Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN Novruz şənliklərində yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirir

FHN Novruz şənliklərində yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Xidmət Novruz bayramı münasibətilə keçirilən tədbirlərdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə maarifləndirmə və nəzarət tədbirlərini daha da gücləndirib. Belə ki, Xidmətin əməkdaşları paytaxtın Səbail rayonu ərazisində yerləşən “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasında maarifləndirmə tədbiri keçiriblər.

Tədbirdə xüsusilə Novruz bayramı ilə bağlı yanğın təhlükəsizliyinə dair müvafiq biliklər diqqətə çatdırılıb, suallar cavablandırılıb.

Eyni zamanda, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş olunub, yaddaş kitabçaları, buklet və posterlər paylanılıb.

Qeyd edək ki, silsilə xarakter daşıyan bu səpkili tədbirlər davam etdirilir.

Digər tədbirlər

Qaynar xətt
Tibb Xidmeti
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu