Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Şimal-qərb Regional Mərkəzi

Ümumi məlumat

Rəis
Polkovnik Babayev Ceyhun Füzuli oğlu

Şimal-qərb Regional Mərkəzi - fövqəladə hallar nazirinin 17 aprel 2008 - cı il tarixli 036 nömrəli əmri ilə yaradılmışdır.

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi haqqında Əsasnamə" Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2017-ci il 4 oktyabr tarixli 20/01-010 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əhatə etdiyi ərazi barədə qısa məlumat

Şimal-qərb Regional Mərkəzi özündə 10 inzibati rayonu birləşdirir və böyük qafqaz sıra dağlarının cənubunda yerləşir:

  • ərazisi - 14970 kv. km
  • əhalisi – 835 732 nəfərə yaxındır

Şimal-qərb Regional Mərkəzinin əhatə etdiyi ərazi seysmoaktiv zonada yerləşir, sürüşmə və subasma sahələri mövcuddur.

Respublikanın digər ərazilərinə xas olan partlayış-yanğın, bina və qurğularda baş verən dağıntılar, nəqliyyat və s. qəzalar Şimal-qərb Regional mərkəzinin əhatə etdiyi ərazi üçün də xarakterikdir.

Ünvan: AZ 3600, Qəbələ şəhəri, Elçin Kərimov küçəsi 46.

Qaynar xətt

Faydalı keçidlər

e-gov.az