Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda birgə təlim keçirib.

Təlimə FHN-in Cənub Regional Mərkəzi ilə yanaşı, Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsi və Dövlət Yanğından Mühafizə Xidməti Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin heyəti cəlb olunub.

Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər şərti nəqliyyat qəzası zamanı avtomobillərdə baş vermiş “yanğını operativ söndürərək”, deformasiyaya uğramış avtomobillərdən “zərərçəkmişləri təxliyə edib onlara təxirəsalınmaz ilkin yardım göstəriblər”.

Uğurla keçən təlimin sonunda nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

Digər Məlumatlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu