Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN tərəfindən təşkil olunan “Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib (video, foto)

30 iyun 2024-cü il tarixində Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan “Gənc xilasedici” X Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib.

Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən builki yarışlarda Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Belarusdan olan komandalar da iştirak edir.

Tədbir iştirakçıları, əvvəlcə Bakı şəhərində Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar. Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

İyunun 30-da Qəbələ şəhərində “Gənc xilasedici” X Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika birinciliyinin final mərhələsinin açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və yerli Elm və Təhsil, Gənclər və İdman idarələrinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri iştirak ediblər.

Mərasimə Azərbaycan Respublikasının Dövlət Bayrağının meydana gətirilməsi və Dövlət Himninin səsləndirilməsi ilə start verilib.

Mərasimdə çıxış edən yarışların Təşkilat Komitəsinin sədri, fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev yarışların əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Sonra yarışlara qatılmış komandaların təntənəli keçidi olub.

Daha sonra yarışların açılışı qala-konsertlə davam edib.

Qeyd edək ki, “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır.

Yarış ümumilikdə 4 mərhələdə - məktəb, rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunur. Zona yarışlarında qalib gəlmiş komandalar Ümumrespublika final yarışlarında iştirak edirlər. Builki Ümumrespublika birinciliyinin final mərhələsində 18 rayon və şəhərin komandaları birincilik uğrunda mübarizə aparacaqlar.

Həmçinin, respublikanın müxtəlif bölgələrindən olan 19 nəfər şəhid övladı builki yarışa dəvət olunub. Onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün əlavə proqramların keçirilməsi nəzərədə tutulur.

“Gənc xilasedici” Beynəlxalq yarışında isə Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Belarusdan olan komandalar qüvvələrini sınayacaqlar.

Yarışlar iyulun 6-na kimi davam edəcək.

Digər Məlumatlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu