Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN yanında İctimai şuranın yanğın təhlükəsizliyi məsələlərinə həsr olunan iclası keçirilib

15 iyul 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin fəaliyyəti ilə əlaqədar FHN yanında İctimai şuranın iclası keçirilib.

İclasın keçirilməsində əsas məqsəd Dövlət Yanğın Nəzarəti Xidmətinin ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyət, o cümlədən yay mövsümü ilə əlaqədar meşə, əkin və biçilmiş taxıl sahələrində baş verə biləcək yanğınlara qarşı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələrin ictimai müzakirəsi olub.

İclasda İctimai şuranın sədri Fuad Hacızadə və şuranın digər üzvləri, FHN Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarə rəisinin müavini Gündüz Həmzəyəv, İctimaiyyətlə əlaqə idarəsinin şöbə müdiri Pərviz Cəfərov, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Aqşin Kazımov və Xidmətin əməkdaşları iştirak ediblər.

İclasda çıxış edən Xidmətin rəis müavini A.Kazımov təmsil etdiyi qurum tərəfindən ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən səlahiyyətlərinə uyğun olaraq strateji əhəmiyyət kəsb edən neft-qaz və energetika obyektlərində, ictimai obyektlərdə, nəqliyyat və s. sahələrdə yanğın nəzarəti həyata keçirilib, layihələndirilən, tikintisi həyata keçirilən, istismarda olan bina və qurğuların yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarət təmin edilib, təhsil və səhiyyə müəssisələrində, ticarət obyektlərində, inzibati, sənaye və istehsalat obyektlərində, aqrar sahədə, yaşayış yerlərində əhali arasında yanğın təhlükəsizliyi mövzusunda geniş maarifləndirmə işi aparılıb, kənd təsərrüfatı sahəsində, eləcə də meşə sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar regional seminar-müşavirələr və konfranslar təşkil edilib, qanunvericiliyə riayət etməyən və yanğın təhlükəsizliyi tələblərini pozan müəssisələrə qarşı öz səlahiyyətləri çərçivəsində inzibati tədbirlər həyata keçirilib.

Xidmətin fəaliyyətini ümumilikdə müsbət qiymətləndirən İctimai şura üzvləri yanğınların qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən iclas zamanı İctimai şura üzvləri yanğın təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə bağlı fikir və təkliflərini bildiriblər.

 

 

Digər Məlumatlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu