Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

14 yanvar 2021-ci il saat 08:00-dək:

Sumqayıt şəhəri, Corat qəsəbəsində ümumi sahəsi 50 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb...

13 yanvar 2021-ci il saat 19:00-dək:

Qazax rayonu, Hüseynbəyli kəndində ümumi sahəsi 900 m² olan (hər mərtəbəsi 450 m²) ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 450 m² sahədə yanıb...

13 yanvar 2021-ci il saat 17:30-dək:

İsmayıllı rayonunun Basqal kəndində ümumi sahəsi 72 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 0,8 ton ot bağlamasının 0,4 tonu yanıb...

13 yanvar 2021-ci il saat 14:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda biri azyaşlı olmaqla 3 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...

13 yanvar 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub.

13 yanvar 2021-ci il saat 08:45-dək:

Hacıqabul rayonunun Birinci Meyniman kəndində fermanın ərazisində ümumi sahəsi 840 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və damına yığılan 12 ton ot bağlaması yanıb.

12 yanvar 2021-ci il saat 23:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

12 yanvar 2021-ci il saat 21:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda ”Shacman” markalı yük avtomobilinin dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

12 yanvar 2021-ci il saat 20:00-dək:

Samux rayonunun Qırmızı Samux qəsəbəsində tutumu 60 ton olan dəmir konstruksiyalardan ibarət taxıl qurutma qurğusunda 0,5 ton qarğıdalı yanıb.

12 yanvar 2021-ci il saat 19:00-dək:

Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 76 m² olan mənzilin mətbəxində mebel 2 p.m və 2 ədəd məişət avadanlığı yanıb.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr