Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Fövqəladə hallarla bağlı davranış qaydaları

Nüvə partlayışı

Nüvə partlayışı ionlaşdırıcı şüa mənbələrinin istifadə olunduğu müəssisələrdə qəza zamanı və nüvə silahlarının tətbiqi zamanı baş verir. Bu zaman güclü səs, titrəyiş hiss olunur və səmada gözqamaşdırıcı alovlu kürə əmələ gəlir. Partlayışdan bir neçə dəqiqə sonra on, bəzən də yüz kilometrlərlə ərazidə torpaq, açıq su mənbələri, hava, bitki örtüyü, tikililər və s. radioaktiv maddələrlə çirklənir. Canlılar ciddi fiziki xəsarətlərə, qida, su, hava vasitəsilə radioaktiv şüalanmaya məruz qalır.

Nüvə partlayışı zamanı təhlükəsizlik qaydaları:

  • parlayış uzaq məsafədə baş versə belə, dalğası və radioaktiv toz buludları sizə 30 saniyə və ya daha gec gəlib çata bilər;
  • partlayışın gözqamaşdırıcı alovlu kürəsinə baxmayın (şüanın təsirindən görmə qabiliyyətinizi itirə bilərsiniz);
  • radiasiyadan qorunmaq üçün mümkün qədər tez, qapalı məkanda və ya yeraltı sığınacaqda daldalanmağa çalışın;
  • daldalandığınız məkanın qapı və pəncərələrini, havalandırma sistemlərini möhkəm bağlayın, məsamələri izolə edin;
  • qapalı yer tapa bilmirsinizsə, müdafiə oluna biləcəyiniz hər hansı predmetin arxasına sığının, nəfəs yollarını və gözlərinizi hər hansı qoruyucu vasitə (parça, əleyhqaz, qoruyucu maska, gözlük və s.) ilə qoruyun, bədəninizin açıq hissələrini örtün;
  • döşəməyə (və ya yerə) uzanın, başınızı sinənizə sıxaraq onu qollarınızla qoruyun;
  • daldalandığınız məkanı aidiyyəti qurumların göstərişi olmadan tərk etməyin, onların təlimatlarına (təxliyyə və s.) əməl edin;
  • səhhətinizdə hər hansı dəyişiklik baş verərsə, təcili tibbi yardım çağırın;
  • radioaktiv maddələrlə çirklənmiş əşyalara toxunmayın (bu, ərazidə gördüyünüz hər hansı əşya ola bilər);
  • “Radiasiya təhlükəsi” və ya “Təhlükəli materiallar” nişanları qoyulan ərazilərə yaxınlaşmayın;
  • radioaktiv maddələrlə çirklənmiş ərazilərdən cəld və mümkün qədər uzaqlaşın;
  • çirklənmiş ərazidə istehsal olunan kənd təsərrüfatı məhsulları, balıq və ov ətinin istifadəsinə qoyulan qadağalara riayət edin;
  • radioaktiv təhlükə zamanı ev heyvanlarını bir neçə günlük qida və su ilə təmin edərək qapalı yerdə saxlayın, onlarla təması məhdudlaşdırın.
Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu