Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Şimal-qərb Regional Mərkəzi

Fəaliyyət istiqamətləri

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • öz səlahiyyətləri daxilində əhatə etdiyi ərazidə mülki müdafiə işinin
    təşkili, əhalinin və ərazinin fövqəladə hallardan qorunmasında iştirak edir;
  • əhatə etdiyi ərazidə istismarda olan bina və qurğuların texniki təhlükəsizliyinin monitorinqini həyata keçirir, qəza təhlükəli binaların istismarının məhdudlaşdırılması barədə aidiyyəti qurumlara təkliflər verir;
  • əhatə etdiyi ərazidə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında öz səlahiyyətləri daxilində iştirak edir;
  • əhatə etdiyi ərazidə üçüncü məsuliyyət səviyyəli bina və qurğuların tikintisinin bütün mərhələlərində monitorinqi həyata keçirir;
  • Mərkəzin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir;
  • fövqəladə halların yaranma ehtimalı olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini digər qurumlarla əlaqəli şəkildə təşkil edilməsində və həyata keçirilməsində iştirak edir;
  • Mərkəz qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.
Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu