

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


FHN əməkdaşları INSARAG kurslarında iştirak edib
Türkiyə Respublikasının İstanbul şəhərində Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) Katibliyinin təşkilatçılığı və Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) dəstəyi ilə “Şəhər Axtarış-xilasetmə Koordinasiyası (UC-USAR Coordination)” üzrə kurslar keçirilib. Kurslar şəhər axtarış-xilasetmə işlərinin effektiv koordinasiyanın həyata keçirilməsi məqsədilə təşkil olunub.
Peşəkar təlimçilərin keçdiyi kurslarda Fövqəladə Hallar Nazirliyinin 2 əməkdaşı da daxil olmaqla, müxtəlif ölkələrdən 29 nəfər iştirak edib.
Kurslar müvafiq mentorların rəhbərliyi altında həm nəzəri, həm də praktiki olaraq təşkil olunub.