
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 09 iyul 2026-cı il saat 09:00-dək:
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfər xilas edilib, 1 nəfərə müvafiq köməklik göstərilib.













