

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Sumqayıt Regional Mərkəzi
Ümumi məlumat
Rəis
Polkovnik Fətullayev Vaqif Cəlal oğlu
Sumqayıt Regional Mərkəzi – fövqəladə hallar nazirinin 18 aprel 2008-cil tarixli 037 saylı əmri ilə yaradılmışdır.
Sumqayıt Regional Mərkəzi haqqında Əsasnamə - fövqəladə hallar nazirinin 07 oktyabr 2009-cu il tarixli 075 saylı əmri ilə təsdiq edilmişdir.
Əhatə etdiyi ərazi barədə qısa məlumat:
Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhərini, Xızı və Abşeron rayonlarını əhatə edir. Sumqayıt şəhərində, Abşeron rayonunun şimal-qərbində, Xəzər dənizinin sahilində yerləşir.
- ərazisi – 3727, 27 kv.km
- əhalisi – 874,789 min nəfər
Sumqayıt Regional Mərkəzinin əhatə etdiyi ərazi seysmoaktiv zonada yerləşir, sürüşmə və subasma sahələri mövcuddur.
Respublikanın digər ərazilərinə xas olan partlayış-yanğın, bina və qurğularda baş verən dağıntılar, nəqliyyat və s. qəzalar Sumqayıt Regional mərkəzinin əhatə etdiyi ərazi üçün də xarakterikdir.
Ünvan: Sumqayıt şəhəri, Sülh küçəsi 9