Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbrdə FHN-in Qarabağ Regional Mərkəzinin, Nazirliyin regionda fəaliyyət göstərən digər qurumlarının, İcra Hakimiyyətinin məsul işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələrin, aidiyyəti idarə və təşkilatların rəhbərləri iştirak ediblər.

Seminar-müşavirənin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz təbirlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, xidmət sahələri ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülmüş işlər və qarşıda duran məsələlərin həlli yollarının müzakirəsi olub.

Seminar-müşavirədə FHN-in Qarabağ Regional Mərkəzi ilə rayonda fəaliyyət göstərən idarə və müəssisələr arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının geniş təhlili aparılıb.

Tədbirdə, həmçinin tikintidə, dağ-mədən və sənaye işlərində təhlükəsizlik qaydalarının tələblərinə, o cümlədən təhlükə potensiallı obyektlərin layihələndirilməsinə, tikintisinə və istismara qəbul edilməsinə qoyulan tələblərə düzgün riayət olunmasına, meşə zolaqlarında yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə və digər təhlükəsizlik məsələlərinə nəzarətin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Seminar-müşavirədə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavabladırılıb.

Digər tədbirlər

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu