
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
AZ
18 Noyabr, 2026
FHN Mətbuat xidmətinin məlumatı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində çörəkbişirmə sexi kimi fəaliyyət göstərən obyektin tüstü bacasında baş vermiş yanğının genişlənərək obyektə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sexin tüstü bacası və ətrafı 4kv.m. sahədə yanıb.
Xəsarət alan olmayıb.
Obyekt yanğından mühafizə olunub.
















