Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Gəncə Regional Mərkəzi tərəfindən nümunəvi dərs keçirilib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Bakı Dövlət Universitetinin Qazax filialında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.

Dərsin keçirilməsində məqsəd müəllim və tələbələrin mülki müdafiə və fövqəladə hallarla bağlı davranış qaydaları barədə biliklərinin artırılmasına, təhsil müəssisələrində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Dərsdə Gəncə Regional Mərkəzinin əməkdaşları, universitetin müəllim və tələbələri iştirak ediblər.

Nümunəvi dərsi giriş sözü ilə açan Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov bu tipli maarifləndirici tədbirlərin həm professor-müəllim heyəti, həm də tələbələr üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra çıxış edən natiqlər Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən, bu yöndə aparılan işlərdən, müxtəlif maarifləndirici-nümunəvi tədbirlərin təşkilindən geniş söhbət açıblar.

Sonra Nazirliyin əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid fotoslaydlar və videoçarxlar nümayiş etdirilib.

Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Digər tədbirlər

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu