
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 20 oktyabr 2026-cı il saat 15:00-dək:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin barmağında üzüyün sıxışıb qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həkim briqadasının iştirakı ilə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində üzüyün müvafiq qaydada çıxarılması təmin edilib.
20 oktyabr 2026-cı il saat 09:00-dək
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib. Həyata keçirilən tədbirlər nəticəsində 3 nəfər uşaq xilas edilib.
20 oktyabr 2026-cı il saat 08:30-dək
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin barmağında üzüyün sıxışıb qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həkim briqadasının iştirakı ilə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində üzüyün müvafiq qaydada çıxarılması təmin edilib.











