Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Mülki müdafiə qoşunlarında Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib.

Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində əhalinin mülki müdafiəsinin təmin edilməsi sahəsində böyük uğurların əldə edildiyini bildiriblər. Bu sahədə ölkəmizdə son illər görülən işlər və qarşıda duran məsələlər barədə şəxsi heyətə geniş məlumat verilib.

Tədbirdə, həmçinin Mülki müdafiə qoşunlarının fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Digər tədbirlər

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu