1.1.5. Tədbirlərə daxil edilməlidir:

- hərəkət marşrutu və texnikanın fəaliyyətdə olan neft kəmərinin üzərindən keçid yerlərinin təyin edilməsi, yeni keçidlərin quraşdırılması;

- fəaliyyətdə olan neft kəmərində işlər yerinə yetirilən zaman təzyiqin aşağı salınması üzrə tədbirlər (lazım gəldikdə);

- iş aparılan yerlərlə əlaqənin təşkilinin sxemi;

- qəzanın ləğvi planının operativ hissəsindən çıxarış.

10.1.1.6. Texnikanın hərəkəti üçün neft kəmərinin xətti boyu yol şaquli istiqamətdə planlaşdırılmalı, zəif daşıma qabiliyyəti olan torpaqlarda (süxurlarda) isə yollar taxta tirlərlə, döşəmələrlə, bərkidilən inventar sipərlərlə və s. örtülməlidir.

10.1.1.7. Kənar təşkilatların kommunikasiyaları ilə texnikanın hərəkət marşrutları kəsişdikdə texnikanın hərəkət marşrutları kommunikasiyaların sahibləri ilə razılaşdırılmalıdır.

10.1.1.8. Nəqliyyatın hərəkət sxemi və texnikanın hərəkət MNK-nın mühafizəsi üzrə tədbirlərə daxil olmalıdır.

10.1.1.9. Neft kəmərinin mühafizə zonasında yükqaldırma maşınlarının, avtotraktor və tikinti texnikasının (sonradan - texnika) tras boyu daşınması və hərəkəti tapşırıq-icazə vərəqi əsasında həyata keçirilməlidir.

10.1.1.10. Texnikanın hərəkət marşrutu, yolayırıcılar, materialların yığıldığı və boşaldıldığı yerlər, digər mühəndis kommunikasiyaları ilə kəsişən yerlər işarələnməli və yerinə yetirilən iş sahələrinin vəziyyət planında və texnikanın hərəkət marşrutunun sxemində göstərilməlidir.

10.1.1.11. İşlər yerinə yetirildiyi yerlərə traktor texnikasını işə buraxmazdan əvvəl sürücülər və maşinistlər reys qabağı tibbi müayinədən keçməli və neft kəmərinin mühafizə zonasında texnikanın hərəkət marşrutunun xüsusiyyətləri üzrə tanış edilməlidirlər.

10.1.1.12. Təmir işləri, qəza-bərpa işləri istisna olmaqla günün işıqlı vaxtı aparılmalıdır. Qəza-bərpa işləri ilə bağlı işlər zamanı istisna olmaqla gecə vaxtı mühafizə zonalarında texnikanın hərəkəti qadağandır.

10.1.1.13. Texnikanın manevrləri, dönmələri, geriyə hərəkəti yalnız cavabdeh şəxsin nəzarəti altında, saatda 3 km/saat sürəti aşmamaq şərti ilə yerinə yetirilməlidir.

 

10.1.2. Digər müəssisələrin mühəndis kommunikasiyaları ilə bir texniki dəhlizdə təmir işləri

 

10.1.2.1. Kənar müəssisələrin mühəndis kommunikasiyalarının mühafizə zonasında təmir işləri, yükləmə-boşaltma meydançalarının quraşdırılması, materialların yığılması, maşınların hərəkət etməsi üçün yolların və keçidlərin quraşdırılması kommunikasiyaları istismar edən bütün müəssisələrin yazılı icazəsi ilə və işlərin yerinə yetirilməsinə dair razılaşdırılmış layihəsi olmaq şərti ilə yerinə yetirilməlidir.

10.1.2.2. Bütün lazımi sənədlər rəsmiləşdirilmədən digər müəssisələrin mühəndis kommunikasiyaları ilə bir texniki dəhlizdə təmir işlərinin aparılması qadağandır.

 

10.1.3. Hava və kabel elektrik ötürücü xətlərin mühafizə zonalarında işlərin aparılması

 

10.1.3.1. Hava və kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında təmir işləri yalnız işlərin yerinə yetirilməsi üzrə razılaşdırılmış layihə və hava, kabel elektrik ötürücü xətlərini istismar edən müəssisələrin yazılı icazəsi olduqda yerinə yetirilməlidir.

10.1.3.2. İşlər görülən zonadan elektrik və rabitə kabelləri keçdikdə iş icraçıları (ustalar, briqadirlər, torpaqqazan və digər tikinti mexanizmlərin sürücüləri) elektrik cərəyanı ilə zədələnmə təhlükəsi haqqında xəbərdar edilməlidirlər.

10.1.3.3. Torpaq işləri yerinə yetirilərkən texniki sənədlərdə qeyd olunmayan yeraltı kommunikasiyalar aşkar edildikə, dərhal torpaq işləri dayandırılmalı, onların zədələnmədən qorunması üçün təcili (təxirəsalınmaz) tədbirlər görülməli və həmin yerə bilavasitə istismarçı müəssisənin nümayəndələri çağrılmalıdır.

 

10.2. Yüksək təhlükəli, qaz təhlükəli və odlu işlərin təhlükəsiz aparılmasının təşkili

 

10.2.1. Yüksək təhlükəli, qaz təhlükəli və odlu işlərin təhlükəsiz aparılmasının təşkili üçün idarənin əmri ilə obyektlərin və struktur bölmələrin rəhbər və mühəndis-texniki işçilərindən texniki təhlükəsizlik üzrə attestasiyadan keçmiş, əməyin mühafizəsi norma və qaydaları, işlərin təhlükəsiz görülməsi üzrə bilikləri yoxlanılmış cavabdeh və onları əvəz edən şəxslər təyin edilir. Onların vəzifələrinə daxildir:

- tapşırıq-icazə vərəqəsini təsdiq etmək;

- işlərin təşkilinə və təhlükəsiz aparılmasına məsuliyyət daşımaq;

- tapşırıq-icazə vərəqəsi vermək və işə buraxmaq;

- işlərin yerinə yetirilməsinə hazırlığa cavabdeh olmaq;

- hava mühitinin analizinin aparılmasına nəzarət etmək.

10.2.2. Magistral neft kəmərlərini istismar edən obyektlərdə aşağıdakı təlimatlar işlənib hazırlanmalı və təsdiq edilməlidir:

- MNK-nın partlayış-yanğın təhlükəli və yanğın təhlükəli obyektlərində odlu işlərin təhlükəsiz aparılmasının təşkili üzrə təlimat;

- MNK-nın partlayış-yanğın təhlükəli və yanğın təhlükəli obyektlərində qaz təhlükəli işlərin təhlükəsiz aparılmasının təşkili üzrə təlimat;

- MNK-nın obyektlərində yüksək təhlükəli işlərin təhlükəsiz aparılmasının təşkili üzrə təlimat;

- MNK-nın partlayış-yanğın təhlükəli obyektlərində hava mühitinin nəzarətinin təşkili üzrə təlimat;

- sərəncam üzrə yerinə yetirilən işlərin təhlükəsiz aparılmasının təşkili üzrə təlimat.

10.2.3. MNK-nın bütün obyektlərində “Partlayış - yanğın təhlükəli və yanğın təhlükəli obyektlərin (qaz təhlükəli yerlərin) Siyahısı” (Əlavə 3), “Odlu, qaz təhlükəli və digər yüksək təhlükəli işlərin Siyahısı” (Əlavə 4, 5) və “Sərəncam üzrə yerinə yetirilən işlərin Siyahısı” işlənib hazırlanmalı və təsdiq edilməlidir. Bununla yanaşı, bu obyektlərdə işlərin aparılmasına qəbul olunmuş forma üzrə “Odlu işlərin aparılmasına tapşırıq-icazə” (Əlavə 7), “Qaz təhlükəli işlərin aparılmasına tapşırıq-icazə” (Əlavə 6) tərtib olunmalıdır.

10.2.4. MNK-nın partlayış-yanğın və yanğın təhlükəli obyektlərində, eləcə də qəza hallarında odlu, qaz təhlükəli və digər yüksək təhlükəli işlərin aparılmasına tapşırıq-buraxılış vərəqi tərtib edildikdən sonra icazə verilir.

10.2.5. Partlayış-yanğın və yanğın təhlükəli obyektlərdə kənar təşkilatlar tərəfindən odlu, qaz təhlükəli və yüksək təhlükəli işlər aparılan zaman:

- MNK obyektinin və podratçı təşkilatın birgə əmri ilə tapşırıq-icazə vərəqəsini təsdiq edən, işlərin təşkilinə və təhlükəsiz görülməsinə məsuliyyət daşıyan, tapşırıq-icazə vərəqəsi verməyə səlahiyyəti olan, hazırlıq işlərinin aparılmasına cavabdeh olan istismarçı təşkilatın rəhbər və mühəndis-texniki işçiləri və podratçı təşkilatdan işlərin aparılmasına cavabdeh mütəxəssislər və hava mühitinin analizini aparan şəxslər təyin olunur;

- struktur bölmənin rəisinə və ya onu əvəz edən şəxsə tapşırıq-icazə vərəqəsi vermək, obyekti işlərin yerinə yetirilməsinə hazırlamaq;

- tapşırıq-icazə vərəqəsi üzrə işlərin yerinə yetirilməsinə cavabdeh olan kənar podratçı təşkilatların mütəxəssislərinin təhlükəsizlik norma və qaydaları üzrə bilikləri təmsil edildikləri müəssisədə yaradılmış komissiya tərəfindən Agentliyin nümayəndəsinin iştirakı ilə yoxlanılmalıdır.

10.2.6. Müxtəlif tapşırıq-icazə vərəqələri üzrə eyni vaxtda hazırlıq işlərinin aparılmasına, eləcə də tapşırıq-icazə vərəqəsinə aid olmayan işlərin yerinə yetirilməsi üçün eyni mütəxəssisi cavabdeh şəxs təyin etmək qadağandır.

10.2.7. Podratçı təşkilatın mütəxəssislərinin yüksək təhlükəli işlərin (qaz təhlükəli və odlu işlər) aparılması üçün hazırlıq işlərinə cavabdeh şəxs kimi təyin edilməsi qadağandır.

 

10.3. Magistral neft kəmərlərinin xətti hissəsində təmir işləri

 

10.3.1. Torpaq işlərinin yerinə yetirilməsində təhlükəsizlik tədbirləri

 

10.3.1.1. Neft kəmərinin üstünün açılması üzrə torpaq işlərinin aparılması yüksək təhlükəli işlərə tapşırıq-buraxılış vərəqi tərtib edilməklə aparılmalıdır.

10.3.1.2. Ekskavator işləyəndə çalovdan borunun divarına qədər 0,20 metrə qədər məsafə saxlanılmalıdır. Əgər suxur quru və bərkdirsə, qazılıb çıxarılan torpağın xəndəyə tökülməməsi üçün torpaq xəndəyin kənarından 0,5 metrdən az olmayan məsafəyə, qumlu və nəmlidirsə xəndəyin kənarından 1 metrdən az olmayan məsafədə yığılmalıdır.

10.3.1.3. Ekskavator işləyən zaman qadağandır:

- təzə tökülmüş, bərkidilməmiş süxurda ekskavatorun işləməsi;

- çalovun maksimal açılma zonasından 5 m radiusda adamların olması;

- ekskavatorun çalovu qaldırılmış vəziyyətdə ekskavatorun kabinasını tərk etmək;

- ekskavatorun yükqaldırıcı mexanizm kimi istifadə edilməsi;

- çalov torpaqla dolu vəziyyətdə olan zaman ekskavatorun yerinin dəyişdirilməsi.

10.3.1.4. Buldozer işləyən zaman qadağandır:

- hərəkətdə olan buldozerin kabinasına minmək;

- bıçağı xəndəyin maili səthinin qırağından kənara çıxarmaq;

- əvvəlcədən yumşaq mineral süxur tökülməmiş borunu donmuş süxurla örtmək;

- xəndəyin içərisində adamların olmadığını yoxlamamış borunun üstünü örtmək.

10.3.1.5. Daşıyıcı qabiliyyəti az olan torpaqlarda işləyərkən münbit layın çıxarılması bir çalovlu ekskavatorla yerinə yetirilməlidir.

10.3.1.6. Neft kəmərlərinin trası fəaliyyətdə olan yeraltı kommunikasiyalarla kəsişdiyi yerlərdə kommunikasiyadan üfüqi istiqamətdə 2 metrdən, şaquli istiqamətdə isə 1 metrdən az olan məsafədə torpağın mexaniki üsulla işlənilməsi qadağandır

10.3.1.7. Xəndəklərin divarlarında uçma təhlükəsi yaradan çatlar əmələ gələrsə, işçilər oranı dərhal tərk etməlidirlər.

10.3.1.8. Süxur sularının axını baş verdikdə çalanın divarları metal və ya taxta şpuntlarla (çıxıntılarla) bərkidilməlidirlər.

10.3.1.9. Xəndəyin içərisində adamlar olarkən xəndəyin yaxınlığında texnikanın hərəkəti qadağandır.

10.3.1.10. Torpaq işləri aparılan zaman aşağıdakılar qadağandır:

- sənədləri rəsmiləşdirilmədən işləri aparmaq;

- MNK obyektinin dispetçeri ilə ikitərəfli sabit rabitə olmadıqda işlərə başlamaq;

- işlərin yerinə yetirilməsinə cavabdeh şəxs olmadıqda torpaq işlərini aparmaq;

- buldozerin tırtılları ilə yenicə tökülmüş torpaq tökümünün kənarına 1 metrdən yaxın məsafəyə yaxınlaşmaq;

- çalada, xəndəkdə iş prosesi zamanı elektrik kabelləri, qaz kəmərləri, MNK aşkar olunduqda zərbə alətlərindən (külüng, ling, pnevmoalət) istifadə etmək.

10.3.1.11. Təmir çalası hazırlandıqdan sonra işçilərin oraya enməsinə yalnız texniki nəzarət xidməti tərəfindən mərhələ üzrə görülmüş iş qəbul edildikdən sonra və xidmətin icazəsi ilə yol verilir və bu barədə müvafiq qeydiyyat aparılır.

 

10.3.2. Neft boru kəmərlərinə vantuzların yerləşdirilməsi zamanı təhlükəsizlik tədbirləri

 

10.3.2.1. Neft boru kəmərlərinə vantuzların oyub yerləşdirilməsi odlu işlərə tapşırıq-buraxılış vərəqi tərtib edilməklə həyata keçirilməlidir.

10.3.2.2. Vantuzlar zavod şəraitində hazırlanmalı və sınaqdan keçirilməlidir.

10.3.2.3. Vantuzların hazırlanmasında və quraşdırılmasında istifadə olunan siyirtmələrin istehsalçı zavod pasportu, uyğunluq sertifikatı və istismarına Agentliyin razılığı olmalıdır.

10.3.2.4. Vantuzlar sürgünün davamlılığına, möhkəmliyinə, hermetikliyinə yoxlanılmalıdır.

10.3.2.5. Vantuzların neft boru kəmərlərinə yerləşdirilməsi üzrə işlər yerinə yetirildiyi zaman işçi zonada hava mühitinin yoxlanılması təşkil olunmalıdır.

10.3.2.6. Vantuzun qısa borusu neft boru kəmərinə, orada təzyiq 2,5 MPa-dan yuxarı olmadıqda qaynaq edilməlidir.

10.3.2.7. Vantuzların qaynaq tikişləri dağıdıcı olmayan nəzarət üsulu ilə yoxlanılmalıdır.

10.3.2.8. Vantuzda dəliklərin açılması üçün istifadə olunan qurğu partlayışdan mühafizəli olmalı, onun istismar təlimatı, istehsalçı-zavodun pasportu, uyğunluq sertifikatı və Agentliyin razılığı olmalıdır.

10.3.2.9. İdarəetmə şkafı və səyyar elektrik stansiyası yerləbirləşdirilmədən dəlik açan qurğunun işə salınması qadağandır.

10.3.2.10. Dəlik açıldıqdan sonra vantuz siyirtməsi bağlanmalı və ellips formalı tıxaclı əks flans quraşdırılmalıdır.

 

10.3.3. Xətti siyirtmələrlə işlədikdə və sarğacın kəsilməsi və quraşdırılması zamanı əsas neft kəmərindən ayrılmış sahələrdən neftin boşaldılması işlərində təhlükəsizlik tədbirləri

 

10.3.3.1. Neft boru kəmərlərinə sarğac quraşdırılmazdan əvvəl siyirtmələrin daxili boşluqları yuyulmalı, sürgülərinin hermetikliyi yoxlanılmalıdır.

10.3.3.2. Təmir olunan boru sahəsini ayıran siyirtmələr bağlanmalı və elektrik qidalandırıcısından açılmalıdır. Siyirtmələrin açılmasını istisna edən tədbirlər görülməlidir, (texniki cəhətdən mümkündürsə, sükan sökülür), “Qoşma! Adamlar işləyir!” lövhələri asılmalıdır.

10.3.3.3. Neftin boşaldılması üzrə işlər qaz təhlükəli işlərə tərtib olunan tapşırıq-icazə vərəqəsi əsasında aparılmalıdır.

10.3.3.4. Lazımi sayda vantuzları açmaqla neftdən boşaldılan boru kəmərlərinə hava daxil olmalıdır.

10.3.3.5. Neftin boşaldılması və doldurulması üçün istifadə olunan əsas nasos aqreqatları əks klapanlarla və ayırıcı siyirtmələrlə komplektləşdirilməlidir.

10.3.3.6. Nasos aqreqatları quraşdırılan meydançalar hamarlanmalı və boru sarğısı daxil olmaqla işarələnməlidir.

10.3.3.7. Dayaq nasosu bilavasitə neft boşaldılan yerin yaxınlığında quraşdırılmalıdır.

10.3.3.8. Əsas nasos aqreqatı neft boşaldılan və doldurulan vantuzlardan 50 metrdən və dayaq aqreqatından 40 metrdən az olmayan məsafələrdə yerləşdirilməlidir. Əsas nasos aqreqatları arasındakı məsafə 8 metrdən az olmamalıdır.

10.3.3.9. Elektrik stansiyası əsas aqreqatdan və neftin boşaldıldığı və doldurulduğu yerlərdən 50 metrdən az olmayan məsafədə hamar meydançada quraşdırılmalıdır. Avadanlıqlar yerləşdirildikdə fövqəladə hallar zamanı texnikanın maneəsiz hərəkəti və manevr etməsi imkanı təmin edilməlidir.

10.3.3.10. Metal xortumların və hörgü xortumların birləşmə yerlərinin hermetikliyinin pozulmasının, sallanmasının və əyilməsinin qarşısını almaq üçün onları əsas və dayaq nasosların qəbul və atqı borularına birbaşa birləşdirilməsi qadağandır.

10.3.3.11. Əsas nasos aqreqatların dizel intiqalları və elektrik stansiyaları qığılcımsöndürənlə təchiz olunmalıdır.

10.3.3.12. Əsas və dayaq nasosları, elektrik stansiyaları yerləbirləşdirici qurğular vasitəsilə yerləbirləşdirilməlidir. Nasos aqreqatlarının və işıqlandırıcı projektorların intiqallarının qidalandırıcı kabelləri xüsusi altlıqlar üzərində çəkilməlidir.

10.3.3.13. Əsas və dayaq nasos aqreqatlarının boru sarğıları əvvəlcədən sınaqdan keçirilməlidir.

10.3.3.14. Neft kəmərlərinə neftin doldurulması və boşaldılması üzrə işlər yerinə yetirilərkən qadağandır:

- iki və daha çox dayaq nasoslarının istifadəsi zamanı Dş250 mm kollektorda və neft boru kəmərində neft doldurulan vantuz siyirtmələrində əks klapanlar quraşdırılmadan neftin vurulması işlərini aparmaq;

- 0,3 MPa-dan çox izafi təzyiqi olan boşaltma sahələrində dayaq aqreqatlarından istifadə etmək;

- əgər xətdə, işçi təzyiq sahə magistral boru kəmərlərində və xortumlarda yol verilən təzyiqi aşarsa sahə magistral boru kəmərlərindən və metal xortumlarından istifadə etmək;

- çən doldurularkən neft şırnağını hündürdən axıtmaq;

- nəql zamanı nasos aqreqatları platformasında adamların olması;

- nasos aqreqatları işləyən zaman adamların aqreqatlardan, sorucu və təzyiqli boru kəmərlərindən və doldurma-boşaltma vantuzlarından 50 metrdən yaxın məsafədə (işçi heyət və rəhbər iş icraçısından başqa) olması;

- MNK-da təzyiqə nəzarət olunmadan doldurma-boşaltma əməliyyatları aparmaq;

- Sertifikatlaşdırılmamış avadanlıqlardan və qurğulardan istifadə etmək;

- uyğunluq sertifikatı olmayan avadanlıqlardan və qurğulardan istifadə etmək;

- vantuza qəbuledici borunu bərkitmədən nefti boşaldan qurğudan istifadə etmək;

- anbarı bəndin yuxarı kənarının 1 metrdən yuxarı səviyyəsinə qədər doldurmaq.

10.3.3.15. İşlər yerinə yetirilən zaman işləyən nasos aqreqatlarının bilavasitə yaxınlığında hava mühitinin yoxlanılması təşkil olunmalıdır.

 

10.3.4. Borukəsən maşınlar vasitəsilə zədəli (qüsurlu) boruların, sarğacların (katuşkaların), siyirtmələrin, birləşdirici hissələrin kəsilməsi üzrə işlər yerinə yetirilərkən təhlükəsizlik tədbirləri

 

10.3.4.1. Sarğacın kəsilməsi qaz təhlükəli işlərin yerinə yetirilməsi üçün tapşırıq-icazə vərəqəsi tərtib etməklə aparılmalıdır. İş yerinə yetirilərkən hava mühitinin yoxlanılması təmin olunmalıdır.

10.3.4.2. Sarğaclar (detallar) kəsilməzdən əvvəl neft kəmərlərində boru kəmərlərini birləşdirən və kəsilən elementi şuntlayan bənd quraşdırılmalıdır.

10.3.4.3. Sarğacların kəsilməsi işlərinə başlamazdan əvvəl iş aparılan yerlərin hər iki tərəfindən 10 kilometrdən az olmayan məsafədə drenaj və katod mühafizəsi stansiyaları açılmalıdır.

10.3.4.4. İşlər yerinə yetirilən zaman işdə istifadə olunmayan bütün texniki vasitələr 100 metrdən az olmayan məsafədə işlər aparılan zonanın xaricində yerləşdirilməlidir.

10.3.4.5. İşçi zonanın havasının təmizlənməsi üçün istifadə olunan ventilyatorlar, hava mühitini yoxlayan qazanalizatorlar, nasos avadanlıqları, çıraqlar partlayışdan mühafizəli icrada olmalıdır. Elektrik avadanlıqlarında partlayışdan mühafizənin səviyyəsini göstərən işarə olmalıdır, bu işarə olmadıqda ondan istifadə etmək qadağandır.

10.3.4.6. İstifadə edilən bütün elektrik avadanlıqları və elektrik alətləri yerləbirləşdirilməlidir.

10.3.4.7. Elektrik mexanizmləri və alətləri ayırıcı mühafizə qurğuları ilə təchiz olunmalıdırlar.

10.3.4.8. Elektrik alətlərinin gövdəsində inventar nömrəsi və növbəti yoxlamaların tarixi, gərginliyi azaldan transformatorlarda isə inventar nömrəsi və növbəti sınaqların tarixləri göstərilməlidir.

10.3.4.9. Boru kəsən maşınlarla sarğacların kəsilməsi üzrə işlər aşağıdakı hallarda qadağandır:

- frezdə qoruyucu örtük olmadıqda;

- xəndəyin (qanovun) kənarından frez daim soyudulmadıqda;

- idarəetmə pultu, boru kəsən maşın, səyyar elektrik stansiyası yerləbirləşdirilmədikdə;

- işçi çalanın içərisində adamlar olduqda;

- çalanın divarları ilə boru kəsən maşın arasında məsafə 0,5 metrdən az olduqda;

- frezin fırlanma sürəti 60 dövr/dəqiqədən çox olduqda.

 

10.3.5. Neft xətlərinin boru boşluğunun hermetikləşdirilməsi zamanı təhlükəsizlik tədbirləri

 

10.3.5.1. Boru kəmərinin hermetikləşdirilməsi üzrə işlərin yerinə yetirilməsi tapşırıq-icazə vərəqəsi və işlərin yerinə yetirilmə planına əsasən həyata keçirilməlidir. İşlərin yerinə yetirilmə planında və tapşırıq-icazə vərəqəsində boru kəmərinin hər bir sahəsinin hermetikləşdirilməsi üçün bağlanma üsulu, istifadə edilən hermetikləşdiricinin növü göstərilməlidir.

10.3.5.2. İstifadə edilən hermetikləşdiricilərin istismar üzrə təlimatı, istehsalçı zavodun pasportu, uyğunluq sertifikatı və istismarına Agentliyin razılığı olmalıdır.

10.3.5.3. Boru kəmərlərinin hermetikliyi üzrə işlərə başlamazdan əvvəl çalada havanın analizi aparılmalıdır. Buraxılabilən qatılıq həddi (300 mq/m3) artan zaman partlayışdan mühafizəli oxlu ventilyatorlarla təmir çalasının havası dəyişdirilməli və qaz yığılmasının qarşısı alınmalıdır.

10.3.5.4. Hermetikləşdiricilər quraşdırılan yerlərdə boru kəmərinin daxili səthi neftdən, parafindən, çirkdən və yanıq dəmirdən tam təmizlənməlidir.

10.3.5.5. Borunun açıq tərəfindən boru kəmərinə hermetikləşdiricinin quraşdırılması üzrə işlər, sarğacın (katuşka) quraşdırılmasından sonra boru kəmərindən havanın buraxılması və hermetikləşdiricinin sökülməsi həmin işlərin aparılmasına cavabdeh mühəndis-texniki işçinin rəhbərliyi altında aparılmalıdır.

10.3.5.6. Hermetikləşdiricilər boru kəmərinin divarında açılmış dəlikdən bayıra çıxarılan hava xətti ilə təchiz olunmalıdırlar. Bu xətt hermetikləşdiricinin hava təzyiq tənzimləyicisinə və nəzarət qovşağına birləşdirilməlidir.

10.3.5.7. Hava təzyiqinin tənzimləyicisi və nəzarət qovşağı olmayan hermetikləşdiricilərdən istifadə etmək, eləcə də hermetikləşdiricilərdən kəmərin açıq tərəfindən havanın verilməsi və buraxılması qadağandır.

10.3.5.8. Qaynaq işləri başa çatdıqdan sonra və qaynaq calaqlarının defektoskopiya üsulu ilə yoxlanılmasının nəticələri müsbət oldugu halda hermetikləşdiricidən hava buraxılmalı, təzyiqə nəzarət və tənzimləyici qurğu sökülməlidir.

10.3.5.9. Borunun açıq tərəfindən hermetikləşdiricinin sökülməsindən əvvəl işlərin yerinə yetirilməsinə cavabdeh şəxs neft kəmərindəki qazın təzyiqini yoxlamalıdır. Neft kəmərindəki təzyiq atmosfer təzyiqindən fərqli olduqda işlər dayandırılmalı və təzyiqi atmosfer təzyiqi səviyyəsinə çatdırmaq üçün tədbirlər görülməlidir.

10.3.5.10. Boru kəmərinin açıq tərəfinin qarşısında işlər aparıldıqda, hermetikləşdirici hava ilə doldurulduqda və hermetikləşdiricinin sökülməsi zamanı işçilərin orada olması qadağandır.

10.3.5.11. Hermetikləşdiricinin qarşısındakı neftin səviyyəsinə, boru kəmərlərində qazın izafi təzyiqinə və ya vakuuma nəzarət hermetikləşdiriciyə qədər 30 metrdən az olmayan məsafədə, boru kəmərinin yuxarı səthində diametri 8-12 mm olan açılmış dəliklərdən aparılmalıdır. Onlara 30 m məsafədən nəzarət etmək mümkün olmadığı halda (texnoloji boru kəmərlərində, bağlayıcı armaturlar mövcud olduqda və s.), mümkün qədər uzaq məsafədə şlanq quraşdırmaqla dəliklər açılmalı və şlanqın bir ucu 30 metrdən az olmayan məsafəyə çəkilməlidir. Şlanqın kəmərə birləşdirildiyi yer hermetikləşdirilməlidir.

10.3.5.12. Hermetikləşdiricidən sonra yerləşən neft kəmərinin sahəsində işlər görülən zaman qazın izafi təzyiqinə və yaxud vakuuma bir saatdan bir nəzarət dəliyindən nəzarət olunmalıdır.

10.3.5.13. Nəzarət dəliklərinin üzərində alüminium millərin üstünə taxılmış kiçik mayaklar quraşdırılmalı, neft kəmərlərinin boşaldılmış sahəsinə neftin daxil olması, qaz təzyiqinin artması və ya yaranan vakuumun vaxtında aşkar edilməsi məqsədilə daimi müşahidə təşkil edilməlidir.

10.3.5.14. Neft kəmərində qazın təzyiqi atmosfer təzyiqi ilə müqayisədə dəyişdikdə işlər dayandırılmalı və təzyiqin dəyişmə səbəbinin aradan qaldırılması üzrə tədbirlər görülməlidir.

10.3.5.15. Təmir çalasında boru kəmərinin daxili boşluğunun hermetikləşdirildiyi zaman çalada hermetikləşdiricini quraşdıran işçilər olmalıdır.

10.3.5.16. Rezinkord hermetikləşdiricisi neft boru kəmərinin daxili boşluğuna quraşdırılmazdan əvvəl onun sıxılmış hava (təsirsiz qazla) ilə doldurulması qadağandır.

10.3.5.17. Rezinkord hermetikləşdiricisinin təkrar istifadəsi qadağandır.

10.3.5.18. Ətraf mühitin temperaturu mənfi 300C-dən aşağı olduqda rezinkord hermetikləşdiricisinin istifadəsi qadağandır.

10.3.5.19. Rezinkord hermetikləşdiricisinin quraşdırılması və çıxarılması zamanı zərbə mexanizmlərindən istifadə etmək qadağandır.

10.3.5.20. Mühafizə barmaqlıqlarından və bucurqadlardan istifadə etmədən neft kəmərinin daxili boşluğundan rezinkord hermetikləşdiricisinin çıxarılması üzrə işlərin aparılması qadağandır.

10.3.5.21. Hermetikləşdiricidə təzyiqin tam həddə qədər aşağı düşdüyü vaxta qədər və boru kəməri ilə hermetikləşdirici arasında məsafə əmələ gələnə qədər boru kəmərinin açıq ucundan rezinkord hermetikləşdiricisinin çıxarılması qadağandır.

10.3.5.22. Gecə vaxtı işçi çalanın işıqlandırılması partlayış mühafizəli hazırlanmış çıraqlarla (projektorlarla) yerinə yetirilməlidir. Yerli işıqlandırma üçün gərginliyi 12 V-dan çox olmayan partlayış mühafizəli çıraqlardan (akkumulyatorlu fənərlərdən) istifadə edilməlidir.

 

10.3.6. Qaynaq-quraşdırma işlərinə hazırlıq və yerinə yetirilməsi zamanı təhlükəsizlik tədbirləri

 

10.3.6.1. Qaynaq-quraşdırma işlərinə hazırlıq zamanı və onların yerinə yetirilməsində görülən işlər tapşırıq-icazə vərəqəsinə və işlərin yerinə yetirilmə planına əsasən həyata keçirilməlidir.

10.3.6.2. Qaynaq-quraşdırma işləri yerinə yetirilən zaman hava mühitinin yoxlanılması təşkil olunmalıdır.

10.3.6.3. Sarğaclar (katuşka) boruya uyğunlaşdırıldıqda və ya borunun ucları kəsildikdə boru kəmərinin açıq uclarının qarşısında dayanmaq, eləcə də həmin əməliyyatı yerinə yetirməyən şəxslərin orada olması qadağandır.

10.3.6.4. Boru kəmərinin nasaz (qüsurlu) sahəsinin təmiri zamanı quraşdırılan boruların, sarğacların, birləşdirici detalların, armaturların sertifikatları və pasportları olmalıdır.

10.3.6.5. Boru kəmərinin nasaz (qüsurlu) sahəsinin təmiri zamanı quraşdırılan borular, sarğaclar, birləşdirici detallar, armaturlar hidravlik üsulla sınaqdan keçirilməlidir. Sınaq aktları istismarçı təşkilata təqdim olunmalıdır.

10.3.6.6. Cilalama maşını ilə işləyərkən qadağandır:

- xüsusi geyim və xüsusi ayaqqabıdan, dəbilqə və qoruyucu eynəkdən istifadə etmədən işləmək;

- işci dairənin mühafizə örtüyünü çıxarmaq;

- cilalama dairəsinin fırlanma sürəti cilalama maşınının fırlanma sürətindən az olduqda ondan istifadə etmək;

- cilalama dairəsini əl ilə dayandırmaq;

- cilalama dairəsi tam dayanana qədər cilalama maşınını yerə qoymaq;

- cilalama maşını şəbəkədən açılmadan işçi dairəni bərkitmək və ya dəyişdirmək.

10.3.6.7. Elektrik qaynaq aparatının gövdəsində inventar nömrəsi, izolyasiyanın müqavimətinin növbəti ölçmə tarixi və aidiyyatı olan şöbə göstərilməlidir.

10.3.6.8. Zavod şəraitində istehsal olunmayan və dəstəklərinin izolyasiyası pozulmuş elektrik tutucularından istifadə etmək qadağandır.

10.3.6.9. Küləyin sürəti 10 m/san-dən artıq olduqda və atmosfer yağıntısı (qar və ya yağış) düşən zaman iş yerinə yetirilən sahənin talvarı olmadıqda, orada qaynaq işlərinin aparılması qadağandır.

10.3.6.10. Qaz balonlarının nəqli başlıqları bağlanmış halda həyata keçirilməlidir.

10.3.6.11. Oksigen balonları ilə yanar qaz balonlarının bir yerdə nəqli qadağandır.

10.3.6.12. Balonların nəqli zamanı avtomobillərin banlarında adamların olması qadağandır.

10.3.6.13. Yoxlama müddəti keçmiş balonların istifadəsi qadağandır.

10.3.6.14. Balonlardan açıq od mənbəyinə qədər məsafə 5 metrdən az olmamalıdır.

10.3.6.15. Nasaz və ya sınaq müddəti keçmiş manometrli reduktorlardan istifadə etmək qadağandır.

10.3.6.16. Qaynaq kabellərindən oksigen balonlara qədər məsafə 0,5 metrdən, yanar qaz balonlarına qədər məsafə isə 1 metrdən az olmamalıdır.

10.3.6.17. Qazkəsici qurğunun şlanqlarının (xortumların) ümumi uzunluğu 30 metrdən çox olmamalıdır. Xortum, üçdən çox olmayan, öz aralarında ikitərəfli büzmələnmiş nippellərlə birləşdirilmiş və xamutla bərkidilmiş ayrı-ayrı hissələrdən ibarət olmalıdır.

10.3.6.18. Qazkəsici qurğunun şlanqları (xortumlar), reduktorlar, qaz odluqları dövri sınaqdan keçirilməlidir.

 

10.3.7. Neft boru kəmərinin neftlə doldurulması zamanı əsas təhlükəsizlik tədbirləri

 

10.3.7.1. Boru kəmərlərinə neftin doldurulması üzrə işlər qaz təhlükəli işlərə tapşırıq-icazə vərəqəsi əsasında yerinə yetirilməlidir.

10.3.7.2. Qaz-hava qarışığının buraxılması üzrə işlər aparılan zonada həmin işlərin yerinə yetirilməsi ilə əlaqəsi olmayan adamların və texnikanın olması qadağandır.

10.3.7.3. İşlər gecə vaxtı aparılan zaman iş yerləri işıqlandırılmalıdır. İşıqlandırıcı cihazlar partlayış mühafizəli olmalıdır. Yerli işıqlandırma üçün gərginliyi 12 V-dan çox olmayan partlayış mühafizəli çıraqlardan (akkumulyatorlu fənərlərdən) istifadə edilməlidir (onlar partlayış təhlükəli zonaların hüdudlarından kənarda qoşulmalı və açılmalıdır).

10.3.7.4. Vantuzdan 20 metrdən az məsafədə yerləşən elektrik ötürücü xətlərinin, transformator məntəqələrinin istiqamətində qaz-hava fraksiyasının buraxılması qadağandır.

10.3.7.5. İşin yerinə yetirilmə planında, quyuda və ya vantuz quraşdırılan yerdə işin təhlükəsiz aparılmasını təmin edən məsafəyə qaz-hava qarışığının ötürülməsi üzrə tədbirlər nəzərdə tutulmalıdır.

10.3.7.6. Tufanlı hava şəraitində neft kəmərlərindən qaz-hava qarşığının buraxılması qadağandır.

10.3.7.7. Qaz-hava qarışığı buraxılan yerdən 100 metrdən yaxın məsafədə texniki vasitələrin olması və açıq alovdan istifadə edilməsi qadanğandır.

10.3.7.8. Qaz-hava qarışığının buraxılması üzrə işləri yerinə yetirməzdən əvvəl hava mühitinin analizi aparılmalıdır.

10.3.7.9. Quyuda iş görülən zaman işçi şlanqlı əleyhqazda olmalı, xilasedici kəmər taxmalı və bu işlər “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun yerinə yetirilməlidir.

 

10.4. İzoləedici işlər

 

10.4.1. İzoləedici işlər tapşırıq-icazə vərəqəsi və işlərin yerinə yetirilməsi planı üzrə həyata keçirilməlidir.

10.4.2. Neft kəmərinin izolyasiyadan təmizlənməsi zamanı açıq alovdan istifadə etmək qadağandır.

10.4.3. İzoləedici işlərin yerinə yetirilməsi zamanı açıq oddan istifadə etməklə istifadə olunan bitum əridən qazanın neft kəmərindən 50 metrdən yaxın məsafədə yerləşdirilməsi qadağandır.

10.4.4. Astarlanmanı (qruntovka) hazırlayarkən qızdırılmış bitumun üzərinə benzin tökmək qadağandır.

10.4.5. Astarlanma (qruntovka) və həlledici ilə işləyən zaman qadağandır:

- etilləşdirilmiş benzindən və benzoldan istifadə etmək;

- onları açıq taralarda saxlamaq və nəql etmək;

- doldurulmuş taraları yükləmə-boşaltma zamanı tullamaq, onların tıxaclarını burub çıxarmaq və qapaqları açmaq, qığılcım əmələ gətirən metal əşyalarla zərbə vurmaq;

- açıq alovdan 50 metrdən yaxın məsafədə onları qarışdırmaq və boşaltmaq.

10.4.6. Bitum polimer mastikasının hazırlandığı yerdə yanğınaqarşı vasitələrin dəsti olmalıdır.

10.4.7. Yanan bitumu su və ya qar ilə söndürmək qadağandır.

10.4.8. Qızdırılmış bitum polimer mastikasını xüsusi çəlləklərdə daşınmasına yol verilir.

10.4.9. Xəndəyə (qanova) qızdırılmış bitum polimer mastikasının verilməsi və tarada əldən-ələ ötürülməsi qadağandır. Qızdırılmış izoləedici mastikanı tutumla xəndəyə (qanova) verilməsi üçün yükqaldırıcı mexanizmlərdən istifadə edilməlidir.

10.4.10. Polimer təbəqədən istifadə edilən zaman qadağandır:

- polimer təbəqənin saxlandığı yerdən 50 metrdən yaxın məsafədə açıq alovun qalanması;

- maşının banında eyni vaxtda adamların və polimer təbəqənin (plyonkanın) daşınması.

10.4.11. Elektroqığılcımlı defektoskopla çəkilmiş izoləedici örtüyün bütövlüyünün yoxlanılması zamanı xəndəkdə (qanovda) kənar şəxslərin olması qadağandır.

10.4.12. Elektroqığılcımlı defektoskopla izoləedici örtüyün bütövlüyünün yoxlanılmasını aparan heyət fərdi mühafizə vasitələri ilə təmin edilməli (rezinli dielektrik boğazlı qaloş və əlcəklər), xəndəyin dibi düzəldilməlidir.

10.4.13. Yağış və qar yağan zaman elektroqığılcımlı defektoskopla izoləedici örtüyün bütövlüyünün yoxlanılması qadağandır.

 

10.5. Su basmış və yumşaq torpaqlarda, magistral neft boru kəmərlərinin su keçidlərində təmir işləri

 

10.5.1. Ümumi tələblər

 

10.5.1.1. Hazırlıq işləri, kommunikasiyaların işarələnməsi və MNK sahəsinin podratçıya təhvil verilməsi, təmir işlərinin yerinə yetirilməsi üçün sənədlərin rəsmiləşdirilməsi bu Qaydaların 10.1.1-ci yarımbəndinin tələblərinə müvafiq yerinə yetirilməlidir.

10.5.1.2. Təmir işlərinin yerinə yetirilməsi üzrə sənədlərin rəsmiləşdirilməsi zamanı su və balıq ehtiyatlarının tənzimlənməsi və mühafizəsi üzrə orqanlar, su yolları və gəmilər işləyən çaylarda gəmiçilik orqanları ilə işin yerinə yetirilmə layihəsi və müddəti əlavə olaraq razılaşdırılmalıdır.

10.5.1.3. Təmir işləri yerinə yetirilən zaman suyun səviyyəsinin ölçülməsi gündəlik aparılmalıdır.

10.5.1.4. Təmir işləri yerinə yetirilən zaman iş aparılan yer daimi rabitə ilə təmin edilməlidir.

10.5.1.5. Təmir işləri yerinə yetirilərkən magistral neft boru kəmərlərinin sualtı keçidlərində maksimal buraxılabilən işçi təzyiq 2,0 MPa-dan və möhkəmliyin hesablanma nəticələri üzrə maksimal buraxılabilən işçi təzyiqdən artıq olmamalıdır.

10.5.1.6. İş yerinə yetirilən zaman aşağıda göstərilən (qeyd edilən) tədbirləri yerinə yetirmək yolu ilə boru kəmərinin üstü açılmış sahəsinə minimal təsir təmin edilməlidir:

- üstü açılmış sahənin uzunluğu işin yerinə yetirilmə layihəsində göstərilən miqdarı aşmamalıdır;

- hermetik kameranın quraşdırılması zamanı boru kəmərinə cəm yükün təsir qüvvəsi diametrləri Dş 500 mm-ə qədər olan kəmərlər üçün 1500 kq-ı, Dş 500 mm-dən yuxarı olan kəmərlər üçün isə 2500 kq-ı aşmamalıdır.

 

10.5.2. Sualtı texniki işlər zamanı təhlükəsizlik tələbləri

 

10.5.2.1. Sualtı neft boru kəmərlərinin keçidlərində təmir işlərinin aparılmasına yaşı 20-dən az olmayan, müvafiq iş növü üzrə ixtisas dərəcəsi, dalğıc enmələrinə icazəsi, şəxsi tibb kitabçası olan, təhlükəsiz iş üsulları üzrə təlimatlanıdırılmış, biliyi yoxlanılmış və ildə bir dəfədən az olmayaraq dalğıc ləvazimatlarında təlim məşqləri keçmiş dalğıclar buraxılır.

10.5.2.2. Neft boru kəmərlərinin sualtı keçidlərində təmir işləri sayı üç nəfərdən az olmayan dalğıc briqadası tərəfindən yerinə yetirilməlidir.

10.5.2.3. Dalğıc işlərinə başlamazdan əvvəl təmir işləri aparan təşkilatın müdiriyyətinin əmri ilə təyin edilir:

- dalğıc işlərinə rəhbərlik edən şəxs;

- dalğıc enmələrinə rəhbərlik edən şəxs;

- dalğıc briqadasının tərkibi;

- tibbi təminata cavabdeh şəxs;

- dalğıc enmələrini və işlərini təmin edən şəxslər.

10.5.2.4. Suda işlərin yerinə yetirildiyi sahədə xilasetmə xidməti təşkil olunmalıdır.

10.5.2.5. İşə başlamazdan əvvəl axının faktiki sürəti ölçülməlidir. Axının sürəti 1m/san-dən çox olduqda işlər dalğıc ləvazimatlarından və mühafizə qurğularından istifadə etməklə yerinə yetirilməlidir.

10.5.2.6. Gəmilər hərəkət edən çaylarda və su anbarlarında sualtı texniki işlər yerinə yetirilməzdən əvvəl hidrometeoroloji xidmətlə daimi əlaqə yaradılmalıdır.

10.5.2.7. Üzən vasitələrin üzərində görülən bütün işlər və dalğıcların suya enmələri dənizin dalğalanması 2 baldan çox olmadıqda aparılmalıdır.

10.5.2.8. Dalğıc enmələri 12 m və bundan çox dərinlikdə aparıldıqda bu yerdə rekompressiya kamerası və tibbi heyət (dalğıc həkimi) olmalıdır. Enməyə başlamazdan əvvəl kamera işə hazırlanmalı və enmənin dərinliyinə müvafiq rekompressiya rejimi üçün hava ehtiyatı olmalıdır.

10.5.2.9. Mənfi hava temperaturunda sualtı işləri apararkən, sualtına enən dalğıcların don vurmasına qarşı tədbirlər görülməlidir. Belə tədbirlərə aiddir: ikinci dalğıc alt paltarı komplektinin geyilməsi və dalğıclarin su altinda olma vaxtlarının məhdudlaşdırılması, dalğıcları fəal isidən vasitələrin, dalğıcların geyinib-soyunmsı üçün isidilən yerlərin (budkaların), çadırların istifadə olunması, qoruyucu vasitələrin və ya isidilməyən budkaların və çadırların bilavasitə yarıqların üstündə qurulması.

Tək enmələr və 3 saatdan az davam edən qısamüddətli dalğıc işləri zamanı yarıqların yanında çadır və ya isidilən budka qurulmalıdır.

Uzun müddətli dalğıc işlərində budkanı bilavasitə yarığın üstündə quraşdırırlar və dalğıcların enməsini budkadan aparırlar.

Bu vaxt, budkanın quraşdırıldığı yerdə buzun qalınlığına hər gün nəzarət edilməlidir. Xidmətedən personalın küləkdən və aşağı temperaturlardan qorunması üçün tədbirlər görülməlidir. Havanı dalğıc pompası ilə verən zaman, onu isidilən budkada quraşdırmaq qadağandır.

Hər bir halda işin konkret şəraitindən asılı olaraq, donvurmaya qarşı lazımi tədbirlər, tibbi təminatı həyata keçirən cavabdeh-məsul şəxs tərəfindən təyin olunmalıdır.

10.5.2.10. Qışda havanın mənfi 300C-dən aşağı olmayan tem¬peraturunda dalğıcların enməsi ventilyasiya olunan ləvazimatda,mənfi 200C-dən aşağı olmayan temperaturda isə hidrokombinezonlarda aparılmalıdır. Havanın temperaturunun mənfi 200C-dən aşağı olmasının qarşısını almaq və uzun müddətli dalğıc enmələrinin aparılmasının mümkünlüyünü yaratmaq üçün, bilavasitə enən yerin üstündə isidilən otaqlar qurulmalıdır.

Yarığın üstündə qoruyucu vasitələr olmayanda, dalğıcların enməsi qadağandır:

-havanın mənfi 100C-dən aşağı temperaturunda küləyin gü¬cü 7 baldan (14 m/san.) yuxarı olarsa;

-havanın mənfi 150C-dən aşağı temperaturunda küləyin gücü 5 baldan (8,5 m/san.) yuxarı olarsa.

Təsadüfi (xüsusi) hallarda (insanların xilas olunması, qəzalar və s.), dalğıc enmə rəhbərinin xüsusi icazəsi ilə, konkret şəraitdən asılı olaraq, daha da aşağı temperatur və daha güclü küləkdə, bütün təhlükəsizlik tələblərini mütləq yerinə yetirməklə enmələrə yol verilir.

10.5.2.11. Dalğıcların enməsi zamanı havanın temperaturu 00C-dən aşağı olanda, dalğıc ləvazimatının (hava paylayıcı lövhələrin, şlanqların, şlanqlı birləşmələrin, nəfəsalma avtomatların reduktorlarının, boşaldıcı qoruyucu və nəfəsalma klapanlarının) donmaması üçün, tədbirlər görülməlidir.

Dalğıc işləri aparılan yerdə dalğıc nəfəsalma aparatlarının şlanq birləşmələrinin, reduktorlarının, nəfəsalma avtomatlarının klapanlarının, dalğıc şlemləri və dalğıc kompressorlarının isidilməsi üçün isti su, əski-üskü və ya kəpitkə (paklya) və başqa istiliyi qoruyan materiallar kifayət qədər olmalıdır.

10.5.2.12. İşlər yerinə yetirilməzdən əvvəl buz səthinin üzərindən qar təmizlənən zaman buzun qalınlığı ölçülməli və onun dayanıqlığı yoxlanılmalıdır.

10.5.2.13. Buz üzərində eyni vaxtda yerləşdirilən mexanizm və tikinti materiallarının ağırlığı buz üçün yol verilən ağırlığı aşmamalıdır.

10.5.2.14. Buzun dayanıqlığı hər gün yoxlanılmadan buz üzərində işlərin aparılması qadağandır.

 

10.5.3. Hidromonitorla işləyən zaman təhlükəsizlik tələbləri

 

10.5.3.1. İşə başlamazdan əvvəl:

- dalğıclar imza atmaqla işçi layihə və işlərin yerinə yetirilmə layihəsi ilə tanış olmalıdırlar;

- hidromonitorun taxılan ucluğuna ballast qurğusunun bərkidilməsinin, ayrılan birləşmələrin və şlanqların vəziyyətləri yoxlanılmalıdır;

- hidromonitorda saz və yoxlanılmış monometrin olması yoxlanılmalıdır.

10.5.3.2. Torpaq işlərinə başlamazdan əvvəl dalğıc xidməti sualtı xəndəyin (qanovun) eninə çayın və ya su hövzəsinin dib sahəsini tədqiq etməli, aşkar edilən kənar əşyalarla zibillənən sahəni təmizləməlidir.

10.5.3.3. Dalğıc su altında hidromonitorla süxuru (torpağı) işləyən zaman xəndəyin (qanovun) mail səthinin vəziyyətinə nəzarət etməli və oyuqda çətirin əmələ gəlməsinə yol verməməlidir. Hidromonitorun maşinisti dalğıcın verdiyi bütün əmrləri yerinə yetirməlidir.

10.5.3.4. Hidroyuyucu vasitələrlə torpağın işlənilməsində eyni vaxtda iki və ya bir neçə dalğıclar arasındakı məsafə 10 metrdən az olmamalıdır. Dalğıcların hərəkəti razılaşdırılmalıdır.

10.5.3.5. Dalğıc təzyiq altında olan hidravlik lüləni əlindən yerə qoymamalıdır. Hidravlik lülədən şırnaq yaxınlıqda işləyən dalğıca tərəf yönəldilməməlidir.

10.5.3.6. Hidromonitor işləyən zaman işçi çalaya dalğıc baxışı aparmaq qadağandır.

 

10.5.4 Torpaqqazanla torpağın işlənilməsi

 

10.5.4.1. Torpaqqazanla torpağın qazılması zaman aşağıdakı təhlükəsizlik tələblərinə riayət edilməlidir:

- torpaqqazanın perimetr boyu etibarlı dayaqlarla bərkidilmiş göyərtənin tarım çəkilib bağlanmış buraz çəpərlənməsi olmalıdır;

- pontonların möhkəm döşəməsi və tarım çəkilib bağlanmış buraz (leyer) çəpərlənməsi olmalıdır;

- torpaqqazandan sahilə və ya digər gəmilərə keçmək üçün taxta körpü (traplar) quraşdırılmalıdır;

- iş yerləri və pontonlar gecə vaxtı bütün uzunluğu boyu işıqlandırılmalıdır.

10.5.4.2. İşləyən torpaqqazanı nəzarətsiz qoymaq və eləcə də bucurqad işləyən zaman bilavasitə polad burazın yaxınlığında dayanmaq qadağandır.

10.5.4.3. İş yerləri və mexanizmlərə keçidlər təmiz saxlanılmalı və kənar əşyalarla tutulmamalıdır.

10.5.4.4. Suyun axın sürəti 1,5 m/san-dən çox olduqda sualtı texniki işlərin aparılması qadağandır.

 

10.5.5. Kanat - skreper qurğusu ilə işləyən zaman təhlükəsizlik tələbləri

 

10.5.5.1. Kanat-skreper qurğusu vasitəsilə sualtı qanovun işlənməsi zamanı mexanizmin bütün qovşaqlarının və əyləc qurğularının, bucurqadın bərkidilməsi üçün torpağa salınan lövbərin etibarlılığı, kanatın hərəkət yolunda maneələrin (daşların, təpəcəklərin və s.) olmaması yoxlanılmalıdır.

10.5.5.2. Kanat - skreper qurğusunun işi zamanı qadağandır:

- burazın və skreper çalovunun hərəkət zonasında qanovu ölçmək;

- skreper bucurqadı işə salmazdan əvvəl buldozer vasitəsilə yığılmış torpağı təmizləmək;

- dalğıcı fəaliyyətdə olan işçi sahəyə buraxmaq;

- hərəkət edən çalovu əllər vasitəsilə istiqamətləndirmək və ya onu əl ilə torpaqdan təmizləmək;

10.5.5.3. İşlənib hazırlanmış topraq gəmiçiliyə mane olmamalıdır.

10.5.5.4. Torpağın yığıldığı yerlərdə insanların yuyulmuş torpaqlara daxil olmasına qadağa qoyulması barədə lövhələr asılmalıdır.

 

 

 

10.5.6. Sualtı xəndəklərdə boru kəmərinin çəkilməsi zamanı təhlükəsizlik tələbləri

 

10.5.6.1. Sualtı boru kəmərinin çəkilməsi sutkanın işıqlı vaxtında həyata keçirilməlidir.

10.5.6.2. Boru kəmərlərinin çəkilməsi zamanı onun üstündən keçmək və ya üzərində dayanmaq qəti qadağandır. Həmçinin dartqı kanatlarına 20 metrdən yaxın məsafədə olmaq qadağandır.

10.5.6.3. Qəza hallarında boru kəmərlərinin çəkilməsi əməliyyatının saxlanılması barədə siqnal vermək lazımdır.

 

10.5.7 Şpunt divarının quraşdırılması zamanı təhlükəsizlik tələbləri

 

10.5.7.1. Şpuntun suya salınması vibroyükləyicilər vasitəsilə həyata keçirilir.

10.5.7.2. Vibroyükləyici ancaq suya salındıqdan, şpunta birləşdirildikdən və saxlayıcı polispastlar müəyyən qədər yükdən azad olduqdan sonra işə salınmalıdır.

10.5.7.3. Vibrator işlək vəziyyətdə olduğu müddətdə polispastlar boşaldılmış vəziyyətdə saxlanılmalıdır. İş prosesində hər fasilə vaxtı vibrator söndürülməlidir.

10.5.7.4. Şpuntun rabitə məftilindən və fəaliyyətdə olan neft boru kəmərlərindən 0,5 metrdən yaxın məsafədə suya salınması qadağandır.

10.5.7.5. Dayaqların quraşdırılması və bağlama işlərini yerinə yetirməmiş özül yerinin qazılmasına (torpaq işlərinə) başlamaq qadağandır.

 

10.5.8 İzolyasiya işləri zamanı təhlükəsizlik tələbləri

 

10.5.8.1. İzolyasiya işlərində istifadə olunan izolyasiya materiallarından ibarət qarışıqlar açıq havada və yaxud ventilyasiya sistemi ilə təchiz olunmuş yerlərdə hazırlanmalıdır.

10.5.8.2. İzolyasiya işlərinə başlamazdan əvvəl hava mühitini analiz etmək lazımdır.

10.5.8.3. Elektroqığılcımlı defektoskopdan istifadə zamanı qadağandır:

- dielektrik əlcəksiz və rezin qaloşsuz işləmək;

- defektoskopu elektrik qida mənbəyindən açmamış yerləbirləşdiriciyə və şupa (torpağı yoxlamaq üçün burğu şəkilində alət) toxunmaq;

- neft kəmərlərinin izolyasiya örtüyünün səthi nəm olduğu halda izolyasiyanın keyfiyyətini yoxlamaq.

 

10.5.9. Hermetikləşdirici kameraların istismarı zamanı təhlükəsizlik tələbləri

 

10.5.9.1. Hermetikləşdirici kameranın quraşdırılması neft kəmərinin üfüqə nisbətən vəziyyəti müəyyən olunduqdan sonra (uzununa meyl təyin olunduqdan sonra) yerinə yetirilə bilər.

10.5.9.2. Şaxta hermetikləşdirici kameranın yaxalığına boltlar vasitəsilə birləşdirilməlidir.

10.5.9.3. Çay yatağında kəmərin meylli hissəsində hermetikləşdirici kameranı quraşdırdıqda onu kameranın yığım çüxuruna istiqamətləndirmək lazımdır.

10.5.9.4. Çay yatağında işin aparılması zamanı şaxta şaquli quraşdırılmalı və dartıcılar vasitəsilə bərkidilməlidir.

10.5.9.5. Hermetikləşdirici kamera fasiləsiz iş rejimində işləyən stasionar qazanalizatoru ilə təchiz olunmalıdır.

10.5.9.6. Hermetikləşdirici kameranın istismarı qadağandır:

- təyin olunmuş yerlərdə qəza-xilasetmə ləvazimatları olmadıqda;

- hermetikləşdirici kameradan kənarda növbətçilər (xilasedicilər) olmadıqda;

- şaxta və hermetikləşdirici kamera bərkidilməmiş olduqda və ballastlaşması olmadıqda;

- mexaniki ventilyasiya olmadıqda;

- qəza işıqlanma və qəza ventilyasiya, qəza vəziyyəti üçün xilasetmə və qoruyucu vasitələr olmadıqda;

- kameranın gövdəsinin zədələndiyi şəraitdə (çat şəkilli qüsur, əzik və yarıq)

- kipləşdiricilərin zədələndiyi hallarda;

-vintli sıxacların işinin pozulması və ya onların zədələnməsi zamanı.

10.5.9.7. Hermetikləşdirici kamerada təmir işləri zamanı iki nəfərdən az olmayan və yalnız konkret iş ilə məşğul olan şəxslər ola bilər.

10.5.9.8 Hermetikləşdirici kamerada işləyən işçi heyət sığortalayıcı kəmər, müstəqil nəfəsalma aparatı və müstəqil işıq mənbəyi olan qəza komplektinə malik olmalıdır.

10.5.9.9. Hermetikləşdirici kameraya enən (girən) işçilər bağlanmış sığortalayıcı uclu asma xilasedici sistem və montaj dəbilqəsi geyməlidir.

Kəndirlərin sığortalayıcı ucları kameradan kənarda möhkəm və etibarlı bağlanmalıdırlar.

10.5.9.10. Kameradan kənarda küləkdəyən tərəfdə (yerdə) hermetik kamerada işləyən işçi heyətin işini fasiləsiz izləyən ikidən az olmayan adam olmalıdır.

10.5.9.11. Hermetikləşdirici kameraya hər hansı alətlərin, təmir-montaj materiallarının ötürülməsi və oradan çıxarılması yalnız tara vasitəsilə həyata keçirilə bilər;

10.5.9.12. Qazla (propan, oksigen və s.) dolu balonların hermetikləşdirici kameraya ötürülməsi qadağandır.

10.5.9.13. Qaz-hava mühitinin parametrlərinin normadan kənara çıxma hallarında iş dərhal dayandırılmalı, işçi heyət hermetik kameradan kənarlaşdırılmalıdır.

10.5.9.14. Hermetikləşdirici kamerada işləyən işçi heyət ikitərəfli telefon əlaqəsi ilə təmin olunmalıdır.

10.5.9.15. Kameranın avadanlıqlarının və işıqlandırılmasının qidalandırma mənbəyi ondan kənarda yerləşdirilməlidir. Hermetikləşdirici kameranın işıqlanması 12 V gərginlikli çıraqlar vasitəsilə həyata keçirilməlidir.

10.5.9.16. İşin təşkilinə məsuliyyətli şəxs hermetikləşdirici kameranın mütəmadi olaraq xaricdən dalğıc baxışının keçirilməsini təşkil etməlidir.

 

10.6 Çənlərin təmizlənməsi və təmiri

 

10.6.1. Ümumi tələblər

 

10.6.1.1. Çənlərdə təmir işlərinə başlamazdan əvvəl işin istehsalat layihəsi, onların təhlükəsiz aparılması üzrə tədbirlər və təmir kartası hazırlanmalıdır. Bu sənədlər Agentliklə razılaşdırılmalı və müəssisəsinin baş mühəndisi tərəfindən təsdiq olunmalıdır.

10.6.1.2. Çəni çöküntülərdən təmizləmə işinə başlamazdan əvvəl onun dibini və daxili divarlarını çöküntüdən təmizləmək üçün işin aparılması layihəsi işlənib hazırlanmalıdır.

10.6.1.3. Çənin dibinin çöküntülərdən təmizlənməsi üçün işlərə rəhbərlik edən məsul şəxs təyin olunumalıdır. İşlər bilavasitə məsul şəxsin rəhbərliyi altında aparılmalıdır.

10.6.1.4. Çəni istismardan çıxarmaq üçün aşağıdakı əməliyyatlar yerinə yetirilməlidir:

- çən texnoloji xətdən ayrılmalı;

- siyirtmələr əl ilə bağlanmalı və tam sıxılmalı;

- siyirtmələrin kipliyi yoxlanılmalı;

- siyirtmələrin və çöküntülərin yuyulması üçün qurğu elektrik qida mənbəyindən ayrılmalı;

- elektrik intiqalında və idaretmə açarında xəbərdaredici nişanlar asılmalıdır.

10.6.1.5. Qapayıcıların qəbul-paylama qurğusunun əsas siyirtmələrində quraşdırılması üzrə işlər, çəndəki neftin səviyyəsi qəbul-paylama qurğusunun qısa borusunun alt səviyyəsindən aşağı olduqda həyata keçirilməlidir.

 

10.6.2 Çənlərin qazsızlaşdırılmasına olan təhlükəsizlik tələbləri

 

10.6.2.1. Çənlərin qazsızlaşdırılması üçün partlayışdan mühafizəli, yerləbirləşdirilmiş və divardan 5m-dən az olmayan məsafədə, özül üzərində quraşdırılmış sərinkeşlərdən istifadə edilməlidir.

10.6.2.2. Qeyri-metal materialdan (brezent, beltinq) hazırlanmış hava elektrik ötürücü xətlərin statik elektriklənmədən mühafizəsi olmalıdır. Bu xətlərdə əks klapan quraşdırılmalıdır.

10.6.2.3. Çəndə partlayış təhlükəli qatışıq olduqda, çənə vurulan hava axınının sürəti 10 m/san-dən çox, 2 m/san-dən az olmamalıdır.

Qaz mühitində neft buxarlarının qatılığı buraxılabilən partlayış təhlükəli qatılıq həddindən (2,1 q/m3 ) aşağı salındıqdan sonra vurulan havanın sürəti 50 m/san-dən çox olmamaq şərtilə artırıla bilər.

10.6.2.4. Ventilyasiya prosesində çənin çıxışından buxar-hava qarışığının nümunəsi götürülməli və onda neft buxarlarının qatılığı təyin edilməlidir. Nümunədə neft buxarlarının qatılığı buraxılabilən qatılıq həddindən aşağı olduqda, çənə havanın verilməsi kəsilməlidir.

10.6.2.5. Neft buxarlarının qatılığı buraxılabilən qatılıq həddindən çox olduqda, şaquli formalı polad lövhələrdən quraşdırılan çənlərin təbii ventilyasiyası (aerasiyası) yalnız deflektorlar quraşdırılmış yuxarı işıq lüklərindən, üzən damlı çənlərdə isə çənin damındakı işıq lüklərində və ya çənin birinci qatındakı lüklərdə quraşdırılmış qaz ötürücü boru və ya şlanqdan (qollardan) aparılmalıdır.

10.6.2.6. Təbii ventilyasiya (aerasiya) üçün birinci qatındakı lüklərin açılması çəndə neft buxarlarının qatılığı buraxılabilən qatılıq həddindən çox olmadıqda mümkündür.

10.6.2.7. Lüklərin açılması və çənin qazsızlaşdırılması (məcburi və təbii) küləyin sürəti 1m/s-dən az olduqda aparılması qadağandır.

10.6.2.8. Çənlərin üzən damında (“Panton”da) adamlar olarkən, damaltı fəzanın qazsızlaşdırılmasının aparılması qadağandır.

10.6.2.9. Çənlərin buxarla qazsızlaşdırılması neft buxarlarının qatılığı buraxılabilən qatılıq həddindən aşağı həddə qədər çatanadək aparılmalıdır. Çən, çənin damından 2m hündürlükdə qaz atqı borusu quraşdırılmış və yuxarı lükün açıq vəziyyətində buxara verilməlidir.

10.6.2.10. Buxara verildikdən sonra qazlılığın ölçülməsi, çəndə temperatur 30oC-dən çox olmadıqda aparılmalıdır. Neft buxarlarının qatılığı buraxılabilən qatılıq həddindən az olduqda, buxarla deqazasiya prosesi dayandırılmalıdır. İki saat keçdikdən sonra çəndə neft buxarlarının qatılığı buraxılabilən qatılıq həddindən aşağı olduqda, qazsızlaşdırma prosesi başa çatmış hesab olunur.

10.6.2.11. Çənə verilən havanın, buxarın məhsuldarlığı və oradan çıxan neft buxarları çənin yaxınlığındakı ərazilərin-yerüstü çənlərin bəndlərində, dəmirbeton çənlərin damlarında neft buxarlarının qatılığının buraxıla bilən partlayış təhlükəli qatılıq həddindən yuxarı qalxmasına gətirib çıxarmamalıdır. Çənin qazsızlaşdırma vaxtı onun bəndində qazlılıq fasiləsiz yoxlanmalıdır.

10.6.2.12. Qazsızlaşdırma (ventilyasiya) prosesindən sonra analiz edilən buxar-hava qarışığının nümunəsi istənilən tip çənin aşağı hissəsindən, çənin divarından 2 m aralı və çənin dibindən 0,1 m hündürlükdən götürülməlidir.

Pantonlu (üzən damlı) çənlərdə analiz üçün havanın nümunəsini pantonaltı və pantonüstü sahədən, çənin divarından 2 m aralı və çənin dibindən (pantondan) 0,1 m hündürlükdən, eləcə də pantonun hər bir qutusundan götürülməlidir.

 

10.6.3. Çənlərin təmizlənməsi zamanı təhlükəsizlik tələbləri

 

10.6.3.1. Çənlərin dibinin və daxili səthinin təmizlənməsi üzrə işlərin aparılması üçün aşağıdakı sənədlər olmalıdır:

- çənlərin təmizləmə işlərinə hazır olduğu barədə akt;

- istifadə ediləcək elektrik avadanlığının müvafiq norma və qaydalara uyğunluğunun yoxlanılmasına dair akt;

- çənin təmizlənməsi üzrə işlərin, neft buxarlarının qatılığının təyini üzrə ölçmə işlərinin qeydiyyatı jurnalı;

- çənin təmizlənməsində əməyin mühafizəsi üzrə təlimat.

10.6.3.2. Çənin təmizlənməsi üzrə hazırlıq işlərinə və işlərin təhlükəsiz görülməsinə müəssiənin əmri ilə cavabdeh şəxs təyin edilməlidir.

10.6.3.3. Çənin dibinin və daxili səthinin təmizlənməsi üzrə işlərə başlamazdan əvvəl və işlər aparılarkən yoxlanılmalıdır:

- səyyar yerləbirləşdirici qurğuların mövcudluğu;

- istifadə ediləcək avadanlığın partlayışdan mühafizəsi və qığılcım təhlükəsizliyi üzrə müvafiq norma və qaydaların tələblərinin yerinə yetirildiyi:

- işlərin yerinə yetirilməsinə gündəlik buraxılış qaydalarının və işin sonunda işlərin icra edildiyi yerlərə baxışın təmin edilməsi;

- çənin təmizlənməsi üzrə işlər görülərkən zonanın mühafizəsinin təşkilinə olan tələblərin yerinə yetirildiyi;

- çəndə təmizləmə işləri aparılan müddətdə çənlər parkında texnikanın hərəkətinin təşkilinə olan tələblərin yerinə yetirildiyi;

- yükqaldırıcı mexanizmlərlə işləmə qaydalarının yerinə yetirildiyi;

- hündürlükdə işlər yerinə yetirilərkən təhlükəsizlik tələblərinin təmini.

10.6.3.4. Çənin daxilində işlərin aprılmasına, neft buxarlarının qatılığı işçi zonanın havasında olan zərərli maddələrin buraxılabilən qatılıq həddindən (0,3 q/m3) çox olmadıqda və temperatur yol verilən sanitar normalardan artıq olmadıqda yol verilir.

10.6.3.5. Çənin daxili səthinin təmizlənməsi üzrə işləri yerinə yetirən işçilər şlanqlı və ya izoləedici əleyhqaz, xüsusi geyim və xüsusi ayaqqabıda (polad dabansız və mıxsız) olmalıdır.

10.6.3.6. Xüsusi geyimin üstündən müəyyənləşdirilmiş qaydada sınaqdan keçirilmiş xaçvari qayışı (kəndirləri) olan xilasedici kəmər taxılmalı və ona siqnalverici kəndir bərkidilməlidir. Kəndirin sərbəst ucu (sonluğu) yaxın aşağı lükdən keçməklə sığortalayıcı şəxsin əlində olmalıdır.

10.6.3.7. Çənin daxilində təmizləmə işlərini bir nəfər yerinə yetirərkən çənin lükündə xüsusi geyimdə və istifadəyə hazır şlanqlı (izoləedici) əleyhqazı olan ən azı iki sığortalayıcı olmalıdır.

10.6.3.8. Şlanqlı əleyhqazlara məcburi hava vuran ventilyatorlar küləkdöyən tərəfdə quraşdırılmalıdır.

10.6.3.9. Təmizləmə işləri aparılan müddətdə çəndə və çənin bəndində neft buxarlarının qatılığına daima nəzarət edilməlidir.

10.6.3.10. Təmizləmə işləri aparılarkən neft buxarlarının ölçülməsi nümunənin götürülməsi üçün işlənmiş sxemə əsasən yerinə yetirilməlidir.

10.6.3.11. Yuyucu avadanlığın quraşdırılması, həmçinin çənin təmizlənməsi və yuyulması üzrə işləri yerinə yetirərkən qığılcım verməyən materialdan hazırlanmış alətlərdən istifadə edilməlidir.

10.6.3.12. Elektrik mühərrikləri və paylayıcı lövhələr yerləbirləşdirilməlidir.

10.6.3.13. Təmizləmə işləri zamanı istifadə ediləcək elektrik avadanlığı partlayışdan mühafizəli olmalı, daxili yanma mühərrikli nasos qurğuları və kompressorlar təmizlənən çənin bəndi xaricində olmalıdır.

10.6.3.14. Çənin təmizlənməsi üzrə işləri yerinə yetirərkən işin sonunda ərazinin təmizliyinin təmini üzrə tələblərə riayət edilməlidir. Zibil və qalıqların yığılması üçün xüsusi qablardan istifadə edilməlidir. Çəndən kənarlaşdırılan çöküntünün təsadüfən töküldüyü yerlərdən çirklənmiş təbəqə götürülməli və ora torpaq və ya qum tökülməlidir.

10.6.3.15. Çənin çöküntülərdən təmizlənməsi üzrə işlər qurtardıqdan sonra işin aparılmasına cavabdeh şəxs çəndə təmizlənmə işlərinin yerinə yetirildiyi barədə akt və çənin odlu işlərin aparılmasına hazır olduğu barədə akt tərtib etməlidir.

 

10.6.4. Çənlərin pirfor tərkibli çöküntülərdən təmizlənməsi zamanı təhlükəsizlik tələbləri

 

10.6.4.1. Pirofor çöküntülərindən təmizlənməzdən əvvəl çənlər su buxarı ilə doldurulmalıdır. Buxara verildikdən sonra çənlər yuxarı səviyyəyədək su ilə doldurulmalıdır. Pirofor çöküntülərinin yavaş-yavaş oksidləşməsini təmin etmək üçün suyun səviyyəsi, sürəti 0,5÷1m/saat-dən çox olmamaq şərtilə, tədricən aşağı salınmalıdır. Çənin su ilə doldurulması mümkün olmadıqda, pirofor çöküntülərini nəm halda saxlamaq üçün təmizlənmə zamanı onun daxili səthi su ilə isladılmalıdır.

10.6.4.2. Çənin təmizlənməsi zamanı yığılan pirofor çöküntüləri nəm halda saxlanılmalı və neftvurma stansiyasının ərazisindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmış xüsusi yerə aparılmalıdır.

 

10.6.5. Çənlərdə təmir işlərinin yerinə yetirilməsi zamanı təhlükəsizlik tələbləri

 

10.6.5.1. Çənin əsaslı təmirə təhvil verilməsi aktla rəsmiləşdirilməlidir.

10.6.5.2. Çənin təmiri ilə məşğul olan təşkilata təhvil verərkən çənin odlu işlərə hazırlığı barədə akt tərtib olunmalıdır.

10.6.5.3. İşlərin aparılması layihəsi təsdiq edilmədən təmir işlərinin aparılması qadağandır.

10.6.5.4. Çəndə odlu işlərə başlamazdan əvvəl yerinə yetirilməlidir:

- təmir olunacaq çəndən qonşu çənlərə (bənd daxilindəki) neftin vurulması-boşaldılması əməliyyatları dayandırılmalı və təmir başa çatana qədər aparılmamalıdır, qonşu çənlərin damındakı qurğular maksimum dərəcədə kipləşdirilməli, qoruyucu hidravlik klapanlarda yağın səviyyəsi yoxlanılmalı və lazım gələrsə doldurulmalıdır;

- yaxınlıqdakı çənlərin (təmir olunacaq çəndən 40 m məsafədə yerləşən) və boru xətlərinin bütün siyirtmələri, su kranları, kanalizasiya quyuları və siyirtmə qovşaqları keçə ilə örtülməli və ilin isti vaxtlarında su ilə isladılmalıdır:

- qığılcımın ətrafa sıçramaması (səpələnməməsi) üçün elektrik-qaynaq işləri aparılan yerlər səyyar metal və digər 1x2 m ölçülü yanmayan lövhələrlə çəpərlənməlidir.

10.6.5.5. İnsanlar çənə daxil olmazdan əvvəl təmir işlərinə cavabdeh şəxs çənin bütün boru xətləri və kommunikasiyalardan etibarlı təcrid edilməsinə və təhlükəsizlik tədbirlərinin tam yerinə yetirilməsinə şəxsən əmin olmalıdır.

10.6.5.6. Çənin təmiri üzrə işlər günün işıqlı vaxtlarında aparılmalıdır.

10.6.5.7. Şimşəkli hava şəraitində təmir işlərinin aparılması qadağandır.

10.6.5.8. Təmir olunacaq çəndə, onun bəndində odlu və təmir işlərinə başlamazdan əvvəl hava mühitinin tərkibi yoxlanılmalıdır. Eyni zamanda bu işlər aparılan zaman orada hava mühitinin tərkibi bir saatda bir dəfə yoxlanılmalıdır. Hava mühitinə nəzarət cavabdeh şəxslərin iştirakı ilə həyata keçirilməlidir.

10.6.5.9. Fəaliyyətdə olan çənlərdən təmir olunacaq çənə tərəf külək əsdikdə, hava mühitində neft buxarlarının qatılığı təmir olunacaq çənin küləkdöyən tərəfində dayanaraq ölçülməlidir.

10.6.5.10. Təmir işləri zamanı (odlu işlər, qaynaq və defektoskopiya işləri) çənin daxilini işıqlandırmaq üçün gərginliyi 12 V-dan çox olmayan daşınma çıraqlardan istifadə edilməlidir.

10.6.5.11. Elektrik alətlərinin, əl ilə idarə olunan elektrik maşınlarının, səyyar çıraqların elektrik xətləri və kabelləri asılı vəziyyətdə olmalıdır.

10.6.5.12. Hündürlükdə görüləcək işlər buraxılış-icazə vərəqəsi əsasında yerinə yetirilməlidir.

10.6.5.13. Hündürlükdə işləyərkən işçilər hündürlükdə təhlükəsizliyin təmini sistemlərindən “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun istifadə etməlidirlər.

Təmir işləri aparılan zonada adamlar qoruyucu dəbilqələrdə işləməlidirlər.

10.6.5.14. Dam örtüyü işləri aparılan zonalar işçilərin çənin daxilinə yıxılmalarının qarşısının alınması üçün möhkəm şitlərlə və döşəmələrlə gücləndirilməlidir. Çənin damının kənarları mühafizə çəpərləri ilə təchiz edilməlidir. Çəpərin məhəccərinin hündürlüyü 1,2 m-dən, bortunun hündürlüyü isə 0,15 m-dən az olmamalıdır. Qoruyucu çəpərlərin aşmasının istisna edilməsi üçün onların bərkidici hissələri lazımi qədər möhkəm olmalıdır.

10.6.5.15. Hündürlükdə işlər aparılan zaman alət və bərkidici tərtibatların endirib qaldırılması üçün xüsusi çanta və qutulardan, iri ölçülü material və avadanlığın qaldırılıb-endirilməsi üçün isə yükqaldırıcı mexanizmlərdən (kran, bucurqad) istifadə edilməlidir.

10.6.5.16. Söykəmə nərdivanlar sürüşkən olmayan dayaqlarla təchiz olunmalıdır.

10.6.5.17. Təmir işlərinə başlamazdan əvvəl çənin üzən damı və pontonları altında dirəklər quraşdırılmalıdır.

10.6.5.18. Dirəklər üzən damın (pontonun) yüksəklikdə yerləşmə dayanıqlığını təmin etməli, dam və ponton altında lazımi işlərin aparılmasına imkan verməlidir.

10.6.5.19. Təmir işləri aparılarkən işçi yerlərin həddən artıq yüklənməsi qadağandır. Çənin təmiri zamanı istifadə ediləcək material, avadanlıq və tərtibatlardan yaranan yüklənmə təmir layihəsinə uyğun olmalıdır.

10.6.5.20. Çənin hidravlik sınağından əvvəl idarə rəhbərinin əmri ilə bu sınaqların keçirilməsinə cavabdeh şəxs təyin olunmalıdır.

10.6.5.21. Sınaq müddətində təhlükəli zonanın sərhədi müəyyən edilməlidir. Bu zonaya sınaq işləri ilə əlaqəsi olmayan şəxslərin daxil olması qadağandır.

10.6.5.22. Sınaqların aparılması üçün bütün nəzarət-ölçü cihazları, siyirtmələr, müvəqqəti boru xətlərinin ventilləri torpaq bəndin xaricində yerləşdirilməlidir.

10.6.5.23. Sınaq zamanı çənin damında deşik (dəlik, zədə), sızma və ya çat (qüsurun ölçüsündən asılı olmayaraq) aşkar olunarsa, sınaq işləri dayandırılmalıdır.

10.6.5.24. Çənin su ilə doldurulması və ya boşaldılması prosesində, həmçinin sınaq fasilələrində (gecə vaxtı, nəzarət yoxlaması zamanı) çənin damındakı baxış və ölçü lükləri açıq saxlanılmalıdır.

10.6.5.25. Polad çənlərin daxili səthlərinin korroziyaya qarşı mühafizə işləri işlək sorucu - vurucu ventilyasiya altında aparılmalıdır.

 

10.7. Nasos avadanlığının, bağlayıcı armaturların və texnoloji boru kəmərlərinin təmiri

 

10.7.1. Neftvurma stansiyası avadanlıqlarının təmiri texniki baxışın, planlı diaqnostik yoxlamaların və planlı təmir işlərinin illik cədvəlində müəyyən olunmuş müddətdə həyata keçirilməlidir. Texniki baxışdan keçməmiş və müəyyən müddətdə təmir olunmamış avadanlıqların istismarı qadağandır.

10.7.2. Nasos aqreqatları işləyərkən və boru xətləri təzyiq altında olarkən onların təmir edilməsi qadağandır.

10.7.3. Təmirə dayandırılarkən nasosun qidalandırıcı mənbədən ayrılmış elektrik mühərrikində, operator otağındakı idarəetmə lövhəsində və işə salma qurğusunun üzərində “İşə salma! Adamlar işləyir!” yazıları olan lövhələr asılmalıdır.

10.7.4. Avadanlığın təmiri partlayış təhlükəli otaqlarda aparılarkən axınlı-sorucu ventilyasiya işləməlidir.

10.7.5. Magistral və ya dayaq nasosun yığımı ilə bağlı təmir işləri 8 saat və daha artıq çəkərsə, nasosun qapağı gövdənin üzərinə qoyulmalı və bütün qaykalar tam sıxılmaqla bərkidilməlidir. Kipləşdiricilər quraşdırılan yerlər boğulmalıdır.

10.7.6. Yerə dağılmış neft su ilə yuyularaq sənaye (və ya bunun üçün nəzrədə tutulmuş) kanalizasiya sisteminə ötürülməlidir.

10.7.7. Nasos avadanlığı, bağlayıcı armaturlar və texnoloji boru xətlərinin təmiri üzrə işlər qığılcım verməyən alət və tərtibatlarla aparılmalıdır.

10.7.8. Nasos avadanlığı, bağlayıcı armaturlar və texnoloji boru xətlərinin təmiri zamanı hava mühitinə nəzarət edilməlidir. Təmir vaxtı neft məhsulları buxarlarının qatılığının buraxılabilən həddən çox olması aşkarlanarsa, işlər dayandırılmalı, işçilər isə təhlükəli zonadan uzaqlaşdırılmalıdır.

10.7.9. Qurğu və tutumların daxilində yanar qaz və buxarlar mövcud olduqda, odlu işlərin aparılması qadağandır.

 

10.8. Doldurma-boşaltma estakadasının və sahil qurğularının təmiri

 

10.8.1. Hermetikliyin pozulması ilə bağlı texnoloji boru xətlərinin, doldurma-boşaltma qurğularının, doldurma-boşaltma estakada avadanlığı və sahil qurğularının təmiri təsdiq edilmiş işlərin aparılma layihəsinə uyğun yerinə yetirilməlidir.

10.8.2. Doldurma-boşaltma əməliyyatları vaxtı doldurma-boşaltma estakadalarında və sahil qurğularında təmir işlərinin aparılması qadağandır.

10.8.3. Nasos avadanlıqları, bağlayıcı armaturları və texnoloji boru kəmərləri üzrə aparılan təmir işləri zərbədən qığılcım əmələ gətirməyən metaldan hazırlanmış alət və qurğularla aparılmalıdır.

10.8.4. Doldurma-boşaltma dayaqlarının, estakada və körpülərin armaturlarının təmiri zamanı neftin təmir sahəsinə axmasının qarşısının alınması üçün lazımi tədbirlər nəzərdə tutulmalıdır.

10.8.5. Təmir işlərini aparmazdan əvvəl avadanlıq hazırlanmalı və təmizlənməli, texnoloji kommunikasiya xətlərindən açılmasını, izafi təzyiqin sıfıra qədər aşağı salınmasını, neftdən azad olunmasını, siyirtmələrin elektrik intiqalının gərginlikdən azad edilməsini təmin edən kompleks hazırlıq tədbirləri yerinə yetirilməlidir.

10.8.6. Estakadanın ərazisində sisternləri təmir etmək qadağandır.

10.8.7. Doldurma-boşaltma estakadalarının və körpülərin nasos avadanlıqlarının, bağlayıcı armaturlarının və texnoloji boru kəmərlərinin təmiri zamanı hava mühitinə nəzarət olunmalıdır. Əgər təmir zamanı hava mühitində neft məhsullarının buxarlarının qalığı buraxılabilən həddən çox olarsa, iş dayandırılmalı və işçilər təhlükəli zonadan çıxarılmalıdır.

10.8.8. Doldurma-boşaltma qurğularında odlu işlər aparmazdan əvvəl aşağıdakı tədbirlər yerinə yetirilməlidir:

- estakadalardan dəmiryolu sisternləri çıxarılmalıdır;

- doldurma-boşaltma qurğularının meydançaları, boşaltma novları və kanalizasiya qanovları neftin qalıqlarından təmizlənməlidir;

- doldurma-boşaltma qurğuları və boru kəmərləri bağlanmalı və neftdən azad olunmalıdır;

- baxış quyuları, kanalazasiyanın hidravlik sürgüləri qapaqla örtülməlidir və qapaqların üzərinə qalınlığı 0,1 m-dən az olmayan qum qatı səpilməlidir.

10.8.9. Odlu işlərin aparıldığı sahələrin yaxınlığında yerləşən metalkonstruksiya meydançaları, binaların konstruktiv elementləri yanar maddə və materiallardan qorunmalıdır.

10.8.10. Neftin və tezalışan mayelərin dağıldığı yerlər təmizlənməli, həmin yerlərə quru qum və ya torpaq səpilməlidir.

10.8.11. Odlu işlərlə bağlı təmir işləri doldurma-boşaltma əməliyyatlarının aparıldığı yerdən ən azı 100 m aralı məsafədə aparılmalıdr.

 

10.9. Nəzarət-ölçü cihazlarının və avtomatika vasitələrinin təmiri

 

10.9.1. Nəzarət-ölçü cihazlarının və avtomatika vasitələrinin təmir işləri texniki xidmətin və təmirin texnoloji xəritəsinə riayət edilməklə yerinə yetirilməlidir.

10.9.2. Bloklayıcı və avtomatik mühafizə sistemlərin sazlığının yoxlanılması bu sistemlərin texniki təmiri cədvəlinə uyğun və müəyyən olunmuş qaydada yerinə yetirilməlidir.

10.9.3. İstismar və təmir zamanı partlayış təhlükəli zonalarda və avadanlıqlarda aşağıdakılar qadağandır:

- gərginlik altında olan avtomatika və telemexanika sistemləri avadanlıqlarını təmir etmək;

- elektrik avadanlığının cərəyandaşıyıcı hissələri gərginlik altında olan zaman onun örtüyünü açmaq;

- qısa qapanma zamanı avtomatik açılmış avadanlığı, açılmanın səbəbi aydınlaşdırılmadan və aradan götürülmədən işə salmaq.

10.9.4. Nəzarət-ölçü cihazlarının və avtomatika vasitələrinin quraşdırılması, sökülməsi və təmiri onlar texnoloji və impulsiv xətlərdən açıldıqdan, gərginlik kəsildikdən, təhlükəsizliyi təmin edən təşkilati və texniki tədbirlər yerinə yetirildikdən sonra aparılmalıdır.

10.9.5. Nəzarət-ölçü cihazlarının və avtomatika vasitələrinin quraşdırıldığı yerlərə xidməti heyətin sərbəst girişi təmin olunmalıdır.

10.9.6. Neftvurma stansiyasının əsas və köməkçi avadanlıqlarının avtomatik qoruyucu sistem və qurğularına qoşulmuş yanğın siqnalizasiya sistemlərinə texniki xidmət üzrə işlər stansiyanın işi dayandırıldıqdan sonra aparılmalıdır.

10.9.7. Partlayış təhlükəli zonalarda quraşdırılan partlayışdan mühafizəli Nəzarət-ölçü cihazlarının və avtomatika vasitələrini təmir etməzdən əvvəl onlar elektrik qida mənbəyindən ayrılmalı və bu zonada hava mühitinə nəzarət edilməlidir.

10.9.8. Partlayış təhlükəli zonalarda quraşdırılan nəzarət-ölçü cihazlarının və avtomatika vasitələrinin təmiri zamanı ətraf mühitin qazlılığı yoxlanılmalıdır. Əgər təmir zamanı neft buxarlarının qatılığı buraxılabilən həddən yüksəkdirsə işlər dayandırılmalı və işçilər təhlükəli zonadan çıxarılmalıdır.

10.9.9. Nəzarət-ölçü cihazlarının və avtomatika vasitələrinin akkumulyatorlarının və qidalandırıcı quru qalvanik elementlərin dəyişdirilməsinə yalnız nəzarət ölçi cihazları və avtomatika vasitələri elektrik qida mənbəyindən açıldıqdan sonra yol verilir.

10.9.10. Partlayışdan mühafizəli elektrik avadanlıqlarının üzrərindəki pasport lövhələrinin üstünə boya çəkmək qadağandır.

 

10.10. İldırımqəbuledicilərin və ildırımdan mühafizə qurğularının təmiri

 

10.10.1. Şimşəkdən mühafizənin kompleks sisteminə baxış ildə iki dəfədən az olmayaraq, torpağın üstü açılmaqla yerləbirləşdirmə quruluşuna baxış üç ildə bir dəfə, texniki xidmət isə, hər il keçirilməlidir.

10.10.2. Yerləbirləşdirmə qurğularının təmiri texnoloji avadanlıqların, elektrik avadanlıqlarının və elektrik naqilləşdirmənin baxışı və cari təmiri ilə eyni vaxtda aparılmalıdır.

10.10.3. İldırımqəbuledicilərə baxış nəticəsində möhkəmlik xüsusiyyətlərinin itirildiyi aşkar olduğu halda onların konstruksiyalarının elementləri dəyişdirilməlidir.

10.10.4. Hava proqnozuna əsasən şimşəkli hava şəraiti gözlənilirsə, o zaman bütün təmir işləri görülüb başa çatdırılmalıdır.

10.10.5. Yeni ildırımötürücünün quraşdırılmasından və ya təmirindən əvvəl, yerləbirləşdirici ilə cərəyan ötürücünün quraşdırılmasını yerinə yetirmək, sonra ildırım qəbuledicini quraşdırmaq və cərəyan ötürücüyə qoşmaq lazımdır.

10.10.6. Şimşəkdən və güclü yağışlı küləkdən sonra ildırımdan mühafizə quruluşuna baxış keçirilməli və nasazlıqlar aradan götürülməlidir.

10.10.7. Şimşəkli hava şəraitində ildırımdan mühafizə vasitələrin üzərində hər hansı bir iş aparmaq qadağandır.

10.10.8. İldırımdan mühafizə vasitələrin təmiri zamanı ildırımötürücülərin qoruyucu zonaları hesablanmalıdır.

 

10.11. Müvəqqəti səyyar şəhərciklər

 

10.11.1. Müvəqqəti səyyar şəhərcikləri subasma təhlükəsi olmayan zonalarda düzənlik yerlərdə istesalat sahəsindən 100 metrdən az olmayan məsafədə quraşdırılmalıdır.

10.11.2. Səyyar şəhərciklərin ərazisində yaşayış vaqon-evlərdən əlavə vaqon-yeməkxana, vaqon - hamamxana və qərargah vaqonu da olmalıdır.

10.11.3. Bir blok (qrup) 10 vaqon-evdən çox ibarət olmalıdır. Bu blokların sayı birdən çox olduqda bloklar arasında 18 metrdən az olmayan yanğına qarşı məsafələr olmalıdır.

10.11.4. Yanacaq doldurma məntəqələri (yanacağın saxlanması üçün çənlər), avtotraktor texnikasının dayanacaqları, materiallar anbarları yaşayış bloklarından yanğın təhlükəsizliyi normalarına uyğun təyin olunmuş məsafələrdə yerləşdirilməlidir.

10.11.5. Səyyar şəhərcik girişlər və yanalmalar tərəfdən nişanlanmalıdır.

10.11.6. Müvəqqəti səyyar şəhərciklərin ərazisi təmiz saxlanılmalı, mütamadi olaraq zibillərdən və yanğın-təhlükəli tullantılardan təmizlənməlidir. Şəhərciyin ərazisindən keçmək üçün taxtadan döşəmələr salınmalıdır.

10.11.7. Vaqon-evlərdə, yanğın avadanlıqlarına və yanğın su mənbələrinə sərbəst yanaşma imkanı olmalıdır.

10.11.8. Neft kəmərlərinin təmirində iştirak edən hər bir işçi yaşayış vaqon-evində yer ilə təmin olunmalıdır.

10.11.9. Vaqon-evlərin yaşayış otaqları mebel, əl-üz yuyan, məişət dəstləri və yataq ləvazimatları ilə təmin edilməlidir.

10.11.10. Vaqon-evlərdə iş geyimlərini saxlamaq üçün xüsusi dolablar olmalıdır.

10.11.11. Bütün vaqon-evlərdə elektrik işıqlandırma vasitələri olmalı və girişləri isə növbətçi çıraqlarla işıqlandırılmalıdır.

10.11.12. Səyyar şəhərçiyin ərazisində xüsusi ayrılmış yerlərdə ayaqyolu quraşdırılmalı və oraya gedən yol gecə vaxtı işıqlandırılmalıdr.

10.11.13. Səyyar şəhərciklərin ərazisi gecə vaxtı növbətçi çıraqlarla işıqlandırılmalıdır.

10.11.14. Hər bir vaqon-ev siyahı üzrə nəzərdə tutulmuş tam dəst dərman preparatları ilə dolu olan təcili yardım qutusu ilə təmin olunmalıdır.

10.11.15. Qış vaxtı vaqon-evlərdə temperatur müsbət 18oC dərəcədən aşağı olmamaldır.

10.11.16. Elektrik isitmə sistemi avtomatik rejimdə işləməlidir. Vaqon-evlərdə zavod istehsalı olmayan elektrik qızdırıcılarından istifadə etmək qadağandır.

10.11.17. Vaqon-evlərin elektrik qızdırıcıları və su qızdırıcılarının idarəetmə lövhələrinin gövdələri komplektə daxil olan yerləbirləşdirmə ilə yerləbirləşdirilməlidir. Yerləbirləşdirmənin dərinliyi 1 metrdən az olmamalıdır.

10.11.18. Yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq vaqon-evlər qrupunda yanğın şitləri quraşdırılmalıdır. Yanğın şitinin tərkibində azı bir ədəd yanğınsöndürən və digər ilkin yanğınsöndürmə vasitələri omalıdır.

 

XI. MAGİSTRAL NEFT KƏMƏRİNİN MÜHAFİZƏ ZONASINDA TİKİNTİ VƏ XÜSUSİ TEXNİKANIN İSTİSMARI ZAMANI TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ

 

11.1. Yükqaldıran kranlar, borudüzən kranlar və qaldırıcılar

 

11.1.1. MNK obyektlərində tətbiq olunan yükqaldıran, borudüzən kranların və digər yükqaldırıcı qurğuların təhlükəsiz istismarına nəzarətin həyata keçirilməsinə, saz vəziyyətdə saxlanılmasına və bu texnika ilə işlərin təhlükəsiz görülməsinə müvafiq qaydada öyrədilmiş, bilikləri yoxlanılmış və müvafiq vəsiqəsi olan məsul şəxslər əmrlə təyin olunmalıdır.

11.1.2. Yükqaldıran, borudüzən kranların və digər yükqaldırıcı qurğuların idarə edilməsinə təlim keçmiş və vəsiqəsi olan maşınistlər buraxılırlar.

11.1.3. Texniki baxışdan keçməmiş yükqaldıran, borudüzən kranların və digər yükqaldırıcı qurğuların istismarı qadağandır.

11.1.4. Nasaz yüktutucu mexanizmlərlə, həmçinin birkası və damğası olmayan tərtibatlarla iş aparmaq qadağandır.

11.1.5. Yükqaldıran, borudüzən kranların və digər yükqaldırıcı qurğuların vəziyyəti (sazlığı) hər növbənin əvvəlində yoxlanılmalıdır.

11.1.6. Yükqaldıran, borudüzən kranlarda və digər yükqaldırıcı qurğularda qeydiyyat nömrəsini, yükqaldırma qabiliyyətini və növbəti dəfə sınaqdan keçmə tarixini göstərən lövhəciklər olmalıdır. Bu qurğular təhlükəsizlik cihazları ilə təchiz edilməlidir.

11.1.7. Yükqaldıran, borudüzən kranlarla və digər yükqaldırıcı qurğularla yalnız onların yükqaldırma qabiliyyətindən artıq olmayan çəkidə yüklərin qaldırılmasına və yerinin dəyişdirilməsinə yol verilir.

11.1.8. Yükqaldıran və borudüzən kranları, eləcədə digər qaldırıcı qurğuları istismar edən təşkilatlarda yüklərin düzgün bağlanmasının (bərkidilməsinin) və ilmələnməsinin təhlükəsiz yerinə yetirilməsi üsulları üzrə təlimatlar işlənməli və ilməkçilər bu təlimatlarla tanış edilməlidirlər.

11.1.9. Yüklərin düzgün bağlanması və ilmələnməsi üsullarının qrafik təsviri ilməkçilərə və kran-maşinistlərinə verilməli və ya iş aparılan yerlərdə asılmalıdır.

11.1.10. İlmələnmə sxemi olmayan yüklərin yerdəyişməsi kranın təhlükəsiz istismarına cavabdeh şəxsin iştirakı və rəhbərliyi altında həyata keçirilməlidir.

11.1.11. Elektrik veriliş xəttinin kənar naqilindən və ya yüksək gərginlikli hava elektrik şəbəkəsindən 30 m-dən az məsafədə yükqaldıran kranların, borudüzən kranların və qaldırıcıların quraşdırılması və işləməsi ancaq tapşırıq-icazə ilə yerinə yetirilir. tapşırıq-icazə krançıya (maşinistə) işə başlamazdan əvvəl təqdim olunmalıdır.

11.1.12. Yükqaldıran, borudüzən kranlar və digər yükqaldırıcı qurğular planlaşdırılmış meydançalarda quraşdırılmalıdırlar. Onların təzə tökülmüş, bərkidilməmiş süxurda, həmçinin pasport göstəricilərinə əsasən həmin kran üçün mailliyi yol verilən səviyyədən çox olan meydançada quraşdırılmasına yol verilmir.

11.1.13. Aşağıda qeyd olunan qüsurlar olduqda yükqaldıran və borudüzən kranların işi qadağandır:

- metal-konstruksiyaların əsas hissələrində çatlar (ox, rama və s.);

- əyləclərin nasazlığı;

-polad burazların, qarmağın və qaldırıcı mexanizmin yol verilə bilən səviyyədən artıq köhnəlməsi;

- bucurqadın oxlu barabanının dilçəkli mexanizminin dilçəklərinin sınması;

- nəzarət cihazlarının nasazlığı.

 

11.2. Ekskavatorlar, buldozerlər

 

11.2.1. Texniki baxışdan keçməyən ekskavatorların və buldozerlərin istismarı qadağandır.

11.2.2. Yüklənmiş çalovla ekskavatorların hərəkəti qadağandır.

11.2.3. Əgər sürücünün kabinasında yaxud avtomobil və ekskavator arasında insanlar varsa yükləmə işlərini aparmaq qadağandır.

11.2.4. Ekskavator işləyərkən aşağıda qeyd edilən ehtiyat tədbirləri görülməlidir:

- çalovların maksimum hərəkət zonasından 5 metrdən az olmayan məsafədə dayanmaq;

- ekskavator işləyən zaman qanovun qırağına yaxınlaşmaq.

11.2.5. Eninə 80 və uzununa 150 bucaq altında maili yamaclarda ekskavatorların, buldozerlərin dayanıqlığı dirəklərin quraşdırılması ilə və ya mexanizmlərin ankerləri vasitəsilə təmin edilməlidir.

11.2.6. Çalovun həcminin 2/3 mislindən böyük olan ölçüdə əşyaları (daş, tir) ekskavatorun çalovu ilə götürmək qadağandır.

11.2.7. İş vaxtı mühərriki təmizləmək, sazlamaq, təmir etmək, tənzimləmək, yağlamaq və ekskavatoru, buldozeri yanacaqla doldurmaq qadağandır.

11.2.8. Qanovun qazılması üzrə işlərin müvəqqəti dayandırılması və ya ekskavatorun təmiri zamanı onun çalovu yerə endirilməlidir və qanovun kənarlarından 2 metrdən az olmamaq şərtilə ekskavator dağılma prizması hüdudlarından kənarlarda yerləşdirilməlidir.

11.2.9. Ekskavator, buldozer hərəkətə başlamazdan əvvəl aşağıdakılar zəruridir:

- hərəkət zonasında insanların olmamasına əmin olmaq;

- tırtıllarda yad əşyaların qalmadığına nəzarət etmək;

- səs siqnalı ilə hərəkətin başlanması barəsində xəbərdar etmək.

11.2.10. Buldozer işləməyən zaman çalovu yerə endirilməlidir.

11.2.11. Buldozerlərin tüstü borusu qığılcımsöndürənlə təchiz olunmalıdır.

 

11.3. Səyyar nasos aqreqatları

 

11.3.1. Səyyar nasos aqreqatları hamarlanmış üfüqi meydançada yerləşdirilməlidir.

11.3.2. Nasos aqreqatını elektrik ötürücü hava xətləri altında quraşdırmaq qadağandır.

11.3.3. Əsas və dayaq nasos aqreqatlarında tənzimlənmiş möhürlü manometrlər quraşdırımalıdır.

11.3.4. Neftin doldurulması və boşaldılması üçün istifadə edilən əsas nasos aqreqatları əks klapanlar və bağlayıcı siyirtmələrlə təchiz edilməlidir.

11.3.5. Kipliyin pozulması, sallanma və əyilmənin qarşısını almaq üçün metal qolların və sarğılı qolların birləşdirici elementlərinin əsas və dayaq nasosların qəbul və çıxış borularına bilavasitə birləşdirilməsinə yol verilməməlidir. Birləşdirmə xüsusi birləşdirici ayırmalar vasitəsilə yerinə yetirilməlidir.

11.3.6. Səyyar dayaq və əsas nasos aqreqatları işə salınmazdan əvvəl yerləbirləşdirilməli və idarəetmə pultunda rezin dielektrik xalçalar qoyulmalıdır.

11.3.7. Dayaq nasosları zavod istehsalı olan qaldırıcılar və ya səyyar yükqaldıran kran (borudüzən) vasitəsilə nasos aqreqatına qoyulmalı və götürülməlidir.

11.3.8. İşə başlamazdan əvvəl əsas nasos aqreqatlarının və elektrik stansiyaların dizel ötürücülərinin atqı borularında qığılcımsöndürənlər quraşdırılmalıdır.

11.3.9. Naqilin dayaq nasosunun elektrik mühərrikindən generatorla idarəetmə lövhəsinə birləşdirilməsi ştepsel ayırıcısı vasitəsilə həyata keçirilməlidir.

11.3.10. Əsas və dayaq nasosları, elektrik stansiyaları komplektə daxil olan yerləbirləşdiricilərlə yerləbirləşdirilməlidir. Kabellərin elektrik avadanlığına qoşmaq üçün onlar yerdən 1 metrdən az olmayan hündürlükdə və komplektə daxil olan inventar dayaqlar üzərində yerləşdirilməlidir və dayaqlar arasında məsafə 5-6 metr olmalıdır. Gecə vaxtı kabel xətti işıqlandırılmalı və işarələnməlidir.

11.3.11. Səyyar nasos aqreqatlarında quraşdırılan dayaq nasoslarının və digər avadanlıqların işlədiyi yerlər sutkanın qaranlıq vaxtı işıqlandırılmalıdır.

11.3.12. Səyyar nasos aqreqatları ilkin yanğınsöndürmə vasitələri ilə təchiz edilməlidir.

11.3.13. İşə başlamazdan əvvəl nasos aqreqatının sarğılarının boru xətləri kipliyə və möhkəmliyə sınaqdan keçirilməlidir.

11.3.14. Nasos aqreqatının fırlanan hissələrinin qoruyucu örtüklərinin çıxarılmış vəziyyətdə istismarı qadağandır.

11.3.15. Nasos aqreqatı işlədikdə maşinist idarəetmə pultunda aqreqatın platformasında dayanmalıdır. İşləyən aqreqatı nəzarətsiz qoymaq qadağandır.

11.3.16. Hərəkət edən nasos aqreqatların maşinistləri aşağıdakıları yerinə yetirməyə borcludur:

- aqreqatın siyirtmələrini hidravlik zərbədən qorumaq üçün səlis açıb-bağlamalı;

- mühərrikin qızdırıcısı ilə işlər istismar təlimatına uyğun aparılmalı;

- aqreqatlar işlək vəziyyətdə olduqda platformalarda keçidlər bağlanmamalıdır.

11.3.17. Boru xəttindən, birləşdirici detallardan, boşaldıcı aqreqatların sarğılarından neftin sızması aşkar olduqda aqreqatlar söndürülməli, qəbul və təzyiq xətlərində siyirtmələr bağlanmalı, boru xətlərinin və nasosların boşluqlarında izafi təzyiqin olmamasına əmin olduqdan sonra sızma aradan qaldırılmalıdır.

11.3.18. Aqreqatın siyahısında olmayan kənar avadanlığın daşınması və boşaldılması üçün platformadan və qaldırıcılardan istifadə etmək qadağandır.

11.3.19. Nasos aqreqatları nəql edilən zamanı avadanlıq yerləşən platformada və salonda insanların olması qadağandır.

 

11.4 Səyyar buxar və parafinsizləşdirmə qurğuları

 

11.4.1. Səyyar buxar və parafinsizləşdirmə qurğularına xidmət göstərməyə tədris müəssələrində təlim keçmiş, attestasiya olunmuş və qazana xidmət etməyə vəsiqəsi olan şəxslər buraxılır.

11.4.2. Buxar və parafinsizləşdirmə qurğusunun hər bir qazan istismara buraxılmazdan əvvəl dövri və növbədənkənar texniki yoxlamadan keçirilməlidir.

Növbədənkənar yoxlamanın keçirilməsi zamanı qazanın pasportunda yoxlamanın keçirilməsinin səbəbi göstərilməlidir.

11.4.3. MNK-nın obyektlərində qazanların təhlükəsiz istismarına və saz vəziyyətdə saxlanılmasına məsul şəxs əmrlə təyin olunmalıdır.

11.4.4. Qurğuların siqnalizasiyasını və avtomatik mühafizəsinin sazlığının yoxlanılması istismar üzrə təlimata və müəyyənləşdirilmiş qrafikə uyğun aparılmalıdır.

11.4.5. Buxar və parafinsizləşdirmə qurğusunun qazanı, onun nominal buxar məhsuldarlığından az olmayan miqdarda ümumi buraxılış qabiliyyəti olan qoruyucu klapanlarla təchiz edilməlidir.

11.4.6. İstismara daxil edilən hər bir qazanın üzərində asan görünən yerə, aşağıdakı məlumatları əks etdirən lövhəcik bərkidilməlidir:

- qeydiyyat nömrəsi;

- yol verilən (buraxıla bilən) təzyiq;

- növbəti daxili baxışın və hidravlik sınağın tarixi (gün, ay, il).

11.4.7. Buxar və parafinsizləşdirmə qurğularının elektrik hava və rabitə xətləri altında quraşdırılması qadağandır.

11.4.8. Buxar və parafinsizləşdirmə qurğusunun pasportunda göstərilmiş su buxarının təzyiq və temperatur qiymətlərini aşmaq qadağandır.

11.4.9. Qurğu buxara verilməzdən əvvəl buxar xətti qurğunun pasportunda göstərilən təzyiqə su ilə sınaqdan keçirilməlidir.

11.4.10. Buxar xəttinin hidravlik sınağı zamanı onun yaxınlığında dayanmaq qadağandır.

11.4.11. Avadanlığın daxili və səthi qızdırılması məqsədilə tətbiq edilən rezin şlanq metal ucluqla təchiz edilməlidir

11.4.12. Boru xətlərinin hissələrinin üfürülməsi üçün səyyar buxar qurğusu aqreqatlarının istifadə edilməsi qadağandır.

11.4.13. Avadanlıq işləyərkən və qazandakı təzyiqin atmosfer təzyiqinə düşməsinə qədər nəzarətsiz qoymaq, təzyiq altında olan qurğunun buxar və boru xətlərini təmir etmək qadağandır.

11.4.14. Buxarın təzyiqi atmosfer təzyiqinə qədər endikdən və borular soyuduqdan sonra buxar xətləri sökülə bilər.

 

11.5. Səyyar kompressor və elektrik qaynaq aqreqatları

 

11.5.1. Səyyar kompressorlara xidmət etməyə təlim keçmiş, attestasiya olunmuş və onlara xidmət etmək hüququ verən vəsiqəsi olan işçilər buraxılırlar.

11.5.2. Nasaz və çəpəri çıxarılmış mexanizmləri olan avadanlıqla işləmək qadağandır.

11.5.3. Kompressor istismara buraxılana qədər onun resiveri texniki baxışdan keçirilməli və qeydiyyata alınmalıdır. Texniki baxışın nəticələri resiverin pasportuna yazılmalı, resiverdə isə silinməyən boya ilə qeydiyyat nömrəsi, yol verilən işçi təzyiq, növbəti texniki baxışın tarixi yazılmalıdır.

11.5.4. Kompressor və qaynaq aqreqatı hamar meydançada quraşdırılmalı, təkərlərin altına dayaqlar qoyulmalıdır.

11.5.5. Elektrik cərəyanının qaynaq cərəyan mənbəyindən qaynaq qurğusunun elektrik tutqacına verilməsi üçün rezin izolyasiyalı və rezin örtüklü elastik qaynaq naqilindən istifadə edilməlidir. Alovun yayılmasını təmin edən polimer materiallardan izolyasiyalı və örtüklü kabel və naqillərin istifadəsi qadağandır.

11.5.6. Bütün elektrik qaynaq qurğuları qaynaq dövrəsi kəsildikdə yüksüz işləmə gərginliyinin mühafizə açılma qurğuları ilə təchiz edilməlidir.

11.5.7. Elektrik qaynaq qurğusunun şəbəkəyə birləşdirilməsi və ondan ayrılması həmçinin istismar prosesində saz vəziyyətdə qalmasına nəzarət elektrotexniki heyət tərəfindən həyata keçirilməlidir.

 

11.6. Qazma maşınları

 

11.6.1. Qazma maşınlarında işləməyə təlim keçmiş, attestasiya olunmuş və vəsiqəsi olan işçilər buraxılırlar.

11.6.2. Qazma maşını boru xəttinin üzərində istismar təlimatına uyğun yükqaldırıcı mexanizmlər vasitəsilə quraşdırılmalıdır.

11.6.3. Qazma maşını ilə işlərin aparılmasına yalnız gündüz vaxtı yol verilir.

11.6.4. Qazma maşınını işə salmazdan əvvəl kəmərin üzərində onun dayanıqlığı yoxlanılmalı və yaxınlıqda insanların olmadığına əmin olmaq lazımdır.

11.6.5. İşə başlamazdan əvvəl aşağıdakı tədbirlər həyata keçirilməlidir:

- işçi zonada hava mühiti yoxlanılmalı;

- bütün mexanizmlərin boşuna işləməsi yoxlanılmalıdır.

11.6.6. Qazma maşını xəndəyin kənarından idarə edilməlidir.

11.6.7. İş prosesində maşinist boru xəttində qazma maşınının dayanıqlığına nəzarət etməli, onun aşmasına qarşı və yaxud tarazlığının saxlanılması üçün vaxtında tədbirlər görməlidir.

11.6.8. Qazma maşının elektrik mühərriki həddindən artıq qızdıqda, taqqıltı və ya səs yarandıqda o, dərhal dayandırılmalıdır.

11.6.9. Qazma maşınına baxışın keçirilməsi və nasazlıqların aradan qaldırılması üzrə bütün işlər yalnız elektrik şəbəkəsindən ayırdıqdan sonra aparılmalıdır.

11.6.10. İş qurtardıqdan sonra qazma maşını boru xəttində sıxaclarla bərkidilməli və elektrik şəbəkəsindən ayrılmalıdır.

 

11.7. Təmizləmə maşınları

 

11.7.1. Təmizləmə maşınlarında işləməyə təlim və attestasiya keçmiş və vəsiqəsi olan işçilər buraxılır.

11.7.2. Təmizləmə maşını boru xəttinin üzərində istismar təlimatına uyğun olaraq, yükqaldırıcı mexanizmlər vasitəsilə quraşdırılmalıdır.

11.7.3. Təmizləmə maşını ilə işlərin aparılmasına yalnız gündüz vaxtı yol verilir.

11.7.4. Təmizləmə maşınının aşmasının qarşısını almaq üçün qoruyucu ştanqa quraşdırılmalıdır.

11.7.5. İş prosesində təmizləmə maşınının sabitləşdirilməsi onun konstruksiyasında hərəkət edən əks yüklərin vasitəsilə həyata keçirilməlidir.

11.7.6. Təmizləmə maşını xəndəyin kənarından idarə edilməlidir.

11.7.7. Maşınların işlədiyi ərazidə boru ilə xəndəyin divarları arasında işçilər olduqda işlərin aparılması qadağandır.

11.7.8 Maşının kəsici dişlərinin (tiyələrinin) dəyişdirilməsi, sazlama və tənzimləmə işləri təmizləmə maşını elektrik şəbəkəsindən ayrıldıqdan sonra yerinə yetirilməlidir.

11.7.9. Neft sızması aşkar olunduqda maşinist işi dərhal dayandırmalı və təmizləmə maşınını elektrik qida mənbəyindən açmalıdır.

 

11.8. İzoləedici maşınlar

 

11.8.1. İzoləedici maşınlarda işləməyə təlim və attestasiyadan keçmiş, bu maşınlara xidmət etməyə vəsiqəsi olan işçilər buraxılırlar.

11.8.2. İzoləedici maşın boru xəttinin üzərində istismar təlimatına uyğun olaraq, yükqaldırıcı mexanizmlər vasitəsilə quraşdırılmalıdır.

11.8.3. İzoləedici maşınla iş yalnız gündüz vaxtı aparılmalıdır.

11.8.4. İzoləedici maşının təhlükəsiz istismarını təmin etmək üçün o, qanovun kənarında quraşdırılmış idarəetmə pultu olan ştanqla, xəndəyin daxilində işlər aparıldıqda, səs xəbərdaredici qurğu ilə, izoləedici materialın qızma temperaturunu avtomatik tənzimləmə və çəndə mastikanın səviyyəsini avtomatik idarəetmə qurğuları ilə təchiz edilməlidir.

11.8.5. Boru xətti üzərində izoləedici maşının hərəkəti zamanı onun aşmasının qarşısını almaq üçün ştanqlardan dayaq kimi isifadə edilməlidir.

11.8.6. İzoləedici maşını işə salmazdan əvvəl xəndəkdə insanların və kənar əşyaların olmamasına əmin olmaq lazımdır.

11.8.7. İzoləedici maşının mexanizm və hissələri maşın tam dayandırıldıqdan, elektrik şəbəkəsindən ayrıldıqdan və maşından qaynar mastika boşaldıldıqdan sonra təmizlənməli və yaxud təmir olunmalıdır.

11.8.8. İzoləedici maşından 50 metrdən yaxın məsafədə ocaq qalamaq qadağandır.

11.8.9. Neftin axması aşkar edildikdə maşinist izoləedici maşını dərhal dayandırmalı və elektrik qida mənbəyindən ayırmalıdır.

11.8.10. İzoləedici maşın qeyri iş vaxtı elektrik qida mənbəyindən ayrılmalı və mastika içərisindən boşaldılmalıdır.

 

XII. MAGİSTRAL NEFT KƏMƏRLƏRİ OBYEKTLƏRİNDƏ QƏZALARIN LƏĞVİ ZAMANI TƏHLÜKƏSIZLIK TƏLƏBLƏRİ

 

12.1. Ümumi tələblər

 

12.1.1. MNK-nın xətti hissəsində, sualtı keçidlərində, dəniz və çay terminallarında, dəmiryol doldurma-boşaltma estakadalarında, həmçinin neftvurma stansiyasının istehsalat meydançalarında və çənlər parkında baş verə biləcək qəzaların nəticələrinin aradan qaldırılması bu Qaydaların tələblərinə və Əlavə 15-a uyğun Qəzaların Ləğvi Planına əsasən həyata keçirilməlidir.

12.1.2. Qəzaların Ləğvi Planının işlənib hazırlanması üçün əsas aşağıdakılardır:

- qəzaların baş verməsi mümkün olan yeni MNK-nin istismara verilməsi;

- mövcud Qəzaların Ləğvi Planının etibarlıq müddətinin bitməsi;

- Qəzaların Ləğvi Planınında olan məlumatların dəyişdirilməsi.

12.1.3. Qəzaların Ləğvi Planına əməliyyat hissəsi, texniki hissə və əlavələr daxil edilməlidir.

12.1.4. Qəzaların Ləğvi Planı təsdiqlənməzdən əvvəl, eyni texniki dəhlizdən keçən digər obyektlərin sahibləri ilə razılaşdırılmalıdır.

12.1.5. Qəzaların Ləğvi Planı 5 (beş) ildə bir dəfə yenidən işlənilməlidir. Bu müddət ərzində texnoloji sxem dəyişdikdə, qurğular və avadanlıqlar yenisi ilə əvəz edildikdə və ya qurğu və avadanlıqlarda yenidənqurma işləri aparıldıqda plana 10 (on) gün ərzində müvafiq dəyişikliklər edilməli, edilmiş dəyişikliklərin razılaşdırılması vərəqi sənədləşdirilməli və obyektin rəhbəri tərəfindən təsdiqlənməlidir.

12.1.6. Qəza-bərpa işlərinə operativ şəkildə rəhbərlik etmək üçün qəzanın ləğvi üzrə qərargah yaradılmalıdır. Qərargahın tərkibi qəzanın ləğvi üzrə məsul şəxs MNK obyektinin rəhbərinin əmri ilə təyin olunur.

12.1.7. Qəzanın ləğvi üzrə məsul şəxsin borcudur:

- briqada üzvlərini təhlükəsiz iş üsulları üzrə təlimatlandırmaq;

- qəza sahəsinə yaxın yerlərdə xəbərdaredici nişanlar quraşdırmaq, neft dağılan ərazini qırmızı bayraqlarla əhatəyə almaq, sutkanın qaranlıq vaxtı işıq siqnalları quraşdırmaq, qəza baş verdiyi sahəni işıqlandırmaq və digər işlərin həyata keçirilməsi üçün tədbirlər görmək;

- dəmir və avtomobil yolları ilə neft kəmərinin kəsişdiyi yerlərdə qəza baş verdikdə orada post qurmaq;

- qəzanın ləğvi ilə məşğul olan adamların təhlükəsiz yerləşdirilməsini təmin etmək.

12.1.8. Xətti hissədə qəzanın ləğvi üzrə işlər aparılan yerlərdə telefon və ya radio vasitə olmalıdır.

12.1.9. Sutkanın qaranlıq vaxtı qəzanın ləğvi üzrə işlər görülən yerlər partlayışdan mühafizəli çıraqlarla (gərginliyi 12 V - dan yüksək olmayan) işıqlandırılmalıdır.

12.1.10. Qəza işləri aparılan yerlərin hava mühitinə nəzarət təşkil olunmalıdır.

12.1.11. Qəza işləri aparılan yerlər yanğın postu və yanğınsöndürmə vasitələri ilə təchiz edilməlidir. Qəzanın ləğvi ilə məşğul olan bütün işçilər ilkin yanğınsöndürmə vasitələrindən istifadə etməyi və ilk tibbi yardım göstərməyi bacarmalıdırlar.

12.1.12. Qəza yerinə texnikanın qığılcımsöndürənsiz daxil olması qadağandır.

 

12.2. Neft kəmərinin xətti hissələrində qəzaların ləğvi

 

12.2.1. Qərargahın rəhbəri Qəzaların Ləğvi Planına uyğun olaraq, MNK-nin xətti hissəsində qəza nəticəsində neft dağılmasının aradan qaldırılması üzrə işləri və qəza-bərpa işlərini təşkil etməlidir.

12.2.2. Kəşfiyyat qrupu aşağıdakılarla təchiz edilməlidir:

- yeraltı kommunikasiyaların aşkarlanması üçün tras axtarıcı cihazla;

- hava mühitinin təhlilinin aparılması üçün cihazla;

- partlayışdan mühafizəli səyyar çıraqla;

- bütün qrup üzvləri üçün fərdi mühafizə vasitələri ilə;

- neftin dağıldığı yerin çəpərlənməsi və nişanlanması üçün siqnal nişanları, zəruri alətlər dəsti, material, eləcə də rabitə vasitələri ilə.

12.2.4. Qəza yeri aşkarlandığı zaman kəşfiyyat qrupu aşağıdakı təhlükəsizlik tədbirlərini görməlidir:

- nəqliyyat vasitələrinə dayanma siqnalı vermək (nəqliyyat vasitələri neft dağılan yerdən ən azı 100 m məsafədə küləkdöyən tərəfdə dayanmalıdır);

- neft dağılan yerə yalnız küləkdöyən tərəfdən yaxınlaşmanı təşkil etmək;

- qəza yerini perimetr üzrə qırmızı siqnal bayraqları ilə və üzərində “NEFT, YANĞIN TƏHLÜKƏSİ VAR!”, “ODLA YAXINLAŞMAQ OLMAZ!”, “SİQARET ÇƏKMƏK OLMAZ!” yazılmış xəbərdarlıq lövhələri ilə çevrəyə almaq;

- gecə vaxtı qəza yerini partlayışdan mühafizə qaydasında hazırlanmış çıraqlar vasitəsilə qırmızı işıq siqnalları ilə nişanlamaq;

- yaşayış məntəqələrinə, dəmir yolu və ya avtomobil yollarına yaxın qəza yerinin yaxınlığında mühafizə postları qoymaq;

- kənar nəqliyyatın yol sahəsində dağılma yerindən ən azı 100 m məsafədə qəza yerindən keçib getməsini təşkil etmək.

12.2.5. Qəza baş verən sahə ilə bitişik (qonşu) sahədə yerləşən siyirtmələr bağlanmalı, onların sükanları çıxarılmalı (əgər buna texniki cəhətdən imkan varsa), siyirtmələrin elektrik mühərrikləri elektrik cərəyanından ayrılmalı və siyirtmələrin elektrik intiqallarının üzərində xəbərdaredici işarələr qoyulmalıdır.

12.2.6. Neft kəmərlərində zədələnmiş sahələri və neftin axdığı yerləri aşkar etmək üçün nəqliyyat vasitələrindən istifadə edərkən aşağıdakı tələblərə riayət olunmalıdır:

- sutkanın işıqlı vaxtı nəqliyyat vasitəsi neftin dağıldığı yerdən 100 metrdən artıq məsafədə saxlanılmalıdır; kəşfiyyatı qaz təhlükəli yerlərdə təhlükəsiz iş üsullarını və yanğın təhlükəsizliyi qaydalarını bilən, iki nəfərdən ibarət qrup aparmalıdır;

- sutkanın qaranlıq vaxtı, dumanlı hava şəraitində kəşfiyyatı üç nəfərdən ibarət qrup aparmalıdır. Qrupla nəqliyyat vasitəsi arasındakı məsafəni qrupa başçı təyin olunan şəxs müəyyən edir; bütün hallarda bu məsafə 10 metrdən az olmamalıdır;

- neftin axması əlamətləri aşkar olunduqda kəşfiyyat qrupu dərhal nəqliyyat vasitələrinə dayanmaq siqnalı verməli və ərazini yoxlamalıdır.

12.2.7. Kəşfiyyat qrupu mütəmadi olaraq boru xəttinin vəziyyəti barədə neftvurma stansiyasının dispetçerinə məlumat verməlidir.

Neftin sızması aşkar olunmadıqda kəşfiyyat qrupu dispetçerin icazəsi ilə geri qayıtmalıdır.

12.2.8. Neftin axması aşkar olunan yerə yalnız küləkdöyən tərəfdən yaxınlaşmaq lazımdır. Əgər yerin quruluşu buna imkan vermirsə, süzgəcli əleyhqazdan istifadə edilməlidir.

12.2.9. Qəzanın ləğvində istifadə olunan avtomobillər, maşın və mexanizmlər, radio əlaqə vasitələri neftin dağıldığı yerdən 30 metrdən az olmayan məsafədə və küləkdöyən istiqamətdə yerləşdirilməlidir.

12.2.10. İş zamanı istifadə olunmayan texnika vasitələri neft dağılan zonadan kənarda, 100 m məsafədə saxlanılmalıdır.

12.2.11. Əgər boru kəmərinin zədələnmiş yerindən neft axıbsa, o, əldə olan neftvurma vasitələri ilə ləğv edilməli, neft kəmərinə, xüsusi hazırlanmış bəndə və yaxud torpaq anbarına vurulmalıdır.

12.2.12. Qəza sahəsindən anbara və ya bəndə neft vuran nasosun işə salınması və dayandırılması məsafədən yerinə yetirilməlidir. Təhlükəli zonada işçilərin olması qadağandır.

12.2.13. Yanğın təhlükəli zona hüdudlarından 50 metrdən az olmayan məsafədə qəza işlərinin aparılması məqsədilə meydançanın maşın və mexanizmlərinin dayanıqlı və təhlükəsiz istismarı əvvəlcədən nəzərdə tutulmalı, çuxurlar torpaqla hamarlanmalı (qışda qar təmizlənməli) və neftdən təmizlənməlidir. Yumşaq süxurlar və bataqlıq yerlər tirlərlə, şalbanlarla və yaxud taxta döşəmələrlə döşənməlidir.

12.2.14. Meydançanın hazırlanması ilə paralel olaraq neftin axmasına qarşı işlər görülməlidir. Bəndləməni çökək yerlərdən, yaşayış məntəqələrindən, su anbarlarından, çay, meşə massivləri və yollardan başlamaq lazımdır.

12.2.15. Neftin yığılması üçün torpaq anbar (bənd) qəza-bərpa işləri aparılan yerdən 100 metrdən az olmayan məsafədə qurulmalıdır.

12.2.16. Torpaq anbarından neftin dağılmasının qarşısını almaq üçün aşağıdakılara riayət edilməlidir:

- neftin səviyyəsindən torpaq anbarının yuxarısına qədər məsafə 1,0 metrdən az olmamalıdır;

- bəndin divarının hündürlüyü 1,5 metrdən çox olmamalı, üstünün eni 1,0 metrdən az olmamalıdır;

- bəndin maili səthi 450-dən çox olmamalıdır;

- anbarın aşağı hissəsində drenaj qurulmalıdır.

12.2.17. Torpaq işlərinə başlamazdan əvvəl yeraltı kommunikasiyaların (kabel, qaz xətti) yerləşdiyi yerləri göstərən işarələr quraşdırılmalıdır.

12.2.18. Zədələnmənin ləğvi (borunun mərkəzləşdirilməsi, fırlanmayan birləşmə nöqtələrinin qaynağı, korroziyaya qarşı izolyasiya) zamanı təmir aparılan çalanın ölçüləri bütün növ işlərin aparılmasını təmin etməlidir. Çalanın dərinliyi neft kəmərinin çəkildiyi dərinlikdən asılıdır və kəmərdən 0,5-0,6 m aşağı olmalıdır.

Neftin təmizlənməsi və yığılması qaz təhlükəli işlərin təhlükəsiz aparılmasının təşkili üzrə nümunəvi təlimatın tələblərinə riayət edilməklə yerinə yetirilməlidir.

12.2.19. Qəzanın ləğvi zamanı odlu işlər, neft sənayesinin “Partlayış təhlükəli, partlayış - yanğın təhlükəli və yanğın təhlükəli obyektlərində qaynaq və digər odlu işlərin aparılması üzrə nümunəvi təlimatın” və bu qaydaların tələbləri nəzərə alınmaqla yerinə yetirilməlidir.

12.2.20. Neft kəmərində gilli və digər hermetikləşdirici tez bərkiyən tıxaclar en kəsiyi möhkəm bağlamalıdır və kipləşdirmə zamanı təmir edilən sahənin sonunun tam hermetikliyini təmin etməlidir. Gilin kipləşdirilməsi üçün istifadə olunan tərtibatlar boruya toxunduğu halda qığılcım verməyən materialdan olmalıdır.

12.2.21. Təmir edilən sahədə tıxacların doldurulmasından sonra odlu işlərin aparılmasının mümkünlüyünü müəyyən etmək üçün hava mühitində yanar qaz və buxarların tərkibi yoxlanılmalıdır.

Neft kəmərində qaynaq işləri, yanar qazların və buxarların odlu işlər aparılan yerə daxil olmadığı şəraitdə aparılmalıdır. Boru kəmərinin təmir aparılan sahəsində kəmərin hermetikləşdirici tıxaclar arasında yanar buxarların və qazların qatılığı yolverilən partlayış təhlükəli həddi keçməməlidir (havada buxar və qazın aşağı partlayış həddinin 5%-ni, həcmi qiymətlərlə neft üçün 0,07 % və ya 2,1 mq/l).

12.1.22. Çalada odlu işlərə başlamazdan əvvəl oranın havası dəyişdirilməlidir. Havada qaz və buxarlar aşağıdakı miqdarda olduqda işə başlamaq olar:

karbohidrogen qarışığında kükürd- 3,0 mq/m3, doymuş karbohidrogenlər- 300 mq/m3.

Əgər odlu işlər bir neçə gün davam edərsə qaz və buxarların qəflətən sızma mümkünlüyü istisna deyilsə, işə başlamazdan əvvəl və iş zamanı hər saatdan bir təmir aparılan çalada hava mühitinin tərkibi yoxlanılmalıdır. Neft və qaz buxarlarının miqdarı sanitar normalar üzrə buraxılabilən həddi aşmamalıdır. Analiz hər fasilədən sonra və yaxud iş yerində neft və qaz buxarlarının yaranması ehtimalı yarandıqda aparılmalıdır. Sonuncu halda fasiləsiz işləyən qazanalizatorun istifadəsi məqsədəuyğundur.

12.2.23. Yuxarıda qeyd edilən təhlükəsizlik tədbirlərinə riayət edilmədikdə həmçinin işçi zonanın havasında qaz və buxarlar aşkar edildikdə odlu işlərin aparılması dayandırılmalı, işçilər isə təhlükəli zonadan çıxarılmalıdır.

12.2.24. Hava mühitində qaz qarışığının təhlükəli qatılığı aşkar edildikdə aşağıdakılara riayət edilməlidir:

- insanlar qazlı zonadan çıxarılmalı;

- təhlükəsizlik üzrə işlər istisna edilməklə bütün digər işlər dayandırılmalı;

- işin rəhbərinə və ya dispetçerə xəbər verilməli;

- küləyin istiqaməti nəzərə alınmaqla, qazlı zonada təhlükəsizlik nişanları qoyulmalı;

- qazlılığın ləğv edilməsi üzrə tədbirlər görülməlidir.

Qazlılığın və sızmanın səbəbləri aradan qaldırıldıqdan sonra işlərə yenidən başlanılmalıdır. Neft və qaz buxarlarının miqdarı bu halda sanitar normaları üzrə buraxılabilən həddi aşmamalıdır.

12.2.25. Siyirtmələri sökməklə kəmərin neftdən azad edilməsi qadağandır.

12.2.26. Təmir olunan kəmərin neftlə doldurulması zamanı cihazların göstəriciləri daima yoxlanılmaqla təzyiqi aramla və bərabər ölçüdə artırmaq lazımdır.

12.2.27. Neft kəmərində təzyiq artdıqda:

- 50 metrdən yaxın olmayan məsafədə təmir aparılan sahənin vəziyyəti müşahidə edilməli;

- təmir aparılan sahədə nəqliyyatın hərəkətinə və insanların olmasına yol verilməməlidir.

12.2.28. Neft kəmərinin qəza hissəsinin açılması, təmir özülünün tikilməsi, neft kəmərinin qəza hissəsinin neftdən azad edilməsi, neft kəmərinin qüsurlu hissəsinin kəsilməsi, neft kəmərinin daxili boşluğunun hermetikləşdirilməsi üzrə işlər, qaynaq-quraşdırma işləri, neft kəmərinin işə salınması və istismar rejiminə çıxarılması, neft kəmərinin izolyasiyası və örtülməsi bu Qaydaların 10.3-cü bölməsində göstərilən təhlükəsizlik tələblərinə riayət etməklə yerinə yetirilməlidir.

 

12.3. Dəmir yolu doldurma-boşaltma estakadalarında qəzaların ləğvi

 

12.3.1. Dəmir yolu doldurma-boşaltma estakadasının tikililərində qəza zamanı aşağıdakılar həyata keçirilməlidir:

- doldurma- boşaltma əməliyyatları dayandırılmalı;

- estakadanın texnoloji boru kəmərlərində ayrıcı siyirtmələr bağlanmalıdır. Boru kəmərlərində olan siyirtmələr kip bağlanmalı, nazım çarxlar çıxarılmalı (texniki cəhətdən mümkün olduğu halda), elektrik mühərrikləri cərəyandan açılmalı, dövrənin açılmasının görünməsi təmin edilməli və “İŞƏ SALMAYIN! ADAMLAR İŞLƏYIR!” yazılı lövhələr asılmalıdır;

- vaqon-sisternilər doldurma-boşaltma estakadalarından çıxarılmalıdır;

- qəzanın ləğvi ilə məşğul olmayan bütün işçilər və mühəndis-texniki işçilər təhükəli və qaz dolmuş (qazlaşmış) zonadan çıxarılmalıdır;

- neft dağılan yerlərdə (bəndin arxasında) mühafizə postları qoyulmalıdır;

- təhlükəli zonanın sərhədləri nişanlanmalı və sədd çəkilməlidir;

- yanğın hissəsi çağırılmalı və yanğınsöndürmə vasitələri hazır vəziyyətə gətirilməlidir;

- neftin yayılmasına qarşı tədbirlər görülməlidir;

- qaz dolmuş (qazlaşmış) zonaya texnikanın girişi qadağan olunmalıdır;

- Qəzaların Ləğvi Planına uyğun olaraq qəzanın ləğvinə başlanmalıdır.

12.3.2. Vaqon - sisternin doldurulması zamanı sızma (axma) aşkarlandıqda, nasazlıq tam aradan qaldırılanadək doldurulma dayandırılmalıdır.

12.3.3. Dəmir yolu doldurma-boşaltma estakadalarında qəzaların ləğvi zamanı yerli işıqlandırma üçün partlayışdan mühafizəli 12 V-dan artıq olmayan gərginliyə malik səyyar akkumulyatorlu çıraqlar tətbiq edilməlidir.

12.3.4. Qəzanın ləğvi zamanı tətbiq edilən elektrotexniki avadanlıq partlayışdan mühafizəli olmalıdır.

12.3.5. Dəmir yolu doldurma-boşaltma estakadalarında qəzanın ləğvi üzrə təmir işləri aparılan zaman bu Qaydaların 10.8-ci bölməsinə müvafiq olaraq təhlükəsizlik tələbləri yerinə yetirilməlidir.

 

12.4. Sualtı keçidlərdə qəzaların ləğvi

 

12.4.1. Qərərgahın rəhbəri Qəzaların Ləğvi Planına uyğun olaraq, qəza nəticəsində MNK-nin sualtı keçidində neft dağılmasının ləğvi üzrə işləri və qəza-bərpa işlərini təşkil etməlidir.

12.4.2. Kəşfiyyat qrupunun işi bu Qaydaların 12.2-ci bölməsinin tələblərinə uyğun olaraq yerinə yetirilməlidir.

12.4.3. Su obyektlərinin səthində neftin lokallaşdırılması bon sədlərinin quraşdırılması ilə həyata keçirilir.

12.4.4. İşlərin aparılması zamanı bon sədlərinin quraşdırılmasının iştirakçıları arasında etibarlı radio rabitə təmin edilməlidir.

12.4.5. Bon sədlərinin düzülməsi və quraşdırılması zamanı aşağıdakı təhlükəsizlik tədbirlərinə riayət olunmalıdır:

- bon sədlərinin quraşdırılması üzrə işlər kifayət qədər yükqaldırma qabiliyyətinə və dayanıqlığa malik qayıqların, katerlərin köməyi ilə aparılmalıdır;

- kiçik həcmli gəmiləri müəyyən olunmuş nümunəvi şəhadətnaməsi olan gəmiçilər idarə etməlidirlər;

- qayıqlar, katerlər saz vəziyyətdə olmalı və xilasetmə vasitələri ilə, ştat avadanlığı ilə dəstləşdirilməlidir;

- üzmə vasitələrindən bon sədlərinin quraşdırılması xüsusi geyimdə olan, xilasetmə jiletləri geymiş ən azı iki fəhlə tərəfindən yerinə yetirilməlidir.

12.4.6. Gecə vaxtı işləyərkən su hövzəsində iş yeri sahildən projektorlarla işıqlandırılmalıdır.

12.4.7. Neftyığma və neftvurma texnikası ilə işlərin görülməsi zamanı aşağıdakı təhlükəsizlik tədbirlərinə riayət olunmalıdır:

- neftyığanın elektrik avadanlığı partlayışdan mühafizəli olmalıdır;

- gecə vaxtı neft yığma işlərinin görülməsi zamanı iş yeri partlayışdan mühafizəli çıraqlarla işıqlandırılmalıdır. Partlayışdan mühafizəli əl çırağının gərginliyi 12V-dan artıq olmamalıdır;

- güc kabelinin izolyasiyası zədələndiyi və torpaqlama olmadığı zaman neftyığanın elektrik şəbəkəsinə qoşulması qadağandır;

- elektrik açarı işləyən neftyığandan ən azı 30 m məsafədə quraşdırılmalıdır.

- neftyığanın şlanqının hərəkəti zamanı o, mexaniki zədələrdən, ilgəklərin əmələ gəlməsindən və birləşmə bəndlərinin zəifləməsindən qorunmalıdır;

- neftyığan işləyərkən ona xidmət göstərilməməli;

- neftyığanla sərbəst işləməyə icazəsi olmayan şəxslərin onunla işləməsinə icazə verilməməli;

- işləyən avadanlığı nəzarətsiz qoymamalı.

12.4.8. MNK-nin sualtı keçidinin qəzalı hissəsinin təmir işləri bu Qaydaların 10.5-ci bölməsində bəndində göstərilən təhlükəsizlik tələblərinə riayət etməklə yerinə yetirilməlidir.

 

12.5. Neftvurma (neft nəqletmə) sahələrinin istehsalat ərazilərində qəzaların ləğvi

 

12.5.1. Neftvurma stansiyasının istehsalat meydançasının ərazisində qəza meydana çıxdığı zaman, qəza yeri siqnal lentləri, lövfələrə və s. nişanlanmalıdır.

12.5.2. Qəza işlərinin aparılma yerlərinə girişlərdə və yanaşma yerlərində insanların və texnikanın buraxılmasına nəzarət edən mühafizə postları qoyulmalıdır. Qəzanın ləğvində iştirak etməyən insanların və texnikanın keçməsi qadağandır.

12.5.3. İş icraçıları (ustalar, briqadalar, yerqazan və digər tikinti maşın və mexanizmlərinin maşinistləri) mühafizə zonalarında iş başlamazdan əvvəl tikililərin, yeraltı kommunikasiyaların trasının yerləşməsi ilə və onların ərazidə nişanlanması ilə tanış olmalıdırlar.

12.5.4. İş zamanı istifadə olunan qəza texnikası (qaynaq aqreqatları, elektrik stansiyaları) işlərin aparıldığı yerə nəzərən küləkdöyən tərəfdə 30 m-dən yaxın olmayan məsafədə yerləşdirilməlidir.

12.5.5. Qəzalı sahənin təmiri üzrə kompleks işlərin görülməsi bu Qaydaların 10.7-ci bəndində göstərilmiş təhlükəsizlik tələblərinə riayət etməklə həyata keçirilməlidir.

 

12.6. Çənlər parkında qəzaların ləğvi

 

12.6.1. Çən parklarında qəza meydana çıxdığı zaman, qəza yeri siqnal lentləri, lövhələrlə və s. nişanlanmalıdır.

12.6.2. Qəza işlərinin aparılma yerlərinə girişlərdə və yanaşma yerlərində insanların və texnikanın buraxılmasına nəzarət edən mühafizə postları qoyulmalıdır. Qəzanın ləğvində iştirak etməyən insanların və texnikanın qəza yerinə keçməsi qadağandır.

12.6.3. İş zamanı istifadə olunan qəza texnikası (qaynaq aqreqatları, elektrik stansiyaları) işlərin aparıldığı yerə nəzərən küləkdöyən tərəfdə 30 m-dən yaxın olmayan məsafədə yerləşdirilməlidir.

12.6.4. Çən parkının xidmət personalı kommunikasiyaların sxemlərini bilməli, zədə, qəza şəraitində davranış qaydaları ilə bağlı təlim keçməlidir.

12.6.5. Qəzanın ləğvi zamanı çənlərin, texnoloji boru kəmərlərinin, avadanlığın təmiri aparılan zaman bu Qaydaların 10.6-cı bəndinə müvafiq olaraq təhlükəsizlik tələbləri yerinə yetirilməlidir.

12.6.6. Yanğın meydana çıxdığı halda, “Çən parkında yanğının söndürülməsi planına” uyğun olaraq yanğının aradan qaldırılmasına başlanmalıdır.

12.6.7. Yanğın söndürüldükdən sonra Qəzaların Ləğvi Planına uyğun olaraq işlərin görülməsinə başlanmalıdır.

 

12.7. Kükürdlü neftin nəqli zamanı baş verən qəzaların ləğvi

 

12.7.1. Hidrogen sulfid tərkibli neft nəql edən neft kəmərlərinin təmiri zamanı işçilər süzgəcli və ya izoləedici əleyhqazlardan istifadə etməlidir. (Əlavə 9)

12.7.2. Hidrogen sulfidli mühitdə işlərin aparılması zamanı izoləedici əleyhqazdan istifadə edilməlidir.

12.7.3. Obyektlərin lazımi fərdi mühafizə vasitələri ilə vaxtında təchiz edilməsi üzrə məsuliyyət obyektin rəhbərliyinin, onların mövcudluğu, düzgün istismar və saxlanılma qaydaları üzrə məsuliyyət isə təmir və qəza-bərpa işləri aparan məsul şəxsin üzərinə düşür.

12.7.4. Fərdi mühafizə vasitələrinin verildiyi zaman onların əvvəlcədən komplektləşdirilmiş və istismara yararlı olması və istifadə edənin ölçüsünə uyğunluğu yoxlanılmalıdır. Əleyhqazlar xüsusi yerlərdə saxlanılmalıdır.

12.7.5. Hava mühitinin qazlılığı daşınan qazanalizatorla yoxlanılmalıdır. Cihazların göstəriciləri, nümunənin götürülmə tarixi və vaxtı göstərilməklə, hava mühitinə nəzarət jurnalına yazılmalıdır. Jurnal sahənin və ya xidmətin növbə rəisində olmalıdır.

12.7.6. Neft kəmərində hidrogen sulfid tərkibli neftin sızması aşkar olduqda aşağıdakı tədbirlər görülməlidir:

- neftin sızması baş verən yerin yaxınlığında bütün torpaq işləri, ekskavatorların və mexanizmlərin işi dayandırılmalıdır;

- heyət süzgəcli əleyhqaz geyinməlidir;

-rayon dispetçer məntəqəsinə, yaxud ən yaxın neftvurma stansiyasının dispetçerinə və təmir işlərinə cavabdeh olan şəxsə xəbər verməlidir.

- neft dağılan sahə siqnal bayraqları ilə əhatəyə alınmalı, “Alovla yaxınlaşmayın!”, “Siqaret çəkmək qadağandır!”, “Təhlükəlidir-neft!”, sutkanın qaranlıq vaxtı isə partlayışdan mühafizəli işıq siqnal fənərlər quraşdırılmalı və qəzanın ləğvi planına uyğun hərəkət edilməlidir.

12.7.7. Qanovlarda, havaya hidrogen sulfidin yığılması ehtimal olunan şəraitdə işlər (təmizləmə, izolyasiya və torpaq işləri) tərkibi üç nəfərdən az olmayan briqada tərəfindən yerinə yetirilməlidir. Onlardan iki nəfər qanovda işləməli, üçüncüsü isə (əvəzedici) qanovun üstündə dayanmalıdır. O, qanovda işləyən iki nəfərin vəziyyətinə nəzarət etməli, əgər qazdan zəhərlənmə əlamətlərini müşahidə etsə, onları yuxarı qaldırıb ilk tibbi yardım göstərməlidir.

12.7.8. Fəhlələr əleyhqazlarda, xüsusi geyimin üstündən xilasedici kəndirlərlə bərkidilmiş qoruyucu kəmərlərdə işləməli, kəndirlərin ucları yuxarıda dayanan əvəzəedici fəhlədə olmalıdır.

12.7.9. Neft kəmərinin təmir olunan hissəsində calaq yeri partlasa və ya neftin sızması ilə bağlı hər hansı hermetikliyin pozulması hallarında məsul rəhbər dərhal aşağıdakı tədbirləri görməyə borcludur:

-neft kəmərinin vəziyyətindən asılı olmayaraq, onun qaldırılması (endirilməsi) işlərini dayandırmalı, maşın və mexanizmləri elektrik cərəyanından ayırmalıdır;

- işçiləri təhlükəli zonadan çıxarmalıdır;

- neftvurma prosesini dayandırmalı və neftin yaşayış məntəqələri tərəfə axmasına qarşı tədbirlər görməlidir.

12.7.10. Neft kəmərinin təmir olunan sahəsində neft ləkələri aşkar olunduqda endirmə-qaldırma əməliyyatları dərhal dayandırılmalı və zədələnən sahə təmir olunmalıdır.

12.7.11. Kəmərdəki zədələnmələri qaynaqlayan zaman kəmərin divarı yandıqda məsul rəhbər işləyənləri dərhal həmin təhlükəli zonadan çıxarmalı və əleyhqazları geyinməyə göstəriş verməlidir. Sonra plana uyğun olaraq baş vermiş qəza haqqında neftvurma stansiyasının və ya rayon dispetçer məntəqəsinin operatoruna xəbər verməli və qəza-bərpa briqadası gələnə qədər zədələnmənin aradan qaldırılmasına və yanan neftin söndürülməsinə başlamalıdır.

12.7.12. Təmiz hava zonasında tərkibi üç nəfərdən az olmayan, əleyhqazlarla və fərdi mühafizə vasitələri ilə təmin olunmuş ehtiyat briqadası saxlamaq və əvəzedicinin işinə daimi nəzarət etmək lazımdır.

Ehtiyat briqadası ilk siqnal alan kimi təhlükəli zonadan zərərçəkmiş işçinin çıxarılmasına kömək etməli və lazım gəldikdə özü işi davam etməlidir.

12.7.13. Qəzanın ləğvi zamanı məsul rəhbər təhlükəli zonada briqadaların iş növbəsini təyin etdirməlidir.

12.7.14. Neft kəmərlərinin yuxarıda qeyd olunan yerlərindəki qəzanın ləğvi üzrə işlər qaz təhlükəli işlər siyahısına aiddir və tapşırıq-icazə vərəqəsi əsasında həyata keçirilir.

12.7.15. Qaz təhlükəli işlərə başlamazdan əvvəl hava mühitinin analizi aparılmalı, havada oksigenin və zərərli partlayış və yanğın-partlayış təhlükəli maddələrin tərkibi icazə-buraxlış vərəqəsinə yazılmalıdır.

12.7.16. Qaz təhlükəli işlərə başlamazdan əvvəl heyətin təhlükəsiz iş üsullarını bilmələri, fərdi mühafizə vasitələrinin mövcudluğu, heyətin onlardan istifadə etmək, ilk tibbi yardımın göstərilməsi bacarığı və bu məlumat icazə-buraxlış vərəqəsinə yazılmalıdır.

12.7.17. Qaz təhlükəli işlərə başlamazdan əvvəl bu işlərə məsul şəxsin hər bir işçinin səhhəti haqqında məlumatı olmalıdır.

Obyektin və işçilərin qaz təhlükəli işlərə hazırlığı barədə əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidmətinə xəbər verilməlidir. Bu xidmətin nümayəndəsinin razılığı olmadan işə başlamaq qadağandır.

12.7.18. Qəzanın ləğvi zamanı odlu işlər neft sənayesinin partlayış, partlayış-yanğın və yanğın təhlükəli obyektlərdə odlu işlərin aparılması qaydaları üzrə nümunəvi təlimata əsasən aparılmalıdır.

 

XIII. Qış şəraitində işlərin görülməsi zamanı əlavə təhlükəsizlik tədbirləri

 

13.1. Qış fəsli başlamazdan əvvəl boru kəmərlərinin istilik izolyasiyası və onların qızdırılması üçün buxar qurğularının sazlığı yoxlanılmalıdır. Aşkar edilən çatışmazlıqlar vaxtında aradan qaldırılmalıdır.

13.2. Çənlər parkında və doldurma-boşaltma estakadalarında, boru kəmərlərində və armaturlarda əmələ gələn su təbəqəsinin donmasının qarşısını almaq üçün buxar xətti çəkilməlidir.

13.3. Su boşaldıcı siyirtmələr, çənlərin sifon kranları, su və yanğın dayaqları qızdırılmalıdır.

13.4. Ventilyasiya sisteminin kaloriferi və bütün otaqların istilik sistemləri saz vəziyyətdə olmalıdır.

13.5. Boru kəmərlərində əmələ gələn su təbəqəsi donarsa, bu zaman kəmərlərə xarici baxış keçirməklə donmuş və zədələnmiş yerlər aşkar edilməli, boru kəməri ümumi sistemdən ayrılmalıdır.

13.6. Boru kəmərində buz bağlamış hissə onun donmuş yerinin qurtaracağından başlayaraq buxar və ya isti su ilə qızdırılmalıdır.

13.7. Boru kəmərinin drenaj hissəsinin və çənin donmuş yerlərini açıq odla qızdırmaq qadağandır.

13.8. Donmuş siyirtmələri, ventilləri və başqa qapayıcı qurğuları ling və borulardan istifadə etməklə açmaq qadağandır.

13.9. Avadanlıqların, sahələrin və metal-konstruksiyaların üzərində sudan əmələ gəlmiş buz vaxtlı-vaxtında təmizlənməlidir.

13.10. Piyada yolunu, doldurma-boşaltma və çənlər parkı ərazisindəki yanğın maşınları üçün ayrılmış yollar mütəmadi olaraq qardan təmizlənməli və üzərinə qum səpilməlidir.

 

 

 

Əlavə 1

 

İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında

M Ə L U M A T

 

Müəssisənin və onun tabe olduğu yuxarı orqanın adı______________________________

________________________________________________________________________

Hadisənin baş verdiyi tarix, vaxt______________________________________________

(il, ay, gün, saat, dəqiqə)

 

Hadisənin baş verdiyi şərait (hadisə baş verərkən yerinə yetirilən işin və ya istehsal qəzasının təsviri)__________________________________________________________

 

Bədbəxt hadisənin nəticəsi__________________________________________________

________________________________________________________________________

Bədbəxt hadisədən zərərçəkənlərin ümumi sayı__________________________________

Zərərçəkənlərin (həlak olanların) soyadı, adı, atasının adı, yaşı, peşəsi, vəzifəsi ________________________________________________________________________

________________________________________________________________________

Məlumatı imzalayan vəzifəli şəxs ________________________________________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı, imza, tarix, saat)

 

 

 

 

 

Əlavə 2

 

Əmək şəraiti vəziyyətinin yoxlanılması jurnalının nümunəsi

Əmək şəraiti vəziyyətinin yoxlanılması

 

Titul vərəqi

 

Birlik, idarə_____________________________________________________________.

 

Müəssisə, təşkilat________________________________________________________.

Əmək şəraiti vəziyyətinin yoxlanılması jurnalı

 

 

(sahənin qurğunun adı)

 

Başlanığıc “_____” ___________________________ il

 

 

 

 

Jurnalın səhifələri

 

Yoxlamanın tarixi Yoxlayanın vəzifəsi, soyadı, adı, atasının adı Aşkar edilmiş nöqsanlar, pozuntular Aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün təkliflər Aradan qaldırılma müddəti, icraçı (vəzifəsi, soyadı) Yoxlayanın imzası İcranın tarixi, sahə, qurğu rəhbərinin imzası

1 2 3 4 5 6 7

 

Əmək şəraitinin vəziyyətinin yoxlanılması jurnalının doldurulması üzrə göstəriş

 

1. Əmək şəraiti vəziyyətinin yoxlanılması jurnalı hər bir istehsalat sahəsində (sahədə, qurğuda və s.) olmalıdır.

2. Jurnalın titul vərəqində sahənin, bölmənin adı və başlanğıc yazıların tarixi göstərilməlidir.

3. sahənin, bölmənin, qurğunun, briqadanın rəhbəri jurnalın saxlanmasına, düzgün doldurulmasına cavabdehlik daşıyır və əmək mühafizəsi üzrə ictimai müfəttişlərə, müəssisənin mühəndis-texniki işçilərinə və sahəni yoxlayan yuxarı təşkilatlara, Dövlət nəzarəti orqanları işçilərinə, həmkarlar İttifaqları müfəttişlərinə təqdim edilməlidir. Jurnal sahə, bölmə, qurğu rəhbərinin iş yerində saxlanılmalıdır.

4. Jurnal üç hissəyə bölünür:

- ustanın, icraçının, bilavasitə iş rəhbərinin və əməyin mühafizəsi üzrə ictimai müfəttişin (nəzarətin birinci mərhələsi üzrə) aşkar etdikləri pozuntuların qeyd edilməsi üçün;

- nəzarətin ikinci mərhələsi üzrə yoxlama aparan şəxslərin aşkar etdikləri nöqsanların qeyd edilməsi üçün;

- digər yoxlayanların qeydləri üçün.

Jurnalda yazılar onun formasına uyğun aparılmalıdır.

Yoxlamanın tarixi birinci sütunda ərəb rəqəmləri ilə yazılmalıdır, məsələn: 01.01.21.

Aşkar edilmiş nöqsanlar və pozuntular üçüncü sütunda onların düzgün xüsusiyyətlərini və yerini göstərməklə yazılmalıdır.

Dördüncü sütunda aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün dəqiq təklif yazmaq, beşinci sütunda nöqsanların aradan qaldırılması müddəti, hər bir tədbiri yerinə yetirən icraçının vəzifəsi, soyadı göstərilməlidir. Yeddinci sütunda dördüncü sütunda göstərilmiş təkliflərin yerinə yetirilməsi tarixi göstərilməli, sahə, bölmə, qurğu rəhbərinin imzası olmalıdır.

5. Sahənin rəhbəri aşkar edilmiş nöqsanları, pozuntuları təcili olaraq aradan qaldırmağa borcludur.

Jurnala həmçinin sexin, bölmənin, müəssisənin köməyi ilə aradan qaldırılması tələb olunan nöqsanlar, pozuntular və onların aradan qaldırılması tarixi yazılmalıdır.

6. Müəssisənin əmək mühafizəsi və təhlükəsizlik texnikası xidmətinin işçiləri ayda bir dəfədən az olmayaraq sahələrdə jurnalın düzgün doldurulmasını, aşkar edilmiş nöqsan və pozuntuların vaxtında aradan qaldırılmasını yoxlamalı və jurnalda bu barədə qeydlər aparılmalıdır.

 

Əlavə 3

 

Partlayış - yanğın təhlükəli və yanğın təhlükəli obyektlərin (qaz təhlükəli yerlərin)

SİYAHISI

 

№ Qaz təhlükəli yerlərin siyahısı Partlayış təhlükəli qarışığın kateqoriyası

və qrupu

(DÜST 12.1.011.078 üzrə) Mühitin xarakteristikası

2 3 4

1. Açıq meydançalarda əmtəə nefti üçün çənlər və tutumlar

(yerüstü və yeraltı) II ATZ Neft, neft buxarları

2. Neft ölçmə məntəqələri, siyirtmələri, idarəetmə kameraları, neftin təzyiqini və məsrəfini idarəetmə kameraları (binalarda, quyularda və açıq meydançalarda) II ATZ Neft, neft buxarları

3. Neft tələləri, durulducu hovuzlar, neft üçün müvəqqəti anbarlar, flotasiya qurğuları və digər sənaye kanalizasiya qurğuları II ATZ Neft, neft buxarları

4. Neft üçün müxtəlif təyinatlı nasos stansiyaları (binalarda və açıq meydançalarda) II ATZ Neft, neft buxarları

5. Texnoloji qurğuların ərazilərində tikililər (texnoloji və kanalizasiya quyuları, kameraları, o cümlədən, açıq kanalizasiya şəbəkələri), siyirtmə qovşaqları II ATZ Neft, neft buxarları

6. Neftin keyfiyyəti blokları II ATZ Neft, neft buxarları

7. Neft qızdırıcı qurğular (sobalar) II ATZ Neft, neft buxarları

8. Neft və neft məhsullarının, qazlarının və buxarlarının yığılması mümkün olan kabel kanalları, quyular, neft kəmərlərinin, sənaye kanalizasiyasının və istehsalat meydançalarının ərazilərində digər qurğuların və binaların tunelləri, neft kəmərlərinin təmir edilən sahələrinin açılmış xəndəkləri II ATZ Neft, neft buxarları

9. Təmizlənməmiş axın yolları və təmizləmə qurğularında tutulmuş neft və çöküntülər üçün kanalizasiya nasos stansiyaları II ATZ Neft, neft buxarları

 

1 2 3 4

10. İşlərin icrası zonasında neftin və neft buxarlarının çıxması ilə əlaqəli fəaliyyət göstərən neft kəmərlərinin təmir olunan sahələri (qəzaların aradan qaldırılması, müxtəlif növ qoşulmalar, sahələrin açılması və s. zamanı), eləcə də neft kəmərlərinin əsaslı təmiri vaxtı II ATZ Neft, neft buxarları

11. Qurğular üçün neft tutumları II VTZ Karbohidrogen buxarları

12. Partlayış təhlükəli zonaların sorucu ventilyasiya kameraları xidmət göstərilən otaqların kateqoriyaları üzrə

13. Hava xətlərində əks klapanlar olmadığı halda ayrı-ayrı

otaqların axın-sorma ventilyasiya kameraları xidmət göstərilən otaqların kateqoriyaları üzrə

14. Kimyəvi laboratoriya

(sorucu şkaflar zonasında) II ATZ Neft, neft buxarları

15. QPM (qaz paylayıcı məntəqə), qazlaşdırılmış qazanxanalar II AT1 Qaz (metan)

16. Saxlama anbarları:

- kalsium karbidi II ST2 Yanar qazlar

- yanar qaz balonları II ATZ Yanar qazlar

- yanacaq və YSM II ATZ Karbohidrogen buxarları

 

 

Əlavə 4

 

Partlayış-yanğın və yanğın təhlükəli işlərin

SİYAHISI

 

№ İş yeri və xarakteri

1 2

1. Odlu və qaynaq işləri ilə əlaqədar olan işlər (neft və qaz separatorlarında, TAM (tez alışan maye) və YM (yanar maye) tutumlarında, neft və qaz boru kəmərlərində və s.)

- elektrik qaynağı üsulu ilə metalın elektrik qaynağı və kəsilməsi;

- qaz-qaynaq və qaz kəsmə işləri;

- kəsmə və lehim lampaları ilə iş;

- termik qaynağı;

- lehimləmə işləri

2. Tutumların, aparatların, çənlərin təmiri ilə əlaqədar qaynaq işləri, neft və qaz kəmərlərində və sənaye kanalizasiyalarında quyuların təmiri

3. Əlavə avadanlıqların, yeni qaz və neft kəmərlərinin fəaliyyət göstərən şəbəkələrə qoşulması:

1. Soyuq qoşulma

2. Boruların qaynaq edilməsi

4. İşlək şəbəkədən ayrılmış qaz və neft kəmərlərinin demontajı; neft və qaz kəmərlərinin, quyuların və avadanlığın konservasiyası və yenidən işə salınması

5. Sənaye kanalizasiya quyularına baxışın keçirilməsi və təmiri, quyularda armaturanın təmiri və təftişi

6. Neft və qaz separatorlarının dəyişdirilməsi, təmiri və təftişi. Atqı xətlərinin dəyişdirilməsi

7. Nasos aqreqatlarının yenidən bağlanması

8. Yaşayış, istehsalat, anbar və digər ictimai təyinatlı binaların daxilində aparılan qaynaq işləri

9. Fəaliyyət göstərən quyularda, qaz və neft kəmərlərində, nasos stansiyalarında odlu (qaynaq) işlərin aparılması ilə əlaqədar bütün təmir işləri

10. Boru xətlərində deşiklərin ləğv edilməsi

11. Aşağı temperatur şəraitində avadanlığın, neft və qaz kəmərlərinin qızdırılması işləri

12. Cilalama maşınından istifadə edilməklə metalların təmizlənməsi

13. Kabel estakadalarının təmiri

14. Metalların qığılcım yaranması ilə müşayiət olunan mexaniki emalı

15. Partlayış texnologiyaları istifadə olunmaqla yerinə yetirilən işlər

16. Bitum və qətranların qızdırılması

17. Avadanlığın yüksək gərginlikli sınaqları

 

 

 

Əlavə 5

 

TƏSDİQ EDİRƏM

 

 

Baş mühəndis____________________________________________________________

(müəssisənin adı)

 

 

_________________________________________________________________20___il.

(imza) (Tarix)

 

 

Qaz təhlükəli işlərin siyahısı

 

(struktur bölmənin adı)

 

 

Sıra № İşin xarakteri və yeri

(sxem üzrə avadanlığın yeri) Mümkün təhlükəli və zərərli istehsalat faktorları Hazırkı iş kim tərəfindən yerinə yetirilir Əsas tədbirlər

obyektin qaz təhlükəli işlərə hazırlanması qaz təhlükəli işlərin təhlükəsiz aparılması

1 2 3 4 5 6

 

 

RAZILAŞDIRILMIŞDIR

 

 

İstehsalat (istehsalat-

texniki)şöbə __________________

 

Qaz xilasetmə

xidməti ______________________

 

Təhlükəsizlik

texnikası xidməti _______________

 

Sex rəisi__________________

 

 

 

 

 

Əlavə 6

 

Qaz təhlükəli işlərin aparılmasına

 

TAPŞIRIQ - İCAZƏ

№_______

 

 

Təsdiq edirəm ____________________________________________________________

(Müəssisənin adı, vəzifəsi, imza, ad, soyad)

 

“_____”_______________20__il.

 

1.Müəssisənin adı _________________________________________________________

 

2. Struktur bölmə (Qaz təsərrüfatı, istehsalat, xidmət, sex, qurğu, sahə):_______________

________________________________________________________________________

 

3. İşin aparılacğı yer _______________________________________________________

(bölmə, sahə, aparat, kominikasiya)

 

4. İşin xüsusiyyəti:_________________________________________________________

5. Hazırlıq işlərinə cavabdeh şəxs: ____________________________________________

(vəzifəsi, adı, soyadı)

 

6.İşlərin aparılmasına cavabdeh şəxs__________________________________________

(vəzifəsi, adı, soyadı)

 

7. İşlərin başlama tarixi və vaxtı “___” ________ 20__-ci il saat______________________

 

İşlərin başlama tarixi və vaxtı “___” ________ 20__-ci il saat______________________

 

8. Görüləcək işlər və işlər və işlərin aparılmasında əsas əsas əməliyyatların texnoloji ardıcıllığı:

______________________________________________________________________________ __________________________________________________________________

 

9. Qaz təhlükəli işlərin aparılması üçün hazırlıq tədbirləri və onların ardıcıllığı: __________

________________________________________________________________________

 

Əlavə ___________________________________________________________________

(cizgi, eskiz və s. - 2 nüsxə)

10. İşin yerinə yetirilməsi üçün təhlükəsizlik tədbirləri ______________________________

________________________________________________________________________

________________________________________________________________________

 

11. Briqadanın istifadə etməli olduğu xüsusi geyim, kollektiv və fərdi mühafizə vasitələri __

______________________________________________________________________________ __________________________________________________________________

 

12. Qaz təsərrüfatı, istehsalat, xidmət, sex, qurğu, sahə rəisi (və ya onun müavini):

________________________________________________________________________

(imza, adı, soyadı, tarix)

13. Tədbirlər razılaşdırılıb:___________________________________________________

 

Qaz təhlükəli işlərə nəzarət bölməsinin rəisi_____________________________________

(imza, adı, soyadı, tarix)

Səlahiyyətli struktur bölmənin rəhbər işçisi______________________________________

(imza, adı, soyadı, tarix)

Əlaqəli bölmənin (istehsalatın, sahənin rəisi(müavini))_____________________________

(imza, adı, soyadı, tarix)

 

 

14. Briqadanın tərkibi və işin təhlükəsiz yerinə yetirilməsi barədə təlimatlandırma haqqında qeyd:

(Briqadanın tərkibi işə başlamazdan əvvəl müəyyənləşdirilir və işin aparılmasına cavabdeh şəxs tərəfindən təlimatlandırılır)

Sıra № Briqada üzvlərinin adı, soyadı Vəzifəsi

(peşəsi) İş şəraiti ilə tanış oldum və təlimatlandırıldım, imza Təlimat verənin vəzifəsi, adı, soyadı, imzası

1 2 3 4 5

 

 

15. İşin əvvəlində və işin gedişi zamanı hava mühitinin analizinin nəticələri:

Nümunənin götürüldüyü tarix və vaxt Nümunənin götürüldüyü yer Təyin edilən komponentlər Buraxıla bilən qatılıq həddi Analizin nəticəsi Analiz edənin (imzası, a.s.)

1 2 3 4 5 6

 

 

16. Tapşırıq - icazə əsasında işlərin təhlükəsiz aparılması üçün hazırlıq tədbirləri yerinə yetirilmişdir:

 

Hazırlıq işlərinə cavabdeh şəxs: İşin aparılmasına cavabdeh şəxs:

_________________________ __________________________

(imza,adı,soyadı,tarix) (imza,adı,soyadı,tarix)

 

17. İşlərin aparılmasının mümkünlüyünü təsdiq edirəm:

 

Qaz təhlükəli işlərə nəzarət xidmətinin nümayəndəsi:________________________

(imza, adı, soyadı, tarix)

İşin aparılmasına icazə verirəm__________________________________________

(struktur bölmənin rəhbəri,imza,adı,soyadı,tarix)

 

 

18. Tapşırıq - icazənin vaxtı uzadılmışdır:

İşlərin aparılması tarixi və vaxtı Hava mühiti analizinin nəticəsi İşlərin aparılması mümkünlüyünü təsdiq edirəm.

Tapşırıq-icazənin vaxtını uzadan şəxsin vəzifəsi,adı,imzası İşin aparılmasına cavabdeh şəxs Qaz təhlükəli işlərə nəzarət bölməsinin rəisi Struktur bölmənin rəhbəri

1 2 3 4 5 6

 

 

Mən təsdiq edirəm ki, iş tamamlanmışdır və iş sahəsi təhlükəsizlik tələblərinə cavab verir:

İşin aparılmasına cavabdeh şəxs______________________________________________

(imza, adı, soyadı, tarix)

Struktur bölmənin (Qurğu, xidmət, sex, sahə) rəisi:________________________________

(imza, adı, soyadı, tarix)

 

 

 

 

Əlavə 7

 

Partlayış - yanğın və yanğın təhlükəli obyektlərdə

qəza zamanı odlu işlərin aparılmasına

 

TAPŞIRIQ - İCAZƏ

 

Müəssisənin adı _________________________________________________________

1. Sex, obyekt, qurğu, sahə: ________________________________________________

 

2. İş yeri ________________________________________________________________

(aparat, kommunikasiya və s.)

3. İşin məzmunu (adı)______________________________________________________

 

4. Odlu işlərə hazırlığa cavbdeh şəxs _________________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

 

5. Odlu işlərin aparılmasına cavabdeh şəxs_____________________________________

(vəzifəsi, adı, soyadı, atasının adı)

 

 

 

TƏHLÜKƏLƏR

Qığılcım

(qısa qapanma) Kor flansla ayrılma Elektrik (aşağı,yuxarı) Hərəkətli hissələr

Tez alışan məhsullar Düşə bilən əşyalar Hava şəraiti (temper, külək) Kabel/boruların mövcudluğu

Yanğın/

alovlanma Məhəccərin olmaması Qapalı sahə (məhdud giriş) Cərəyanlı avadanlıq

CO Yüksəklikdə işləmə Sürüşmə, yıxılma, vibrasiya Yüksək temperatur

H2S Səs, küy Yanaşı görülən işlər Su kənarında və ya üzərində iş

Toksiki/ aşındırıcı Radiasiya Xüsusi riskli sahələr Radiasiya

Təzyiq (təzyiqli qaz/maye) Maneələrin mövcudluğu Təhlükəli qaldırma Digər təhlükələr

 

6. Hazırlıq tədbirlərinin adı, ardıcıllığı və odlu işləri yerinə yetirərkən təhlükəsizlik tədbirləri:

 

hazırlıq işlərində____________________________________________________________

odlu işlər aparılarkən________________________________________________________

 

NƏZARƏT TƏDBİRLƏRİ

Spesifik xüsusi geyim və FMV Çəpərlənmə Tədric etmə (mexaniki,elektrik)

Xüsusi çəkmələr Radio və digər əlaqə vasitələri Müvəqqəti əlavə işıqlanma

Dəbilqə Köməkçi/nəzarətçi Təmin edilməli keçid

Qoruyucu eynək Tullantıların idarə olunması İndividual qaz testeri

İşığı əks etdirən gödəkcə Təhlükəsizlik kəmərindən istifadə Tezalışan maddələri kənarlaşdırmaq

Qoruyucu əlcəklər Hava nümunəsinin davamlı ölçülməsi Təkbaşına işləmə qadağandır

Qulaqcıqlar Hava nümunəsinin qeydiyyatı Digərləri:

Xilasedici jilet Yerləbirləşdirmə

Qığılcım yaratmayan alətlər Elektrik izolyasiya/kilidli

Təhlükəsizlik nişan və lövhələri Yanğından mühafizə vasitələri

Qaz test (yoxlanması) Qəza xilasetmə avadanlığı

Qeyd: Məcburi olan tədbirlər “+” və ya “v” kimi işarələnməlidir.

7. İcazə verən şəxsin vəzifəsi: _______________________________________________

(imza, tarix, ad, soyad)

 

8. Təmir dəstəsinin tərkibi və təlimat keçmələri haqqında qeyd

S/s Soyadı, adı, atasının adı Vəzifəsi Təlimatlandırılanın imzası Təlimatçının imzası

1 2 3 4 5

 

 

 

 

9. Hava analizinin nəticələri (tarix, vaxt, nümunə götürülən yer, qazın miqdarı)

Hava nümunəsi yoxlayan məsul şəxs (adı, soyadı, vəzifəsi): ________________________

İşə başlamazdan əvvəl hava nümunəsi yoxlanılıb və miqdarı: _______________________

Davamlı hava nümunəsi ölçülməsi və qeydiyyatı:

Yanar qaz □ Toksik qaz □ Digər qaz □ Ehtiyyac yoxdur □

Qaz analizatorun №-si _________

 

Tarix Vaxt Nümunə götürülən yer O2(%) CO Başqaları İmza

1 2 3 4 5 6 7 8

 

 

 

Əlavə olunan digər sənəd və sxemlərin siyahısı:

İşə icazə vərəqəsi □ Təcrid etmə sənədi □ İş planı □ Texnoloji sxem □ Digər □ İşdən öncə təlimatlandırma planı □

10. 6-cı bənddə nəzərdə tutulmuş tədbirlər yerinə yetirilmişdir: __________________

(tarix, hazırlıq işlərinə cavabdeh şəxsin imzası)

11. İş yeri odlu işlərin aparılmasına hazırdır:__________________________________

12. Odlu işlərin aparılmasına icazə verirəm:___________________________________

(tarix, sex rəisinin (müavinin) imzası, adı, soyadı)

saat____dən saat____dək

 

13. Baş mühəndis xəbərdar edilmişdir:_______________________________________

(imza, tarix, ad, soyad)

14. Yanğın təhlükəsizliyi xidməti xəbərdar edilmişdir:___________________________

(imza, tarix, ad, soyad)

 

15. İcazənin müddəti “__” ______20__-ci il saat ___-dən saat___-dək uzadılmışdır.

Odlu işlərə hazırlıq görülməsinə cavabdeh şəxs ______________________________

(imza, ad, soyad)

Odlu işlərin aparılmasına cavabdeh şəxs____________________________________

(imza, ad, soyad)

Obyekt, sex, sahə, xidmət rəisi (müavini)____________________________________

(imza, ad, soyad)

 

İş sona çatdı və iş yeri təhlükəsizdir □

İş rəhbəri:_____________________ ___________________ ____________________

(ad, soyadı) (imza) (tarix)

 

Sahə rəhbəri:____________________ ___________________ __________________

(ad, soyadı) (imza) (tarix)

 

 

 

 

Əlavə 8

 

Hava mühitinə nəzarət jurnalının forması

 

Nümunənin götürülmə vaxtı və tarixi Nümunə götürülən yer Nümunənin götürülmə üsulu və cihazın adı və nömrəsi Zəhərli və partlayış təhlükəli qazın adı Buraxılabilən həddləri

(BBH,qr/m3) Cihazın göstəriciləri Analitik nəzarət üzrə buxarların miqdarı, mq/m3, həcmi hissə % Analiz aparan laborantın imzası İş yerinin

çirklənməsinin səbəbi Qarşıalma tədbirləri Qeyd

1 2 3 4 5 6 7 8 9 10 11

 

 

 

 

 

 

Əlavə 9

 

Süzgəcli əleyhqazların xarakteristikası

 

Qutu-ların markası Əleyqazların süzgəcli qutularının tanınma rəngləri və texniki xüsusiyyətləri Zərərli maddələrin siyahısı

A Aerozol süzgəcli olmayan, qəhvəyi rəngli Üzvi buxarlar, benzin, ağ neft, aseton, benzol, kükürdlü karbon, toluol, spirtlər, efirlər, anilin, benzolun birləşmələri və onun homoloqları və s.

A Aerozol süzgəcli, qəhvəyi rəngli, ağ şaquli zolaqlı Yuxarıdakılardan əlavə, toz, tüstü və duman

V Aerozol süzgəcli olmayan, sarı rəngli Turş qazlar: sulfid qazı, xlor, hidrogen sulfid, sinil turşusu, xlorlu fozgen, azot oksidləri

V Aerozol süzgəcli, sarı rəngli, ağ şaquli zolaqlı Yuxarıdakılardan əlavə, toz, tüstü və duman

CO Aerozol süzgəcli olmayan boz rəngli Karbon oksidi

KD Aerozol süzgəcli olmayan boz rəngli Ammonium və hidrogen sulfidin ammoniumla qarışığı

KD Aerozol süzgəcli, boz ağ rəngli, şaquli zolaqlı Yuxarıdakılardan əlavə, toz, tüstü və duman

 

 

 

Əlavə 10

 

Kimyəvi maddə və materialların bir yerdə saxlanılması qaydaları

 

Qrup Maddələr Aşağıdakı qruplara bölünmüş maddələrin bir yerdə saxlanılmasına yol verilmir

I • Partlayıcı qatışıqlar əmələ gətirə bilən maddələr:

• Kalium nitrat,

• Kalsium nitrat,

• Natrium nitrat,

• Kalium perxlorat

• Bertole duzu və s. IIa, Iıb, Iıc, III, Iva, Ivb, V, VI

II Sıxılmış və mayeləşdirilmiş qazlar:

a) Yanar və partlayış təhlükəli qazlar:

asetilen, hidrogen, metan, blau qaz, ammonyak

hidrogen sulfid, xlormetil, etilen

oksidi butilen, butan, propan və s.

b) Təsirsiz və yanmayan qazlar:

arqon, helium, neon, azot, karbon

qazı, kükürd anhidridi və s.

c) Yanmaya kömək edən qazlar:

oksigen və hava sıxılmış və maye halında

I, I I c, III, Iva, Ivb,

 

 

 

III, IV a, IV b, V, VI

 

 

I, II a, III, IV a, IV b, V, VI

III Suyun və havanın təsirindən öz-özünə alışan və

yanan maddələr:

a) Kalium natrium, kalsium, kalsium karbid,

fosforlu natrium, sink tozu, natrium peroksid,

barium peroksid, alüminium tozu və pudrası,

Reney tipli nikel katalizatoru və s., ağ və ya sarı fosfor

b) Trietil alüminium, dietilalümi

nium xlorid, üç izobutilalüminium və s.

 

I, II a, II b, II c, IV a, IV b, V, VI

 

 

 

 

I, II a, II b, II c, III a, IV a, IV b, V, VI

IV Asan alışan və yanar maddələr:

a) Mayelər-benzin, benzol, kükürdlü karbon, aseton, skipidar, toluol, ksilol, amilasetat, yüngül

xam neftlər, liqroin, kerosin, spirtlər, dietil efiri, üzvi yağlar.

b) Bərk maddələr - seluloid, qırmızı fosfor, naftalin

 

I, II a, II b, II c, III, IV a, V, VI

 

 

I, II a, II c, III, IV a, V, VI

V Alovlanmaya səbəb olan maddələr: brom, azot

və sulfat turşuları, xrom anhidridi. I, II a, II c, III, IV a, V, VI

VI Asanalışan maddələr:

Pambıq, saman, cut, penka, kükürd, torf, kömür, bitki və heyvan hisi I, II a, II b, II c, III, IV a, IV b, V

 

Qeyd: Cədvəldə adları göstərilməyən yanğın və partlayış təhlükəli maddələrin bir yerdə saxlanılma zərurəti yaranarsa, belə hallar onların yanğın və partlayış təhlükəliliyi dərəcəsi təyin edildikdən və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdıqdan sonra həll edilə bilər.

 

 

 

Əlavə 11

 

 

Ventilyasiya qurğusunun pasportu № ______

 

________________________________________________________________________

Obyektin adı

________________________________________________________________________

Sexin adı

________________________________________________________________________

İdarənin adı

 

Pasportun tərtib olunma tarixi «____»_____________20__ il

 

 

Ventilyasiya qurğusunun xarakteristikası

 

1. Ventilyasia qurğusu ilə xidmət olunan otaqların siyahısı _________________________

______________________________________________________________________________ __________________________________________________________________

 

2. Xidmət olunan otaqların həcmi (m3) _________________________________________

________________________________________________________________________

 

3. Otaqlarda quraşdırılan ventilyasiya sistemləri _________________________________

________________________________________________________________________

4. Ventilyasiya qurğusunun layihəsi kim tərəfindən işlənib hazırlanıb, layihənin nömrəsi və tarixi ___________________________________________________________________

________________________________________________________________________

 

5. Ventilyasiya qurğusu kim tərəfindən quraşdırılıb, quraşdırma tarixi _________________

________________________________________________________________________

 

6. Ventilyasiya qurğusunun istismara buraxılma tarixi _____________________________

________________________________________________________________________

 

7. Ventilyasiya qurğusunun illik istismar qiyməti _________________________________

________________________________________________________________________

 

8. Ventilyasiya qurğusunun sutka ərzində işlədiyi vaxt (saat) ________________________

 

9. Bir növbə ərzində otaqda işləyən işçilərin sayı _________________________________

________________________________________________________________________

 

10. Ventilyasiya qurğusu haqqında əlavə məlumat _______________________________

_____________________________________________________________________________ ___________________________________________________________________

 

 

Obyektin rəisi _____________________

İmza: _____________________

 

 

 

 

Əlavə 12

 

Elektrik qurğularının quraşdırılması Qaydaları üzrə otaqların təsnifatı

 

 

Otağın sinfi Otağın xarakteristikası

1. Quru otaqlar

2. Rütubətli otaqlar

 

 

 

3. Nəm otaqlar

 

4.Xüsusilə nəm olan otaqlar

 

 

5. İsti otaqlar

 

 

 

6. Tozlu otaqlar

 

 

 

 

7. Kimyəvi aktiv və ya orqanik mühitli otaqlar

Nisbi rütubəti 60%-i aşmayan otaqlar

Otaqlar, hansında ki, buxar və ya suya çevrilməkdə olan buxar, yalnız qısa müddətə, az miqdarda ayrılır, havanın nisbi rütubəti isə 60%-dən çox, 75%-dən azdır.

Havanın nisbi rütubəti uzun müddət 75%-i aşan otaqlar.

Havanın nisbi rütubəti 100%-ə yaxın olan otaqlar (tavan, divarlar, döşəmə və otaqda yerləşən əşyalar nəmdir).

Müxtəlif istilik şüalanmasının təsirindən temperatur daima və ya vaxtaşırı (10 sutkadan çox) 350C-dən çox olan otaqlar (məsələn, quruducu, quruducu və yandırıcı peçi olan otaqlar, qazanxanalar və s.).

İstehsalat şəraitinə görə texnoloji toz ayrılan otaqlar, o miqdarda ki, naqillərin üzərinə çökür və maşınların, aparatların və s. içərisinə daxil olur.

Tozlu otaqlar, cərəyan keçirən və cərəyan keçirməyən tozlu otaqlara bölünür.

Belə otaqlarda, daimi və ya uzun müddət aqressiv qazlar, mayelər, buxarlar olur: elektrik avadanlığının izolyasiyasını və cərəyandaşıyıcı hissələri dağıdan çöküntü və kif yaranır.

 

 

Adamların elektrik cərəyanı ilə zədələnmə təhlükəsi cəhətindən otaqlar fərqləndirilir:

1. Təhlükə artımı olmayan otaqlar, hansılarda ki, təhlükə artımı və ya xüsusi təhlükə yaradan şərait yoxdur (cədvəldə 1-ci bənd).

2. Təhlükə artımı olan otaqlar, aşağıda göstərilən, yüksək təhlükə yaradan bir şəraitin olması ilə səciyyələnən:

a) nəmişlik və ya cərəyan keçirən tozla (cədvəldə 3-cü və 6-cı bəndlər);

b) cərəyan keçirən döşəmələrlə (metal, torpaq, dəmir-beton, kərpic və i.a.);

c) yüksək temperaturla (cədvəldə 5-ci bənd);

ç) yerlə birləşmələri olan binaların metal konstruksiyalarına, texnoloji aparatlarına, mexanizmlərə və s. bir tərəfdən və elektrik avadanlığının metal gövdələrinə o biri tərəfdən adamın eyni vaxtda toxunması mümkünlüyü ilə;

3. Xüsusi təhlükəli otaqlar - aşağıda göstərilən xüsusi təhlükə yaradan amillərdən birinin olması ilə səciyyələnən:

a) xüsusi nəmişliklə (cədvəldə 4-cü bənd);

b) kimyəvi aktiv və ya orqanik mühitlə (cədvəldə 7-ci bənd);

c) eyni vaxtda iki və çox yüksək təhlükə ilə (cədvəldə 2-ci bənd).

4. Xarici (açıq sahələrdə) elektrik qurğularının yerləşmə əraziləri. Adamların elektrik cərəyanı ilə zədələnmə təhlükəsi cəhətindən bu ərazilər xüsusi təhlükəli otaqlara bərabər tutulur.

 

 

 

 

Əlavə 13

 

Müxtəlif sinifli elektrik alətlərinin və əl elektrik maşınlarının işdə tətbiqi şərtləri

 

 

İş görülən yer Elektrik cərəyanından

zədələnmədən mühafizə üzrə elektrik alətlərinin və əl elektrik maşınlarının sinfi Elektrik mühafizə vasitələrinin tətbiqinin şərtləri

1 2 3

Təhlükə artımı olmayan otaqlar 0 Ən azı bir uyğun elektrik mühafizə vasitəsının (dielektrik əlcəklər, qaloşlar və s.) tətbiqi ilə

l Mühafizə açılma quruluşu (MAQ) qoşulduqda (elektrik mühafizə vasitələrinin tətbiqi tələb olunmur) və ya ən azı bir uyğun elektrik mühafizə vasitəsindən istifadə etməklə

ll Elektrik mühafizə vasitələrinin tətbiqi olmadan

lll Elektrik mühafizə vasitələrinin tətbiqi olmadan

Təhlükə artımı olan otaqlar 0 Ən azı bir uyğun elektrik mühafizə vasitəsindən istifadə etməklə və MAQ ilə qoşulmada və ya yalnız bir elektrik qəbuledici (maşın, alət) ayrı mənbədən qidalandıqda (bölücü transformator, generator, çevirici). Ən azı bir uyğun elektrik mühafizə vasitəsinin tətbiqi ilə və ancaq bir elektrik qəbuledici ayrı qida mənbəyindən qidalandıqda

l MAQ qoşulduqda (elektrik mühafizə vasitələrinin tətbiqi tələb olunmur) və ya yalnız bir elektrik qəbuledici (maşın, alət) ayrı qida mənbəyindən (bölücü transformator, generator, çevirici) qidalandıqda və ya ən azı bir uyğun elektirk mühafizə vasitələrindən istifadə etdikdə

ll Elektrik mühafizə vasitələrindən istifadə edilməsi tələb olunmur

lll Elektrik mühafizə vasitələrindən istifadə edilməsi tələb olunmur

Xüsusi təhlükəli otaqlar 0 Tətbiqinə yol verilmir

I Mühafizə açılma quruluşunun mühafizəsi ilə və ya ən azı uyğun elektrik mühafizə vasitələrinin birinin tətbiqi ilə

II Elektrik mühafizə vasitələrindən istifadə edilməsi tələb olunmur

III Elektrik mühafizə vasitələrindən istifadə edilməsi tələb olunmur

 

 

 

 

 

 

 

 

 

 

Əlavə 14

 

İlkin yanğınsöndürmə vasitələrinin zəruri miqdarının təyini

 

1. İlkin yanğınsöndürmə vasitələrinin növü və miqdarının təyini zamanı yanar maddələrin yanğın təhlükəliliyi və fiziki-kimyəvi xüsusiyyətləri, onların odsöndürücü maddələrlə qarşılıqlı təsiri, istehsalat binalarının, xarici qurğuların avadanlıq, qurğu və tikililərin sahələri nəzərə alınmalıdır.

2. Texniki avadanlığın odsöndürücülərlə komplektləşdirilməsi, bu avadanlığa texniki şərtlərə (pasporta) və ya yanğın təhlükəsizliyi qaydalarına müvafiq şəkildə aparılmalıdır.

3. Xaricdə istehsal olunmuş avadanlıqların odsöndürücülərlə komplektləşdirilməsi, onların ölkəyə gətirilməsi müqaviləsinə müvafiq şəkildə həyata keçirilir.

4. Odsöndürücülərin seçilməsi və zəruri sayının hesablanması onların odsöndürmə xüsusiyyətlərindən, söndürmə sahəsinin ölçülərindən, İSO № 3941-77 sənədinə müvafiq obyekt və ya binadakı yanar maddə və materialların yanğın sinfindən asılı olaraq aparılır.

A sinfi - əsasən üzvi mənşəli və yanması közərmə ilə müşahidə edilən bərk maddələrin (ağac, tekstil, kağız və s.) yanması ilə yanğın.

B sinfi - yanar mayelərin və ya əriyən bərk maddələrin yanması ilə yanğın.

C sinfi - qaz yanğınları.

D sinfi - metal və onların ərintilərinin yanğınları.

E sinfi - elektrik qurğularının yanması ilə yanğınlar.

Odsöndürücünün tipinin seçilməsi (səyyar və ya əl ilə) mümkün yanma mənbələrinin ölçülərindən asılı olaraq seçilir.

5. Müvafiq temperatur həddlərində istifadə edilən odsöndürücülərin seçilməsində iqlim şəraiti nəzərə alınmalıdır.

6. Kombinəli yanğın mənbələrinin ləğvi üçün universal odsöndürücü seçilməlidir.

7. Müxtəlif kateqoriyalı otaqların sahə ölçülərindən asılı olaraq, odsöndürənlərin sayı birinci və ikinci cədvəllərə əsasən müəyyən edilir.

8. İctimai bina və tikililərin hər mərtəbəsində ən azı iki əl odsöndürücüləri yerləşdirilməlidir.

9. Sahəsi 100 m2-dən az olan D kateqoriyalı otaqlar odsöndürücülərlə təchiz olunmaya bilər.

10. Yanğın təhlükəliliyi üzrə eyni kateqoriyalı bir neçə kiçik otaqların odsöndürücülərlə təchiz edilməsi bu otaqların ümumi sahələrinə uyğun, bu Əlavənin 14-cü bəndinə, 1 və 2 nömrəli cədvəllərə müvafiq sürətdə yerinə yetirilir.

11. Müəssisədən doldurma üçün göndərilən odsöndürücülər müvafiq sayda doluları ilə əvəz edilməlidir.

12. Stasionar avtomatik yanğınsöndürmə qurğuları quraşdırılmış otaqlar zəruri hesablanmış qiymətin 50%-i miqdarında ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdırlar.

13. Mümkün yanğın mənbələrindən odsöndürücülərin yerləşdiyi yerə qədər məsafə ictimai bina və tikililərdən 20 metrdən, A, B və V kateqoriyalı otaqlarda 30 metrdən, Q kateqoriyalı otaqlarda 40 metrdən, D kateqoriyalı otaqlarda isə 70 metrdən çox olmamalıdır. Hər bir obyektdə ilkin yanğınsöndürmə vasitələrinin alınması, saxlanılması, təmiri və işə hazırlığına cavabdeh şəxs təyin edilməlidir. İlkin yanğınsöndürmə vasitələrinin obyektdə mövcudluğu və vəziyyətləri xüsusi jurnalda qeyd edilməlidir. Obyektlərdəki hər bir odsöndürücünün gövdəsində ağ boya ilə sıra nömrəsi göstərilməli, ona xüsusi pasport tərtib olunmalıdır.

14. Qış fəslində (havanın mənfi tempraturlarında) odsöndürücülər isidilən otaqlarda saxlanılmalıdırlar.

15. İlkin yanğın söndürmə vasitələrinin dəhliz və keçidlərdə yerləşdirilmə qaydası insanların təhlükəsiz köçürülməsinə mane olmamalıdır. Onlar binadan çıxışa yaxın yerdə, 1,5 metrdən çox olmayan hündürlükdə yerləşdirilməlidirlər.

 

Cədvəl 1

Otaqların əl odsöndürənləri ilə təchiz edilməsi normaları

 

Otaqların kateqoriyaları Mühafizə olunan sahə,

m2 Yanğının sinifi Tutumu 10 litr olan köpüklü əl odsöndürənləri Karbon qazlı odsöndürənlər

2 litr 5 litr

ABV

(yanar qazlar və mayelər) 200 A

V

S

D

(E) 2++

4+

-

-

- -

-

-

-

- 2+

2+

2+

2+

2+

V 400 A

D

(E) 2++

-

- 4+

-

- 2++

2+

2++

Q 800 V

S 2+

- -

4+ 2++

2++

Q,D 1800 A

D

(E) 2++

-

- 4+

-

2+ 2++

2++

2++

İctimai binalar 800 A

(E) 4++

- 8+

- 4++

4++

 

Qeyd: 1. Müxtəlif sinifli yanğınların söndürülməsi üçün tozlu odsöndürücülər müvafiq şəkildə: A sinfi üçün ABC (E) tozu, B, C və (E) sinifləri üçün BC (E) və ya ABC (E) tozları; D sinfi üçün D tozu ilə doldurulmalıdır.

 

2. «++» işarəsi-məsləhət görülən odsöndürücülər

«+» işarəsi - məsləhət görülən odsöndürücülər olmadıqda və müvafiq əsaslandırma ilə

«-» işarəsi bu obyektdə bu odsöndürücülərin istifadəsinə icazə verilmir.

 

3. Həcmi 50 m3 - dən az olan qapalı otaqlarda yanğının söndürülməsi üçün daşınan odsöndürücülərlə birlikdə və ya onlara əlavə şəklində öz-özünə tozu tullayan tozlu odsöndürücülərdən istifadə edilə bilər.

 

 

Cədvəl 2

 

Binaların (otaqların) səyyar odsöndürənlərlə təchiz edilmə normaları

 

Otaqların kateqoriyaları Mühafizə olunan sahə,

m2 Yanğının sinifi Tutumu 100 litr olan

hava-köpük odsöndürənlər Tutumu 100 litr olan kombinə edilmiş odsöndürənlər

(köpük, toz) Tutumu 100 litr olan toz odsöndürənləri Karbon qazlı odsöndürənlərin tutumu, litr

25 80

ABV

(yanar qazlar və mayelər) 500 A

B

C

D

(E) 1++

2+

-

-

- 1++

1++

1+

-

- 1++

1++

1++

1++

1+ -

-

-

-

2+ 3+

3+

3+

-

1++

B

(yanar qaz və mayelərdən başqa), Q 800 A

B

C

D

(E) 1++

2+

-

-

- 1++

1++

1+

-

- 1++

1++

1++

1++

1+ 4+

-

-

-

1++ 2+

3+

3+

-

1++

 

Qeyd: 1. Müxtəlif sinifli yanğınların söndürülməsi üçün tozlu odsöndürücülər müvafiq şəkildə: A sinfi üçün ABC (E) tozu, B, C və (E) sinifləri üçün BC (E) və ya ABC (E) tozları; D sinfi üçün D tozu ilə doldurulmalıdır.

1. «++» işarəsi - məsləhət görülən odsöndürənlər.

«+» işarəsi – məsləhət görülən odsöndürənlər olmadıqda və müvafiq əsaslandırma ilə.

«-» işarəsi bu obyektdə bu odsöndürənlərin istifadəsinə icazə verilmir.

 

16. Yanğına qarşı daxili su xətti avtomatik sistemləri ilə təchiz olunmamış istehsalat və anbar otaqlarında, ərazisində yanğına qarşı xarici su xətti olmayan müəssisələrdə və ya xarici texnoloji qurğuları və binaları xarici yanğın su mənbələrindən 100 m-dən artıq məsafədə yerləşən müəssisələrdə ilkin yanğınsöndürmə vasitələri, yanğın alət və inventarların yerləşdirilməsi üçün yanğın şitləri quraşdırılmalıdır. Yanğın şitləri cədvəl 4-ə müvafiq şəkildə ilkin yanğınsöndürmə vasitələri, yanğın alət və inventarları ilə komplektləşdirilməlidir.

17. Şitin yanındakı su tutumu 200 litrdən az olmamalı, vedrələrlə komplektləşdirilməlidir.

18. Şit yanında qum yeşikləri əsasən asan alışan və yanar mayelərin dağılma ehtimalı olan otaqlarda və açıq meydançalarda qoyulur. A, B, V kateqoriyalı otaqlar və texnoloji xarici qurğuların hər 500 m2 üçün və D, Q kateqoriyalı üçün isə hər 1000 m2 sahəyə 0,5 m3 qum ehtiyatı nəzərdə tutulmalıdır.

 

 

 

Cədvəl 3

 

Binaların (tikililərin) və sahələrin yanğın şitləri ilə təchiz olunma normaları

 

Sıra

sayı Otaqlarn təyinatı və onların kateqoriyaları Bir yanğın şiti ilə mühafizə olunan sahə, m2 Yanğın sinfi Şitin tipi

1 A, B və V

(yanar qazlar və mayelər) 200 A

B

(E) YŞ-A

YŞ-B

YŞ-E

2 B (bərk yanar maddə və materiallar ) 400 A

E YŞ-A

YŞ-E

3 Q və D 1800 A

B

E YŞ-A

YŞ-B

YŞ-E

4 Qaynaq və digər odlu işlər üçün otaqlar - A SYŞ

 

 

Qeyd. YŞ-A-A sinif yanğınlar üçün

YŞ-B-B sinif yanğınlar üçün

YŞ-E-E sinif yanğınlar üçün

SYŞ-səyyar yanğın şiti

 

 

 

 

Cədvəl 4

 

Yanğın şitlərinin alət və avadanlıqlarla (inventar) komplektləşdirilmə normaları

 

Sıra sayı İlkin yanğınsöndürmə vasitələri, alət və avadanlıqların adları Yanğın sinfindən və yanğın lövhəsinin növündən asılı olaraq komplektləşmənin norması

YŞ-A YŞ-B YŞ-E SYŞ

1 Odsöndürənlər:

Tutumu 10 litrə qədər hava-köpük 2+ 2+ - 2+

Tozla:

Tutumu 10 litr

Tutumu 5 litr 1++

2+ 1++

2+ 1++

2+ 1++

2+

Karbon qazlı

Tutumu 5 litr - - 2+ -

2 Ling 1 1 1

3 Qarmaq 1

4 Ağac dəstəli qarmaq 1

5 Vedrə 2 1 1

6 Elektrik xətlərini kəsmək üçün komplekt qayçı, dielektrik uzunboğaz çəkmə və rezin xalça 1

7 Cod yun parça və ya keçə (yanmayan material dan örtük), asbest parçası 1 1 1

8 Bel 1 1 1

9 Kürək 1 1 1

10 Yaba

11 Avadanlığın daşınması üçün araba 1

12 Su tutumu:

0,2 m3

0,02 m3 1 1

13 Qum ilə dolu yeşik 1 1

14 Əl nasosu 1

15 Uzunluğu 5m olan Dş18-20mm şlanq 1

16 1,4x2 m ölçüdə qoruyucu ekran 6

17 Ekranları asmaq üçün dayaq 6

 

 

 

Əlavə 15

 

Partlayış - yanğın təhlükəli obyektlərdə qəzaların ləğvi planının tərtib olunması qaydası

 

1. Hər bir partlayış-yanğın təhlükəli obyekt və ya onun partlayış-yanğın təhlükəli sahəsi, sexi və s. üçün qəzaların ləğvi planı (QLP) tərtib olunmalıdır.

2. QLP-da nəzərdə tutulmalıdır:

2.1. İnsan həyatı üçün təhlükəli olan baş verə biləcək qəzalar, onların baş verəcəyi yerlər və şəraiti;

2.2. Qəza ilə üzləşən adamların xilas edilməsi üzrə tədbirlər;

2.3. Qəzaların baş verdiyi ilkin mərhələdə onların ləğvi üzrə tədbirlər, həmçinin qəza zamanı işçi heyətin təxirəsalınmaz (ilkin) hərəkətləri;

2.4. Adamların xilas edilməsi və qəzaların ləğv edilməsi üçün istifadə olunan vasitələrin yerləşdiyi yerlər;

2.5. Qazdan xilasetmə və yanğın dəstələr arasında qarşılıqlı (birgə) hərəkət qaydaları.

3. QLP müəssisə üzrə əmrlə təyin edilmiş mütəxəssislərdən ibarət komissiya tərəfindən işlənib hazırlanmalıdır. QLP-na hər il yenidən baxılmalıdır. Texnologiyada, iş şəraitində, təhlükəsizlik qaydalarında dəyişikliklər aparıldıqda QLP-na 10 gün müddətinə müvafiq dəyişikliklər və əlavələr edilməlidir.

4. QLP 5 nüsxədən ibarət olmalı və aşağıda göstərilən yoxlama aktları olduqda müəssisənin texniki rəhbəri tərəfindən təsdiqlənməlidir:

- texnoloji prosesin nəzarət sisteminin vəziyyəti haqqında;

- ventilyasiya qurğularının vəziyyəti haqqında;

- adamların xilas edilməsi üçün vasitələrin, qəzaların ilkin mərhələsində ləğvi üçün yanğına qarşı avadanlıqların və texniki vasitələrin mövcudluğu və saz vəziyyətdə olması haqqında;

- qəza siqnalizasiyasının, rabitənin və qəza işıqlandırılmasının yararlı vəziyyətdə olması haqqında.

5. QLP-nın tərkibinə daxildir:

5.1. Operativ hissədə - obyektdə baş verə biləcək bütün mümkün qəzalar nəzərə alınmalı, qəzaların ləğvi və insanların xilas edilməsi üzrə tədbirlər, həmçinin tədbirlərin yerinə yetirilməsinə cavabdeh şəxslər və onların icraçıları, qəzaların ləğvi və insanların xilası üçün nəzərdə tutulmuş vasitələrin yerləşdikləri yerlər, qazdan xilasetmə, yanğın və digər bölmələrin hərəkət qaydaları müəyyən edilməlidir;

5.2. Qəzaların ləğvində iştirak edən ayrı-ayrı şəxslər arasında vəzifə bölgüsünün aparılması;

5.3. Qəza barəsində məlumatlandırılan məsul şəxslərin və təşkilatların siyahısı;

5.4. Əsas kommunikasiyaların (texnoloji sxem) yerləşmə sxemi;

5.5. Qəza şkaflarında (otaqlarda) miqdarı və əsas xüsusiyyətləri göstərilməklə saxlanılan alətlərin, fərdi mühafizə vasitələrinin, materialların siyahısı.

6. QLP-nın operativ hissəsində nəzərdə tutulmalıdır:

6.1. Qəza barəsində xəbərdarlıq üsulları (sirena, işıq siqnalizasiyası, ucadan danışıq vasitəsi, telefon və s.), qəzanın xarakterindən asılı olaraq təhlükəli yerlərdən və sahələrdən adamların təxliyə yolları;

6.2. Adamların təxliyəsinə və nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə texniki heyətdən olan cavabdeh şəxsin hərəkəti;

6.3. Qəza baş verərkən ventilyasiyanın iş rejimi, o cümlədən qəza ventilyasiyasının (əgər mövcuddursa) işə salınması;

6.4. Ardıcıl olaraq elektrik enerjisinin kəsilməsi, avadanlıq və aparatların dayandırılması, zərərli və təhlükəli maddələrin daxil olduğu mənbələrin təcrid olunması (kəsilməsi);

6.5. Qazlaşmış və təhlükəli zonalara buraxılışa nəzarət etmək üçün həmin təhlükəli yerlərin girişinə postların qoyulması;

6.6. Qəzaların ilkin mərhələdə ləğvi üsulları. Qəzaların (yanğınların) ləğvi üzrə texniki heyətin ilk növbədə hərəkəti, qəzaların genişlənməsinin və təsirinin qarşısının alınması. Qəzaların ağır fəsadlarının qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi. Qazdan xilasetmə və digər ixtisaslaşdırılmış dəstələrin qarşılıqlı hərəkət qaydaları.

7. İstehsalat-texniki heyətin QLP ilə tanışlığı imza atmaqla müvafiq şəkildə sənədləşdirilir.

8. QLP (və ya onun operativ hissəsi) obyekt (sahə) rəhbərinin müəyyən etdiyi görünən (nəzərə çarpan) yerdən asılmalıdır. QLP-nın tam nüsxələri müəssisənin texniki rəhbərində, dispetçerdə, qazdan xilasetmə dəstəsində, təhlükəsizlik texnikası şöbəsində və iş yerlərində olmalıdır.

9. QLP-nın vaxtında və düzgün tərtibinə və onun müəssisənin bu vəziyyətinə uyğun gəlməsinə görə məsuliyyəti obyektin rəhbəri və müəssisənin texniki rəhbəri daşıyır.

 

 

Əlavə 16

 

Qəza haqqında operativ məlumat

 

• partlayış

• dağıntı

• uçulma

• qəzaların digər növləri

 

Qəzaların növü (lazım olan informasiyanı x işarəsi ilə qeyd etməli) bədbəxt hadisə ilə qəzanın əlaqəsi ___________________________________________________________

Fövqəladə vəziyyət yaranması ilə qəzanın əlaqəsi (Fövqəladə vəziyyətin dərəcəsi göstərilir) ________________________________________________________________

__________________________________________________________________________ ______________________________________________________________________

 

Qəzanın baş verdiyi gün və vaxt______________________________________________

Ərazi orqanı, nəzarətin növü_________________________________________________

________________________________________________________________________

Şöbə, idarə və ya başqa təsərrüfat qurumu _____________________________________

________________________________________________________________________

________________________________________________________________________

Təşkilat _________________________________________________________________

Təşkilatın olduğu yer (Azərbaycan Respublikasının rayonları, şəhər, qəsəbə və s.) ___ _____________________________________________________________________________ ________________________________________________________________

Qəzanın baş verdiyi yer (istehsalat, sahə, sex və s.) ______________________________

 

*Magistral boru kəmərlərində baş vermiş qəzalar barədə operativ məlumat həm bu forma üzrə, həm də aşağıda əlavə edilən 1 və 2 nömrəli formalar üzrə verilir.

**Zərərçəkənlərin, o cümlədən həlak olanların sayı göstərilir.

 

Qəzanın baş verdiyi şərait və onun nəticələri (o cümlədən, xəsarətlər) ________________

_________________________________________________________________________________ __________________________________________________________________________ _____________________________________________________________

Qəza vəziyyətinin aradan qaldırılmasında iştirak etmiş təşkilatlar ____________________

_________________________________________________________________________________ ____________________________________________________________________________ ___________________________________________________________

 

Qəzanın ümumiləşdirilmiş səbəbləri (təhqiqatın nəticələrinə əsasən doldurulur) texniki səbəblər (lazım olan informasiyanı x işarəsi ilə qeyd etməli)

• texniki vasitələrin nasaz olması

• texniki vasitələrin qeyri-mükəmməl olması layihə qərarlarının qeyri-mükəmməl, yaxud

səhv olması

• texniki vasitələrin qəsdən xarab edilməsi və ya sıradan çıxarılması

• texnologiyaların qeyri-mükəmməl olması, enerji ehtiyatları verilməsinin planda nəzərdə tutulmağı halda qəflətən kəsilməsi.

 

Təşkilati səbəblər (lazım olan informasiyanı x işarəsi ilə qeyd etməli)

 

• iş icraçısının intizamsızlığı, onların bilik səviyyəsinin aşağı olması

• işin icrasının aşağı səviyyədə idarə edilməsi

• təhlükəsizliyin normativ tənzimlənməsi ilə bağlı qüsurlar (normativ-texniki sənədlərin

qeyri-mükəmməl olması, təlimatlandırma vaxtının keçməsi, onların olmaması və s.).

Məlumatı verdi: soyadı, adı, ata adı, vəzifəsi, telefon nömrəsi və imzası _______________

________________________________________________________________________________ _________________________________________________________________________________ ______________________________________________________________________________ _________________________________________________

Qəbul etdi: soyadı, adı, ata adı, vəzifəsi, imzası __________________________________

_________________________________________________________________________________ _________________________________________________________________________________ _______________________________________________________________________________ _______________________________________________

Qəbul etdiyi vaxt və saat ____________________________________________________

Məlumatın verilməsinin ləngidilməsinə səbəb (ləngimə 24 saatdan çox olduqda göstərilməlidir) ____________________________________________________________

_______________________________________________________________________________ _________________________________________________________________

 

 

 

 

 

Forma №1

 

Nefti nəql edən magistral boru kəməri obyektində qəza barədə

 

MƏLUMAT

 

1. Obyektin sahibinin adı ____________________________________________________

2. Obyektin adı, xətt boyunca məsafə, km ______________________________________

3. Boru kəməri barədə informasiya ____________________________________________

3.1. Diametr (mm) _________________________________________________________

3.2. Divarının qalınlığı (mm) _________________________________________________

3.3. Poladın markası _______________________________________________________

3.4. İstismara verildiyi il _____________________________________________________

3.5. Buraxılabilən maksimal işçi təzyiq (MPa) ____________________________________

3.6. Qəza anında təzyiq ____________________________________________________

4. Qəzanın xarakteri _______________________________________________________

5. İşdə fasilə (tarix, saat) ____________________________________________________

6. İstehlakçıya təsiri _______________________________________________________

7. Qəzanın nəticələrinin və ehtimal edilən səbəbinin təsviri _________________________

8. Təmirin növü ____________, Başlanması _____________,Qurtarması _____________

9. Qəza haqda xəbər vermiş şəxsin xidməti telefonunun nömrəsi ____________________

________________________________________________________________________

________________________________________________________________________

 

 

 

 

 

 

 

Forma №2

 

Nefti nəql edən magistral boru kəməri obyektində qəza barədə əlavə informasiya

 

1. Mayenin növü __________________________________________________________

1.1. Adı _________________________________________________________________

1.2. Kimyəvi adı (formulu) ___________________________________________________

2. Sızmanın həcmi (m3) ____________________________________________________

3. Sızma aradan qaldırılanadək keçmiş vaxt (saat) _______________________________

4. Sızma aradan qaldırılmayınca aşağıdakı məlumatlar göstərilir:____________________

4.1. Sızma aradan qaldırılanadək onun gözlənilən həcmi (m3) ______________________

4.2. Sızmanın aradan qaldırılmasına sərf olunan vaxt (saat) ________________________

5. Sızmanın xarakteristikası (beton/möhkəm örtük; çınqıl/qum; otlaq və s.) _____________

6. Sızmanın nəticələri: _____________________________________________________

6.1. Axar suya düşmüşdür __________________________________________________

6.2. Süxura hopmuşdur _____________________________________________________

6.3. Sulu üfüqi laya düşmüşdür _______________________________________________

7. Sızmadan çirklənmənin tamam aradan qaldırılmasının mümkünlüyü _______________

8. Çirklənməni aradan qaldırmaq üçün görülmüş və ya görülən tədbirlər _______________

8.1. Təmizlənmə metodu ___________________________________________________

8.2. Təmizlənmənin başa çatması tarixi ________________________________________

8.3. Cəlb edilən podratçı göstərilir ____________________________________________

8.4. Yığılmış mayeni saxlamaq üçün tətbiq edilən metodlar _________________________

9. Hava şəraiti ____________________________________________________________

10. Sızmanın aşkar edilməsi metodu və şəraiti __________________________________

11. Ən yaxın sututarı _____________________________________________________

12. Sututara qədər olan məsafə (km) __________________________________________

 

 

*Sızma-qəza nəticəsində təhlükəli mayenin boru kəmərindən gözlənilmədən axması.

 

 

 

 

Əlavə 17

 

Təlim məşqlərinin aparılması üzrə qeydiyyat jurnalının forması

 

№ Tarix Obyekt Növbənin tərkibi Texnoloji proses Təlim həyacan siqnalı Təlim həyacan siqnalının

təhlili və nəticələri Obyektin məsul

şəxsinin imzası

 

 

 

 

 

Əlavə 18

 

İşçi zonanın hava mühitində maddələrin buraxıla bilən qatılığı

 

Maddələr İcazə verilən qatılıq

mq/m3

Benzin - həlledici 300

Ağ neft (karbon hesabı ilə) 300

Hidrogen sulfid qazı 10

Karbohidrogen qarışığı ilə hidrogen sulfid qazı 3

Karbohidrogenlər (C1 - C50) 300

Stirol 5

Metiletilketon peroksid 5

Aerosil 1

Dibutilftalat 0,5

Metiletilketon 0,2

Dimetilanilin 0,003

İzopropilbenzol peroksid 0,02

Doymamış efir qətranı 6

Xlorlu benzol 0,005

Amil spirti 0,002

 

 

 

 

Əlavə 19

 

Üz və gözün əsas mühafizə vasitələri

 

Adları Təyinatı

Elektrik qaynaqçısı üçün işıq filtri

(C-4, C-5, C-6, C-7,

C-8, C-9 və ya analoqu) Elektrik qaynaqçısının üz və gözlərini elektrik qaynaq qövsünün şüalanmasından, ərimiş metal tullantılarından və qığılcımdan mühafizə etmək üçündür

Elektrik qaynaqçısı üçün dəbilqə ilə başa geyilən lövhə Elektrik qaynaqçısının baş və üzünün qaynaq qövsünün şüalanmasından, ərimiş metal tullantıları və qığılcımla zədələnməsinə qarşı

Mühafizə eynəkləri:

açıq 02 Gözlə görünən və infraqırmızı şüalardan və bərk hissəciklərdən mühafizə etmək üçün

(B1, B2, B3) ikiqat

OD2 (Q1, Q2, B1, B2 və ya analoqu) Açıq sahələrdə qaz və elektrik qaynağı işləri aparılarkən gözlərin görünən və infraqırmızı şüalardan və bərk hissəciklərdən mühafizə etmək üçün

Qeyri düz havadəyişdirmə (ventilyasiya)

ZHB-72 və ya analoqu Açıq sahələrdə qaz və elektrik qaynağı işləri aparılarkən gözlərin görünən, ultra bənövşəyi və infraqırmızı şüalardan, eləcə də tozlardan və bərk hissəciklərdən mühafizə olunması üçün

 

Eşitmə üzvlərinin fərdi mühafizə vasitələri

 

Adları Təyinatı

Səs-küyə qarşı qulaqcıqlar Yüksək təzyiqli sənaye səs-küyündən (səviyyəsi 115 dB) mühafizə üçün səsazaldan tənzimləyici qurğu

Orta və yüksək tezlikli 120 dB səviyyəsinə qədər istehsalat

səs-küyündən mühafizə üçün

Səs-küyə qarşı dəbilqə Orta və yüksək tezlikli 120 dB səviyyəli səs-küydən və başın zədədən, eləcə də elektrik cərəyanı zədələnməsindən mühafizəsi üçün

Səs-küyə qarşı taxma qulaqcıq Yüksək tezlikli 100 dB səviyyəli səs-küydən mühafizə üçün

 

Qeyd: Mühafizə vasitələri müvafiq qaydada sertifikatlaşmış olmalıdır.

 

 

 

Mündəricat

 

Bölmənin adı Səh.

I. Ümumi müddəalar............................................................................................ 1

II. Əsas anlayışlar................................................................................................. 1

III. Magistral neft kəmərləri obyektlərinin istismarında təhlükəsizlik qaydaları........................................................................................................... 6

3.1. Magistral neft kəmərləri obyektlərinin təhlükəsizliyinin təmini üçün ümumi tələblər............................................................................................................... 6

3.2. Mühafizə sistemləri və onların tətbiqi qaydaları.............................................. 8

3.2.1. Xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri................... 8

3.2.2. Qurğular, avadanlıqlar, mexanizmlər və alətlər................................................ 10

3.2.3. Çəpərlər (örtüklər, sipərlər) ............................................................................. 12

3.2.4. Pilləkənlər və meydançalar............................................................................. 12

IV. ƏSAS İSTEHSALAT OBYEKTLƏRİNİN VƏ QURĞULARININ İSTİSMARI.... 13

4.1. Nasos stansiyaları............................................................................................ 13

4.2. Çənlər parkı...................................................................................................... 15

4.3. Texnoloji boru kəmərləri.................................................................................. 19

4.4. Yaylı qoruyucu klapan və təzyiq dalğasını zəiflədən sistemlərin qovşaqları..... 20

4.5. Qazbərabərləşdirici sistem................................................................................ 21

4.6. Dəmir yolu doldurma-boşaltma estakadaları..................................................... 21

4.7. Doldurma-boşaltma körpüləri və sahil qurğuları................................................ 23

4.8. Neftin qızdırılma məntəqələri............................................................................. 24

4.9. Texnoloji tunellər............................................................................................... 25

4.10. Sulfidli neftlə işləyərkən əlavə təhlükəsizlik tələbləri......................................... 26

4.10.1. Ümumi tələblər.................................................................................................. 26

4.10.2. Çənlər parkına tələblər...................................................................................... 26

4.10.3. Dəmiryol sisternlərinə tələblər........................................................................... 27

4.10.4. Nasosxanalar...................................................................................................... 27

V. ÇƏNLƏRİN, MEXANİKİ-TEXNOLOJİ AVADANLIQLARIN TEXNİKİ DİAQNOSTİKASI VƏ İSTEHSALAT BİNA VƏ QURĞULARINA TEXNİKİ BAXIŞ................................................................................................................ 27

5.1. Çənlərin texniki diaqnostikası........................................................................... 27

5.2. Mexaniki-texnoloji avadanlıqların texniki diaqnostikası...................................... 28

5.3. İstehsalat bina və tikililərinə texniki baxış......................................................... 29

VI. MAGİSTRAL NEFT KƏMƏRLƏRİNİN XƏTTİ HİSSƏSİNİN İSTİSMARI ZAMANI TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ.......................................................... 29

6.1. Magistral neft kəmərlərinin mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları............................................................................................................. 29

6.2. Magistral neft kəmərlərinin mühafizə zonasında işlərin aparılmasına icazə verilməsi.............................................................................................................. 30

6.3. Magistral neft kəmərlərinin xətti hissəsi............................................................ 32

6.3.1. Ümumi tələblər.................................................................................................... 32

6.3.2. Yerüstü və yeraltı kommunikasiyalarla eyni texniki dəhlizdən keçən və onlarla kəsişən yerlərdə neft kəmərlərinin istismar xüsusiyyətləri.................................. 34

6.4. Magistral neft kəmərlərinin sualtı və havadan keçən hissələri......................... 34

6.5. Magistral neft kəmərlərinin avtomobil və dəmir yollarından keçidləri…………. 35

6.6. Magistral neft kəmərlərinin xətti hissəsinin təmizlənməsi və diaqnostikası....... 35

6.6.1. Ümumi tələblər……………………………………………………………………… 35

6.6.2. Təmizləmə və diaqnostika vasitələrinin buraxma-qəbul kameralarında diaqnostik yoxlama cihazının daxil edilməsi üzrə işlərin aparılması zamanı təhlükəsizlik tədbirləri......................................................................................... 36

6.6.3. Təmizləmə və diaqnostika vasitələrinin buraxma-qəbul kameralarında diaqnostik yoxlama cihazının çıxarılması üzrə işlərin aparılması zamanı təhlükəsizlik tədbirləri......................................................................................... 36

6.7. Magistral neft kəmərlərinin sınaqdan keçirilməsi……………………………….. 37

VII. KÖMƏKÇİ OBYEKTLƏRİN, TİKİLİLƏRİN, QURĞULARIN VƏ AVADANLIQLARIN İSTİSMARINDA TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ............ 38

7.1. Laboratoriyalar.................................................................................................. 38

7.1.1. Analitik kimya laboratoriyaları........................................................................... 38

7.2. Qaynaq birləşmələrinin və neft kəmərlərinin izolyasiyasının keyfiyyətinə dağıdıcı olmayan üsulla nəzarət laboratoriyası.................................................. 39

7.3. Elektrik sınaq laboratoriyaları........................................................................... 39

7.4. Boru kəmərlərinin elektrokimyəvi mühafizəsi, istismar qaydaları...................... 40

7.5. Elektrotexniki qurğular. Elektrik təhlükəsizliyi................................................... 41

7.5.1. Ümumi tələblər................................................................................................ 41

7.5.2. Elektrik təchizatı............................................................................................... 42

7.5.3. Mühafizə yerləbirləşdirməsi............................................................................... 42

7.5.4. Elektrik qurğularına və orada görülən müxtəlif işlərə olan tələblər.................... 43

7.6. İldırımın və statik elektrikləşmənin təzahürü ilə mübarizə................................ 44

7.7. Avtomatika, telemexanika və avtomatik idarəetmə sistemləri qurğuları............ 46

7.8. Qazanxanalar……………………………………………………………………….. 48

7.9 . Ağac emalı və mexaniki emalatxanalar............................................................ 50

VIII. İSTEHSALAT SANİTARİYASI VƏ GİGİYENASI............................................ 51

8.1. Ümumi tələblər.................................................................................................. 51

8.2. Sanitar-məişət otaqları.................................................................................... 53

8.3. Ventilyasiya, kondisiyalaşdırma və isitmə sistemləri.......................................... 54

8.4. Su təchizatı və kanalizasiya............................................................................... 55

8.5. İstehsalat obyektlərinin və iş yerlərinin işıqlandırılması.................................... 57

8.6. Daşınma çıraqlarla və daşınma elektrik alətləri ilə işləmək qaydaları.............. 58

8.7. Sənaye tullantılarının zərərsizləşdirilməsi və utilizasiyası üçün obyektlər....... 59

8.8. Magistral neft kəmərləri obyektlərinin hava mühitinin yoxlanılması.................. 60

8.9. Tibbi xidmət və qadın əməyinin mühafizəsi..................................................... 63

8.10. İş yerlərinin attestasiyası.................................................................................... 64

IX. ƏRAZİYƏ, İSTEHSALAT OTAQLARINA VƏ AVADANLIQLARA OLAN TƏLƏBLƏR....................................................................................................... 65

9.1. Magistral neft kəmərləri obyektlərinin istehsalat obyektlərinin ərazisinə olan tələblər............................................................................................................... 65

9.2. Əsas və köməkçi avadanlıqlara olan tələblər.................................................... 66

9.3. İstehsalat otaqlarına olan tələblər..................................................................... 67

X. MAGİSTRAL NEFT KƏMƏRLƏRİ OBYEKTLƏRİNİN TƏMİRİ ZAMANI TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ........................................................................ 68

10.1. Təmir işlərinin təşkili......................................................................................... 68

10.1.1. Ümumi tələblər................................................................................................. 68

10.1.2. Digər müəssisələrin mühəndis kommunikasiyaları ilə bir texniki dəhlizdə təmir işləri........................................................................................................... 69

10.1.3. Hava və kabel elektrik ötürücü xətlərin mühafizə zonalarında işlərin aparılması........................................................................................................... 70

10.2. Yüksək təhlükəli, qaz təhlükəli və odlu işlərin təhlükəsiz aparılmasının təşkili.. 70

10.3. Magistral neft kəmərlərinin xətti hissəsində təmir işləri...................................... 71

10.3.1. Torpaq işlərinin yerinə yetirilməsində təhlükəsizlik tədbirləri............................. 71

10.3.2. Neft boru kəmərlərinə vantuzların yerləşdirilməsi zamanı təhlükəsizlik tədbirləri............................................................................................................. 72

10.3.3. Xətti siyirtmələrlə işlədikdə və sarğacın kəsilməsi və quraşdırılması zamanı əsas neft kəmərindən ayrılmış sahələrdən neftin boşaldılması işlərində təhlükəsizlik tədbirləri....................................................................................... 72

10.3.4. Borukəsən maşınlar vasitəsilə zədəli (qüsurlu) boruların, sarğacların (katuşkaların), siyirtmələrin, birləşdirici hissələrin kəsilməsi üzrə işlər yerinə yetirilərkən təhlükəsizlik tədbirləri...................................................................... 73

10.3.5. Neft xətlərinin boru boşluğunun hermetikləşdirilməsi zamanı təhlükəsizlik tədbirləri............................................................................................................. 74

10.3.6. Qaynaq-quraşdırma işlərinə hazırlıq və yerinə yetirilməsi zamanı təhlükəsizlik tədbirləri.............................................................................................................. 75

10.3.7. Neft boru kəmərinin neftlə doldurulması zamanı əsas təhlükəsizlik tədbirləri.... 76

10.4. İzoləedici işlər.................................................................................................... 77

10.5. Su basmış və yumşaq torpaqlarda, magistral neft boru kəmərlərinin su keçidlərində təmir işləri....................................................................................... 78

10.5.1. Ümumi tələblər................................................................................................... 78

10.5.2. Sualtı texniki işlər zamanı təhlükəsizlik tələbləri............................................... 78

10.5.3. Hidromonitorla işləyən zaman təhlükəsizlik tələbləri......................................... 79

10.5.4. Torpaqqazanla torpağın işlənilməsi.................................................................. 80

10.5.5. Kanat - skreper qurğusu ilə işləyən zaman təhlükəsizlik tələbləri.................... 89

10.5.6. Sualtı xəndəklərdə boru kəmərinin çəkilməsi zamanı təhlükəsizlik tələbləri..... 81

10.5.7. Şpunt divarının quraşdırılması zamanı təhlükəsizlik tələbləri........................... 81

10.5.8. İzolyasiya işləri zamanı təhlükəsizlik tələbləri................................................... 81

10.5.9. Hermetikləşdirici kameraların istismarı zamanı təhlükəsizlik tələbləri................ 81

10.6. Çənlərin təmizlənməsi və təmiri......................................................................... 82

10.6.1. Ümumi tələblər................................................................................................... 82

10.6.2. Çənlərin qazsızlaşdırılmasına olan təhlükəsizlik tələbləri................................. 83

10.6.3. Çənlərin təmizlənməsi zamanı təhlükəsizlik tələbləri........................................ 83

10.6.4. Çənlərin pirfor tərkibli çöküntülərdən təmizlənməsi zamanı təhlükəsizlik tələbləri............................................................................................................... 85

10.6.5. Çənlərdə təmir işlərinin yerinə yetirilməsi zamanı təhlükəsizlik tələbləri........... 85

10.7. Nasos avadanlığının, bağlayıcı armaturların və texnoloji boru kəmərlərinin təmiri................................................................................................................... 86

10.8. Doldurma-boşaltma estakadasının və sahil qurğularının təmiri......................... 87

10.9. Nəzarət-ölçü cihazlarının və avtomatika vasitələrinin təmiri............................. 87

10.10. İldırımqəbuledicilərin və ildırımdan mühafizə qurğularının təmiri..................... 88

10.11. Müvəqqəti səyyar şəhərciklər.......................................................................... 89

XI. MAGİSTRAL NEFT KƏMƏRİNİN MÜHAFİZƏ ZONASINDA TİKİNTİ VƏ XÜSUSİ TEXNİKANIN İSTİSMARI ZAMANI TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ. 89

11.1. Yükqaldıran kranlar, borudüzən kranlar və qaldırıcılar...................................... 89

11.2. Ekskavatorlar, buldozerlər…………………………………………………………... 90

11.3. Səyyar nasos aqreqatları................................................................................... 91

11.4. Səyyar buxar və parafinsizləşdirmə qurğuları................................................... 92

11.5. Səyyar kompressor və elektrik qaynaq aqreqatları........................................... 93

11.6. Qazma maşınları............................................................................................... 93

11.7. Təmizləmə maşınları………………………………………………………………. 93

11.8. İzoləedici maşınlar............................................................................................ 94

XII. MAGİSTRAL NEFT KƏMƏRLƏRİ OBYEKTLƏRİNDƏ QƏZALARIN LƏĞVİ ZAMANI TƏHLÜKƏSIZLIK TƏLƏBLƏRİ.......................................................... 94

12.1. Ümumi tələblər................................................................................................. 94

12.2. Neft kəmərinin xətti hissələrində qəzaların ləğvi................................................ 95

12.3. Dəmir yolu doldurma – boşaltma estakadalarında qəzaların ləğvi................... 98

12.4. Sualtı keçidlərdə qəzaların ləğvi....................................................................... 98

12.5. Neftvurma (neft nəqletmə) sahələrinin istehsalat ərazilərində qəzaların ləğvi... 99

12.6. Çənlər parkında qəzaların ləğvi........................................................................ 99

12.7. Kükürdlü neftin nəqli zamanı baş verən qəzaların ləğvi................................... 100

XIII. Qış şəraitində işlərin görülməsi zamanı əlavə təhlükəsizlik tədbirləri....... 101

 

Əlavə 1……………………………………………………………………………….. 103

Əlavə 2……………………………………………………………………………….. 104

Əlavə 3……………………………………………………………………………….. 106

Əlavə 4……………………………………………………………………………….. 108

Əlavə 5……………………………………………………………………………….. 109

Əlavə 6……………………………………………………………………………….. 110

Əlavə 7……………………………………………………………………………….. 112

Əlavə 8……………………………………………………………………………….. 115

Əlavə 9……………………………………………………………………………….. 116

Əlavə 10…………………………………………………………………………….. 117

Əlavə 11…………………………………………………………………………….. 118

Əlavə 12…………………………………………………………………………….. 119

Əlavə 13…………………………………………………………………………….. 120

Əlavə 14…………………………………………………………………………….. 121

Əlavə 15…………………………………………………………………………….. 126

Əlavə 16…………………………………………………………………………….. 128

Əlavə 17…………………………………………………………………………….. 132

Əlavə 18…………………………………………………………………………….. 133

Əlavə 19…………………………………………………………………………….. 134

 

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu