Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in əməkdaşları beynəlxalq təlimdə iştirak edib

FHN-in əməkdaşları beynəlxalq təlimdə iştirak edib

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyənin Ankara şəhərində keçirilən “Türkiyə-Azərbaycan-Gürcüstan SAR Təlimi-2026” təlimində iştirak edib.

Təlimin əsas məqsədi dost ölkələrin axtarış-xilasetmə bölmələri və şəxsi heyəti arasında birgə işləmək vərdişlərini artırmaq, qarşılıqlı təcrübə mübadiləsini təşkil etmək və axtarış-xilasetmə sahəsində ən müasir yanaşmalarla tanışlıq olub.

Təlim zamanı şərti olaraq zəlzələ baş vermiş ərazidə dağıntılar altında qalmış “zərərçəkmişlərin” axtarışı və xilasetmə işlərinin təşkili əməliyyatı yerinə yetirilib.

Uğurla keçən təlimin sonunda FHN-in xilasedicilərinə təşkilatçılar tərəfindən müvafiq sertifikatlar təqdim olunub.

Digər Məlumatlar

Qaynar xətt
Tibb Xidmeti
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu