Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Muğan Regional Mərkəzi “ASAN Xidmət” Mərkəzində mülki müdafiə məşqi keçirib (video, foto)

FHN-in Muğan Regional Mərkəzi “ASAN Xidmət” Mərkəzində mülki müdafiə məşqi keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Salyan regional “ASAN Xidmət” Mərkəzində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirib.

Məşqə FHN-in Muğan Regional Mərkəzinin, Salyan rayon Yanğından Mühafizə Hissəsinin, Salyan regional “ASAN Xidmət” Mərkəzinin və TƏBİB-in tabeliyində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Salyan rayon stansiyasının müvafiq qüvvələri cəlb olunub.

Mülki müdafiə məşqinin keçirilməsində məqsəd müəssisə əməkdaşlarının mülki müdafiə sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi və bu sahədə onlara əməli vərdişlərin aşılanması olub.

Tədbir zamanı müəssisənin müvafiq heyətinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyəti yoxlanılıb.

Uğurla keçirilmiş məşqdə funksional vəzifələrlə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.

Digər Məlumatlar

Qaynar xətt
Tibb Xidmeti
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu