
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Axtarış
"процент людей готовых к общению с незнакомцами 2026" üzrə axtarış 9477 nəticə verdi
06 avqust 2015-ci il saat 21:45-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 3000 metr aralı nəzarətsiz ərazidə) 1985-ci il təvəllüdlü Mikayılov Bəhruz Fərhad oğlunun suda batması haqqında məlumat daxil olmuşdur.
Tarix:
06 avqust 2015-ci il saat 20:15-dək, ilkin məlumata əsasən:
Samux rayonu, Qarabağlı kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan köməkçi tikilinin çardağının yanar konstruksiyaları 20 kv.m sahədə və tikilinin içərisinə yığılmış 500 kq ot bağlamasının 200 kq-ı yanmışdır.
Tarix:
06 avqust 2015-ci il saat 18:00-dək, ilkin məlumata əsasən:
Şabran rayonu, Şahnəzərli kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır.
Tarix:
06 iyul 2015-ci il saat 15:30-dək, ilkin məlumata əsasən:
Qazax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 4 kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 1 kv.m sahədə yanmışdır.
Tarix:
06 avqust 2015-ci il saat 10:30-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.
Tarix:
06 avqust 2015-ci il saat 09:00-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonu ərazisindən rezin qayıqla balıq tutmaq məqsədilə dənizə çıxmış 3 nəfər sahildən 200 m aralıda köməksiz vəziyyətdə qalmışlar....
Tarix:
06 avqust 2015-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:
Ağstafa rayonu, Kolayır kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 1 kv.m sahədə və tikilinin qarşısına yığılmış taxta tullantıları 3 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
Tarix:
06 avqust 2015-ci il saat 03:00-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur....
Tarix:
05 avqust 2015-ci il saat 23:50-dək, ilkin məlumata əsasən:
Sumqayıt şəhərində vətəndaşa məxsus bağ sahəsində ümumi sahəsi 27 kv.m olan 3 ədəd yardımçı tikilidə taxta qapılar, içərisinə yığılmış taxta tullantıları 26 kv.m sahədə, bağın içərisində 300 kv.m sahədə kol-kos və ağaclar yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Tarix:
05 avqust 2015-ci il saat 23:30-dək, ilkin məlumata əsasən:
Qazax rayonu, Dəmirçilər kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 60 ha sahədə biçilmis taxıl sahəsi yanmısdır. Yaxınlıqdakı mesə zolağı yanğından mühafizə olunmusdur.
Tarix:
05 avqust 2015-ci il saat 22:00-dək, ilkin məlumata əsasən:
Gəncə şəhəri, Kəpəz rayonunda “Azərbaycan Dəmir Yol” QSC məxsus TM-2 markalı teplovozun mühərrik hissəsi yanmışdır. Teplovozun qalan hissəsi və ona qoşulmuş 6 ədəd içərisində neft məhsulu olan çənlər yanğından mühafizə olunmuşdur.
Tarix:
05 avqust 2015-ci il saat 20:00-dək, ilkin məlumata əsasən:
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 05 Avqust 2015-ci il tarixində Bakı vaxtı ilə saat 18:35-də Pirquludan 13 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində episentrdə 3.1 maqnitudda zəlzələ qeydə alınmışdır. İlkin məlumata əsasən, dağıntı və insan tələfatı barədə məlumat daxil olmamışdır.
Tarix:
05 avqust 2015-ci il saat 19:30-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda dənizdə (“Hövsan” sularda xilasetmə məntəqəsindən təxminən 450 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunmuşdur.
Tarix:
05 avqust 2015-ci il saat 18:00-dək, ilkin məlumata əsasən:
Göygöl rayonu, Üçbulaq kəndində kənd bələdiyəsinə məxsus ərazidə 20 ha sahədə kol-kos, quru ot və ağaclar yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunmuşdur.
Tarix:
Təxliyə
Tarix:













