

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


“Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN
QƏRARI
№ 20/01-024
Bakı şəhəri 17 may 2023-cü il
“Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları”nın təsdiq edilməsi barədə
“Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 sentyabr tarixli 217 nömrəli Qərarının 1.1-ci bəndini və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.2.1-ci və 10.10.4-cü yarımbəndlərini rəhbər tutaraq
qərara alıram:
1. “Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq idarəsi (İlhamə Turabova) qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi (Nailə Mürsəliyeva) qərarın surətinin Hüquq idarəsinə və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə çatdırılmasını təmin etsin.
Nazir Kəmaləddin Heydərov
|
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “17” may 2023-cü il tarixli 20/01-024 №-li Qərarı ilə təsdiq edilmişdir |
Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları
1. Ümumi müddəalar
1.1. Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları (bundan sonra – Qaydalar) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.9-cu maddəsinin icrasını təmin etmək məqsədi ilə işlənib hazırlanmışdır.
1.2. Bu Qaydalar dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün layihələndirmə xidmətlərinin ehtimal olunan dəyərinin cari qiymətlərlə hesablanması üçün nəzərdə tutulmuşdur.
1.3. Bu Qaydaların müddəaları dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) üçün layihələndirmə xidmətləri göstərən layihəçilər üçün məcburi, sifarişçinin öz şəxsi vəsaitləri hesabına inşa ediləcək tikinti obyektləri üçün layihələndirmə xidmətləri göstərən layihəçilər üçün isə tövsiyə xarakteri daşıyır.
1.4. Dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üzrə layihələndirmə xidmətlərinin satın alınması, o cümlədən layihəçilərin seçilməsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
1.5. Bu Qaydaların müddəaları daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası ilə bağlı layihələndirmə xidmətlərinə şamil olunmur.
2. Əsas anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. Layihəçi - sifarişçi ilə bağlanmış müqaviləyə əsasən ərazi planlaşdırılması sənədlərinin, tikinti obyektlərinin və ya onların ayrı-ayrı hissələrinin layihəsini hazırlayan hüquqi və ya fiziki şəxsdir;
2.2.2. Layihələndirmə xidmətləri - tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) nəzərdə tutulan tikinti obyektlərinə aid layihə-smeta sənədlərinin hazırlanması və əsaslandırılması ilə əlaqədar xidmətlərdir (mühəndis-axtarış işləri də daxil olmaqla);
2.2.3. Tikinti obyektləri - tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğulardır;
2.2.4. Tikinti layihəsi - şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı hazırlanmış texniki sənədlər toplusudur;
2.2.5. Tikinti obyektinin təxmini (proqnozlaşdırılan) dəyəri - tikintinin proqnoz kimi qəbul edilən smeta dəyəri olub, smeta sənədləri, tikintinin smeta dəyərinin iriləşdirilmiş göstəriciləri və ya analoq-obyektlərin (belə obyektlər olmadıqda isə iqtisadi, material-texniki və digər xüsusiyyətlərinə görə digər oxşar tikinti obyektlərinin) orta dəyərləri əsasında təyin olunan dəyərdir.
3. Layihələndirmə xidmətlərinin ehtimal olunan dəyərinin təyini üsulu
3.1. Bu Qaydalarla müəyyən edilən tikinti üçün layihələndirmə xidmətlərinin ehtimal olunan dəyəri aşağıdakı kimi təyin edilir:
Td x Ə Ld = ----------- , 100 |
burada
Ld - layihələndirmə xidmətlərinin cari qiymətlər səviyyəsində ehtimal olunan dəyəri (ƏDV-siz), manat;
Td - layihələndirilən tikinti obyektinin ehtimal olunan smeta dəyəri (ƏDV-siz), min manatla;
Ə - layihələndirmə xidmətlərinin cari qiymətlərlə ehtimal olunan dəyərinin təyinində bu Qaydaların 4-cü hissəsində nəzərdə tutulmuş tikinti obyektlərinin sinifləri üzrə tətbiq olunan xərc əmsalı, faizlə (bu Qaydalara Əlavə üzrə qəbul olunur).
4. Tikinti obyektlərinin siniflər üzrə təsnifləşdirilməsi
4.1. Layihələndirmə xidmətləri üçün tikinti obyektləri təxmini olaraq aşağıdakı qaydada beş sinif üzrə təsnifləşdirilir:
Birinci sinif
- müvəqqəti bina, qurğular və yollar;
- mövsümi və yardımçı qurğular (talvar, hasarlar);
- sahəsi 50 m2-dən çox olmayan pavilyonlar və köşklər;
- mobil (səyyar) bina və qurğular;
- növbətçi məntəqələri;
- kiçik bağ tikililəri;
- asan sökülüb-yığılan, yüngül konstruksiyalardan inşa edilən sadə funksional təyinatlı kənd təsərrüfatı obyektləri;
- hündürlüyü 15 metrdən çox olmayan reklam qurğuları;
- 50-dən çox olmayan avtomobil tutumlu birmərtəbəli avtomobil dayanacaqları (zirzəmisiz);
- sahəsi 200 m2 qədər olan anbarlar;
- artezian və subartezian quyuları.
İkinci sinif
hündürlüyü 12 metrədək müxtəlif təyinatlı tikinti obyektləri (fərdi yaşayış evləri də daxil olmaqla);
- sahəsi 5000 m2 qədər olan istehsalat və anbar tikililəri (birinci sinfə aid olan anbarlar istisna olmaqla);
- sahəsi 1 hektardan çox olmayan istixanalar;
- günəş və külək enerjisi qurğuları;
- sahəsi 1000 m2 qədər olan ticarət binaları, ictimai iaşə obyektləri;
- tutumu 50 nəfərdən (şagird) çox olmayan məktəbəqədər təhsil müəssisələrinin binaları;
- 200 yerədək tutumu olan ümumi təhsil müəssisələrinin tədris korpusları;
- 100-dən çox olmayan avtomobil tutumlu birmərtəbəli avtomobil dayanacaqları (zirzəmisiz) (birinci sinfə aid olan avtomobil dayanacaqları istisna olmaqla);
- 1500 nəfərədək tamaşaçı (azarkeş) tutumu olan stadionlar və oyun meydançaları;
- nəzarət-buraxılış məntəqələri;
- hündürlüyü 15 metrdən çox olan reklam qurğuları;
- ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, botanika bağları, zoologiya parkarı, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər.
Üçüncü sinif
- hündürlüyü 12 metrdən 30 metrə qədər olan müxtəlif təyinatlı tikinti obyektləri;
- sahəsi 5000 m2-dən 20 000 m2-dək olan istehsalat və anbar tikililəri;
- taxılçılıq, heyvandarlıq, quşçuluq və südçülük komplekslərinin tərkibinə daxil olan bina və qurğular;
- sahəsi 1 hektardan çox olan istixanalar;
- 100-dən çox avtomobil tutumlu birmərtəbəli avtomobil dayanacaqları;
- tutumu 50 nəfərdən (şagird) çox olan məktəbəqədər təhsil müəssisələrinin binaları;
- tutumu 200 nəfərdən 1000 nəfərə qədər (1000 nəfər daxil) olan ümumi təhsil müəssisələrinin tədris korpusları;
- peşə, orta ixtisas və ali təhsil müəssisələrinin tədris korpuslarının binaları;
- ümumi təhsil müəssisələrinin tutumu 800 yerdən çox olmayan yataqxana korpusları;
- ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət və reabilitasiya müəssisələri;
- xəstəxanalar, tibb məntəqələri (mərkəzləri), sanatoriyalar, dispanserlər, müalicə və ambulator poliklinika binaları;
- 1500 nəfərdən 8000 nəfərədək tamaşaçı (azarkeş) tutumu olan stadionlar və oyun meydançaları;
- qapalı və açıq hovuzlar (ümumi istifadədə olan torpaqlarda yerləşən sututarlar və həcmi 10 milyon m3-dən artıq olan su hövzələri (anbarları) istisna olmaqla);
- sərgi və muzey binaları;
- sahəsi 1000 m2-dən 5000 m2 qədər olan ticarət binaları, ictimai iaşə obyektləri;
- dini sitayiş obyektləri;
- elmi kitabxanalar, laboratoriyalar, elmi-tədqiqat, layihə-konstruktor təşkilatlarının və sınaq mərkəzlərinin binaları;
- meliorasiya sistemləri və qurğuları (birinci, ikinci, dördüncü və beşinci siniflərə aid olanlar istisna olmaqla), balıq təsərrüfatı obyektləri;
- paylayıcı mühəndis qurğuları (mühəndis şəbəkələri, nəqledici qurğular və resursların paylanmasını təmin edən digər bina və qurğular);
- gücü 5 MVt-dək olan istilik elektrik stansiyaları;
- 6-10 kV-luq paylayıcı məntəqələr, 6-10/0,4 kV-luq transformator yarımstansiyaları;
- 0,4 -10 kV-luq elektrik ötürücü xətlər;
- sahə avtomobil yolları və IV, V kateqoriyalı dəmir yolları;
- sugötürən və suqəbuledici qurğular;
- müvəqqəti körpülər və piyada keçidləri;
- III, IV və V texniki dərəcəli avtomobil yolları.
Dördüncü sinif
- hündürlüyü 30 metrdən 50 metrəyə qədər (50 metr daxil) olan çoxmərtəbəli binalar (yaşayış və inzibati təyinatlı binalar daxil olmaqla);
- aşırımlarının uzunluğu 36 metrdən 100 metrə qədər (100 metr daxil) olan uzun aşırımlı bina və qurğular;
- sahəsi 20 000 m2-dən 40 000 m2-dək (40000 m2 daxil) olan istehsalat və anbar tikililəri;
- gücü 5 - 50 MVt olan istilik elektrik stansiyaları;
- hündürlüyü 30-dan 200 metrədək (200 metr daxil) olan dirəklər (maçta), qüllələr və tüstü boruları;
- gərginliyi 35 - 220 kV olan yarımstansiyalar;
- 35 - 220 kV-luq elektrik ötürücü xətlər;
- rabitə və telekommunikasiya obyektləri, şəbəkə və qurğuları;
- hava ötürücü elektrik xətlərinin xüsusi keçidlərində bünövrələr və hündürlüyü 100 metrə qədər (100 metr daxil) olan dayaqlar (mühəndis qurğularında və gəmi hərəkət edən çaylarda);
- Ia, Ib, Ic və II texniki dərəcəli avtomobil yolları;
- uzunluğu 100 metrdən çox olmayan avtomobil körpüləri;
- tutumu 10000 m3 qədər olan (10000 m3 daxil) neft, mayeləşdirilmiş karbohidrogen qaz, neft və kimya məhsullarının saxlandığı çənlər;
- neft və qaz quyuları;
- tutumu 1000 nəfərdən çox olan ümumi təhsil müəssisələrinin tədris korpusları;
- ümumi təhsil müəssisələrinin tutumu 800 yerdən çox olan yataqxana korpusları;
- çoxmərtəbəli avtomobil dayanacaqları (yerüstü, yeraltı, mexanikləşdirilmiş);
- 1000 nəfərədək tamaşaçı tutumu olan teatrlar, kinoteatr zalları, sirk binaları;
- 8000 nəfərdən 40000 nəfərədək (40000 nəfər daxil) tamaşaçı (azarkeş) tutumu olan stadionlar və oyun meydançaları, idman bazaları;
- yanacaqdoldurma məntəqələri (texniki xidmət və ticarət obyektləri daxil olmaqla);
- xüsusi təyinatlı tikinti kompleksləri (hərbi hissələr, penitensiar müəssisələr, habelə sığınacaqlar və digər mülki müdafiə qurğuları);
- sel və daşqın sularından qoruyucu bəndlər və torpaq sürüşmələrindən istinad divarları.
Beşinci sinif
- nüvə (atom) reaktorları;
- hündürlüyü 50 metrdən çox olan çoxmərtəbəli binalar;
- aşırımlarının uzunluğu 100 metrdən çox uzun aşırımlı bina və qurğular;
- sahəsi 40 000 m2-dən çox olan istehsalat və anbar tikililəri;
- 40000 nəfərdən çox tamaşaçı (azarkeş) tutumu olan stadionlar və oyun meydançaları, idman-əyləncə kompleksləri;
- ionlaşdırıcı şüalanma generatorlarının (rentgen avadanlığı, neytron generatoru avadanlığı, yüklü hissəciklərin sürətləndiriciləri) istifadəsi, istehsalı və təmiri ilə məşğul olan obyektlər;
- partlayıcı, pirotexniki, zəhərləyici, tezalovlanan, tezalışan, radioaktiv, kimyəvi və ətraf mühit üçün təhlükəli maddələrin, materialların, tullantıların və hərbi sursatların istifadəsi, emalı, istehsalı, saxlanılması, məhv edilməsi və basdırılmasını, o cümlədən işlənmiş nüvə yanacağının basdırılmasını həyata keçirən tikinti obyektləri;
- nüvə (atom) reaktorlarının istifadəsi və ya istismarını, eləcə də nüvə yanacağının istehsalını və zənginləşdirilməsini, işlənmiş nüvə yanacağının emalını həyata keçirən obyektlər və qurğular;
- gücü 50 MVt-dan çox olan istilik elektrik stansiyaları;
- metro stansiyaları və tunelləri;
- aerodrom qurğuları;
- hava və dəniz limanları, dəmiryol vağzalları və avtovağzallar;
- I, II və III kateqoriyalı dəmir yolları;
- tunellər;
- hündürlüyü 200 metrdən çox olan dirəklər (maçta), qüllələr və tüstü boruları;
- tutumu 10 000 m3-dən çox olan neft, mayeləşdirilmiş karbohidrogen qaz, neft və kimya məhsullarının saxlandığı çənlər;
- neft, sıxılmış qaz, neft və kimya məhsullarının saxlandığı yeraltı terminallar;
- diametri 1000 mm-dən artıq olan magistral (neft, qaz, su və kanalizasiya) boru kəmərləri;
- həcmi 10 milyon m3-dən artıq olan su hövzələri (anbarları) və onların bəndləri (hidrotexniki qurğuları);
- dövlət əhəmiyyətli hidrotexniki qurğular;
- neft emalı maddələrinin istehsalı zavodları;
- dəniz şelfində quraşdırılan neft və qazçıxarma platformaları;
- dəmiryolu körpüləri, uzunluğu 100 metrdən çox olan avtomobil körpüləri;
- gərginliyi 330 kV və daha yüksək olan elektrik ötürücü xətlər;
- gərginliyi 330 kV və daha yüksək olan yarımstansiyalar;
- hava ötürücü elektrik xətlərinin xüsusi keçidlərində bünövrələr və hündürlüyü 100 metrdən çox olan dayaqlar (mühəndis qurğularında və gəmi hərəkət edən çaylarda).
4.2. Layihələndirmə xidmətlərinin ehtimal olunan dəyərinin təyin edilməsi məqsədləri üçün bu Qaydaların 4.1-ci bəndi üzrə siniflərə daxil edilməyən digər tikinti obyektlərinin bu və ya digər sinfə aid edilməsinə (təsnifləşdirilməsinə) əsas kimi tikinti obyektinin texniki parametrləri (hündürlüyü, həcmi, sahəsi, tutumu) qəbul olunur. Tikinti obyektlərinin təsnifləşdirilməsində əlavə meyarlar qismində həmçinin tikinti obyektinin funksional təyinatı, texniki-iqtisadi göstəriciləri, qəza baş verdiyi halda proqnozlaşdırılan iqtisadi, sosial və ekoloji nəticələr götürülür.
5. Layihələndirmə xidmətlərinin ehtimal olunan dəyərinin tərkibində nəzərə alınmayan xərclər
5.1. Layihələndirmə xidmətlərinin bu Qaydalara uyğun təyin olunan dəyərinin tərkibində aşağıdakı xərclər nəzərə alınmır və əlavə olaraq hesablanır:
- xüsusi mürəkkəb konstruksiyaların və fərqli iş icrası üsullarının tətbiqi ilə müşayiət olunan tikinti obyektlərinin layihələndirilməsi zamanı xüsusi yardımçı qurğuların, avadanlıq, texnika və ləvazimatın işçi cizgilərinin hazırlanması;
- tikinti obyektlərinin dekorativ tərtibatı ilə bağlı həllərin işlənməsi;
- daha müasir avadanlığın tətbiqi, yeni normativ sənədlərin qüvvəyə minməsi ilə əlaqədar tikinti layihəsinə dəyişikliklərin edilməsi (layihəçi tərəfindən yol verilmiş uyğunsuzluqların aradan qaldırılması işləri istisna olunmaqla);
- zavod istehsalı olan metal konstruksiyaların və texnoloji boru kəmərlərinin, eləcə də qeyri-standart (fərdi sifariş əsasında hazırlanan) inşaat məmulat və konstruksiyalarının işçi cizgilərinin işlənməsi;
- yenidən qurulması və ya bərpası nəzərdə tutulan tikinti obyektlərində müayinə və ölçü işlərinin aparılması;
- tikinti layihələrinin ekspertizadan keçirilməsi;
- tikinti layihəsinin nüsxələrinin nəzərdə tutulan saydan çox hazırlanaraq təqdim olunması;
- sərgi maketlərinin hazırlanması;
- tikinti layihəsinin xarici dildən Azərbaycan dilinə və ya Azərbaycan dilindən xaricə dilə tərcümə edilməsi;
- tikinti işlərinin yerinə yetirilməsi layihəsinin tərtib edilməsi;
- müəllif nəzarətinin həyata keçirilməsi;
- layihələndirilmədə elmi-tədqiqat və təcrübə-sınaq işlərinin aparılması.
- xarici ölkələrə nəzərdə tutulan xidməti ezamiyyə xərcləri.
6. Birtipli tikinti layihələrinin tətbiqi
6.1. Birtipli tikinti layihəsi bir neçə tikinti obyekti üçün tətbiq edildiyi halda tikinti layihəsinin ilk tətbiqində layihələndirmə xidmətlərinin ehtimal olunan dəyəri bu Qaydalara uyğun olaraq tam həcmdə, təkrar tətbiq olunduqda isə ehtimal olunan dəyərin 35%-i həcmində qəbul edilir. Birtipli tikinti layihəsi tətbiq edildiyi zaman ərazinin xüsusiyyətləri (qrunt növü, iqlim şəraiti, seysmik rayonlaşdırma) ilə əlaqədar olaraq əlavə layihələndirmə xidmətlərinin göstərilməsi (birtipli tikinti layihəsinə konstruktiv dayanıqlığa və digər təhlükəsizlik göstəricilərinə təsir edən dəyişikliklərin edilməsi) zərurəti yaranarsa, müəyyən edilmiş ehtimal dəyərə 1,2 əmsalı tətbiq edilir.
6.2. Birtipli tikinti layihələrinin tətbiq edildiyi ərazilərdə obyektin tikinti ərazisinin Baş planının hazırlanması ilə bağlı xərclər bu Qaydaların 6.1-ci bəndində nəzərdə tutulan dəyərə daxildir.
6.3. Yeni texnoloji həllərin, xüsusi ixtisas və təcrübənin tətbiqi ilə müşayiət olunan və ya ətraflı mühəndisi araşdırmalar aparılmasını tələb edən layihələndirmə xidmətlərinin (məsələn, BİM-modelləşdirmə və s.) ehtimal olunan dəyəri sifarişçi ilə layihəçi arasında bağlanan əlavə müqavilə əsasında təyin edilir.
“Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları”na ƏLAVƏ |
Tikintinin dəyərinə görə layihələndirmə xidmətlərinin cari qiymətlərlə ehtimal olunan dəyərinin təyinində tətbiq olunan xərc əmsalları
Sıra №-si
|
Tikintinin dəyəri, min man. ( ƏDV-siz ) |
Xərc əmsallarının yuxarı həddi, faizlə |
||||
Birinci sinif üzrə |
İkinci sinif üzrə |
Üçüncü sinif üzrə |
Dördüncü sinif üzrə |
Beşinci sinif üzrə |
||
1 |
50-yə qədər (daxil olmaqla) |
2,98 |
3,84 |
|
|
|
2 |
100 |
2,71 |
3,50 |
3,98 |
|
|
3 |
200 |
2,44 |
3,22 |
3,70 |
4,37 |
|
4 |
300 |
2,18 |
2,81 |
3,54 |
4,21 |
4,87 |
5 |
400 |
2,10 |
2,70 |
3,40 |
4,06 |
4,67 |
6 |
500 |
2,02 |
2,60 |
3,30 |
3,91 |
4,54 |
7 |
600 |
1,98 |
2,56 |
3,25 |
3,85 |
4,46 |
8 |
700 |
1,95 |
2,52 |
3,19 |
3,78 |
4,38 |
9 |
800 |
1,92 |
2,47 |
3,14 |
3,71 |
4,31 |
10 |
900 |
1,87 |
2,43 |
3,07 |
3,65 |
4,23 |
11 |
1000 |
1,84 |
2,38 |
3,02 |
3,59 |
4,16 |
12 |
2000 |
1,71 |
2,17 |
2,81 |
3,34 |
3,88 |
13 |
3000 |
1,58 |
1,94 |
2,61 |
3,08 |
3,61 |
14 |
4000 |
1,44 |
1,77 |
2,39 |
2,84 |
3,28 |
15 |
5000 |
1,34 |
1,73 |
2,21 |
2,62 |
3,04 |
16 |
6000 |
1,31 |
1,69 |
2,15 |
2,56 |
2,96 |
17 |
7000 |
1,28 |
1,64 |
2,10 |
2,50 |
2,90 |
18 |
8000 |
1,25 |
1,60 |
2,05 |
2,43 |
2,83 |
19 |
9000 |
1,22 |
1,56 |
1,99 |
2,37 |
2,76 |
20 |
10000 |
1,18 |
1,53 |
1,94 |
2,31 |
2,69 |
21 |
15000 |
1,15 |
1,48 |
1,88 |
2,24 |
2,62 |
22 |
20000 |
1,12 |
1,44 |
1,83 |
2,18 |
2,54 |
23 |
25000 |
1,08 |
1,41 |
1,77 |
2,11 |
2,47 |
24 |
30000 |
1,05 |
1,36 |
1,73 |
2,05 |
2,39 |
25 |
35000 |
1,02 |
1,33 |
1,68 |
1,98 |
2,32 |
26 |
40000 |
0,99 |
1,28 |
1,62 |
1,92 |
2,25 |
27 |
45000 |
0,96 |
1,25 |
1,57 |
1,85 |
2,18 |
28 |
50000 |
0,93 |
1,20 |
1,52 |
1,79 |
2,11 |
29 |
55000 |
0,90 |
1,16 |
1,47 |
1,73 |
2,03 |
30 |
60000 |
0,87 |
1,13 |
1,42 |
1,67 |
1,96 |
31 |
65000 |
0,86 |
1,12 |
1,41 |
1,66 |
1,94 |
32 |
70000 |
|
1,11 |
1,40 |
1,65 |
1,93 |
33 |
80000 |
|
|
1,39 |
1,64 |
1,92 |
34 |
90000 |
|
|
|
1,63 |
1.91 |
35 |
100000 və çox |
|
|
|
1,62 |
1,90 |
Qeyd: Aralıq əmsallar interpolyasiya yolu ilə təyin edilir.
Məsələn, 60 min manat dəyəri olan obyekt üçün birinci sinfə uyğun xərc əmsalı (Ə) aşağıdakı kimi təyin olunur:
Ə = 2,98 - (60 - 50) x ( 2,98 – 2,71) / (100 - 50) = 2,92.