

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Ürək-ağciyər reanimasiyaları
Yadda saxlayın!
Ürək-ağciyər reanimasiyasi davam etdirilməlidir:
1. Zərərçəkmişə tibb işçisi tərəfindən yardım göstərilənədək;
2. Zərərçəkmişin sərbəst tənəffüsü və ürək döyünmələri (həyat əlamətləri) bərpa olunanadək.
Böyüklərdə ürək-ağciyər reanimasiyası
1. Hərəkətsiz vəziyyətdə uzanmış zərərçəkmişi yüksək səslə çağırın, çiyinlərindən ehtiyatla silkələyin. Əgər cavab vermirsə, deməli, huşsuz vəziyyətdədir. Dərhal yaxınlıqda olan insanlardan “Təcili yardım” çağırmasını istəyin. Əgər yardım edən yoxdursa, özünüz “Təcili Yardım” çağırın və növbəti addıma keçin.
2. Qulağınızı zərərçəkimişin ağzına yaxınlaşdırın, əlinizi döş qəfəsinin üzərinə qoyun. Zərərçəkmiş nəfəs almır və ya normal tənəffüs etmirsə, dərhal reanimasiyaya başlayın.
3. Zərərçəkmişin boynu üzərində (2 barmağınızla qırtlağın yerini təyin edin. Sonra barmaqlarınızı boynun yan səthinə tərəf sürüşdürün , əzələlər arasındakı çökəklikdə nəbzi hiss etməyə çalışın) nəbzini yoxlayın (5 saniyədən az, 10 saniyədən çox vaxt sərf etməmək şərtilə ).
4. Əgər nəbz hiss olunmursa, cəld zərərçəkmişi düz, sərt, hamar səth üzərinə uzandırın. Döş sümüyünün orta hissəsini müəyyən edin və 30 dəfə masaj hərəkətini həyata keçirin (dəqiqədə ən azı 100 təzyiq).
5. Eyni vaxtda başı arxaya əymək və çənəni yuxarı və önə qaldırmaqla tənəffüs yolunun açın.
6. Zərərçəkmişin burnunu iki barmağınızla sıxın.
7. Dərindən nəfəs alaraq ağzınızı zərərçəkmişin ağzına kip sıxın.1saniyə müddətində, döş qəfəsi qalxanadək havanı onun ağzına üfürün (2 dəfə)
8. 30 masaj hərəkəti və 2 süni nəfəsverməni təkrar edərək reanimasiyani davam etdirin.
9. Zərərçəkmişin sərbəst tənəffüsü və ürək döyünmələri (həyat əlamətləri ) bərpa olunarsa ona yan vəziyyəti verin.
1 yaşdan böyüк uşaqlarda ürək-ağciyər reanimasiyası
1. Hərəkətsiz uzanmiş uşağı yüksək səslə çağırın, çiyinlərindən ehtiyatla silkələyin. Əgər cavab vermirsə, deməli, huşsuz vəziyyətdədir. Dərhal yaxınlıqda olan insanlardan "Təcili Yardım" çağırmasını istəyin.
2. Qulağınızı uşağın ağzına yaxınlaşdırın, əlinizi döş qəfəsinin üzərinə qoyun. Uşaq nəfəs almır və ya normal tənəffüs etmirsə,dərhal reanimasiyaya başlayın.
3. Uşağın boynu üzərində (2 barmağınızla qırtlağın yerini təyin edin. Sonra barmaq- larınızı boynun yan səthinə tərəf sürüşdürün, əzələlər arasındakı çökəklikdə nəbzi hiss etməyə çalışın) nəbzini yoxlayın (5 saniyədən az, 10 saniyədən çox vaxt sərf etməmək şərtilə).
4. Əgər nəbz hiss olunmursa cəld uşağı düz, sərt, hamar səth üzərinə uzandırın. Döş sümüyünün orta hissəsini müəyyən edin və 30 dəfə masaj hərəkətini həyata keçirin (tezlik: dəqiqədə 100 təzyiq). Hər dəfə döş sümüyünün 5 sm sıxılmasına nail olun.
5. Eyni vaxtda başı arxaya əymək və çənəni yuxarı və önə qaldırmaqla tənəffüs yolunu açın.
6. Uşağın burnunu iki barmağınızla sıxın. Dərindən nəfəs alaraq ağzınızı uşağın ağzına kip sıxın. 1 saniyə müddətində, döş qəfəsi qalxanadək havanı uşağın ağzına üfürün (2 dəfə).
7. Əgər təksinizsə, 2 dəqiqə müddətində (5 dövr) 30 masaj hərəkəti və 2 süni nəfəsverməni təkrar edin.
8. 2 dəqiqədən sonra "Təcili yardım" çağırın və reanimasiyanı davam etdirin.
9. Uşağın sərbəst tənəffüsü və döyünmələri (həyat əlamətləri) bərpa olunarsa, ona yan vəziyyəti verin.
0-1 yaş körpələrdə ürək-ağciyər reanimasiyası
1. Körpənin dabanlarının altını yüngül döyəcləyin. Əgər reaksiya vermirsə, deməli körpə huşsuz vəziyyətdədir. Dərhal yaxınlıqda olan insanlardan "Təcili Yardım" çağırmasını istəyin.
2. Qulağınızı körpənin ağzına yaxınlaşdırın, əlinizi döş qəfəsinin üstünə qoyun. Körpə nəfəs almir və ya normal tənəffüs etmirsə, dərhal reanimasiyaya başlayın.
3. 2 və ya 3 barmağınızla qolun iç tərəfində, dirsəklə çiyin arasında nəbzi hiss etməyə çalışın (5 saniyədən az, 10 saniyədən çox vaxt sərf etməmək şərtilə).
4. Nəbz hiss olunmursa, cəld körpəni düz, sərt, hamar səth üzərinə uzandirın . İki barmağınızı döş sümüyünün mərkəzinə qoyun. 30 dəfə döş sümüyünə tez-tez və ritmik qaydada təzyiq edin (tezlik: dəqiqədə 100 təzyiq). Hər dəfə döş sümüyünün təxminən 4 sm sıxılmasına nail olun.
5. Körpənin başını bir qədər əyib çənəsini yuxarı qaldırmaqla tənəffüs yolunu açın.
6. Nəfəs alın və ağzınızı uşağın ağzı və burnunun ətrafına kip sıxın.1 saniyə müddətində havanı körpənin ağzına və burnuna üfürün (2 dəfə).
7. Əgər təksinizsə, 2 dəqiqə müddtində (5 dövr) 30 masaj hərəkəti və 2 süni nəfəs verməni təkrar edin.
8. 2 dəqiqədən sonra "Тəсili yardım" çağırın və reanimasiyanı davam etdirin.
9. Körpənin sərbəst tənffüsü və ürək döyünmələri (həyat əlamətləri) bərpa olunarsa, ona yan vəziyyəti verin.