

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Fövqəladə hallarla bağlı davranış qaydaları
Güclü külək
Sürəti 20 m/san-dən artıq olan külək güclü külək hesab olunur.
Müvafiq orqanlar güclü küləklə bağlı xəbərdarlıq yayıblarsa, zərurət olmadıqca çölə çıxmamağa çalışın.
Güclü külək zamanı açıq havada olarkən:
- küləkdən qoruna biləcəyiniz yerlərdə (zirzəmi, möhkəm tikili və s.) daldalanmağa çalışın;
- yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durun;
- elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmayın;
- qırılmış elektrik xətlərindən uzaq durun;
- diqqətli olun, özünüzü havadan uçuşan əşyalardan qoruyun;
- nəqliyyat vasitələrini irigövdəli ağacların, yüngül konstruksiyalı tikililərin, reklam lövhələrinin və elektrik dirəklərinin yaxınlığında saxlamayın;
- dənizə girməyin;
- güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, belə hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edin;
- səlahiyyəlti orqanların ən son məlumatlarını izləyib tövsiyələrə əməl edin.