
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
AZ
1 İyun, 2026
FHN Mətbuat xidmətinin məlumatı (video)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Balakən rayonu, Mahamalar kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 448kv.m. olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları 78kv.m. sahədə yanıb.
Evin böyük hissəsi yanğından mühafizə olunub.

















