

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Aran Regional Mərkəzi
Ümumi məlumat
Rəis
Polkovnik-leytenant Ramin Akif oğlu Orucov
Aran Regional Mərkəzi- Fövqəladə Hallar nazirinin 07 oktyabr 2009-cu il tarixli 075 nömrəli əmri ilə yaradılmışdır.
Aran Regional Mərkəzi haqqında Əsasnamə - Fövqəladə Hallar nazirinin 07 oktyabr 2009-cu il tarixli 075 saylı əmri ilə təsdiq edilmişdir.
Əhatə etdiyi ərazi barədə qısa məlumat - Azərbaycan Respublikasının Yevlax şəhərində yerləşir. Mərkəz Yevlax, Mingəcevir və Naftalan şəhərlərini, Yevlax, Goranboy, Ucar, Zərdab, Kürdəmir və Ağdaş rayonlarının ərazisini əhatə edir.
- Ərazisi - 8430 kv.km
- Əhalisi - 787 427 nəfər
Mingəcevir şəhərində və Göyçay rayonunda sürüşmə, Ucar, Zərdab və Kürdəmir rayonlarında subasma sahələri mövcuddur.
Respublikanın digər ərazilərinə xas olan partlayış-yanğın, bina və qurğularda baş verən dağıntılar, nəqliyyat və s. qəzalar Aran Regional mərkəzinin əhatə etdiyi ərazi üçün də xarakterikdir.
Ünvan: AZ 6600, Yevlax şəhəri, Bakı prospekti 30