Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib (video, foto)

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə “Ağır yol-nəqliyyat və suda boğulma hadisəsinin nəticələrinin aradan qaldırılması zamanı qəza və axtarış-xilasetmə işlərinin təşkili, təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.

Təlimə FHN-in Muğan Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupunun və “Salyan Mərkəzi Rayon Xəstəxanası” publik hüquqi şəxsin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının texnikası və şəxsi heyəti cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi və suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatlarının aparılması, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərin daha da təkmilləşdirilməsi olub.

Təlim zamanı şərti olaraq deformasiyaya uğramış avtonəqliyyat vasitələrindən “zərərçəkmişlər xilas edilib”, həmçinin “suda boğulma təhlükəsi ilə üzləşmiş şəxs” sudan çıxarılaraq “ilk yardım” göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Digər Məlumatlar

Qaynar xətt
Tibb Xidmeti
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu