Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

31 avqust 2012-ci il, saat 17:30-dək:

Bakı şəhəri,Yasamal rayonu vətəndaşa məxsus  minik avtomobilinin mühərrikində elektrik avadanlığı yanmışdır. Yanğından avtomobilin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 16:26 -da  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

31 avqust 2012-ci il, saat 09:00-dək

Oğuz rayonunda bələdiyyəyə məxsus ərazidə 2 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı transformator və ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

31 avqust 2012-ci il, saat 09:00-dək:

Oğuz rayonunda bələdiyyəyə məxsus ərazidə 2 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı transformator və ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

30 avqust 2012-ci il, saat 09:00-dək:

Bakı şəhəri, Nərimanov rayonunda partlayıcı qurğu aşkarlanması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olmuşdur...

29 avqust 2012-ci il saat 22:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xızı rayonunun Giləzi kəndi ərazisində vətəndaşa məxsus “Opel” markalı minik avtomobili idarəetməni itirərək Giləzi çayına aşmışdır.  Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər... 

29 avqust 2012-ci il saat 19:05-dək, ilkin məlumata əsasən:

Ağcabədi rayonu, Mingəçevir-Bəhramtəpə yolunun 121-ci km-də vətəndaşa məxsus qoşqulu yük avtomobili idarəetməni itirərək yolun kənarında dayanmış digər vətəndaşa məxsus "VAZ-21011" markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol qəza hadisəsi baş vermişdir.

29 avqust 2012-ci il saat 16:20-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda, dənizdə (“Zuğulba-3” sularda xilasetmə məntəqəsindən 600 metr sağa, nəzarətsiz ərazidə) 2 nəfər batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşlar. 

29 avqust 2012-ci il saat 14:50-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində, mənzildə, bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır.

29 avqust 2012-ci il saat 11:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 144 ünvanında partlayıcı qurğu aşkarlanmışdır.

29 avqust 2012-ci il,saat 09:00-dək

Beyləqan rayonu, Dünyamalılar kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan (dam örtüyü qamışdan ibarət) birmərtəbəli birotaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı qonşu ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr