Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

20 may 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub.

20 may 2021-ci il saat 08:30-dək:

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 16 m² olan dəmir konstruksiyadan ibarət vaqon tipli tikilinin şüşə-pambıq və taxta üzlüyü, yaxınlığına yığılan taxta tullantıları 4 m² sahədə yanıb.

19 may 2021-ci il saat 22:30-dək:

Abşeron rayonunun Görədil kəndində ümumi sahəsi 360 m² olan tövlənin damına yığılan 1,5 ton ot bağlamasının 500 kiloqramı yanıb.

19 may 2021-ci il saat 17:00-dək:

Sabirabad rayonunun Əhmədabad kəndində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 30 ton ot bağlamasının 5 tonu yanıb.

19 may 2021-ci il saat 16:00-dək:

Göyçay rayonunun Veysəlli kəndində ümumi sahəsi 50 m² olan tövlənin və ona bitişik ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları yanıb.

19 may 2021-ci il saat 14:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

19 may 2021-ci il saat 14:00-dək:

Yevlax şəhərinin Hacıselli kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

19 may 2021-ci il saat 12:45-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan mebel mağazasının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

19 may 2021-ci il saat 11:30-dək:

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məlumatına əsasən...

19 may 2021-ci il saat 10:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr