Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Qaradağ rayon 224 nömrəli, Nəsimi rayon 46 nömrəli və Suraxanı rayon 281 nömrəli tam orta məktəblərində, Nizami rayonunda yerləşən “Yeni Klinikada”, Xətai rayon Humanitar fənlər təmayüllü məktəb-liseyində, Xətai rayon 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində, Sumqayıt RM tərəfindən Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində, “Batıgöz” klinikasının Sumqayıt filialında və Sumqayıt şəhər 65 nömrəli körpələr evi-uşaq bağçasında, Gəncə RM tərəfindən Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli, Samux rayon Ş.Ağamalıyev adına Füzuli kənd və Şəmkir rayon Q.Allahverdiyev adına Şiştəpə kənd, Aran RM tərəfindən Ucar rayon Qazıqumlaq kənd 1 nömrəli və Ağdaş rayonu, Nehrəxəlil kənd, Muğan RM tərəfindən Saatlı şəhər 4 nömrəli, Şimal RM tərəfindən Qusar rayonu, Ləcət kənd və Xaçmaz rayonu, Xudat şəhər 4 nömrəli, Şimal-qərb RM tərəfindən Qobustan rayonu, Ə.Nəbiyev adına Təklə Mirzəbaba kənd, Qarabağ RM tərəfindən Ağcabədi şəhər 1 nömrəli və Beyləqan rayonu, Dünyamalılar kənd 1 nömrəli və Cənub RM tərəfindən Masallı rayon Bədəlan kənd tam orta məktəblərində maarifləndirmə tədbiriləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Digər Məlumatlar

Qaynar xətt
Tibb Xidmeti
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu