Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

30 mart 2015-ci il saat 15:45-dək, ilkin məlumata əsasən:

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 30 mart 2015-ci il tarixində Bakı vaxtı ilə saat 14:59-da və 15:22-də Pirqulu qəsəbəsinin inzibati mərkəzindən 13 km şimalda zəlzələ qeydə alınmışdır. Zəlzələ ocağına yaxın yaşayış məntəqələrində zəlzələ...

30 mart 2015-ci il saat 10:00-dək:

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 12 kv.m sahədə yanmışdır...

30 mart 2015-ci il saat 00:30-dək:

Şabran rayonu, Şabran şəhərində ümumi sahəsi 600 kv.m olan quşyetişdirmə sexinin içərisində taxta yonqarı 20 kv.m sahədə yanmışdır...

29 mart 2015-ci il saat 22:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir su anbarı ərazisində  3 nəfər motorlu qayıqla qadağan olunmuş əraziyə daxil olmuşdur.

29 mart 2015-ci il saat 16:45-dək:

Şirvan şəhərində üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin mətbəxtində 1 ədəd paltaryuyan maşın yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur...

29 mart 2015-ci il saat 10:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Yevlax şəhəri, Varvara su anbarı ərazisində  1 nəfər rezin qayıqla qadağan olunmuş əraziyə daxil olmuşdur.

29 mart 2015-ci il saat 09:00-dək:

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 44 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları, ev əşyaları 12 kv.m sahədə və evə bitişik ümumi sahəsi 6 kv.m olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanmışdır.

29 mart 2015-ci il saat 01:15-dək:

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşlara məxsus ”VAZ” və “Cherolet” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəza hadisəsi baş vermişdir. Yanğın nəticəsində “Chevrolet” markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanmışdır.

28 mart 2015-ci il saat 23:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda “VAZ” və “Chevrolet” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş vermişdir.

28 mart 2015-ci il saat 21:45-dək:

Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 500 kv.m inzibati binanın 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları və əşyaları 15 kv.m sahədə yanmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr