Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Aran Regional Mərkəzi “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirib

FHN-in Aran Regional Mərkəzi “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “Uşaq hüquqları aylığı” çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Yevlax şəhər 3 və 6 nömrəli körpələr evi-uşaq bağçalarında tədbirlər keçirib.

Tədbirlərin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə töhfə vermək, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətini formalaşdırmaq, eyni zamanda xilasedici və yanğınsöndürənlərin peşə fəaliyyəti ilə bağlı biliklərini artırmaq olub.

Tədbirlərdə FHN-in Aran Regional Mərkəzinin əməkdaşları, bağçaların tərbiyəçi-müəllimləri və uşaqlar iştirak ediblər.

Tədbirlərdə uşaqların hüquqlarının qorunmasının, onların sağlam və təhlükəsiz mühitdə böyüməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu vurğulanıb, bu siyasətin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğu və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi bildirilib. Eləcə də uşaqların hüquqlarının müdafiəsi ilə yanaşı, onların təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasının, bu istiqamətdə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyi qeyd edilib.

Daha sonra tədbirlərdə təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları haqqında videoçarxlar nümayiş olunub, maarifləndirmə xarakterli təbliğat materialları və yaddaş kitabçaları paylanılıb.

Sonda bağçaların həyətində FHN-in yanğın-xilasetmə vasitələri təqdim olunub, uşaqların sualları cavablandırılıb.

Digər tədbirlər

Qaynar xətt
Tibb Xidmeti
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu