Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Mülki müdafiə qoşunlarında “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı” mövzusunda tədbir keçirilib

FHN-in Mülki müdafiə qoşunlarında “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı” mövzusunda tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd hərbi qulluqçuların, o cümlədən əsgərlərin “ağ ölüm”ə qarşı mübarizə ilə bağlı maarifləndirilməsi olub.

Tədbirdə Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Respublika Narkoloji Mərkəzinin sosioloqu Fidan Ataxanlı, “12 Addım” reabilitasiya mərkəzinin rəhbəri Əkbər Cəfərov, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə Şöbəsinin baş əməliyyat müvəkkilləri polis kapitanı Emil İbrahimov və polis kapitanı Anar Əliyev iştirak ediblər.

Tədbirdə narkotik maddələrin fəsadları, insan sağlamlığına və mənəviyyatına vurduğu zərbə barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, bəşəri bəla olan narkomaniyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə hər bir ölkə üçün prioritet məsələlərdəndir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurmaqla bərabər, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.

Tədbirin sonunda şəxsi heyətə narkomaniya və “ağ ölüm”ün törətdiyi faciələr mövzusunda “Gizli Müharibə” adlı film nümayiş olunub.

Digər tədbirlər

Qaynar xətt
Tibb Xidmeti
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu