

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


FHN-də İctimai şuranın seçki komissiyasının növbəti iclası keçirilib (video, foto)
Xəbər verildiyi kimi, cari ilin 26 fevral – 3 aprel tarixlərində Fövqəladə Hallar Nazirliyi yanında yaradılacaq İctimai şuraya üzvlük üçün müraciətlərin qəbulu həyata keçirilir. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-İVQ nömrəli Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, 10 mart 2021-ci il tarixində Nazirlikdə İctimai şuranın seçki komissiyasının növbəti iclası keçirilib.
Nazirliyin inzibati binasında keçirilmiş iclasa komissiyanın sədri, Fövqəladə Hallar nazirinin müavini Faiq Tağı-zadə sədrlik edib. Seçki komissiyasının iclasında vətəndaş cəmiyyəti institutları tərəfindən namizədlikləri irəli sürülmüş nümayəndələrin müraciətlərinə baxılıb, onların qeydiyyatı və İctimai şuraya seçkilərə hazırlıqla bağlı digər məsələlər müzakirə olunub.