

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Astarada su hövzələrində təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda Astara Rayon İcra Hakimiyyəti başçısının Şahağacı kənd inzibati dairəsi üzrə nümayəndəliyində müşavirə keçirib.
Tədbirdə yerli icra hakimiyyəti, bələdiyyələr və sahilboyu iaşə obyektlərinin nümayəndələri iştirak ediblər.
Müşavirədə çimərliklərin vəziyyəti, eləcə də əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi üçün görülən işlər və qarşıda duran məsələlər müzakirə olunub.
Tədbirdə rayon ərazisindəki çimərliklərdə keçirilmiş monitorinqin nəticələri və mövcud vəziyyət barədə tədbir iştirakçıları məlumatlandırılıb, cari problemlər təhlil olunub.