Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

“Su hövzələrində təhlükəsizliyin təmin edilməsi” mövzusunda müşavirə keçirilib

“Su hövzələrində təhlükəsizliyin təmin edilməsi” mövzusunda müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə Mərkəzin inzibati binasında “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirib.

Müşavirədə Lənkəran Şəhər və Astara Rayon İcra hakimiyyətlərinin və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin, çimərlik operatorlarının, hüquq-mühafizə, təcili tibbi yardım bölmələrinin, yerli gigiyena və epidemiologiya mərkəzlərinin və digər aidiyyəti qurumların məsul şəxsləri, eləcə də sahilboyu iaşə obyektlərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə sözügedən rayonların ərazisindəki su hövzələrində keçirilən monitorinqlərin nəticələri barədə məlumat verilib, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş olunaraq onların aradan qaldırılması yolları geniş müzakirə edilib.

Müşavirədə çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş aidiyyəti təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar veriblər.

Digər Məlumatlar

Qaynar xətt
Tibb Xidmeti
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu