Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Fövqəladə Hallar Nazirliyi və ADA Universiteti arasında Memorandum imzalanıb (video, foto)

Fövqəladə Hallar Nazirliyi və ADA Universiteti arasında Memorandum imzalanıb (video, foto)

Fevralın 11-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və ADA Universiteti arasında Birgə Fəaliyyət haqqında Memorandum imzalanıb.

Təhsil, elmi-metodiki və kadr hazırlığı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyan Memorandumu fövqəladə hallar naziri Kəmaləddin Heydərov və ADA Universitetinin rektoru Hafiz Paşayev imzalayıblar.

Memoranduma əsasən, tərəflər tədris proqramları və metodiki vəsaitlərin hazırlanması, birgə elmi tədqiqat və araşdırmaların aparılması, seminar, mühazirə, treninq və elmi konfransların keçirilməsi, Nazirlik sistemində çalışan mütəxəssislərin peşə hazırlığının artırılmasına dəstək, qabaqcıl tələbələrin təcrübə keçməsi, məzunların məşğulluq perspektivləri və digər istiqamətlərdə əməkdaşlıq edəcəklər.

İmzalanma mərasimindən əvvəl keçirilən görüşdə FHN və ADA Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub, Birgə Fəaliyyət haqqında Memorandum üzrə görüləcək işlər nəzərdən keçirilib.

Digər Məlumatlar

Qaynar xətt
Tibb Xidmeti
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu