

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


27 aprel 2010-cu il, saat 11:40-dək
27 aprel 2010-cu il tarixində saat 06:00 radələrində Tovuz rayonunun Qəribli kəndində torpaq sürüşməsi baş vermiş və bir fərdi ev torpaq altında qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. İlkin məlumata görə, hadisə nəticəsində torpaq altında qalmış evdə bir ailənin 4 üzvü (1964-cü il təvəllüdlü Əkbər Oruc oğlu Məmmədov, 1967-ci il təvəllüdlü Növrəstə Abbas qızı Məmmədova, 1989-cu il təvəllüdlü Azadə Əkbər qızı Məmmədova və 1990-cı il təvəllüdlü Lalə Əkbər qızı Məmmədova) olmuşdur. Ə.Məmmədovun və N.Məmmədovanın cəsədlərinin kənd sakinləri tərəfindən uçqun altından çıxarıldığı bildirilmişdir.