

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Gəncə Regional Mərkəzi
Ümumi məlumat
Rəis
Polkovnik Elnur Qənimət oğlu Məhərrəmov
Gəncə Regional Mərkəzi - Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-ci il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Strukturu" əsasında yaradılmışdır.
Gəncə Regional Mərkəzi haqqında Əsasnamə - fövqəladə hallar nazirinin 07 oktyabr 2009-cu il tarixli 075 nömrəli əmri ilə təsdiq edilmişdir.
Əhatə etdiyi ərazi barədə qısa məlumat Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi özündə 1 şəhər və 8 rayonu birləşdirir.
- ərazisi - 10560 kv. km
- əhalisi - 1 087 726 nəfər
Gəncə Regional Mərkəzinin əhatə etdiyi ərazi seysmoaktiv zonada yerləşir, sürüşmə və subasma sahələri mövcuddur.
Respublikanın digər ərazilərinə xas olan partlayış-yanğın, bina və qurğularda baş verən dağıntılar, nəqliyyat və s. qəzalar Gəncə Regional mərkəzinin əhatə etdiyi ərazi üçün də xarakterikdir.
Ünvan: AZ 2002, Gəncə şəhəri, Əziz Əliyev küçəsi, 110