
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “My Beach” istirahət mərkəzində “Su attraksionlarında köməksiz vəziyyətdə qalmış zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən su attraksionlarında köməksiz vəziyyətdə qalmış zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər tərəfindən şərti olaraq su attraksionunda köməksiz vəziyyətda qalmış zərərçəkmişlər xilas edilərək onlara təxirəsalınmaz ilkin yardım göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.























