Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN Ağdam rayonunda əlilliyi olan şəxslər və onlara xidmət göstərənlər üçün maarifləndirmə tədbiri keçirib

FHN Ağdam rayonunda əlilliyi olan şəxslər və onlara xidmət göstərənlər üçün maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Sosial Xidmətlər Agentliyinin Qarabağ Regional filialında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirin keçirilməsində məqsəd filialın əməkdaşlarına əlilliyi olan şəxslərin fövqəladə hallar zamanı mühafizəsi və təxliyəsi barədə biliklərin aşılanması olub.

Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ zamanı əlilliyi olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq davranış qaydaları barədə ətraflı məlumat verilib, mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər tədbirlər

Qaynar xətt
Tibb Xidmeti
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu